Qədim Gəncə gözəlləşir, gəncləşir

 

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri respublikamızın bütün bölgələri kimi, Gəncə şəhərində yaxından hiss olunmaqdadır. Bu gün şəhərdə hansı ünvana baş çəksən dinamik inkişafın şahidi olarsan. Gəncə şəhərinin ictimai-siyasi həyatında ən əlamətdar yaddaqalan hadisələrdən biri Azərbaycan Respublikası Prezidentinin Gəncəyə səfəri çərçivəsində müxtəlif təyinatlı obyektlərlə tanış olması, yeni müəssisələrin açılışında təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq tövsiyələr, Gəncənin inkişafı ilə bağlı imzaladığı sərəncamlar şəhərimizin inkişafında müstəsna rol oynamışdır.

Prezident cənab İlham Əliyevin xeyir-duası ilə Gəncədə təməli qoyulmuş Azərbaycanın dahi şairi mütəfəkkiri Nizami Gəncəvi muzeyinin, İmamzadə Kompleksinin, Uşaq Yaradıcılıq Məhsəti Gəncəvi mərkəzlərinin, Gəncə Dövlət Filarmoniyasının tikintisində böyük nailiyyətlər əldə edilmişdir.

Həmçinin Atatürk prospekti, 264, 266 ünvanda inşası davam etdirilən 5 mərtəbəli, 50 mənzilli yaşayış binasında yaşayan sakinlər müasir memarlıq üslubunda, tam təmirli, geniş yaraşıqlı mənzillərlə təmin olunması işi sürətləndirilibdir. Bu gün Gəncənin Nizami prospekti ilə Aeroport istiqamətində 2,5 km məsafədə mövcud avtomobil yolu genişləndirilməsi sakinlərin ürəyincə olmuşdur. Gəncəçay çayının şəhərin ərazisindən keçən hissəsində sahilbərkitmə işləri davam etdirilir, ötən il ərzində bu tikintiyə 500,0 min manatdan çox vəsait yönəldilmişdir. Gəncəçay çayının sağ hissəsində ilkin olaraq 1,2 km uzunluğunda salınacaq parkda yeni infrastruktur layihələr həyata keçiriləcək ki, bu da şəhərin qədim görkəminə yeni bir müasirlik gətirəcəkdir. Hacıkənd qəsəbəsində 5 min 277 kv metr hörülmüş istinad divarı 2 min 767 kv metr aqlayla üzlənmiş, 955 ədəd səlcuqdan istifadə edilmişdir. Qəsəbədaxili küçələr abadlaşdırılmış, yeni işıqlandırma sistemi quraşdırılmış, 50 ədəd bina əsaslı təmir olunaraq, dam örtükləri dəyişdirilmişdir. Sel sularının zərərli təsirinin qarşısını almaq üçün yeni bəndlər tikilmişdir. Qəsəbədə kommunal infrastruktur yenidən qurulur. Qəsəbənin girişində qapı kompleksinin inşası davam edir, Z.Tağıyev adına park, "Qoşa" "Çömçə" bulaqları əsaslı təmir olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yeni yaradılmış qəsəbələri şəhərdaxili yollarla birləşdirən avtomobil yollarının tikintisinə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişaf etdirilməsi şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin prioritet məsələlərindəndir. Azərbaycanda, eləcə Gəncə şəhərində azad sahibkarlıq üçün kifayət qədər münbit şərait yaradılması, sərbəst iqtisadi fəaliyyətə geniş imkan verilməsi nəticəsində indi həm yerli sahibkarlar, həm xarici investorlar Gəncəyə daha çox maraq göstərirlər. Şəhərimizdə 30 avqust 2012-ci il tarixdə Azərbaycan-Almaniya Biznes Forumu keçirilmişdir.

Tədbirdə Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndələri ilə yanaşı, kənd təsərrüfatı qida sənayesi, yüngül sənaye, enerji, tikinti, mebel istehsalı, logistika digər sektorları təmsil edən adamları iştirak etmişdir.

Sahibkarların sərbəst fəaliyyətini təmin edən sağlam, əlverişli biznes mühitinin formalaşması nəticəsində məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun payı hesabat dövründə 49,2 faiz, sənayedə 70,1 faiz, kənd təsərrüfatında 99,5 faiz, tikintidə 30,5 faiz, sərnişin daşınmasında 82,3 faiz, ticarətdə 99,4 faiz təşkil etmişdir.

Bu gün Gəncə şəhərində bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. 1 min 104 ədəd kompyuter dəsti quraşdırılmış, hər 33 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. Məktəblərdə istifadə olunan kompyuterlərin hamısı internetə qoşulmuşdur.

8, 25, 30, 31, 43, 44 nömrəli tam orta məktəblərdə müasir istilik sistemi quraşdırılmış, 7, 9, 10, 11, 13, 15, 16, 19, 22, 26 digərlərində - ümumilikdə 20 müəssisənin istilik qazanxanalarında təmir-bərpa işləri aparılmışdır. Şəhərin 3, 8, 15, 22, 30, 32 43 nömrəli tam orta məktəbləri aparılan keyfiyyətli əsaslı təmir bərpa işlərindən sonra istifadəyə verilmişdir. 16, 31, 39 nömrəli tam orta, 1, 2 3 nömrəli peşə məktəblərində, 1 2 nömrəli peşə liseylərində başlanan əsaslı təmir işləri sürətləndirilmiş, 4 nömrəli tam orta məktəbdə 960 şagird yerlik əlavə tədris korpusunun tikintisi davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhər Uşaq evində başlanan əsaslı təmir tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir, yeni korpusun 2 saylı uşaq bağçasının tikintisi davam etdirilir.

Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını səhiyyə sahəsində islahatların başlıca istiqamətlərini təşkil edir.

Şəhər səhiyyə idarəsi tərəfindən əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, müasir standartlara cavab verən səhiyyənin yaradılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlər davam etdirilmişdir.

Abbas Səhhət adına 1 saylı şəhər yoluxucu xəstəliklər xəstəxanalarında, rayonlararası hemodializ mərkəzində, 6 saylı poliklinikada əsaslı təmir işlərinə başlanılmış bu işlər davam etdirilməkdədir.

Təcili Tibbi Yardım Xəstəxanasının Müştərək Travmalar Daxili xəstəliklər şöbələrində rekonstruksiya əsaslı təmir işləri sona çatdırılmışdır. Psixiatriya xəstəxanasında cari təmir işləri aparılmış, yumşaq bərk inventarla təmin olunmuşdur.

"Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi" barədə Proqramın icrası ilə bağlı şəhərin bütün xəstəxanaları kompyuter avadanlıqları ilə təmin edilmiş, şəkərli diabet xəstələri özünənəzarət vasitələri, qlükometrlər, strip testlərlə təmin olunmuşlar. Şəhər Onkoloji xəstəxanasında Şüa müalicə kabinetində rekonstruksiya əsaslı təmir işləri aparılmaqla, "Şüa müayinəsi" bölməsi yaradılmışdır.

 

Əbülfət

 

Ədalət.- 2013.-  23 iyul.- S. 3.