“Bu adam
o deyildi”
Əli Məsimli: “Mən layiqli
insanlara borcluyam”
Yeni rubrika: Dostunu göstər…
«Dostunu göstər, sənin kim olduğunu deyim». Bu məşhur ifadə özünü nə qədər doğruldur?! XXI əsrdə, dünyanın Barak Obamanın saçına dönüb qiyami-qiyamətə getdiyi bir zamanda, dünən əlindən öpüb, dostum, qardaşım dedikləri Qəddafilərin sabah başına bomba tökdürdükləri Berluskonilərin at belində cövlan etdikləri bir dövrdə, kreslo ilə bərabər itirilən dostlar çağında kimsə dostunu göstərə bilərmi ki, onun kimliyini deyək?!
Amma dünya nə qədər fani olsa da, bu qırdı-qaçdı zəmanəsində biz dostluğa və dostlara inanırıq. Ona görə də üz tuturuq Füzuli kimi «dostları bipərva» olmayan məşhurlara.
«Dostunu göstər…» rubrikamızın bugünki qonağı millət vəkili Əli Məsimlidir
Qonağımız haqqında qısa məlumat:
Əli Məsimli Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirib. İqtisad elmləri namizədidir. AMEA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri, Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri,vəzifələrində çalışıb.
Hazırda millət vəkilidir.
-Dostluğa
inanırsınızmı? Ümumiyyətlə, dost sizin üçün
nə deməkdir?
-Bəşəriyyətin
min illərdir ən güclü əsərlər, hikmətli
sözlər həsr etdiyi, mahnılar, dasdanlar qoşduğu, əsl
mahiyyətini anlamağa çalışdığı, fəqət
hələ də tam anlaya bilmədiyi bir fenomendir dost.Birisi onu
sərvət,xəzinə, digəri-illüziya
adlandırır.Başqa birisi isə hesab edir ki, ən qəddar
düşmənin yalnız keçmiş dostun ola bilər. Ona
görə də biri deyir ki, ilahi sən məni dostumdan qoru,
düşmənimdən özüm qorunaram. Başqası
deyir ki, ilahi sən məni dostsuz qoyma. Çox varidatı
olanı yox, çoxlu dostu olanı ən varlı adam
sayırlar. Məncə, əsl dost-həqiqətən
böyük sərvətdir. Ona görə əsl dost tapmaq, bəlkə
də əsl sevgi tapmaq qədər çətindir. Ona
görə də həyat- yaşamağı, yaşamaq-
sevib-sevilməyi,sevgi-öz xöşbəxtliyini bu sevgiyə
layiq olanın xöşbəxtliyində tapmaq,vəfa-
unutmamağı, dostluq isə sadiq olmağı, dostun kədərinə
şərik olmağı, sevincini artırmağı, təmannadan
uzaq olmağı,qarşılıqlı surətdə
bir-birinin həyatın mənasını zənginləşdirməyi
bacarmaq deməkdir.
- Bir mahnıda deyildiyi kimi, «…dost ya
bir olar, ya iki» bu fikri qəbul edirsinizmi?
-Məncə,
həmin mahnıda qafiyə düz gəlsin deyə belə
deyilib.Çünki dostun sayına limit qoymaq
mümkünsüzdür. Əsl dost bir də ola bilər,
beşdə, ...ondan çox
da....
-Dost dar gündə bilinər! Belə bir gününüz
olubmu və o dost bilinibmi?
Açığı mən dar gündə Allahın mənə köməyini daha güclü hiss edirəm.
Bu heyratamiz dərəcədə
olur.... Amma "Dost dar gündə
bilinər” çox hikmətli və ibratamiz bir atalar
sözüdür. Bəli,onu da etiraf
edim ki, məhz Allahın hökmü ilə çətin günlərdə
sədaqətli dostlarım
yanımda olub.
-Sizi yarı yolda qoyan dostunuz olubmu?
Dost sözü - çox
ciddi ifadədir, dostluq da ciddi
hadisədər. Ona görə də, məni yarı yolda qoyanları dost yox, müəyyən dovrlərin yol yoldaşı hesab edirəm. Çünki
"dost-dosta tən gərək,tən olmasa, gen gərək”
-Bəs siz necə, dostunuzu yarı yolda qoymusuzmu?
-Yox, mən dostluğu
yetərincə dəyərləndirirəm.
1993-cü ilə qədər mənə elə gəlirdi ki, hamıya borcluyam və təmannasız kömək
edirdim. Sonra həyatda qarşılaşdıqlarım,
gördüklərim təbiətimdə
inqilabi bir dəyişikliyə gətirdi
və hesab etməyə başladım
ki,mən layiqli insanlara borcluyam və həmişə kömək
etməliyəm.Məndən istifadə etmək istəyənləri isə
kənarlaşdırmışam və belə adamları nəinki dost. heç adam
hesab eləmirəm.
- Dostluqda ən çox hansı keyfiyyətə üstünlük verirsiz?
-Dahi Sokrat demişkən,"dost
olmağa tələsməyin,
amma dost olmusunuzsa, bu dostluğa xəyanət etməyin".Çünki
bu, həm də insanın özünün özünə
xəyanəti deməkidir.Axı
həqiqi,əsl dost insanın "ikinci özüdür"…
- Vaqif Bayatlı deyir:
Evimizin divarındakı çatlar
Çat
verən dostları
Sıranıza düzə-düzə,
Nə qədər günahları
vardı,
Bağışladım sizə!
Çat
verən dostlarınız
olubmu və Siz də Vaqif
Bayatlı kimi onların günahlarını
bağışlamısınzmı?
-Mən dost hesab etdiklərimdən çat
verən olmayıb,
dost deyə mənə
yaxınlaşanlardan isə
çat verəni çox olub.... Mən günahı bir dəfə bağışlayıram,
amma ikinci dəfə heç vaxt bağışlamıram,
sadəcə unuduram.
Çünki belə hallarda
zəiflər-qisas alır,
güclülüər bağışlayır,
xoşbəxtlər isə
undurlar.
-Vahid Əziz deyir:
Dost kimi sonradan tapdıqlarımı,
Sonradan tanıyıb dost kimi atdım.
Sizin də sonradan tanıyıb atdıqlarınız
olubmu?
-Dostlar insan həyatının
bütün mərhələlində
olur.....Uşaqlıq dostu, məktəb illəri, universitet, aspirantura, kollektivdə işləməyə başladığım
dövr, hərəkat
dövrünün dostları
və sair. Mən indi də bütün
mərhələlələrin dostları ilə intensiv olmasa da, görüşür, hər halda hal-əhval tuturuq. Bununla belə sizin sual mənə
bir hadisəni xatırlatdı: 2005-ci ildə
sekçi kompaniyasında
dostlar, tanışlar,
tanımadığım çoxsaylı
insanlar həmin prosesdə bizim qərargaha gəlib bacardığı köməyi
edirdilər. Bir uşaqlıq dostum da lül-atəş vəziyyətdə gəldi,
əvvəlcə hökumətdə
yüksək vəzifələrdə
işlədiyim vaxtlarda
təmiz işlədiyimdən
fəxarətlə danışdı,
sonra isə valı 180 dərəcə
dəyişdirib, məni
yaxşıca ittiham elədi ki,o vaxt altına pul yığsaydın indi bizim ümüdümizə
qalmazdın.... Dedim bizim söhbətimizin alınması üçün
iki yol var:
ya mən də sənin qədər içkili olmalıyam, ya da sən gedib
yatıb, sabah ayıq vəziyyətə
gəlməlisən....Təəccübünü
bildirdi ki,onun
içkili olduğunu
haradan bildim. Dedim bu ittihamları
mənə yağdırmaqdan
ötrü ya dəli olmalısan, ya da ki,
içkili. Uşaqlıq dostu kimi dəli olmadığını
bilirəm, deməli ikincidir, yəni içkilisən. Getdi və
səhəri gün utandığından daha gəlmədi. Bilmirəm,
bunu hansı kateqoriyiyaya aid etmək olar, çünki son dəfə onu görəndə, bu adam uşaqlıqdan
tanıdığım, o səmimi,
təmiz, istiqanlı adam deyildi...
-Biz deyirik: «Dostunu göstər, sənin kim
olduğunu deyim». Almanlar isə bunun tam əksini deyir: «Düşmənini göstər, sənin kim olduğunu
deyim». Almanların deyimi ilə
nə qədər razılaşırsız?
-Məncə,
«Dostunu göstər, sənin kim olduğunu deyim» və
«Düşmənini göstər, sənin kim olduğunu deyim»
ifadələri ilk baxışada bir-birinin əksi kimi
görünsələr də, çox sıx daxili məntiqi
əlaqədədirlər. Bu baxımdan hər iki kəlam
doğrudur. Bayaq dediyim kimi,həqiqi, əsl dost insanın
"ikinci özüdür". Ona görə də
insanın kiminlə yaxın dostluq eləməsi onu
simasını xeyli dərəcədə agah
edir.İnsanın düşməni də onu səciyyələndirən
zaman fikirləşmək üçün zəngin mateial verir.
Görünür məhz buna görə müdriklərdən
biri məsləhət görür ki, həyatın boyu
insanlarla elə davran ki, dostun dönüb düşməninə
yox, əksinə, düşmənin dönüb dostuna
çevrilsin.
-Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərdi
çox, həmdərdi
yox, düşmən qəvi, tale zəbun!
Füzulinin bu məşhur beytini xatırladığınız vaxtlar
olurmu?
-Yox,xatırlamıram, çünki mən
pessimist deyiləm. Mən realistəm.
Həyatda baş verənlərin
çoxunu yaşadığımız
dövrün müsbət
və mənfi məqamlarının vəhdəti
və mübarizəsinin
məntiqi nəticəsi
hesab edirəm. Dəyərli alim və böyük ziyalımız Xudu Məmmədov demişkən,
mən heç vaxt təəccüblənmirəm,
sadəcə arabir təəssüflənirəm.Təəssüflənirəm
ki, dəyərli dostlarla yanaşı, həm də dost kimi yaxınlaşıb, düşməndən də
betər olmaqla dost sözünü urvatdan salanlar da az deyil. Bəzən mətbuatda ünvanıma
əsası olmayan həcvlərlə rastlaşıram,
amma cavab vermirəm. Bu qorxmaq əlaməti deyil. Qorxaq mənə olan münasibətini kişi kimi özümə deməyi bacarmayan həmin həcvin sifarışçisidir,
onu yazanı isə mən heç mikroskopla belə görmürəm....
-Və nəhayət, dostunuzu göstərə bilərsinizmi?
-Mənim həm uşaqlıq, həm məktəb, həm universitet, həm aspirantura, həm işlədiyim yerlərdə
və həm də hərakat dövründən dəyərli
dostlarım var. Sosial şəbəkədəki dostlarımın
sayı isə 5 min nəfərdir. Kimisə fərqləndirsəm, digərləri haqlı olaraq məndən küsər.
Ədalət.-2013.-1 iyun.-S.6.