AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ÜÇÜN ƏSƏRLƏR YAZILMIR!

 

 (əvvəli ötən saylarımızda)

 

Respublikada xalq çalğı alətlərinin not tədrisi ifaçılığı ilə, təhsili ilə əlaqədar onilliklər boyu hökm sürən mövcud böhranlı, baxımsız, biganə durumu əsaslı fakt arqumentlərlə təhlil etdikdən sonra, mövcud vəziyyəti tam obyektiv aşkarladıqdan sonra aşağıdakı təkliflərimi bildirirəm:

- Azərbaycanda təcrübəli, uğurlu ixtisas müəllimi ifaçı kimi tanınan müəllimlərə tədris repertuarı yazmaq işi etibar olunsun. Hər halda zəngin dərs, ixtisas öyrətmək praktikası olan təcrübəli müəllim hansı sinif üçün necə pyes yazılmalı olduğunu metodik baxımdan daha yaxşı bilir. Lakin belə məsuliyyətli vacib işi yenə şəxsi təşəbbüslərin ixtiyarına buraxmaq olmaz. Bu müvafiq nazirliklərin xüsusi planı, sifarişləri, müqavilə ödənişləri əsasında yerinə yetirilməlidir.

- Bəstəkarların ixtisas müəllimlərinin tədris konsert repertuarı yaratmaqda birgə əməyi təşkil olunsun. Bu işin xüsusi musiqi təhsili layihəsi kimi həyata keçirilməsi üçün müvafiq nazirliklərdən lazımi maliyyə ayrılsın. Uşaq musiqi məktəblərinin, musiqi kolleclərinin, orta ixtisas musiqi məktəblərinin şagirdləri üçün aşan orta çətinlikli pyeslərin yazılmasına təcrübəli, bacarıqlı, yaradıcı müəllimləri mütləq cəlb edilməli, onların alətə, alətin öyrədilməsi metodikasına mükəmməl bələdliyinə etimad göstərilməlidir. Müəllimlərin yazdıqları pyeslərə, texniki məşğələlərə xüsusi komissiyada baxılması, seçilməli, faktura, forma, harmoniya cəhətdən peşəkar bəstəkarlar tərəfindən redaktə olunmalıdırlar. Yaranmış mövcud böhranın aradan qaldılılması xüsusi proqram şəklində, hökumətin maliyyə dəstəyi ilə bir neçə il ərzində pillə-pillə həyara keçirilməlidir. "Uşaq incəsənət məktəblərinin tar ixtisası üçün pyeslər. I sinif", "Uşaq incəsənət məktəblərinin kamança ixtisası üçün pyeslər. I sinif", "Musiqi kollecləri orta ixtisas musiqi məktəblərinin tar ixtisası üçün pyeslər. I II siniflər", "Uşaq incəsənət məktəblərinin kamança ixtisası üçün pyeslər. II sinif", "Uşaq incəsənət məktəblərinin balaban ixtisası üçün pyeslər. I sinif", "Uşaq incəsənət məktəblərinin qanun ixtisası üçün pyeslər. I sinif", "Musiqi kolleclərinin balaban ixtisası üçün pyeslər. III kurs.", "Musiqi kollecləri orta ixtisas musiqi məktəblərinin balaban ixtisası üçün pyeslər. IV sinif", "Orta ixtisas musiqi məktəblərinin tar ixtisası üçün pyeslər. X-XI siniflər", "Orta ixtisas musiqi məktəblərinin kamança sinfi üçün pyeslər. X-XI siniflər", "Ali musiqi məktəblərinin tar ixtisası üçün pyeslər. I kurs" i.a. Bütün xalq çalğı alətlərinin bütün siniflər kurslar üzrə tədrisi üçün bu kimi repertuar-not ədəbiyyatları yazılmalı, tərtib olunmalı nəşr edilməlidir. Lakin bir şərtlə ki, məsələn, kamança ya qanun üçün tədris pyesləri tar üçün yazılan pyeslərdən köçürmələr olmasın. Həm bir şərtlə ki, bu tədris pyeslərinin, vəsaitlərin yazılmasında Təhsil nazirliyi, Mədəniyyət turizm nazirliyi, Bəstəkarlar İttifaqı tərəfindən müəlliflərə maliyyə dəstəyi verilsin. Gəlin, mədəniyyətimizin təhsilimizin belə həllivacib məsələsində "pulsuzluq şousu" yaratmayaq. Hamımız bilirik ki, yaradıcılığa, təhsilə tədrisə hökumətdən kifayət qədər büdcə vəsaiti ayrılır. Heç olmasa, bu pulları bir dəfə tarın, kamançanın, balabanın qanunun tədrisinə təhsilinə sərf edin.

- Təklif edirəm ki, Bakının, şəhər rayonların tar, kamança, qanun, balaban alətləri üzrə təcrübəli, təşəbbüskar metodist müəllimlərinə bu alətlər üçün asan orta çətinliklərdə kiçik formalı əsərlər, pyeslər yazılması tapşırılsın. Çünki təcrübəli ixtisas müəllimləri hansı sinif üşün necə pyesin yazılması olduğunu bilirlər. Bu müəllimlərin tədris repertuarı üzərində yaradıcılıq işləri Bəstəkarlar İttifaqı tərəfindən nəzarəyə götürülsün, pyeslərin fortepiano müşayiətində forma, faktura harmoniya yazılışı redaktə olunsun. Yazılan pyeslər siniflər üçün məcmuə şəkilndə qruplaşdırılsın.

- Təklif edirəm ki, ali musiqi məktəblərinin ifaçılıq kafedralarında onlarla təcrübəli, adlı-sanlı ixtisas müəllimlərinin təcrübəsindən, metodik, pedaqoji biliklərindən yararlanmaqla, bu durğunluq aradan qaldırısın. Nəzərə alaq ki, bu müəllimlər Əməkdar müəllim, Əməkdar incəsənət xadirimi, Xalq atrisiti, Əməkdar artist fəxri adlarını, dosent, professor vəzifələrini daşıyırlar. Əminəm ki, onlar uşaq, orta ixtisas, musiqi kollecləri konservatoriya üşün tədris repertuarının yazılması işinin öhdəsindən öz zəngin ifaçılıq-müəllimlik təcrübələri, metodika sahəsindəki bilikləri sayəsində əla gələ bilərlər. Heç kim elə düşünməsin ki, xalq çalğı alətləri üçün tədris repertuarı yazmaq hər bəstəkarın işidir müəllimlər illərlə tədris etdikləri alət üçün tədris pyesləri yazmağı ixtisas dərsi keçməyən bəstəkarlardan pis bacararlar. Belə səhv, əsassız, stereotip yanaşma ümumi işin yalnız zərərinə ola bilər. Digər tərəfdən, nəzərə almalıyıq ki, tədris-not əsərləri ayrı-ayrı siniflər kurslar üçün yazılması tədrisin, aləti mənimsəmənin spesifik xüsusiyyətlərinə cavab verməlidir.

- Bəstəkarlar İttifaqının rəhbərliyi, katibliyi, yaradıcılıq bölməsi yaranmış durğun vəziyyəti ciddi müzakirə etməli, bəstəkarların müxtəlif formajanrlarda xalq çalğı alətləri üçün əsərlər yazmaq istəklərini və imkanlarını aydınlaşdırmalıdır. Düzdür, Bəstəkarlar İttifaqı üzvlərinin hansı alət üçün əsər yazmalı olub-olmadıqları müzakirə mövzusu deyildir. Bu məsələ, birincisi, təşəbbüskarlıq və təəssübkeşlik səviyyəsində həyata keçirilə bilər. İkincisi, tədris repertuarı yazılması işinin Mədəniyyət və turizm nazirliyinin sifarişi əsasında icra edilməsi daha real, səmərəli və keyfiyyətli ola bilər. Onu da nəzərə alaq ki, ABİ üzvü olan bəstəkarlar arasında vaxtilə tar, kamança çalanları olublar.

- Təhsil nazirliyi, Mədəniyyət və turizm nazirliyi xalq calğı alətlərinin tədrisindəki mövcud problemin səmərəli və sürətli həlli istiqamətində konkret əməli tədbirlər həyata keçirməli, bu işin həllində bilavasitə təşkilati və maliyyə dəstəyi göstərməlidir.

- Mümkündür ki, musiqi təhsili müəssisələri Təhsil nazirliyi, Mədəniyyət və turizm nazirliyi ilə birlikdə tədris repertuarında dair xüsusi layihələr işləsinlər və həyata keçirsinlər. Məsələn, "uşaq musiqi və incəsənət məktəblərində xalq çalğı alətlərinin tədrisi üçün pyeslər" layihəsi hər bir alət nəzərə alınmaqla, geniş bir layihə kimi düşünülə və icra oluna bilər.

- Əlbəttə, daha səmərəli, real təkliflər də verilə bilər. Amma hər halda, bu acınacaqlı vəziyyətin, durğunluğun həlli vaxtı çoxdan yetişibdir. Onu həll etmək üçün hər cür imkanımız var: qeyri-maddi irsin yaşaması və təbliği üçün real, uğurlu və davamlı layihələr, təcrübəli müəllimlər, adlı-sanlı ifaçılar, metodik mərkəzlər, elmi laboratoriyalar, kafedralar, yaxşı şəraiti, istedadlı bəstəkarlar, yaxşı işləyən rəhbərlər, hökumətin maliyyə dəstəyi. Sadəcə qalır, bu işi birlikdə, ağıllı, səmərəli və sürətli həll etmək istəyimiz, real həllolma imkanlarımızın düzgün təşkili və milli alətlərin tədrisinə, ifaçılığına professional münasibətimiz.

 

Ariz ABDULƏLİYEV,

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti,

böyük elmi işçi

 

Ədalət.- 2013.- 5 iyul.- S. 4.