TANRI YERDƏ QOYMAZ BU İNTİQAMI
Qan içində boğulan
Xocalı torpağının harayı, günahsız şəhidlərin
müqəddəs ruhu, xanım-xatın qadın və
qızlarımızın tapdalanan isməti, ağbirçək
anaların fəryadı, namus və qeyrətimiz bizi
sabahkı nəsillər qarşısında borclu qalmamağa,
üzü ağ olmağa çağırır.
Müəllif.
Mənim
bir yaram var... qaysaq
bağlamır,
Qövr
edir, sızlayır... sarğı saxlamır.
Dərindir...
sağalmır, göz-göz olubdur,
Loğman
həsrətilə gözü dolubdur!
O
yara Xocalı - dərd
yarasıdı,
Gözümün
ağıdı, zil qarasıdı!
Gözəl
bir diyarın faciəsidir,
Sızlayan
kamanın matəm səsidir!
O
yara sinəmdə cəllad dağıdı,
Nahaqdan qaralan el çırağıdı!
Ata naləsidi, ana harayı...
Ağladır səmada Günəşi,
Ayı!
Xalqın
kədəridi, torpağın
dərdi,
Cəhənnəm odundan daha betərdi!
O yara qızların üz həyasıdı,
Nakam bir ocağın, elin yasıdı.
Matəmə çevrilən toy-düyünüdü,
Ən ağır kədərli,
zülmət günüdü!
Elə bir zülmət ki, ömrün üzünə
Ən müdhiş
bəladır çöküb
gözünə.
Göyləri titrədən soyqırımıdı,
Böyük bir fəlakət
ildırımıdı!..
Xalqım
layiq deyil bu ağır dərdə,
Düşmən at oynadır indi o yerdə.
Niyə
belə oldu yaramız dərin,
İgidlər məkanı o gözəl
yerin
Qocası,
uşağı, qızı,
gəlini...
Verib bir-birinə möhkəm əlini
Düşmənə dağ kimi sinə gərirdi;
Mərdlik nümunəsi el göstərirdi!
Dillər
əzbəriydi Xocalı
adı,
Qartal qanadlıydı hər bir övladı!
Elə şığıyırdı düşmən
üstünə,
Bir ləkə
gəlməzdi onun şəstinə.
Silaha dönmüşdü yaba
da, bel də...
Hamı döyüşürdü bu
cəsur eldə.
Hər cəsur qılınctək
elə kəsirdi,
Önündə düşmənlər tir-tir əsirdi!..
Xocalı
bax belə ərlər yurdudu,
İgid
övladları güclü
ordudu...
Fəqət olmasaydı xəyanət
əli,
Baş tuta bilməzdi Şeytan əməli!
Qaranlıq gecədə... şaxtada,
qarda
İgid Xocalını qoydular darda.
Qırıldı el-oba bir an içində,
Boğuldu tökülən al qan
içində!
Körpələr püskürən alova
yandı;
Ana qucağında qana
boyandı.
Müdrik
qocaların kəsildi
başı,
Axar selə döndü qanlı göz yaşı...
Yoldu saçlarını ağbirçək
ana,
Bilmədi zülmətdə qaçsın
hayana!
Tapdandı isməti qızın,
gəlinin;
Ağıya çevrildi sözü dilinin.
Bax belə Xocalı verildi bada,
Yazıldı tarixə bu qan, bu qada!..
Qaçqın adlansa da bu gün adları,
Bu ana torpağın mərd övladları
Nə qədər sözünü
deməyib qəti,
Qalıb
gözlərində torpaq
həsrəti!
O həsrət vüsala tez yetməyincə
Qılınclar qınına qoyulmur
məncə!
Silaha sarılıb nə vaxtdan bəri
Cilov gəmirirlər el igidləri!
El-oba düşsə də dara, çətinə,
Güvənir onların cəsarətinə!
Elə cəsarət ki, şahintək şığar,
Başına yenilməz igidlər
yığar!
Dağı da oynadar öz təməlindən,
Çilçıraq yaranar onun əlindən!
Yenə
gülər üzü
aranın, dağın;
Olar xilaskarı Ana Torpağın!
Əl-ələ verərək qalxanda
hamı
TANRI yerdə qoymaz bu intiqamı!
Əjdər QİYASLI,
iqtisadçı alim, şair
Ədalət.-2013.-26 fevral.-S.6.