İllərin izi
Biləsuvar rayonu
2012-ci ili də uğurla
başa vurdu
(əvvəli ötən
sayımızda)
Bol məhsulun
yolu zəhmətdən keçir
Qeyd
etdiyimiz kimi Biləsuvar rayonunda yaşayan sakinlər torpağa
bağlı insanlardır. Məhz onların gərgin əməklərinin
nəticəsində ötən ildə də aqrar sahədə
xeyli uğurlar qazanılmışdır. Ümumi məhsul
istehsalının həcmi artmış, məhsuldarlıq
yüksəlmiş, nəticədə insanların həyat səviyyəsi
xeyli yaxşılaşmışdır. Ötən il rayonda kənd
təsərrüfatı məhsulunun həcmi 84,5 milyon manata
çatdırılmışdır. Ümumilikdə 60,5
milyon ton taxıl, 11,5 min ton pambıq əldə edilmişdir.
27 min ton süd, diri çəkidə 5,3 min ton ət məhsulu
istehsal olunmuşdur.
Torpaqların
meliorativ vəziyyətini yaxşılaşdırmaq
üçün mövcud kollektor-drenaj sistemlərinin təmiri
və lildən təmizlənməsindən ötrü
2012-2014-cü illər üzrə qrafik
hazırlanmışdır. Hər il olduğu kimi 2012-ci ildə
də 238,7 kilometr kollektor-drenajlar lildən təmizlənmişdir.
Torpaqları daha yaxşı suvarmaq üçün 16 ədəd
su nasosları, 21 ədəd dizel mühərriki, 6 ədəd
elektrik mühərriki, 3 ədəd elektrik transformatorları əsaslı
təmir edilmişdir.
Biləsuvarda
tərəvəzçiliyi inkişaf etdirmək
üçün İtaliya texnologiyası əsasında illik
gücü 5500 ton olun istixananın tikintisi son mərhələdədir.
2000 ton tərəvəzin saxlanması üçün soyuducu
anbar işə düşdükdən sonra burda 70 nəfər
daimi işlə təmin ediləcək.
Təhsil daim gündəmdədir
Biləsuvar
rayon təhsilinin son vaxtlar əldə edilmiş bir sıra
uğurlarından bəhs etməyimiz təsadüfi deyil.
Çünki bu uğurların qazanılması
üçün xeyli zəhmət çəkilmişdir.
Rayondakı Texniki Peşə məktəbinin direktoru Elşən
Seyfullayev də bu barədə həvəslə
danışdı. Qeyd etdi ki, məktəblərin maddi-texniki
bazalarının möhkəmləndirilməsinin, təhsil
müəssisələrinin müasir tələblər əsasında
qurulmasının nəticəsidir ki, son illər rayonda 9 yeni
məktəb binası inşa edilmişdir. 4 məktəb
binası isə əsaslı şəkildə təmir
olunmuşdur. Hazırda 1176 yerlik Ağalıkənd kənd
orta məktəbinin təmiri də yüksək keyfiyyətlə
aparılır. Məktəblərimizin təmiri və
tikintisini daha yüksək keyfiyyətlə aparmaq
üçün 2013-cü ildə görəcəyimiz
işlər haqqında layihələr nəzərdə
tutulmuşdur. Qərara almışıq ki, Xırmandalı kənd
2 saylı, Amankənd kənd orta məktəbləri
üçün yeni binaların tikintisini aparaq.
Ötən
ilki məzunlarımızdan qəbul imtahanlarında 4 nəfəri
600-dən, 26 nəfəri 500-dən çox bal toplaya bildi.
Azərbaycanımızın
Milli Qəhrəmanı Mübariz İbrahimovun adını
daşıyan lisey-məktəbin uğurları bizi daha
çox sevindirir. Məktəbin ilk buraxılışı
olan 23 nəfər məzunun hamısı yüksək bal
toplayaraq tələbə adını qazanmışlar. Bu
uğurlarda, daha doğrusu ali məktəblərə qəbulda
şəhər 1, 2, 4 saylı, Bəydili, Aşağı
Cürəli, Xırmandalı kənd 1 saylı, Yuxarı
Cürəli kənd tam orta məktəblərinin əməyi
daha çoxdur. Çalışacağıq ki,
uğurlarımız daha çox olsun.
Sonda
Elşən müəllim direktoru olduğu Texniki Peşə
məktəbindən də ürəklə
danışdı.
Sağlam gənclik sağlam gələcəkdir
Sabahın
təməli bu gün qoyulur. Bu həmişə belə
olacaq, çünki zamanın yönü gələcəyidir.
Biləsuvar rayonunda gəncliyin formalaşmasına, inkişaf
etməsinə çox geniş meydan verilir. Ona görə də
burdakı Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan,
150 sadə idman qurğusundan biləsuvarlı gənclər
daha səmərəli istifadə edirlər. Ölkə
Prezidenti İlham Əliyevin 2012-ci ili "İdman ili" elan
etməsi rayondakı idmançıları da xeyli
sevindirmiş və müxtəlif uğurlara
aparmışdır.
Yeni
Azərbaycan Partiyası Biləsuvar rayon Gənclər Təşkilatının
sədri Kamil Qurbanov bu barədə bir qədər də ətraflı
məlumat verdi:
-
Sabahımızın layiqli davamçıları olan gənclərimizin
kamil yetişməsi, intellekt səviyyələrinin yüksəldilməsi
üçün dayanmadan iş aparılır. Onların
ideya-siyasi, hərbi vətənpərvərlik tərbiyəsinin
yüksəldilməsi günün vacib tələblərindəndir.
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı əsasında bu ilin yanvarında
elektron səsvermədə biləsuvarlı gənclər
yüksək fəallıq göstərərək 2013-cü
ilin "Gənclər Paytaxtı" müsabiqəsində
qalib oldular. Bu parlaq qələbə bizi gənclərlə
daha çox təmasda olmağa sövq edir. Eyni zamanda bu həm
də bizim üzərimizə çox böyük məsuliyyət
qoyur.
Biləsuvarlı
gənclərə Mübariz İbrahimov ruhu aşılayan Gənclər
Təşkilatının sədrinə biz də uğurlar
arzulayırıq.
Bir sahibkarın əlavəsi
Biləsuvarda
olarkən müxtəlif peşə sahibləri ilə bərabər
rayonda fəaliyyət göstərən sahibkar Şakir
Soltanovla da həmsöhbət ola bildik. Fermer təsərrüfatı
ilə məşğul olan Şakir Soltanov öz işləri
ilə bağlı xeyli məlumatdan sonra
aşağıdakıları da qeyd etməyimizi xahiş etdi:
-
Rayonumuzda sahibkarlığıın inkişafına xüsusi
fikir verildiyindən bu sahədə irəliləyişimiz daha
çoxdur. Bu gün bu barədə nəsə demək
doğrudan artıqdır. Fermer olsam da, mən bu gün
rayonumuzun mavi qaz təsərrüfatından qısa da olsa bəhs
edəcəyəm. Bu gün Biləsuvardakı 26
yaşayış məntəqəsindən 15-i təbii qazla
təmin edilmişdir. Burdakı əhalinin sayı isə 63000
nəfərə yaxındır. Ötən il rayonda 120,8
kilometr uzunluğunda qaz xətti çəkilib, 9 ədəd
qaz tənzimləmə məntəqəsi
quraşdırılıb. Ovçudərə, Təzəkənd,
Yuxarı və Aşağı Cürəli, Amankənd,
Ağalıkənd kimi yaşayış massivlərində,
Biləsuvar şəhərinin "Təyyarə
Meydanı" adlanan yaşayış məntəqəsində
22446 nəfər əhali təbii qaz ala bilib. Yəqin ki,
çox yaxın vaxtlarda rayonun bütün ərazisində
mavi qaz olacaq.
Sahibkar
sonda əlavə elədi ki, insanların sosial şəraitləri
yaxşı olmalıdır ki, onlar yaxşı işləsin.
Səxavət Məmmədli
Ədalət.- 2013.- 13 fevral.- S.7.