ALTMIŞINCILAR: AĞACƏFƏR HƏSƏNLİ

 

Özü və Poyeziyası

 

Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır.Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə gönlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sornakı nəsil tərəfindən heçgönül xoşluğu ilə qarışılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

Bu dəfə də belə başlayaq bu yazıya. Böyük şairimiz Rəsul Rza yazıb:

Vaxt bizi yaşadırkən,

vaxtı öldürək dedin.

Ondan çox-çox illər sonra doğulaneyni şeyin tam əksini yazan şair Ağacəfər Həsənli vaxtiylə yazıb:

 

Vaxtı öldürürəm ay canım, gözüm

Nəyə gücüm çatır vaxtdan savayı

Varlı bəndəsiyəm öz Allahımın

Mənə hər şey verib baxtdan savayı.

Ruhum bədənimin cəhənnəmində

Mən öz imanımı yandırram yenə

Vaxtı öldürürəm əvəz çıxıram

Vaxtın Əzrayılı deyirlər mənə.

 

Mən bilən Ağacəfər Həsənli mənim tanıdığım dostlar arasında, həm şair və həm də insan kimi vaxtdan son anına qədər insaflı istifadə edən bir Allah adamıdır.

Ona görə də açıq ürəklə demək olar :şair və gözəl dost ( hər halda bu ikincisini tez-tez vurğulayırlar,ən çox da İÇKİ MƏCLİSLƏRİNDƏ və mənim haqqımda da deyilən bəzi şeyləri bir qırağa qoyub,Ağacəfər haqqında deyilən GÖZƏL DOST ifadəsini mən danmıram, amma Ağacəfər Həsənli şairdir, bunun üstünü malalayıb, içinə bəzi şeyləri qatmaq gərək deyil) Ağacəfər Həsənlinin ƏLLİ YAŞI olanda heç inanmağım gəlmədi... Bir çoxlarınnı bir başa Ağa adlandırdıqları bu gözəl şair( ilk dəfə kim deyib bunu da bilmirəm,qısaca belə deyirlər ona, bəzən də Ağac deyirlər) məncə daha yaşlı görünürbu da ondan irəli gəlir ki, əski patronum Maarif Soltan Ağacəfərin boynuna BİZİM AĞSAQQALIMIZsan deyə bir anlam yapışdırıb və adam da həqiqətən özünü yığışdırır və məcbur olur ki, yaşlı görünsüngörünür də...

Ağacəfərin əlli yaşı məsələsi çox uzandı o vaxtlar,bu da ondan irəli gəldi ki,mənim doğum günüm mənim özümün uydurmam olduğu kimi, o da ay məsələsində dəqiqlik əldə edə bilməyib və rəsmi 50 yaşının hansı ayda olduğu müəmmadır.

Təbii ki, bu tarixi çarpaşıqlığı bizə şəxsən əl verirdi: bir neçə dəfə bu əlli illiyi qeyd eləmişdik o zamanonun haqqında çox-çox şirin sözlər demişdik ( bəzən özümüz haqqında da şirin sözlər eşidirik və mən onların səmimi deyildiyinə qətiyyən inanmıram və bu barədə mən İÇƏK GÜNAHLARIMIZIN ŞƏRƏFİNƏ adlı şerimdə geniş yazmışam),amma deyilən sözlər həqiqətən ona yaraşır: lap elə o ağsaqqallıq məsələsi də. Onun gözəl şair,dostcanlı olması və şər günlərdə, toy-bayramlarda dost yanından əksik olmaması məsələsi... artıq bu sayı artırmayaq və buna görə də Ağacəfərin bəzi məqamlarda yaşından o yana danışması məni təccübləndirir.Və mən onunlazaman yaxın olmuşam, tarixini bilmirəm, amma Ağacəfər Vidadi Məmmədov haqqında elə şeylər danışır ki, mən Vidadi ilə yaxın olduğum günlərdə necə olub ki,bu Ağacəfər adlı bir şairi görə bilməmişəm, görmüşəmsə də niyə yadında qalmayıb bu kor hafizəmin,bu məni həələ də incidir.

Yox, böyük faciə baş verməyib. Amma Ağacəfəri mən yaxından tanımışam lap İstanbuldan qayıdıb gəldiyim günlərdə. Bir az irəlilərə baxsaq,mən bilən Ağacəfər mənim evmidə olmayıb, bu necə olub bunu kəsdirə bilmirəm və olubsa da mən yenə də mən xatırlamıram. Amma Ağacəfər şirin bir insan olaraqbu şirinliyi yazılarında gen-bol istifadə edərək daha çox tanınsa da, o bu tanınmağından heç zaman sui-istifadə eləməyib və bir vaxtlar baş redaktoru olduğu MARSı çıxsaq, Ağacəfərin indiki tanınmasında vaxtilə müxtəlif dövlət qəzetlərində işləməsi də mühüm bir rol oynamışdır. Amma Ağacəfər heç zaman bunu gözə soxmurbir zamanlar daha etimadlı vəzifələrdə olmasına baxmayaraq, bir az bu müxalifət əynəmi onun da taleyində güman ki, bir az ilişlik yaratmış ki, hələ də özünün istədiyi bir məqama qalxa bilməmiş və onu da bilirəm ki, şeir yazmağından da əl çəkməmiş, müstəqil jurnal çap eləməklə ( dostlarının yardımı ilə) işini daha da genişləndirmiş və bu juranlla da bir çox yeniləklərə imza atdı ki,bu da onun cavan yazarlarla ünsiyyətdə olmasını üzə çıxardı və hələ də o jurnal yadadşdarla var.

Ağacəfərin çap etdiyi MARS juranlının səhifələrində ən çox cavanlar çap olunurdu və məhz buna görə də bu jurnalın cavanlıq iddiası diqqəti çəkirdi və onun çap etdiyi gənclər bizim ədəbi mühtimizdə bir az başqa cür qarşılınsa da, Ağacəfər bir redaktor kimi bunu çox normal hesab eləyirdi və bir çox gənc dövlət imtiyazlı jurnallarda çap olunmaq imkanından az yararlansa da onun jurnalında özlərini ifadə etmək imkanını qazanıb və hətda çoxdandı bizim ədəbi aləmimizdə imzası çox az görünən şair Maarif Soltan kimi bir yazarın da dilindən yapışaraq, onun çox gözəl bir tərcüməsini çap etdi ki, son illərin tərcümə sahəsində ən maraqlı tərcümələrdən biri kimi dəyərləndirilə bilər.Baxmayaraq ki, bir çox tərcümə işi toplantılarında bu əsərin adı çəkilmədi və mən bu əsərin orcinalını bilməsəm də, Maarifin bizim dili daha yaxşı bildiyini mən o rəvan tərcümədən gördümoxudum.

Təbii ki,Ağacəfər Həsənli bizim ədəbi mühtimizdə daha çox şair kimi tanınır. İsətər bir neçə il öncə çap olunan TANRI PIÇILTILARI kitabını oxuyandabirçağdaş mətbuatda çap olunan şeirlərində onu da gördüm ki, Ağacəfər bir az yaşlaşıb, bir az sammallıq gəlib onun düşüncələrinə. Doğrudur mən bu cür şeyləri çox sevməsəm də mənə bir az şirin gəldi Ağacəfərin fəlsəfəçilik notları və mən neçə-neçə şeirindən misal gətirə bilərəm. Amma bunu da unutmayaq ki, bu onun şerlərində çox təbii alınır.

O həm də klassik ədəbiyatı gözəl bilir. Və vaxt da onun düşüncələrində öz işini görür.

Ağacəfər haqqında çox şeylər yazılıb və bu da ondan irəli gəlir ki, Ağacəfər bir şair kimi, bir ziyalı kimi ir ortam yaradıb özü üçünbu ortama görə ən susqun qələmər də ona yönəlməyə məcbur olduzaman adlı bir vəliəhdin içində o yenə də əski ədəbi şöhrətini qoruyaraq öz mənliyini və öz düynagörüşünü dəyişməyib.Başlıca olan bu.

bu da onun son kitabında çap olunan şerlərinin məğzi kimi başa düşülməlidir.

Dediyim kimi Ağacəfər Həsənlinin şeirlərinin ən başlıca özəllikləri haqqında onun bir neçə dostuo sıradan bir çox ədəbiyat adamları və ədəbiyatşünaslar yazmışlar və onun şeirlərindən nümunələr də vermişlər. Mən bir az bütün bunlardan uzaq olsam da,yəni şarin şeirini izah etmək və onu araşdırmaq və ondan olmayan şeyləri çıxarmaq iddisından uzaq olsam da, bəzən insanın içini ağrıdan misralar və şeirlər səni elə aludə edir ki, ondan qaça bilmirsən.İzahı bir yana,onu mütləq içində gəzdirir və bir neçə günlük yaşam tərzinin içinə almış olursan.Ağacəfərin belə şerlərindən biri yazar dostu Aqil Abbasa həsr olunan şeirdir ki, həqiqətən bu şeir ağrılar içində yaşantının ən bariz,ən poetik nümunəsi sayıla bilər və Ağacəfər də Aqilin yaşadığı sarsıntıları öz içindən keçirərək ifadə etmişdir.

 

Tutaq ki söylədik "Allah kərimdi"

Gedək ağlımıza dua yazdıraq.

Qədirin səsini bitirmək üçün

Qədir ağacını harda basdıraq?

Köhnə lent fırlanır, quşmu perikir

İlanın ağzından qurtulur canı

Ağdamın tüstüsü qara şal kimi

Örtməyə bəs edər Azərbaycanı.

 

Mən Ağacəfər Həsənlini ədəbiyatımıza xidmət edən bir şair,bir yazarbir ziyalı kimi tanıyıram və bu fikrimdə bu gün də qalmaqdayam.Ağacəfər mən təkcə şairəm deyib sinəsinə döyən bir ədəbiyat adamı deyil.Sözün əsil mnasənda bir ədəbiyat adımıdır və onun ədəbi ziyalılığı bir də ondadır ki, heç vaxt heç bir iddiada olmayıb, bəzi layiqli şeylri alsa da. O bundan razıdımı, razı deyilmi bunu bilmirəm, amma Ağa ədəbiyyata vəfalı xidmət edən bir sıra nəfəridir ki,uzaq ellərdə yaşayan vətəndaşlarımızın həyatı və fəaliyyəti haqqında çox gözəl publisistik yazıların da müəllifirdir.Bax bunu ortalıqda yeyib qarqda gəzən neçə-neçə qələm sahibi eləmir.Amma Ağa bu yaşında da bir də görürsən o deeeeeey dünyanın o başından bir azərbaycanlı tapır və onu şirin bir yazı tərzində elə anladır ki,sanki poetik bir yazı ilə tanış olursan.Bu az deyil ğdostlar vallah az deyil.

İrəlidə yazımın bir yerində mən qeyd elədim axı, ona bəzən Ağac da deyirlər və bəlkə bu deyimin gücündəndir ki, şair Ağacəfər Həsənli son şeir kitablarıan birinin adını AĞAC KİTABXANALAR adlındırdırıb və bir ağacın timsalında özünün də qollu-budaqlı,kökələri çox dərinə enən bilən bir ağac kimi yaşadığını işarət edir.

Yaradıcılığının bu yönünü gözəl tutan şair Əbülfət Mədətoğlu kiatbın məziyyətlərindən yazanda qeyd eləyib:

"Ağacəfər Həsənlinin yetmişinci illərdən (yəni ilk yaradıcılıq təcrübələrindən) üzü bəri yazdığı əksər şeirlərində təbiətlə bağlı çox şeirləri ilə qarşılaşmışam və bu şeirlərdə doğrudan da təbiəti duyan, gülün, çiçəyin, dağın, dərənin, quşun sirrini bilən (Nəsimi demişkən: "Bu quş dilidir, bunu Süleyman bilir ancaq") və özünü də təbiətin bir parçası hesab edən bir şairin təbii yaşantılarının şahidi olmuşam. Yetmişinci illərin lap əvvəllərində Ağacəfər Həsənli Bakıya köçdüo zaman yaşıdları olan cavan şairlərin əksəriyyəti kimi başladı kəndi və anası üçün darıxmağa. Şəhər həyatı Lerikin Rvarud kəndindən bura tələbə olmağa gələn bir cavanın kəndçi təbiətinə heç cür uyuşmurdu və Ağacəfər ta səksəninci illərə qədər o həsrəti şeirlərində yaşadırdı. Ağacəfər yazırdı ki: "Yaşıl-yaşıl ümidlərin" arxasından boylanan anam, mən sənin ola bilmədim". Yazırdı ki: "Hər gecə yuxuma gəlir kəndimiz O köhnə bərəmiz, köhnə bəndimiz". Ağacəfər and içirdi ki: "Bir gün də hamıyla xudafizləşib Kəndimə qoşulub gedərəm burdan". Amma Ağacəfər Həsənli də həmyaşıdlarının bir çoxu kimi kəndinə qayıda bilmədi. Bir anlığa təsəvvür edək ki, Ağacəfər qayıtdı kəndə. Lerikin tanınmış, seçilən ziyalılarından biri olardı və yenə burada Musa Yaqub yada düşür. A.Həsənli Lerikdə qəzet redaktoru olardı, bir az da Musadan fərasətli çıxıb rayon partiya komitəsində, ya icra hakimiyyətində məsul bir vəzifə tutardı, sonra da Musa kimi deputat. Amma qayıtmadı, yəni əbədi köç eləmədi. Bakıda müxtəlif qəzet və curnal redaksiyalarında korrektordan tutmuş şöbə müdirliyinə, bölgə müxbirliyinə, sonra da curnal ("Mars") redaktorluğuna qədər yol keçdi. Və sonunda etiraf elədi ki:

 

Mən köklü-köməcli bir kənd oğluyam,

Köməksiz, köməkli bir kənd oğluyam.

Bir gün bu dağlara arxa çevirdim,

Yollar qaranəfəs ha dartdı məni.

Ürək o yerləri yenə sevirdi"

 

Tofiq Abdin

 

Ədalət.- 2013.- 27 iyul.- S. 15.