Sonuncu alman
Rəşid
Behbudovun mahnılarını əzbər
bilən
Kileinin Göygöldəki evi muzey olacaq
Tam adı Hans-Hubert olan
Berti Foqts son illər
Azərbaycan
mətbuatında
bəlkə də
ən çox hallanan almandı. Yəqin ki, qarşıdakı
iki ildə də belə
olacaq. Axı AFFA milli futbol
komandasını alman
Foqtsdan başqa kimsəyə etibar etmir.
Amma mən sizə
başqa bir alman - Viktor Kilein haqqında danışmaq istəyirəm. Mərhum Viktor populyarlıq baxımından həmvətəni
Foqtsdan geri qalsa da onun
barəsində yazmağa dəyər.
Viktor Kileinin bir zamanlar yaşadığı
evi Göygöldə tanımayan yoxdu. Sakinlər bu evi rayona gələn yerli və
əcnəbi turistlərə də
həvəslə göstərirlər. Göygöl
rayonunda olarkən mən
də
bu məşhur
evi görmək şansı qazandım.
Göygölə səfərdə məqsəd Mədəniyyət
və
Turizm Nazirliyinin təşkilatçılığı
ilə
ərsəyə gələn media-turda
iştirak etmək idi. Məlum olduğu kimi,
Mədəniyyət və
Turizm Nazirliyi
"2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları"
Proqramını həyata keçirir. Maraqla qarşılanan bu Proqrama uyğun olaraq Göygöl rayonu 2013-cü il
üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilib.
Bu barədə bir qədər sonra...
Viktordan
qalma ev
Şəhərin mərkəzində
yerləşən bu evdən
və
onun alman sahibi haqqında yazmazdan öncə Göygöl rayonunun tarixinə
qısa ekskurs etmək
lazım gələcək. 1819-cu ildə
Vürtemberq krallığından
Qafqaza köç etməyə başlayan alman ailələri Xanlıqlar kəndi ətrafında məskunlaşırlar.
Çox
keçmir ki, alman icması buralarda 600-a yaxın evdən
ibarət
6 küçə
salır və bu yaşayış məntəqəsinə
Helenendorf adı verirlər.
Sovet hakimiyyəti
qurulduqdan sonra isə
rayonun adı əvvəlcə Nəriman Nərimanovun
şərəfinə Nərimanov
adlandırılır. Sonralar, daha dəqiqi,
1938-ci ildə
digər
bir inqilabçı- Xanlar Səfərəliyev yada düşür və yaşayış məntəqəsinə Xanların adı verilir. Alman icmasına Xanlar
rayonunda çox yaşamaq qismət olmur.
İkinci Cahan Savaşı
başladığından Stalin bu ailələri Qazaxıstana deportasiya etmək
barədə göstəriş
verir. Həmin vaxt Viktorun cəmi
6 yaşı varmış.
Ömrünün sonuna
kimi doğulduğu şəhərə sadiq qalan Viktor Kilein 2007-ci il martın
29-da bu evdə dünyasını dəyişir və
Göygöldəki
alman qəbiristanlığında dəfn
edilir. 72 yaşlı
sonuncu alman şəhərdə bu gün yalnız xoş sözlərlə yad olunur. Uzun illər
rayonunun memarı vəzifəsində çalışmış Fikrət İsmayılov onu belə
xatırlayır: "Alman
əsilli Viktorun Azərbaycan xalqına,
onun qədim mədəniyyətinə böyük hörməti var idi. Böyük Nizami
Gəncəvinin poemalarından əzbər deyirdi, dünya şöhrətli sənətkarımız
Rəşid
Behbudovun repertuarındakı
mahnıları ifa etməkdən yorulmurdu".
Sonuncu almanın
5 otaqlı evi ötən
ildən
Mədəniyyət və
Turizm Nazirliyinin balansına verilib. Mənzildə təmir
işləri
aparıldıqdan sonra
Viktorun evində muzey yaradılması planlaşdırılır.
XIX əsrdə yerli almanların
tikdiyi lüteran kilsəsi
isə
artıq muzey kimi fəaliyyət göstərir. Almanların deportasiyasından
sonra kilsədən
idman zalı kimi istifadə olunub.
Göygöl Rayon Tarix Diyarşünaslıq
Muzeyi 2004-cü ildən məhz
bu binaya köçüb. Rayona gələn alman turistlər
lüteran kilsəsini ziyarət
edirlər.
Göygöl şəhərində almanların inşa etdikləri
evlərdə rayon icra hakimiyyəti təmir-bərpa işləri
aparıb. Bərpa olunan evlərdəki səliqə-sahman, küçələrdəki abadlıq
və
təmizlik
göz oxşayır.
"Sənətkarlıq Paytaxtı"
Əvvəllər Helenendrof, Nərimanov, Xanlar və 2008-ci ildən isə Göygöl adlandırılan rayon Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən bu ilin əvvəlində "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunmuşdu. Bununla bağlı ilboyu rayonda müxtəlif tədbirlər həyata keçirilib. Tədbirlərə rayon mədəniyyət mərkəzində təşkil olunan mərasimlə yekun vuruldu. Mərasimə gələnlər foyedəki sərgi ilə yaxından tanış oldular. Yerli sənətkarlar öz əl işlərini bu sərgidə nümayiş etdirdilər. Rayondakı bədii-özfəaliyyət kollektivlərinin hazırladığı konsert də maraqla qarşılandı.
Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin "Sənətkarlıq Paytaxtı" Göygöl rayonuna təşkil etdiyi media-turun iştirakçısı olan jurnalistlər icra başçısı ilə də görüşdülər. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov görülən işlər barədə danışdı, gələcək planlarını mətbuat nümayəndələri ilə bölüşdü: "Son illər ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına qoşulub. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olub. Bütün sahələrdə qazanılan nailiyyətlər göz önündədir. İnkişaf və tərəqqi bölgələrdən də yan keçməyib. Göygöl rayonu da 2013-cü ili uğurla yola salır. Rayonda geniş quruculuq-abadlıq işləri aparılıb, Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi inşa edilib, rahat yollar salınıb. Kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı artıb, yeni iş yerləri yaradılıb. Rayon rəhbərliyi, Göygöl əhalisi görülən işlərlə kifayətlənmir, qarşıdakı illərdə növbəti nailiyyətlər qazanmaq əzmindədi.
Azərbaycanı gələcəkdə daha böyük uğurlar gözləyir. Yeganə problemimiz torpaqlarımızın erməni işğalı altında qalmasıdır. Hər birimiz məsələnin Azərbaycanın xeyrinə həll olunması üçün səy göstərməli, bu işdə dövlətimizin qəti mövqeyini dəstəkləməliyik".
Arif Seyidov Göygölün bu il "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilməsini rayonun həyatında mühüm hadisə olduğunu qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı bu etimada görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirdi: "Bu nominasiyanın rayonumuza etibar edilməsi Göygöldə sənətkarlığın, bədii özfəaliyyət kollektivlərinin inkişafına şərait yaratdı. Nazirliyin yaxından dəstəyi ilə rayonda silsilə tədbirlər keçirildi. Geniş imkanlara malik turizm infrastrukturun daha da genişlənməsi üçün də yaxşı fürsət qazandıq".
Mədəniyyət və turizm nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək "2010-2014-cü illər üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları" Proqramı barədə məlumat verdi. Nazirlik rəsmisi bildirdi ki, Proqramın həyata keçirilməsində məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin təbliğinə və təşviqinə nail olmaqdır. Fikrət Babayev "Azərbaycanın Sənətkarlıq Paytaxtı" nominasiyası üzrə Göygöldə keçirilən tədbirlərin səviyyəsindən razılığını ifadə etdi. Bu işə göstərdiyi diqqət və qayğıya görə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, mədəniyyət işçilərinə, ictimaiyyət nümayəndələrinə təşəkkürünü çatdırdı.
Media-turun iştirakçıları Göygöl rayonunun görməli yerləri ilə tanış oldular, xatirə şəkli çəkdirdilər.
Etibar CƏBRAYILOĞLU
ədalət.-2013.-28
dekabr.-S.12.