ALTMIŞINCILAR: İNTİQAM QASIMZADƏ BİR ALTMIŞINCININ DA YETMİŞİ OLACAQ İNŞALLAH

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlarbütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heçkönül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

Azərbaycan Yazarlar Birliyinin illik yubileylər bildirisində tənqidçi-yazar və "Azərbaycan" jurnalının Baş redaktoru İntiqam Qasımzadənin 1943-də doğulduğu göstərilmişdir.

Onun baş redaktorluğu ilə çıxan "Azərbaycan" jurnalının 80 illiyi günlərində mən bir yazı yazmışdım, esrili bir yazı. O yazını sonra mən bir dəfə də çap elədim. O yazı ikinci dəfə çap olunanda mənə xeyli hücumlar oldu. Buna baxmayaraq həmən yazıda o jurnalın baş redaktoru İntiqam Qasımzadə haqqında eynən bunları yazmışdım:

"Təbii, mən tənqidçi və gözəl bir ziyalı ailəsindən çıxmış, amma bunu heç zaman gözə soxmayan və hətta bundan heç zaman indiki məqamda bir çoxları kimi reklam olaraq istifadə eləməyən İntiqam Qasımzadənin jurnalın Baş Redaktorundan başlamalıydım ki, o son dərədemokratik bir abı-hava yaratmış və hətta elə bir abı-hava yaratmış ki, bəzən yazı gətirən bir gənc yazar da keçib oturur onun kreslosunda və (nəzərə alsaq ki, mənim yaşıdlarım nəinki uzun illər öncələr Baş redaktorların otağının qapısından belə baxa bilməzdik, indi düşünün bu necə bir demokratiyadır) hətta bunu bir az sataşma kimi yazanlar da oldu (müsəlman qılınc müsəlmanıdır, bunu unutmayaq). Yenə də təkrar edirəm: düşünün ki, bir zaman nəinki Baş Redaktorun kreslosunda oturmaq vardı, heç ona şeir oxumaq belə zor idi (hətta müavinini belə görmək zor idi). Şəxsən mənə heç bir redaktorla üz-üzə gəlmək qismət olmayıb, bu az-maz yazı-pozuyla məşğul olduğum illərdə.

İntiqam Qasımzadə əsilzadəlikdən gələn bir davranışla və bir mədəniyyətlə qapıları taybatay açıb və əsilzadəlikdən gələn bir davranışla, unudulmaz yazıçımız və Azərbaycan jurnalının son illərdə Baş redaktoru işləmiş Yusif Səmədoğlunun portretini (diqqət!!! diqqət!!! Başqa yerləri düşünün və hətta, Yazarlar Birliyinə bitişik bir firma var, ora baxın, təbii bu da lazımdır) başının üstündən asıb ki, bəs varislikdə mən bu adamın varisiyəm və bunu həyata keçirir dəg amma bir az fərqli yenə də: çox az içki məclislərinə qarışar, çox az mübahisələrdə iştirak eləyər və son dərəcə səliqə ilə işə gələr".

İndi elə gətirib ki, biz İntiqam Qasımzadənin özünün 70 yaşını qeyd edəcəyik və İntiqam Qasımzadə bütün yetmiş ilin məncə 55-ini bu Yazarlar Birliyinin içində yaşayıb. Tam içində olmasa da onların evində həmişə söz-söhbət ədəbiyyatdan olub və hamının bildiyi kimi onun atası tanınmış ədəbiyyatçı Böyükağa Qasımzadə ədəbiyyat camiəmizin sevimli insanlarından biri olub.

Hazırkı vəziyyətdə hər hansı bir jurnala başçılıq eləmək və həmin jurnalı OXUCU KÜTLƏSİNİN zövqüncə buraxmaq (hələ ortada bir qonorar məsələsi də var, ən böyük amil indi bu olub məncə) İntiqam müəllimin özünün də dəfələrlə qeyd etdiyi kimi bir o qədər də asan deyil. Çünki ədəbiyyatımızın bugünkü mərhələsi elə bir həddə gəlib çatıb ki, burada artıq AMERİKA açmağa heç bir lüzum yoxdur və mən başa düşürəm ki, indiki cavan nəsil oturub-durub "AZƏRBAYCAN" jurnalının zamanın tələbindən ( LAP SOVET TƏFƏKKÜRÜDÜ!!! VƏ HƏTTA ONLARDAN BƏZİLƏRİ HANSI ZAMANDA YAŞADIQLARINI BİLMƏSƏLƏR BELƏ) aşağı səviyyədə çıxdığı barədə elə hey danışırlar və bunun da günahını birbaşa BAŞ REDAKTORLA bağlayırlar. Amma mən bu işin içində olmasam da, bu jurnala yaxın adamlardan biri kimi etiraf edim ki, bu yaxınlıq müddətində mən bir dəfə də olsun bu jurnalla bağlı hay-küy görməmişəm. Şübhəsiz incikliklər yox deyil.

Bu əslində ondan irəli gəlir ki, İntiqam bir BAŞ REDAKTOR kimi heç zaman öz zövqünü diktə eləmək məqamına keçmiro bu gün ortada olan ədəbi nümunələri çap etməklə özünün bir BAŞ REDAKTOR kimi təsdiqini hamının diqqətinə çatdırır.

İntiqam Qasımzadə dəfələrlə intervülərində deyib ki, mən bu jurnalın TAM HÜQUQLU SAHİBİ olsam, o zaman ildə üç-dörd nömrə hazırlaram. Amma belə olduğu vəziyyətdə mən bilən İntiqam Qasımzadə öz zövqüycə cəmisi bir il, iki il bu cür səviyyəli jurnal çıxara bilər. Və sonra bu çap dünyamızın içində itib-batan ədəbi aləmə daha başqa şeylər vermək iqtidarında olmaz.

Cavanların çoxu İntiqamı bir az da az yazmaqda günahlandırırlar və belə bir iddiadadırlar ki, yazmırsa nə üçün bu jurnalın başında oturub. Və bəzən daha irəli gedib ifrata varırlar: "axı o nə yazıb və kimdi? suallarını da dilə gətirirlər. Olmaz belə bir şey! Adamın çox varlı əbədi bir keçmişi varindinin özündə də o daha səmərəli işlərlə məşğuldur. Sadəcə çığır-bağır salmır və başını aşağı salıb işini görür ədəbi aləmimiz üçün. İntiqam Qasımzadə yazardır və professional yazardır, ona görə də o bu suallar çox haqsız səpələnir ortaya. O şeirdən başlamış ədəbiyyatın hansı janrında istəsən yaza bilər və yazır. Amma bir xüsusiyyəti açıqlayım: baxın, İntiqam bir BAŞ REDAKTOR olaraq ağzına gələni yazar və onları öz jurnalında çap etdirər, kimsə də onun yolunu kəsə bilməz və o bunu eləmir. Mən bu keyfiyyəti az şey hesab eləmirəm və o məmnuniyyətlə özünün tutacağı o yeri də başqalarına verir: onun da pula ehtiyacı var, bunu hamı gözəl bilir. O bununla da böyük ürək sahibi olduğunu göstərir və mən İntiqama NƏ YAZIR VƏ KİMDİ suallarına cavab axtaranlara bunu demək istərdim ki, İntiqam Qasımzadə vaxtilə televizyonda BAYATI kimi elə bir jurnala başçılıq eləyib ki (rus dilində olan bir veriliş idi) üstündən bu qədər zaman keçməsinə rəğmən mən onu çox gözəl xatırlayıram və mən bir çox zaman "Azərbaycanfilmin" istehsal etdiyi filmlərdə onun bir redaktor kimi adının keçdiyini görəndə hətta balaca "qısqanclıq" da yaşamışam.İntiqam müəllim elə gözəl əsərlərə redaktorluq eləyib ki, indi o əsərlər bizim kino dünyamızın əşrəfləri sayılır. Və İntiqam Qasımzadə bundan sonra heç bir görməsə də bütün bunlar onun SƏNƏT TARİXİMİZDƏ qalmasına əsasa ola bilər.

İntiqam Qasımzadə çox gözəl zövqə və geniş dünyaduyumuna malik bir redaktordur. Xatırlasaq ki, az zamanda onun BAŞ REDAKTORLUĞU VƏ REDAKTORLUĞU ilə burada hansı əsərlər və kimlərin əsərləri çap olunub, o zaman biz insafımızı qırağa qoymadan ona borclu olduğumuzu düşünə bilərik.

Biz nə istəyirik bir çox zaman: mənə bu məlum ki, özümüzün görə bilmədiyimiz şeyləri başqalarından istəməyə artıq adət etmişik və mən bu iddiada olan insanlara yalnız bunu deyə bilərəm: sizin hər birinizin əlinizin altında ən azından bir səhifə, bir qəzet və bir neçə orqan var, maşallah. O zaman nədən İntiqam Qasımzadədən tələb etdiyiniz ədaləti siz ÖZÜNÜZDƏN tələb etmirsiz?

Bunları düşünəndə mən İntiqam Qasımzadənin yetmiş yaşının heç də hədər getmədiyinin fərqindəyəm və bu yetmiş yaşı o haqlı olaraq ürəkdən və geniş qəlblə yaşamış və yaşamaqda davam edir.

Oturub-durduğu yaradıcılar və onun özünün bioqrafiyası gözəl bir ziyalının və ədəbiyyat adamının var olduğuna danılmaz misaldır.

 

***

 

İntiqam Qasımzadənin

şeirlərindən

 

Gecə yağışının qaranlığı,

yaxud şüştər təsnifi

 

Şəhərə yağış yağır,

Qəlbimə kədər

Pəncərəmdən baxıram

gücəyə

Gücə yağış altında ıslanıbdır -

-çıphaçıp-

Alt köynəyinə qədər.

Gecə yağışa bulaşıb

Yağış qaralıb gecədə

Qara sel kimi axır.

Pəncərəmin arxasında

dayanıb

İslanıram gecəylə.

Yumuram gözlərimi

bəlkə quruyam.

edim ki, göz

yummaqla qurumur adam.

Qurumuram.

İslanıram daha artıq.

Yağış navalçalarla

içimə axır.

Öz ağır ritminin

sonsuz təkrarıyla.

İçim islanır

Bu gecə yağışının

Navalçalarda çaldığı

şüştər muğamıyla.

Noyabr, 1967

 

Moskvada

Məşhur bir qəbiristanlıqda

Torpağa qoydular səni,

Ustad.

Səninçün fərq etməz indi

Harda torpağa qoyulduğun.

"Dəli həsrət"lə sevsən də

məmləkəti

Sağlığında belə sən

ayırmadın

Torpağı torpaqdan,

insanı insandan.

"Dəli həsrət"lə sevsən də

Məmmədi

Alnının qırışları

Qarışdı torpağın qırışlarına.

Torpağın üzü də qaradır

rəngi kimi.

Gör kimi həbsə məhkum etdi

gör kimi.

Ömrünü həbslərdə keçirən,

fəqət sözləri səyyah kimi

dünyanı gəzən

insanlara insan gətirən

Nazimi.

Gör kimi,

Yaşadın ümidlə.

Bu ümiddən aldı rəngini

gözlərin

Bu ümidə büründü sözlərin.

Özün yoxsansa da

Ümidin qalmaqdadır

sözlərində

Gözlərinin rəngində olan

hər şeydə.

Ümidin qalmaqdadır, ustad.

Ürəyimdə;

Səndən qalmış qiymətli

bir irs kimi.

Gəlsən Bakıya,

Görsən də Xəzəri

Görmədim mən səni

sağlığında.

Məzarına gəldim

Səndən bir iz tapmaq

ümidiylə.

Gördüm

Sal qranitdə cızılmış surətini -

- dünənimdə qala bilməyib

sabaha yeriyən surətini.

Baxdım.

Sanki özünü gördüm , ustad.

Təsəvvür edirsənmi

nə qədər xoşbaxtdım.

Həyatı sevirdin;

Həyat dolu çiçək gətirmişdim

məzarına.

Şaxtaydı Moskva.

Yaşaya bilmədi çiçəklər,

ustad,

dondular.

Şaxtaya dözə bilmir çiçəklər

Donurlar.

Şaxtaydı Moskva, ustad,

Dondularg

 

Moskva, dekabr, 1967

abdin41@mail.ru

www.tofigabdin.com

 

Tofiq Abdin

 

Ədalət.-2013.-1 iyun.-S.15.