İBRAHIM
İLYASLI
İnsan Mənzərələri
Hamı
bilir ki, İncə Dərəsi üç qədim
oymağın beşiyidi. Onu da hamı bilir
ki, biri birindən tam fərqli olan bu oymaqların
fizialogiyası, ləhcəsi
və hətta məişəti belə bir birindən fərqlənməkdədir.
Nəyə görə hamı bilir yazdım?
Bu artıq danılmaz həqiqətə çevrilib
ki, Əfqan Hacıdan, Qara Məmməd babadan, Şix baba həzrətlərindən
və bu müqəddəslərin ruhlarının
işığında müqəddəs
zirvəyə yetən,
ocaq, pir yerinə dönmüş
Hacı Mahmud babamızdan
üzü bu yana, Aşıq Avdı sazıyla mayalanıb, Ağamalı
Sadiq sözüylə
yoğrulan İncəli
abu havası artıq Azərbaycanın
hüdudlarını adlayaraq
bütün türküstan
elatlarına yayılmaqdadı.
Bu fikirlərlə İncə
dərəsini tərif
etmək niyyətində
deyiləm, əsla. Onu demək istəyirəm ki, ayrı-ayrı soya, kökə bağlı olan bu üç
şennik, bu üç kənd, bu gün yumruq
kimi birləşib, çəpərlər çəpələrə,
adamlar adamlara qovuşub elə bir bütövlük yaradıb ki, bu hikmət pərən-pərən düşmüş
bütün türklərə
və müsəlmanlara
görk ola bilər.
Bu gün Astanbəyli,
Qaymaqlı, Kəmərli
bölümü olmasa
da yenə hər kənd öz "dininin" üstündəcə yaşamaqdadırlar. Bir Qaymaqlı olaraq etiraf edərək boynyma alım ki, Astanbəyli kəndi qalan iki kənddən bir az fərqlidi və mən onlarla daha çox fəxr edirəm (Qaymaqlılar, Kəmərlilər
inciməsin, söz gəlişi dedim).
O fəxr etdiyim Astanbəylilərdən biri
də İbrahim İlyaslıdır.
Necə tanıdım İbrahim İlyaslını?
Günlərin birində, (səhv
etmirəmsə 1992-ci il
olardı ) adına və
yaradıcılığına böyük rəğbətim
olan İbrahimlə rastlaşdıq və böyük həvəslə
evə dəvət etdim. Evim təmirsiz olsa
da, manqal yerləşəcək iri
bir eyvanım var idi.
-Arkadaş, çox istərdim ki, tək ikimiz baş-başa qalaq, manqal başında əlli-əlli vuraq, saz çalaq, söz oxuyaq, nə dersən? - sualıma, - A kişi ağzından dür-gövhər tökürsən,
nə sözüm ola bilər? - deyib razılaşdı
və həmin eyvandaca, yanımızı
manqala söykəyib öz dünyamıza qovuşduq.
O məclisi heç zaman unuda bilmirəm.
Mənə elə gəlir
ki, heç İbrahim də unutmayıb o məclisi.
Mən onda tanıdım İbrahim İlyaslını. Düzdür, qardaşı İlhan
Astanbəyli kimi peşəkar olmasa da, billah ondan
daha şirin saz çalırmış
arkadaşım. Bir
az çəkinsə
də oxumağa da razılaşdı və İlham inciməsin, oxumağı
da ondan daha gözəl, daha sufiyanə, daha özünəməxsus
idi. İnanın, Ağamalı Sadiqdən
sonra ikinci dəfəydi ki, belə könlümü oxşayan şair aşığa rast gəlmişdim. Bu sözləri zarafatla yox, tam ciddi yazıram.
Bir az Ağamalıdan,
bir az Məmməd
İlqardan oxuyandan sonra öz şeirlərindən
oxumasını xahiş
etdim...
Bu gün İbrahim
İlyaslı ölkədə,
ölkənin hüdudlarından
kənarda belə öz imzasını möhürləmiş yaxşı
şairlərimizdən biridi. Mən bu
yazımda onun yaradıcılığını təhlil etməyəcəm.
Amma münasibətimi aydınlatmağa
çalışacağam.
Məmməd İlqarın qəribə
kitab oxumağı
var. Kitabın orsından,
burasından açıb
bir-ki şeir oxumaqla kitabın səviyyəsini müəyyən
edir. Mən bu üsuldan
istifadə edib İbrahimin bütün kitablarına səyahət
etdim və tam səmimiyyətimlə deyim
ki, bir dənə
də olsun qəlp sözə, yanğısız və ürəksiz yazılmış
bir misraya rast gəlmədim. Gəlin birlikdə təcrübə
edək. "Hamı
bir körpüdən
keçir"-in istənilən
bir vərəqini açıb oxuyaq:
Könül, bunca qəm eləmə,
Qalmarıq naçar, inşallah.
Yerdən
umud gözləməyən,
Quş olub uçar, inşallah.
Ovcunda boğulur səsin,
Sızlama Allah bəndəsi.
Bu yerin, göyün yiyəsi,
Bir gün nur saçar, inşallah.
Haq deyib haqlayan Tanrı,
Haqqa gün ağlayan Tanrı.
Bir yandan bağlayan Tanrı,
Bir yandan açar, İnşallah.
İnsafən baxaq, adama elə
gəlir ki, İbrahimin ən yaxşı şeiridi. Nəyi pisdi
axı. Bundan gözəl
şeirmi olar. Amma bu İbrahimin sıradan olan şeirlərinin biriydi.
İbrahim heç vaxt
şeir yazmağa çalışmayıb, onu
tapanda, tutanda yazıb. Allahın xoşbəxt şairlərindəndir
ki, şairlik azarına tutulub, tom-tom kitablar bağlamır, qom-qom şeirlər yazmağa çalışmayır.
İbrahimdə boşuna atılmış
güllə yoxdu.
Atdıqlarının hamısı hədəfə,
çoxusu isə onluğa dəyən şeirlərdi.
İndi
də "Mən bir söz bilirəm"-dən istənilən bir səhifəni açıram:
Fikrim-zikrim bir arandı, bir dağdı,
Bir-birinə daşımaqnan məşğulam.
Daha özgə işim-peşəm
yoxdu ha,
Sənsizliyi yaşamaqnan məşğulam.
Eşq dəryadı, orda azan gəmim var,
"Olmayana ümud"
adlı dəmim var.
Su sonası, ay parası qəmim var,
Tellərini oxşamaqnan məşğulam.
Köksüm üstə əlim-ovcum
qovrulub,
Odum sönüb,
külüm göyə
sovrulub.
Səndən mənə gələn
yollar yomrulub,
Sənə bir yol başlamaqnan
məşğulam.
Mən bu qənaətdəyəm ki,
hər kəs öz şeirinə oxşayır. Şeiri ilə özü
arasında oxşarı
olmayan şairləri saxta şair adlandırardım. Ürəyi gözəl
olmayan gözəl şeir yaza bilməz. Bu mənim qənaətimdi.
Həm də bu qənaətdəyəm
ki, gözəl şeirin təyinatçısı
tənqidçi alimlər
yox, yenə də gözəl könüllərdi. Gözəl könüllərə
yol tapan hər nə varsa gözəldi.
İbrahimin şeirləri gözəl
könüllərdə özünə
yurd-yuva sala bilib, bu səbəbdən
o şairdi. Özünə məxsus, (özü
demiş, Nənələrimiz,
babalarımı bizə
haram tikəyə əl atmağı öyrətməyiblər. Bu səbəbdən İncə
şairləri haram tikəyə
, oğurluq sözə
əl uzatmırlar..."
) bir halallıq
sahibidi.
Düz deyir İbrahim. İncəli şairlərində bir-birinə
oxşar ləmsə,
ləhcəyə, nəfəsə
rast gəlmək olar, amma hər
kəsin öz yolu, öz yolağı
var. Hərəsinin özünə
məxsus tamı,
özünə məxsus
özəlliyi var. Necə
ki, İncə dərəsinin üç
kəndi yumruq kimi birləşsə də öz özəlliklərini qoruyub
saxlayır, şairləri
də eynən öz doğulduqları məkana oxşayıblar.
Mən deyərdim,
İncə şairləri
elə İncəyə
oxşayırlar.
İbrahim İlyaslı Böyük
bi zata, kökə bağlı insandır. Onun yerişində,
duruşunda, xüsusuylə
toylarda oynamasında bir Sufi, Nəqşibəndi
ləngərini, ab-havasını
duymaq olur. Elə şeirlərində də
bu nəfəs öz ətriylə qoxumaqdadır. Bu da təsadüf deyil. Ona ulusundan ərmağan
olan bu hikmətlər
yaşca kiçik qardaşları Hacç Məhəmməd Astanbəylidə
öz əlvan şəfəqlərini işıqlandırdı.
Musa Müəllimi İncə
Dərəsinin, elə
Azərbaycanın da ən fəxri adamlarından biri hesab edilməlidi. (Şükür
ki, bel də
var) Bir ailə təkcə
İncəliyə yox,
Türk dünyasına
İbrahim İlyaslı,
Hacç Məhəmməd
Astanbəyliu və İlham Astanbəyli kimi Tanınmış simalar yetirib.
Mən boğazdan
yuxarı yazmağı
özümə ayıb
sayıram və bu yazımda İbrahimi tərifləmək
yox, ancaq tanıdığım İbranim
İlyaslının xırdaca
etüd mənzərəsini
çızmağa çalışmışam. İbrahimi məndən
də yaxşı tanıyanlar var və yaza bilmədiklərimçün
onlardan üzür diləyirəm.
Və nəhayət
coxlarının könül
dünyasında özünə
yurd-yuva salmış,
mənim də çox sevdiyim bir şeiri ilə mənzərəmin
son mazoklarını vurmaq
istəyirəm. Bu il,
yəni 2013-cü il Arkadaşımızın 50 Yaşı
mutlanır. Öz şeiri ilə
özünü salamlayıb
bundanda gözəl nümunəlr yaratmağını
arzu edirəm.
Hardasan dünyanın halal adamı,
Hardasan, varmısan? - Səsimə
səs ver.
Məndən o tərəfə sən
tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs
ver.
Məndən o tərəfə, səndən
bu yana,
Nə kökdədi
dünya, xəbərin
varmı?
Tapşırıb yellərə, büküb
al-qana,
Bir ürək
yollasam sənə çatarmı?
Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm, bilərmisən
sən?
Bu aciz halıma
ucalığından,
Baxıb ac-acı gülərmisən
sən?
Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol saxla
özünə doğru.
Üzülüm bəşərin nadanlığından,
Sürünüm mübarək izinə doğru.
Hardasan dünyanın halal adamı,
Sən haqsan, sən varsan!-Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu şahlığı, nolar, tələs, ver.
Məmməd Dəmirçioğlu
Ədalət.- 2013.- 20 iyul.- S. 10.