Qəribə taleli yazıçı - İlyas Əfəndiyev

 

Tanınmış nasir, dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Karyagində (indiki Füzuli rayonunda) tanınan hörmətli tacir ailəsində anadan olub. Ailənin xoş günləri, yazıçının uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında bitir. Sovet işğalından sonra "kulak" damğası ilə bu ailənin üzvlərinin hərəsi bir tərəfə dağılır. Təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salır. Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib təhqirlərə dözmürdü. Bir yandan işsizlik, pulsuzluq, bir yandan da təqib onu əlli yaşında "səksən yaşlı qocaya" çevirdi. Məhəmməd kişi 1934-cü ildə vəfat edir.

İlyas hələ uşaq yaşlarından zəhmətə qatlaşdı. Hələ məktəbə qədər oxumağı öyrənən yazıçı mütaliəyə böyük maraq göstərdi. 1921-ci ildə birinci sinfə gedən İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü orta məktəbi əla qiymətlərlə bitirir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri tanınmış ziyalılar Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev başqaları idi.

 

"Kulak" oğlunun qəribə taleyi

 

Daim basqı altında yaşayan, sovet rejiminin çətinliklərini, təqib olunan ailədə yaşamağın məsuliyyətini hiss edən İlyas Əfəndiyev orta məktəb illərindən bütün gücünü səfərbər edərək özünü yetişdirməyi bacarır. Sadəcə müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən Aleksandr Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenyev, Maksim Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə edirdi. Maraq dairəsi ədəbiyyatla məhdudlaşmayan gələcəyin yazıçısı eyni zamanda riyaziyyat fizika elmlərinə böyük maraq göstərir, coğrafiyanı həvəslə öyrənirdi. Böyük səyyahların, o cümlədən Raul Amundsenin, Nansenin, Xristofor Kolumbun, Ameriqo Vespuççinin həyatını araşdırırdı. Amma bədii ədəbiyyat ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı.

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Karyagin şəhər orta məktəbində coğrafiya müəllimi işləməklə yanaşı eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərir.

Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur. Lakin ali təhsil almaq Bakıya getmək arzusu onu tərk etmirdi.

O, Karyagin rayonunun Böyük Bəhmənli kəndində müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən Nuxa(Şəki) şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə təyin olunur. Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Bakıya - Azərbaycan Dövlət Pedaqoji İnstitutuna göndərilir. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması uzun çəkmir. Elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. İ.Əfəndiyev "kulak" balası olduğu üçün institutdan uzaqlaşdırılır. Ancaq yazıçı ruhdan düşmür. Oxumaq həvəsi ilə alışıb-yanan yazıçı nəhayət ki, APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olur 1938-ci ildə ali təhsilini tamamlayıb müəllimliyini davam etdirir.

 

Kənd müəllimi Bakıda

 

Müəllimliklə yanaşı yaradıcılıqla məşğul olan gələcəyin böyük yazıçısı, kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gəlir. Kənd "havasında" yazdığı hekayələri Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir çapını məsləhət görür. Beləliklə yazıçının "Kənddən məktublar" adlı ilk kitabı işıq üzü görür.

Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir. Yazıçı Bakı ədəbi mühitinə qatıla bilir. Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir. Böyük şairin köməkliyi ilə yazıçıya "Əski Şərq" mehmanxanasında bir otaq verirlər yazıçı bu otaqda üç il yaşayır.

Bakıya gəldikdən sonra bütün diqqətini yaradıcılığa yönəldən İlyas Əfəndiyev ədəbi mühitdə tezliklə parlamağa başlayır. 1940-cı ildə onu Yazıçılar İttifaqına qəbul edirlər. Bu artıq onun həyatındakı dönüş nöqtəsinin başlanğıcı idi.

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını alan Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanan "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç dost" (1963), "Sarıköynəklə Valehin nağılı" (1976-78), "Geriyə baxma, qoca" (1980), "Üçatılan" (1981) kimi povest romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Dramaturq "Sən həmişə mənimləsən" (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Yazıçının uşaqlar üçün yazdığı "Ceyran ovu", "Maraqlı hadisə", "Qoruqlarda", "Yasəmən ağacı", "İz ilə", "Ovçunun nağılı", "Zəmidə bir turac səslənirdi" kimi hekayələri orta məktəb dərsliklərinə salınıb.

 

Zəngin

çoxşaxəli yaradıcılıq

 

İlyas Əfəndiyev əhatəli rəngarəng yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi fəaliyyət göstərib, irihəcmli roman povestlərlə bərabər oçerk məqalələr ərsəyə gətirib, konfrans qurultaylarda məruzələrlə çıxış edib.

Özünəməxsus yaradıcılıq üsulu ilə XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşən İlyas Əfəndiyevin zəngin nəsrinə "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" s. roman povestləri, dramaturgiyasına "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, "İlyas Əfəndiyev teatrı" yaratmışdır.

Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İ.Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olub.

60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə məhsuldar bir yazıçı kimi yazıb yaradırdı, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirib, onları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, "Hacı Axundun cənnət bağı necə oldu" hekayəsini, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdi. Dramaturqun "Tənha iydə ağacı", "Dəlilər ağıllılar" "Hökmdar qızı" kimi pyesləri öz səhnə həllini tapdı.

Zəngin yaradıcılıq yolu keçən, həyatın acılı-şirinli günlərini yaşayan böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişdi Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri səhnə həllini tapıb.

Ədəbiyyatımızın teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. İçərişəhərdəki küçələrdən birinə nüfuzlu "Elitar" Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Ədibin əsərləri son illər rus, türk digər dillərdə dəfələrlə nəşr olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.

 

Cəlil Cavanşir

 

Ədalət.- 2013.-  17 iyul.- S. 4.