O YERDƏ Kİ, İNAM VAR...
...İnsan dünyaya
gəldiyi gündən
böyük arzularla yaşayır. O böyük arzular həyata keçdikcə, bax onda o insan mənən
daha da vüqarlı
olur. Təbii ki, arzuların
həyata keçməsi
və çin olması üçün
əziyyət çəkmək,
tər tökmək və işləmək lazımdır. O yerdə
ki, inasn qolunu çırmayıb böyük işlər görür, layihələr
həyata keçirir,
təbii ki, gec-tez onun əməlləri
xariqələr yaradır...
GÖZƏL ŞƏHƏR
İMİŞLİ
Bu şəhərə dəfələrlə yolum
düşüb. Amma heç vaxt
bu dəfə gördüyüm, gəzdiyim
və insanları ilə ünsiyyətdə
olduğum İmişlini
yaddan çıxarmayacağam.
Ən azından ona görə ki, hər addımında bir yenilik, hər
işində bir uğur var. Uğur qazanmaq isə elə asan deyil.
Əlbəttə, İmişlidə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq möhtəşəm layihələrin
həyata keçirilməsi
elə də asan başa gəlmir. Bir il yarımda
demək olar ki, bu şəhərdə
çox böyük dəyişikliklər, abadlıq
və quruculuq işləri görülüb.
Adama asan gəlir, amma bir də görürsən
ki, balaca bir işi gerçəkləşdirmək
üçün nə
qədər vaxt tələb olunur.
İmişlidə son illər o qədər möhtəşəm işlər
görülüb ki, bunu barmaqla saymaq
olmaz. Şəhərin küçə və prospektlərinin əksəriyyəti yenidən
tikilib və istifadəyə verilib.
Bu gün də
İmişlidə hara
baş çəkirsən,
orda böyük quruculuq işlərinin, abadlığın şahidi
olursan. Şahidi olursan ki, küçələr əsaslı
surətdə yenidən
tikilir, səkilərə
mərmər daşlar
düzülür və
eyni zamanda, böyük abadlıq işləri həyata keçirilir. İmişli sanki bu gün
böyük tikinti meydanına bənzəyir.
Əlbəttə, şəhərin
gözəlləşməsi, abadlaşması üçün
bayaq dediyimiz kimi, hamılıqla böyük işlər görülür...
İCRA BAŞÇISININ İNAMI
Rayon icra hakimiyyəti
başçısı Vilyam
Hacıyev çox ziyalı, işgüzar və bacarıqlı bir insandır. Təbii ki,
ölkə başçısı
Vilyam müəllimi bu rayona başçı
təyin edəndə
onun qarşısında
müəyyən tapşırıqlar
da qoyub. İlk növbədə rayonda sosial-iqtisadi proqrama uyğun olaraq böyük işlər görmək, abadlıq və quruculuq işlərini sürətləndirmək
Vilyam Hacıyev bu rayona icra
başçısı təyin
edilən ilk gündən
möhtəşəm işlərə
start verib. Yəni rayonun
abadlaşdırılması, quruculuq işlərinin sürətləndirilməsi üçün
böyük addımlar
atılıb. İcra başçısı
ilk növbədə böyük
layihələrin həyata
keçirilməsində elə
İmişli camaatına,
ziyalılara və zəhmətkeş insanlara
güvənib. Təbii ki,
harda inam və əzmkarlıq varsa, orda da
konkret əməli nəticə zaman-zaman özünü göstərir.
Rayon icra hakimiyyətinin
başçısı V.Hacıyev
bizimlə söhbətində
bildirdi ki, biz İmişlidə ölkə
prezidenti, cənab İlham Əliyevə və insanlara güvənərək böyük
layihələrə imza
atdıq. Qısa zaman kəsiyində
Heydər Əliyev parkı yenidən quruldu. Bununla yanaşı, Gənclər
Mərkəzi, Heydər
Əliyev muzeyi və digər yeni tikililər müasir tələblərə
uyğun olaraq, inşa edildi. Əlbəttə, ilk növbədə rayonda insanlar arasında yüksək əhval-ruhiyyə, ovqatı
yaradıldı. Bütün
bunlar isə onu deməyə əsas verdi
ki, böyük abadlıq və quruculuq işləri zaman-zaman irəliyə doğru addımladı.
Bir faktı
da qeyd edək
ki, rayon icra hakimiyyətinin başçısı
çox nikbin və mübariz bir ziyalıdır. Ölkə prezidenti
İlham Əliyevə
sadiq olan ən etibarlı kadrlardandır. Çünki o, rayona gəldiyi ilk gündən insanların etimadını, məhəbbətini
qazana bilib.
İNSANLARA DİQQƏT ARTIR
İmişlidə sosial-iqtisadi inkişafla yanaşı, quruculuq və abadlıqla bərabər, insanlara böyük qayğı və diqqət göstərilir. İlk növbədə şəhid ailələrinə,
müharibə iştirakçılarına
və əmək veteranlarına qayğı
heç vaxt diqqətdən kənarda qalmır. Burda demək olar
ki, hər bir insanın, hər bir imişli
sakininin öz yeri və öz
nüfuzu var. Elə məhz onlar da rayonda gedən
tikinti, quruculuq və abadlıq işlərində yaxından
iştirak edirlər.
Yaşlı, ağsaqqal kişilərdən
biri ilə söhbətimiz çox maraqlı alındı. Həmin ağsaqqal
heç bizim jurnalist olduğumuzu belə bilmirdi. Sadəcə
olaraq, rayona qonaq gəldiyimizi xatırlatdıq. O, isə
dedi ki, xoş gəlmisiniz. Bizim qapımız həmişə
qonaq-qara üzünə
açıq olub.
Son vaxtlar da vəziyyətimiz bir az da yaxşılaşıb. Dolanışığımız da pis deyil. Şükür Allaha, əkinimiz
var, biçinimiz var, həyət-bacamızda
da mal-qaramız.
İşləyən adam üçün çətinlik yoxdur. Gərək zəhmət çəkəsən
və bəhrəsini
də görəsən.
Rayonumuzun icra başçısı
cavan olmağına baxmayaraq, ağsaqqal adamdır. Hamının yerini yaxşı
bilir. Çətinliyimiz
də olanda, rayona gedirik və o kişi
də bizə kömək əlini uzadır. Sizi inandırım ki, başçının qəbuluna
gedən hər hansı adam
çətinlik çəkmir
və az bir müddətdə qəbuluna düşüb
dərdini ona deyə bilir. Elə bizə də bu lazımdı. Başçı camaatı başa
düşürsə, qəbul
edirsə, bizim dərdimizə şərik
olursa, bundan yaxşı şey yoxdu.
İŞ YERLƏRİ AÇILIR
İmişlidə
son vaxtlar çoxlu sayda iş yerləri açılıb. Bunların
əksəriyyəti daimi olsa da, mövsümü xarakterli
iş yerləri də olur. Aydındır ki, iş yeri olanda
insanlar özlərini daha rahat hiss edir və ailəsinin
yanına üzü ağ qayıdırlar. Əlbəttə,
çörək qazanmaq, iş yeri tapmaq və orda duruş
tapmaq o qədər də asan deyil. Bir də görürsən
ki, bəzisi bir iş tapır, çətinliyə dözməyib
bir müddətdən sonra ordan uzaqlaşır. Amma işləyən
adam üçün heç vaxt həyat çətin olmur.
Məhz
İmişlidə də müxtəlif istehsalat sahələrində,
müəssisələrdə və fermer təsərrüfatlarında
çoxlu sayda insanlar çalışırlar. Elə Şəkər
Zavodunu yada salmaq bəs edər. Burda çoxlu sayda imişlili
əmək fəaliyyəti ilə məşğul olur və
balalarına çorək qazanırlar. Ümumiyyətlə,
son vaxtlar İmişlidə kənd təsərrüfatının
inkişafı ilə yanaşı, sənayenin də yüksəlişinə
böyük diqqət yetirilir. Belə ki, indi İmişlidə
çoxlu sayda sənaye müəssisələri fəaliyyət
göstərir. Bu isə o deməkdir ki, ölkədən
insana və vətəndaşa böyük qayğı
göstərilir və onların işlə təmin
olunması üçün ciddi addımlar atılır.
(Ardı var)
Faiq QİSMƏTOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2013.-4 iyun.-S.7.