İçəribazarın satış-sərgi salonu

 

Son dövrlər öz inkişafının yüksək mərhələsinə qədəm qoyan Qax aparılan tikinti-quruculuq işlərinin, həyata keçirilən böyük sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələri miqyasına keyfiyyətinə görə hazırda ölkəmizdə diqqəti daha çox cəlb edən bölgələrdəndir. Cari ilin ötən dövrü ərzində aparılan tikinti-quruculuq işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəfələrlə artmışdır ki, bu da rayonun tarixində rekord göstəricidir.

Bu günlər rayonda quruculuq işləri xüsusilə böyük vüsət almışdır. Belə ki, şəhərdəki Heydər Əliyev mərkəzində, su kanalizasiya sistemində, İdman kompleksində, Kürmük çayı üzərindəki körpüdə, Şəki-Qax yolunda, Respublika Prezidentinin sərəncamı ilə ehtiyat fondundan ayrılmış vəsait hesabına səkkiz kəndi birləşdirən avtomobil yolunun tikintisində, təhsil şöbəsinin inzibati binasında, Əlibəyli kənd xəstəxanasında digər onlarla böyük sosial-iqtisadi əhəmiyyət kəsb edən obyektlərin tikintisində inşaat işləri sürətlə davam edir. Son günlər Əlibəyli kənd yolunun asfaltlaşdırılması başa çatmışdır.

Adamların rahatlığına, bölgənin sosial-iqtisadi inkişafına xidmət edən bu işlərlə bərabər son vaxtlar Qaxda turizmin inkişafı üçün möhkəm maddi texniki baza yaradılaraq mövcud potensial imkanlardan səmərəli istifadə olunması üçün genişmiqyaslı tədbirlər görülməkdədir.

Bu baxımdan şəhərimizin qədim yaşayış məhəlləsi olan İçəribazarda, onun ardınca ətraf küçə meydanlarda aparılan milli memarlıq ənənələrinə köklənmiş quruculuq, təmir-bərpa işləri daha böyük əhəmiyyət kəsb edir. Bu gün haqqında söhbət açmaq istədiyimiz məkan da artıq respublikamızda məşhurlaşan İçəribazardakı yerli sənətkarlara məxsus xalq tətbiqi sənət nümunələrinin satış-sərgi salonudur.

İçəribazarda ideyası çox böyük müdrikliklə irəli sürülmüş xalq tətbiqi sənət emalatxanaları milli mətbəxlə bir cərgədə sıralanmış bu satış-sərgi salonu regionda turizmin inkişafında heç "Uludağ" turizm mərkəzindən, "El Resort" beşulduzlu hotelindən az rol oynamır. Axı hər bir turist istirahət etdiyi ya səyahətdə olduğu məkandan gedərkən ailəsinə yaxınlarına bu yurdun tarixinə, məişətinə, mədəniyyət adət-ənənələrinə aid əl işlərindən ibarət bir yadigar aparmağa daha çox üstünlük verir. Təsadüfi deyildir ki, məşhur kurort şəhərlərində belə suvenirlərin satışı ilə məşğul olan saysız-hesabsız mağaza köşklər vardır.

Məhz buna görə İçəribazardakı bu satış-sərgi salonu ilə daha yaxından tanış olub, oxucularımıza ətraflı məlumat vermək üçün ora yollandıq. İçəribazar turizm mədəniyyət kompleksinin bir guşəsi olan Nəsimi parkındakı xalça kimi yerə sərilmiş al-əlvan gül-çiçəyin ecazkar gözəlliyi bihuşedici ətri, oradakı hovuzdan ətrafa çilənən suyun sərinliyi, İlisunun Hamamçay dərəsindən üzü bəri əsərək adamın üzünə sığal çəkən sərin meh, burada istirahət edən uşaqların qəhqəhəsi, təmir-bərpa işlərindən sonra tarixi görkəmini almış, XVI əsrin yadigarı olsan çoxsaylı yaşayış evləri, digər obyektlər bu yerləri əsl "cənnət məkan"a çevirmişdir. Xalq tətbiqi sənət nümunələrinin satış-sərgi salonunda bizi mədəniyyət turizm şöbəsinin əməkdaşları Ceyran Rəcəbova ilə Həyat Mənəfova qarşıladı. Yerli sənətkarların əl işlərindən ibarət tətbiqi sənət nümunələri sərgilənmiş kifayət qədər zəngin, kiçik bir tarix-mədəniyyət muzeyini xatırladan salonun fəaliyyəti barədə məlumat verən Ceyran xanım dedi ki, 2011-ci ildə Respublika Prezidenti İlham Əliyevin tanış olaraq yüksək qiymətləndirdiyi bu satış-sərgi salonu artıq nəinki respublikamızdan, xaricdən gələn turistlərin diqqətini cəlb edir. Milliyyətcə ingilis alman olan turistlər bizim milli sənətkarlıq nümunələrinə daha çox maraq göstərirlər. Salonda ön planda Azərbaycan Rəssamlar İttifaqının üzvü, həmyerlimiz Rövşən Şirinovun Qaxın tarixi yaşayış yerlərini, abidələrini, məişətini, mədəniyyət adət-ənənələrini, əsrarəngiz təbiətini tərənnüm edən kətan üzərində yağlı boya ilə işlədiyi möhtəşəm rəsm əsərləri, qonşu otaqda çalışan xalçaçı qızların sehrli əlləri ilə toxuduqları min bir naxışlı xalçalar, Səyavuş Abdurahmanın ağac kökündən, heyvan buynuzundan, çay daşlarından hazırladıqları rayonumuzun zəngin flora faunasından nümunələr, rayon mədəniyyət şöbəsi tərəfindən hazırlanmış açıqcalar dəsti, saxsı qab üzərində işlənmiş rəsmlər, Mahir Əfəndinin çox böyük məharətlə hazırladığı ağac üzərində oyma işləri çəkərək nəfis formada hazırladılıb nümayiş etdirdiyi fotoşəkillər yerli sənətkarların əl işlərindən ibarət olan digər yüzlərlə xalq tətbiqi sənət nümunələri estetik baxımdan cəlbedici olmaqla bərabər məzmun etibarən olduqca dəyərli əsərlərdir.

Muzeydə satışa qoyulan bu nümunələrlə bərabər çoxlu sayda tarixi keçmişimizdən, yerli sənətkarlıq ənənələrindən, əkinçilik mədəniyyətimizdən, tariximizdən, məişətimizdən xəbər verən dəyərli əşyalardan ibarət eksponatlar da nümayiş etdirilir.

Satış-sərgi salonu ilə ümumi tanışlıqdan sonra Ceyran xanım dedi ki, xüsusilə yay aylarında salona gələn turistlər tərəfindən sifarişlər artır. Turist qonaqlar yerli sənətkarların rəsm əsərlərinə, toxuduqları xalçaya, ağac üzərində işlədikləri tətbiqi sənət nümunələrinə daha çox üstünlük verirlər.

Biz isə bütün oxucularımıza müraciət edərək bildiririk ki, İçəribazardakı bu satış-sərgi salonunda olmayıblarsa Qaxa gələndə mütləq oraya baş çəksinlər. Hər bir kəs öz qonağı, yaxınları, əzizləri üçün buradan yadigar olaraq olduqca maraqlı sənət nümunələri tapa bilər.

 

Novruz ŞABANOV

 

Ədalət.- 2013.-  24 iyul.- S. 3.