Şəkidə "İpək yolu" IV Beynəlxalq musiqi festivalının sədası dünyaya yayıldı

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki şəhərində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı keçirildi. Musiqi bayramında bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın milli musiqi, rəqs, folklorteatr kollektivləri çıxış ediblər.

Festivalın proqramına uyğun olaraq, əvvəlcə Şəki şəhərindəki yay teatrında MDB ölkələri rəqs qruplarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının Azərbaycanın, eləcə də Şəkinin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildiriblər və festivalın işinə uğurlar arzulayıblar.

Qazaxıstanın "Altınay" Dövlət Rəqs Ansamblı, Belarusun "Xoroşki" Dövlət Akademik Rəqs Ansamblı, Tacikistanın "Zebo" Dövlət Akademik Rəqs Ansamblı, Ukraynanın "Banduraçılar" dueti, Qırğızıstanın "Ak maral" Milli Akademik Rəqs Ansamblı, Moldovanın "Flueras" Milli Mahnı və Rəqs Ansamblı, Özbəkistanın "Ofarin" Rəqs Teatrı və Rusiyanın məşhur "Beryozka" Dövlət Akademik Rəqs Ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

"İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində ABŞ-ın rok qrupunun konsertimaraqla izlənilib.

Festivala dəvət almış qonaqların, rok musiqisi həvəskarlarının, şəhər sakinlərinin iştirak etdikləri konsertdə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sluon qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat verib.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının janr baxımından da çox zəngin olduğunu, bu musiqi bayramının proqramına uzaq Amerikadan gələn rok qrupunun çıxışı və cazibədar etno-caz musiqisindən tutmuş klassik balet tamaşasınadək ən müxtəlif janrların daxil edildiyini diqqətə çatdırıb.

Məlumat verilib ki, "Filligar" Amerikada son illərin ən yaxşı gənc rok qruplarından sayılır. 2000-ci ildə Çikaqo şəhərində Matias qardaşları tərəfindən yaradılan bu qrup artıq 8 albomunu 80 orijinal mahnısını rok musiqisini sevənlərə təqdim edib. 2012-ci ildə qrupun sonuncu "The Nerve" albomu Amerikada məşhur Müstəqil Nüfuzlu Musiqi Mükafatları birliyi tərəfindən "İlin ən yaxşı albomu" nominasiyası üzrə mükafata layiq görülüb.

2013-cü ildə "Filligar" qrupu dünya ölkələri arasında mədəniyyətin incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, habelə Amerika musiqi mədəniyyətini təbliğ etmək üçün ABŞ Dövlət Departamenti tərəfindən mədəni səfir kimi bir sıra Şərqi Avropa ölkələrinə qastrol səfərləri edib.

Sonra Şəkidə XIX əsrə aid tarixi-memarlıq abidəsi olan "Aşağı Karvansaray" kompleksində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Şəkinin yenidən qapılarını növbəti "İpək Yolu" festivalına açdığını bildiriblər. Qeyd olunub ki, gözəl bir ənənəyə çevrilən möhtəşəm musiqi bayramı - "İpək Yolu" Beynəlxalq festivalının Şəkidə keçirilməsi heç təsadüfi deyildir. Əsrlər boyu bu qədim gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət ticarət mərkəzi olub. Bu gün Şəki orta əsrin şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, qala divarları, körpülər Şəkinin qədim memarlıq üslubundan xəbər verir. Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq abidələri önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu festivallar həm xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə imkan yaradır. Festivalda bildirilib ki, bu gözəl musiqi bayramında Azərbaycan ilə yanaşı, Türkiyə, Tacikistan, Rusiya, Koreya Respublikası ABŞ-ın musiqiləri səsləndiriləcəkdir.

"İpək Yolu" IV Beynəlxalq musiqi festivalı bu dəfə əsl yeniliklə başlanıb. İlk dəfə olaraq burada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunub.

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının truppasının ifasında "Yeddi gözəl" baleti festivala dəvət olunmuş xarici ölkələrin nümayəndə heyətlərinin üzvləri, fəxri qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri, teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xalq Artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunmuş baletin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim üzrə rəssam Əməkdar Rəssam Tahir Tahirovdur. Səhnə əsaərində əsas rolları isə Xalq Artisti Kamilla Hüseynova Əməkdar Artist Gülağası Mirzəyev ifa ediblər.

Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri rəqslər maraqla qarşılanmışdır

Şəkidə uğurla davam edən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının üçüncü günündə tamaşaçılara Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunub.

Yay teatrında keçirilən konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinin nümayəndələri, sənət adamları şəhər sakinləri iştirak ediblər.

Konserti Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn açaraq "İpək Yolu" festivalının iştirakçılarının xalq musiqisindən zövq almaq, müxtəlif xalqların mədəniyyəti haqqında geniş məlumat əldə etmək imkanlarının olduğunu bildirib. Səfir bu möhtəşəm tədbirə dəvət olunmasından qürur duyduğunu, hər dəfə Şəkiyə səfər edəndə onun gözəl incəsənəti zəngin mədəni irsinə heyran qaldığını vurğulayıb.

Konsertdə ifa olunan mahnı rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

(ardı gələn sayımızda)

 

Şamxal ŞƏBİYEV

 

Ədalət.- 2013.-  25 iyul.- S. 3.