İŞIQ OLAN YERDƏ...

... Hər bir insanın qəlbinin dərinliyində əbədi bir xatirə var. O əbədi xatirə o qədər də az ömür deyil. On il, on bir il bir yerdə oxumaq, bir parta arxasında əyləşmək vəəllim qarşısında durmaq elə də asan gəlməsin. Çünkiəllim elə bir ziyalıdır ki, hər birimiz o insanlardan işıq, nur almışıq. Yəni müəllim bizə düz yol göstərib, o yolla gedə bilmişiksə, arzumuza qovuşmuşuq. Yolunu çaşanlar isə təbii ki, çətinliklər içində qalıb...

Təhsil ocağı

Füzulidə təhsilin inkişafına və yüksəlişinə həmişə böyük önəm verilib. Ən azından ona görə ki, Füzuli təhsil sisteminin tarixinə Hüseyn Hüseynov kimi, Hafiz Tahirov kimi və Almaz Həşimova kimi insanlar öz adlarını yaza biliblər. Onların Füzuli təhsilində yaratdığı islahatlar, qoyduğu izlər heç vaxt yaddan çıxmır. Belə ki, bu ziyalı insanlar harda işləməsindən asılı olmayaraq, həmişəəllim adını vəəllim nüfuzunu uca tutublar. Onlardan biri - Hüseyn Hüseynov dünyasını dəyişsə də, bu gün də xatırlanır və yaddan çıxmır. Təbii ki, o insanlar şam kimi xalqın yolunda yanırlar, bu yolu işıqlandırırlar və onlar həmişə yaddaşlarda, tarixdə əbədi yaşayacaq.

Murad Şükürovun addımları

Füzuli rayon təhsil sistemində Murad Şükürovun da bu və ya digər dərəcədə xidmətləri olub. O, harda vəzifədə çalışıbsa, həmişə yeniliyə və müasirliyə can atıb. Daha doğrusu, onun canında, qanında qurub-yaratmaq və qeyri-adi işlər görmək hissləri var.

Muradəllim Əhmədbəyli kəndində tam orta məktəbdə direktor işləyəndə orda Ulu Öndər Heydər Əliyevin xatirəsinə kompleks tikdirib. Eyni zamanda rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edib.

Elə bir tədbir olmayıb ki, Muradəllim özünəməxsus bir formada nəsə bir yenilik etməsin.

Muradəllimin ən böyük vətənpərvərlik duyğularından biri 1993-cü ilin oktyabrın 28-də Müdafi Nazirliyinin Fonduna 150 min manat pul keçirməsi olub. Çünki o, döyüşlərin ən ağır vaxtında bir ziyalı, bir insan kimi qaynar nöqtələrdə olub. Əsgərlərimizi və döyüşçülərimizi maddi və mənəvi cəhətdən ruhlandırıb.

Yeni məktəbdə

Murad Şükürov iki ilə yaxındır ki, rayonun Araz Dilağarda kəndindəki Kamal Kərimov adına ümumi orta məktəbdə direktor vəzifəsində çalışır.

O, bu məktəbdə də fəaliyyətə başladığı ilk gündən yeniliyə və müasirliyə meyl edib.

Yəni Muradəllim məktəbin qarşısında şəhid Kamal Kərimovun büstünü qoydurub və üstəlik məktəbin həyətində Azərbaycan bayrağı dalğalanır. Muradəllim deyir ki, mən bunları eləməsəm heç vaxt ürəyim sakitləşməz.

Əgər Kamal kimi oğullar Qarabağ uğrunda gedən döyüşdə həlak olubsa, biz də onun adını əbədiləşdirməkdə və uca tutmaqda borcluyuq. Muradəllim onu da dedi ki, bu gün ümumi orta məktəbdə 87 şagird oxuyur və onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğuldur.

Təhsildə yüksək nəticələr qazanmaq üçün biz yeni strategiyaya və islahatlara böyük önəm veririk.

Əksər sinif otaqlarımız kompüter sistemi ilə təchiz edilib. Müəllimlərimizdən Afiq Quliyev (Azərbaycan dili və ədəbiyyat), Yusif Xəlilov (İnsan və cəmiyyət), Ziyad Abdullayev (riyaziyyat), Zərif Əliyeva (ingilis dili) bir qayda olaraq tədrisin keyfiyyətinə xüsusi diqqət yetirirlər. Onlar çalışırlar ki, müəllim-şagird münasibətləri yüksək səviyyədə qurulsun. Təbii ki, belə olanda təhsildə də böyük uğurlar əldə etmək mümkündür.

İcra başçısından və təhsil şöbəsinin müdirindən razılıq

Murad Şükürov bizimlə söhbətində bildirdi ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz xanım Həşimova çox səmimi və ziyalı insanlardılar.

Onların köməkliyi olmadan mən bir direktor kimi heç bir şey eləyə bilmərəm. Elə ki, çətinliyə düşürük, bax, onda ya Alı müəllimin qapısını döyürük, ya da Almaz xanıma üz tuturuq. Hər ikisi çox sağ olsun, bizi darda qoymur. Aydındır ki, kömək və arxa olanda məktəbdə daha böyük işlər görmək mümkündür.

Bir faktı qeyd edim ki, bu il məktəbimizi bitirən 12 şagirddən 6-sı müxtəlif orta ixtisas məktəbinə qəbul olub. Eyni zamanda rayonda keçirilən olimpiadalarda və müsabiqələrdə şagirdlərimiz müəyyən uğura imza atıblar. Belə ki, bir şagirdimiz keçirilən riyaziyyat olimpiadasında 3-cü yerə çıxıb.

Əlbəttə, biz ilk növbədə ona çalışırıq ki, cəmiyyət üçün vətənpərvər və tərbiyəli gənclər yetişdirək. Eyni zamanda şagirdlərimizin yüksək biliyə və savada yiyələnməsinə görə də ən müasir texnika və texnologiyadan istifadə edirik. Bütün bunlar onu deməyə imkan verir ki, məktəbimizin şagirdləri müəllimlərin çəkdiyi əziyyəti itirməyəcək və üzümüzü edəcəklər.

Faiq QİSMƏTOĞLU

Ədalət.-2013.-27 dekabr.-S.7.