Biləsuvar rayonu
2012-ci ili də uğurla
başa vurdu
94040
nəfərdən çox əhalisi olan Biləsuvar rayonu son
zamanlar sözün həqiqi mənasında simasını
xeyli dəyişmiş, bir çox uğurlara imza
atmışdır. Rayon iqtisadiyyatında çalışan əhalinin
sayı 50000 nəfərə çatmışdır.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət
göstərənlərin 89,5 faizi qeyri-dövlət sektorunda
işləyənlərdir. Dövlət idarə və müəssisələrində
çalışan 5000 nəfərin də rayonun iqtisadi-siyasi
həyatında öz layiqli yeri vardır.
2012-ci ildə rayonda əhalinin gəlirləri
208,6 milyon manat olmuşdur. Müqayisə üçün deyək ki, bu ötən ildəkindən 14 faiz çoxdur. Rayonda inşa edilən
böyük və müasir 137 fərdi evin inşası da sakinlərin həyat şəraitinin yaxşılaşmasından xəbər
verən amildir.
"Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"na uyğun olaraq ötən il Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən Biləsuvarda
39 sahibkara 13 milyon manatdan çox güzəştli kredit verilmişdir. 1009 nəfərin
daimi iş yeri ilə təmin
olunması da insanların sosial həyatlarının yaxşılaşdırılmasına
hesablanmışdır.
Rayon mərkəzində aparılan
abadlıq-quruculuq işlərinin
miqyası hər gün bir az da çoxalmaqdadır.
Biləsuvar şəhərinin
mərkəzində 1,7
hektar ərazidə bu gün inşaat
işlərinin çox
qızğın çağıdır.
Burda Heydər Əliyev parkının yenidən qurulması prosesi davam etdirilir. Bu parkda Heydər
Əliyev Mərkəzinin,
Rayon İcra Hakimiyyətinin,
Yeni Azərbaycan Partiyasının Biləsuvar
rayon təşkilatının yeni inzibati binalarının
tikintisi böyük sürətlə aparılır.
Kiçik şəhərcik olacaq bu parkda
Heydər Əliyev abidə kompleksi ucaldılacaq. Ətrafdakı fəvvarələr, yaşıllıqlar,
müasir işıqlandırma
sistemləri bu parka xüsusi bir gözəllik verəcək.
Gözəlliyin sərhədi olmur
Sabah yaradılacaq gözəl
bir şəhər, yaraşıqlı bir bağça bugünkündən
daha gözəl və yaraşıqlı olacaq. Bu həyatın qanunauyğunluğudur. Son bir neçə ildə Biləsuvar rayonunda, eləcə də rayon mərkəzində
aparılan abadlıq-quruculuq
işləri həm də illərin izidir. Bu gün
şəhər və
kəndləri ilə
öyünən Biləsuvar
sakinləri bu şəraiti, bu gözəlliyi damla-damla yaradıblar.
Sahibəli kişi də rayonun bu günü, sabahı üçün
maraqlı olan ağsaqqallardan biridir. Kifayət qədər həyat və iş təcrübəsi olan Sahibəli Mirzəyev Biləsuvar haqqında fəxrlə danışır:
- Yurdumuzun hər gün artan nüfuzu ilə bərabər regionların
inkişafı da məni qəlbən sevindirir.
Ötən il bizim Biləsuvarda iqtisadiyyatın müxtəlif
sahələri üzrə
178,9 milyon manatlıq məhsul istehsal edilmişdir. Abadlıq-quruculuq işlərinə isə xüsusi fikir verilmişdir.
"Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın tələblərinə çox
ciddi əməl olunduğu göz önündədir. Ölkə
Prezidentimizin "Biləsuvar
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında"
23 iyul 2012-ci il tarixli Sərəncamı ilə 17000 əhalinin yaşadığı 6 yaşayış
məntəqəsini birləşdirən,
uzunluğu 21 kilometr olan Biləsuvar-Əskərabad-Amankənd-Ovçudərə
avtomobil yolunun tikintisi üçün
5,2 milyon manat vəsait ayrılmışdır. Bu vəsait
hesabına yüksək
keyfiyyətli, asfalt-beton
örtüklü yol salındı. Rayonun
Bağbanlar, Çinarlı-Aranlı,
Ağayrı, Nəsimi,
Xırmandalı kəndlərində
9,6 kilometr məsafədə yola asfalt döşənmişdir.
Biləsuvar magistral avtomobil
yolunda 11 kilometr asfalt yol salınmışdır.
Burda iş bu gün də
davam etdirilir.
Rayonumuzda
tikinti işlərinin
sürəti bir an belə azalmamışdır.
2012-ci ildə Biləsuvar
şəhər ərazisində
Vergi Terminalının
inzibati binasının,
Bitkilərin Fitosanitar
karantin idarəsinin,
rayon Baytarlıq müəssisəsinin,
bu müəssisənin
Yuxarı Ağalı
kəndindəki məntəqəsinin,
şəhər 2 saylı
uşaq bağçasının
40 yerlik binasının,
Zəhmətabad kəndində
50 yerlik körpələr
evinin təmir işləri yekunlaşmışdır.
Rayon Polis şöbəsinin Zəhmətabaddakı polis bölməsinin
inzibati binasında, Biləsuvar şəhər
1 saylı uşaq bağçasında, Xırmandalı
kənd 1 saylı orta məktəb binasında, Zəhmətabad
kənd orta məktəbinin idman zalında aparılan təmir işləri də başa çatmışdır.
Şəhərimizin H.Əliyev, M.İbrahimov, Nizami küçələrində hasarların
tikintisi, dekorativ ağ lay daşlarla
üzlənməsi, piyada
yolunun üzlük tava daşlarla döşənməsi işləri
davam etdirilir. Bu işlərdən sonra burda quraşdırılan
müasir işıqlandırma
sistemləri Biləsuvar
şəhərinə ayrı
bir gözəllik verəcək.
Kənd yerləırində yaşayan
sakinlərin sosial şəraitinin yaxşılaşdırılmasına
hesablanmış "Modul"
tipli su durulducu qurğuların sayını xeyli artırmışıq. 2012-ci ildə daha 5 kənddə su durulducu qurğu inşa etmişik.
Camaatımızın digər qayğılarını
da həll etməyə çalışmışıq. Biləsuvar şəhər
ərazisində bütün
tələblərə cavab
verən 500 yerlik yeni şadlıq sarayı inşa etmişik. Ağalı kəndində isə
xeyir-şər evinin tikintisi davam etdirilir. Xırmandalı kəndində 2 hektar
ərazidə kənd
təsərrüfatı məhsulları
yetişdiriləcək istixananın,
Biləsuvar dolama yolunun başlanğıcında
soyuducu anbar kompleksinin inşası davam etdirilir. Deyəsən axı xeyli
şey danışa bildim.
Rayon ağsaqqalı Sahibəli
Mirzəyev rayondakı
tikinti-quruculuq işlərindən
əslində kifayət
qədər məlumat
vermiş oldu.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
Ədalət.- 2013.- 12 fevral.- S.7.