ŞEİRİMİZDƏ
QARABAĞ
ƏDƏBİ
HƏYAT
(I məqalə)
Başlanğıcda
fransız yazarı Giyom Apollinerin bir fikrini xatırlatmaq istəyirəm:
"Yaddan çıxarmayaq ki, hər hansı bir millətdən
ötrü ruhən işğal olunmaq silah gücünə
işğal olunmaqdan daha təhlükəli ola
bilər". Bəli, ruhən işğal
olunmaq məğlubiyyətə yol açır. Bizim poeziya, ümumən ədəbiyyat həmişə
qələbəyə inam hissi yaratmalıdır. Torpaqlarımızı işğaldan azad etmək
üçün müharibə zəruri və
qaçılmavz olarsa, düşmənin üstünə həm
də poeziya ilə silahlanıb getməliyik.
İlk növbədə, gəlin müəyyənləşdirək
görək, müasir poeziyada Qarabağ mövzusu hansı
aspektləri əhatə edir?
Qarabağ
müharibəsi başlananda, ilk şəhidlərimizin
qanı bu torpağı lalə kimi qızardanda, kəndlərimiz,rayonlarımız, şəhərlərimiz
torpaqlarımız işğal olunanda şeirimizdə səfərbərlik
əhval-ruhiyyəsi, çağırış motivləri
daha güclü idi. "Ayağa dur, Azərbaycan!"
nidasını tez-tez eşidirdik.
Nə
yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa
dur, Azərbaycan, səninləyəm!
Səndən
qeyri
biz hər
şeyi bölə billik!
Səndən
qeyri
biz
hamımız ölə billik!
Ayağa
dur, Azərbaycan!
Bunu bizə
zaman deyir,
Məzarından
baş qaldıran baban deyir!
(Məmməd
Araz)
Şuşa,
Laçın, Xocalı qovrulur öz yağında,
Yetmiş
yeddi yara var sinələrin dağında,
Vaqif,
Şəmşir, Ələsgər düşmənin
tapdağında,
Daş yandırar intizarım, daş yandırar həsrətim.
Dur ayağa,
məmləkətim, qalx ayağa millətim!
(Zəlimxan
Yaqub)
Sonrakı illərdə də bu
çağırış ruhu zəifləmədi, ancaq
get-gedə torpaq itkisi, yurd həsrəti Qarabağ
mövzusunda aparıcı xəttə çevrilməyə
başladı.
Bir tərəfdən, şəhidlərə
matəm tutuldu, onların qəhrəmanlığı vəsf
olundu, digər tərəfdən isə elegik notlar güclənməyə
başladı. Bir tərəfdən,
qaçqınlığın, köçkünlüyün
doğurduğu bəlalardan söz açılırdı,
digər tərəfdən, Qarabağ döyüşlərində
igidlik göstərən yurddaşlarımızın xatirəsi
yad edilirdi. Bunları bəzən eyni
şairin şeir və poemalarında izləsək də, bəzi
şairlərdə yalnız yurd həsrəti ifadə olunur
ya da qaçqınlığın doğurduğu faciələrdən
danışılırdı. Bir sözlə,
şeirimizdə (eləcə də nəsrimizdə,
publisistikamızda) Qarabağ mövzusu müxtəlif və rəngarəng
şaxələri, qolları ilə diqqəti cəlb edirdi.
Əlbəttə, poeziyamızla Qarabağ mövzusu ilə
bağlı geniş təsnifat aparmaq fikrimiz yoxdu. Ən əsas
mövzunun qolları, şaxələrindən söz
açmaq əvəzinə, ayrı-ayrı şairlərin
yaradıcılığında bu temanın necə əks
olunduğunu nəzərinizə çatdırmaq istərdik.
Qarabağda
baş verən olaylar, xain qonşuların xarici dövlətlərin
dəstəyilə ayrı-ayrı rayon və kəndlərimizi
işğal etmələri, qaçqınlıq,
köçkünlük bəlaları, çadırlara
sığınan həmyerlilərimizin gün-güzəran
ağrıları, yurd göynərtisi, fərarilik, ölkəmizin
öz daxilində gedən siyasi çəkişmələr,
hakimiyyət uğrunda mübarizəgbütün bunlar
keçən əsrin doxsanıncı illərindən
başlayaraq ədəbiyyata da təsirsiz qalmırdı. Biz poeziyamızın əksər nümayəndələrinin
yaradıcılığını nəzərdən
keçirsək, həmin illərin ağrı-acılarının
onların şeir və poemalarında necə əks
olunduğunu izləyə bilərik. Doğrudur, indi
üstündən illər keçib, o şairlərin bir
çoxu da (Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Məmməd
Araz, Cabir Novruz, Tofiq Bayram, Hüseyn Kürdoğlu))
dünyalarını dəyişmişlər, amma
yazdıqları şeirlər bir tarix olaraq qalır.
Burada Xalq şairləri Qabilin və Cabir Novruzun şeirlərini
xatırlamaqla onlara dərin ehtiramımızı bildirək. Yada salaq
1990-cı ilin o dəhşətli Yanvar
qırğınını. O günlər təkcə
xalqımız deyil, şeirimiz də yas içindəydi. Xalqın istilaya, zülmə qarşı
çevrilmiş etirazı ilkin olaraq Qabilin poeziyasında da
öz əksini tapdı.
Gecəni
atəş ilə qırmızı qan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər.
Qabilin bu "Mərsiyə" şeiri o zaman dillər əzbəri
idi. Klassik Azərbaycan şeirinin bu forması elə bil
yenidən doğuldu.
Vaxtilə Abbas Səhhət yazırdı, Mirzə
Ələkbər Sabirin şeirləri İran məşrutə
hərəkatına bir ordudan ziyadə xidmət etmişdir. Doxsanıncı
illərdə də bu missiyanı üzərinə
götürənlərdən biri Qabil oldu. Onun həmin
illərdə qələmə aldığı
"Çalsın Azərbaycan haray zəngini", "Qeyrət,
a vətəndaşlar!", "Çalma, qaboy", "Bu
gün idman vaxtı deyil", "Xəcalət", "Qərənfillərdən
uzaq", "Çadırlar", "Çadırlara
alışmayın", "Yanıq Kərəmi",
"Nəsimi bazarında", "Rəqs", "Haray, tələsin,
gəlin" və nəhayət, "Ümid sənədir
ancaq" şeirləri Sabir cəsarəti ilə köklənmişdi.
Həmin şeirləri Qabil xaos və hərcmərclik
dövrünün yaratdığı ictimai-siyasi, mənəvi-psixoloji
ab-havaya kəskin etiraz kimi qələmə almışdı.
"Çadırlara alışmayın!"
- bu, o deməkdir ki, ruhunuz sönməsin,
xarici ölkələrin pay-puşuna göz dikməyin, əlinizə
silah götürüb torpaqları azad edin. "Yanıq
Kərəmi"yə oynamaq olmaz, bu gün hər kəs
işğal olunmuş Vətən torpaqları barədə
düşünməlidir. Qabilin
"Ümid sənədir ancaq" şeiri fikrimizcə, təkcə
poetik bəyənat deyil, həm də torpaqlarımızı
azad etmənin xilas yoludur.
Ali
qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək
yanır, göz dolur
Şəhid qəbirlərindən.
Düşünüb-daşınıram
Özlüyümdə dərindən.
İntiqam
ala bilməz,
Qana qan ola bilməz.
Məzarları
bəzəyən
Ehtiram
çiçəklərig
Ümid sənədir
ancaq,
Azərbaycan
əsgəri!
Bir
başqa şeirində - "Nəsimi bazarında" Qabil
hamımıza tanış olan bir mənzərəni
canlandırır. "Nəsimi" adlanan
Bakı bazarında qızğın alver gedir. Xalq, əlində ölü manat, qarın
hayındadır. Şair yüzlərlə
şəhidi olan bir məmləkətin halına
acıyır, birdən-birə Nəsimini xatırlayır,
onun dönməzliyini yada salır. Nəsimi
dönməzliyilə "Nəsimi" bazarındakı
alver-möhtəkirlik arasında tarixi-sosial təzadların səbəbləri
üzərində düşünür. Şair bu
ağrılı məsələləri bir az
da sərt məcraya yönəldir, "Nəsimi"
bazarındakı qızğın alverlə
Çeçenistanda gedən ölüm-dirim
savaşını müqayisə edir:
Nəsimi
bazarına
Əs, ey
odlu külək, əs!
Əs,
çeçen diyarından!
Bəlkə
tərpəniş görə
Xalq
öz oğullarından!
Ümumiyyətlə, Qabilin həmin illərdə
yazdığı şeirlərində bir səfərbərlik,
haray, çağırış motivləri ilə
rastlaşırıq. O, yurddaşlarını fəallığa, mübarizəyə
səsləyir, öncə haqqında söz
açdığımız şeirdə olduğu kimi xilasımızı,
nicatımızı qisas almaqda, intiqamda, döyüşdə
görür. Azərbaycan həmin illərdə neçə
çadır şəhərcikləri ilə dolu idi və
Qabil üzünü o çadırlarda yaşayanlara tutub
deyirdi ki:
Cərgə-cərgə,
düzüm-düzüm,
Görüb
qan ağlayır gözümg
Millətimə
budur sözüm:
Çadırlara
alışmayın!
Tayfa
deyil, millətik Biz,
Bir evik,
bir külfətik Biz,
Saraylara
şöhrətik Biz
Çadırlara
alışmayın!
Xalq şairi Cabir Novruzun poeziyasında da Qarabağ
mövzusu, həmin illərdə məmləkətimizdə
baş verən ictimai-siyasi olaylar öz əksini tapdı. Cabir Novruz
öz təbiəti etibarilə həmişə nikbin şair
olmuşdur, onun ən kövrək şeirlərində belə
bu nikbinlik, bu işıq əskilməmişdir. Ancaq səksəninici illərin sonlarından
başlayaraq onun poeziyasında kədərli notlar güclənməyə
başladı. Bu kədər, bu bədbinlik
notları şairin hər gün müşahidə etdiyi hadisələrdən,
rastlaşdığı dərdli insanların
baxışlarından hasil olurdu. O, böyük Azərbaycan
dərdi zirvəsindən baxırdı hər gün
rastlaşdığı hadisələrə. Deyirdi ki:
Bu gün
bircə dərdimiz var-Vətən dərdig
Hamımızı
oda yaxar-Vətən dərdig
Dava gedir
torpağımda,
Şəhid
olur yurdumuzun yüz-yüz mərdi,
Vətən
dərdi qabağında
Əfsanədir çörək dərdi, yemək dərdi,
gödən dərdi.
Şairin
"Əl açdı gəlin mənə", "Qan
içində", "Əlac gərək, əlac gərək"
və s. şeirlərində Vətənin dərdlərindən
doğan hallar poeziyaya gəlir. Əgər belə
demək mümkünsə, Cabir Novruz dərdin
poeziyasını poeziyanın dərdinə çevirir. Onun iki poeması - "Azərbaycan" və
"Şuşa yolu" (birinci poema 1990, ikincisi isə 2002-ci
ildə "Azərbaycan" jurnalında işıq
üzü görmüşdür) məhz bu həqiqəti təsdiq
edir ki, Şair öz Məmləkətinin, Vətəninin dərdlərinə
biganə qalmamalıdır. Haray çəkməlidir,
yurddaşlarını bir məslək uğrunda mübarizəyə
səsləməlidir.
"Azərbaycan" poemasında Birlik ideyası təbliğ
olunur. 1946-cı
ildən sonrakı Azərbaycan-bir tərəfi Şimal, bir tərəfi
Cənub adlandırılan, həmişə vahidliyə can
atsa da, bölünən, parçalanan, qəlpələnən
Azərbaycanın faciələri canlandırılır.
Bakının Təbrizdən, Təbrizin Bakıdan ayrı
düşməsi, bu pyrılığın böyük həyəcanlar,
fırtınalar doğurması poemada təsirli, emosional
misralarla oxucuya çatdırılır. Şair iki
Almaniyanın birləşməsini görür, buna ürəkdən
sevinir, amma..
Qırx
dörd ildə dözmədilər almanlar, amma,
Bəs sən, əsr yarım keçib, necə
dözürsən?
Uyuyuram,
anam Təbriz girir yuxuma,
İkiləşmiş Astaramız durur gözümdə.
C.Novruzun bu poemasında əsas obraz Vətəndir, o
taylı-bu taylı Vətən. Ancaq bu Vətəni
Ayrılıq xəncərləri həmişə ikiyə
bölüb.
İndi də...g
Bu yay bizi
heç Şuşaya buraxmadılar,
Silahlanmış hərbiçilər bələdçi
oldu.
Təhlükənin,
səksəkənin keçdik cənginə,
Burdan Şuşa qalasına qırx akğac oldu,
Yol kəsmişdi ermənilər-ərəbzəngilər.
Deyin, adam durub kimə şikayət etsin,
Bu boyda da ağır bəla, pis gün olarmı?
Vətəninə
əsgər səni müşayiət etsin,
Şair üçün bundan böyük nisgil
olarmı?
Şuşanı çox sevirdi Cabir Novruz və bu maddi mədəniyyət
abidəsi ilə fəxr edirdi. Onun ömrünün
son illərində bitirdiyi "Şuşa yolu" poeması
da bu məhəbbətin ifadəsiydi. Amma bu məhəbbət
kədərlə, nisgillə, bir az da
nostalgiya ilə ifadə olunur. Şair Şuşa
ilə bağlı xatirlərini dilə gətirir, indi
Şuşaya gedən yolun qapanmasını milli bir faciə
hesab edir. Poema belə başlayır və bu
başlanğıc misralar əsərin ideya yönünü
təyin edir:
Düz on
ildir nə gecəm,
nə
gündüzüm yox.
Düz on
ildir el içində
gizlənməyə bir üzüm yox.
Düz on
ildir, bir əziz ad
dilimdədir.
Qovruluram,
odlanıram
külümdə mən.
Püskürürəm,
alışıram,
hayqırıram.
Düz on
ildir
Şuşa deyib qışqırıram.
Daha papaq
gəzdirmirəm
düz
on ildir.
Düz on
ildir
göz
yaşlarım ürəyimə
gildir-gildir axır mənim.
Şuşa dərdi öldürəcək axır məni.
Düz
bir il sonra, 2002-ci ilin dekabrında Cabir
Novruz ağır xəstəlikdən sonra vəfat etdi. Ola bilsin, o, hansısa çarəsiz bir dərdə
tutulmuşdu və əlacı mümkün deyildi. Amma sizi inandırıram ki, onun dərdinin içində
böyük bir ŞUŞA DƏRDİ də vardı.
Vaqif
YUSİFLİ
Ədalət.- 2013.- 6 iyul.- S. 13.