ALTMIŞINCILAR:
ELXAN BABAYEV...
MUSİQİ DÜNYAMIZDA BİR
ALTMIŞINCI (Elegik Bir
Yazı)
"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.
Danüzü belə bir yazının yazılmasının necə də çətin olduğunu təsəvvür etmək çox zor. Bütün gecəni bu yazını yazmaq əziyyəti deyil, bu yazının aidiyyət olduğu dostun işıqlı çöhrəsi və onunla tanışlığın işıqlı anları bütün gecəmi işıqlandırdı və onun artıq qatı bir qaranlıqda olması bu işığı da mənə haram edirdi.
Aman, əzizim Elxan Babayev, bu olmadı, heç olmadıg "Allahla Allahlıq eləmək olmaz", deyə bir deyim var xalqımızda. Amma Allahım, bu olmadıg "Bütün ölümlər vaxtsızdı" deyirlər bir də və bütün ölümlər insanı yandırır, deyirlər. Həqiqətən vaxtsız ölümlər daha çox, ancaq bu dünyayla bir ayrılıq məqamının çox acı olmadığını da danmayan böyük alim Eynşteyn əbəs deməzdi ki, ƏVVƏL-AXIR BU ÖLÜM DƏ YAXŞI BİR ŞEYDİR.
Amma Elxan, bu olmadı, həqiqətən olmadıg Sənə ölüm yaraşmırdı, heç yaraşmırdı. Sən mənim gözlərimin qabağında bu sənət dünyasında əlində qələm bir gəncəcik oğlandın bizim ilk görüşümüzdə və ilk görüşümüzdən məni, heyrətə gətirən sənin ZİYALILIĞIN idi o zaman. O zaman həqiqətən bir ziyalılıq var idi və sən də bu ziyalılığın içində çox da asanlıqla görünən birisi idin.Təbii indi ziyalılıq da artıq keçmişin bir nostaljisi kimi anıldığı bir zamanda, mən uzun bir yuxudan ayıldıqdan sonra, yenidən Bakıya gələndə üç-beş əski tanışları axtaranda və onlara zəng edib, "gəlmişəm - demək istəyəndə ilk sırada olan insanlardan və sevdiklərimdən biri də Sən və Sənin ailən, həyat yoldaşın, Həcər xanım idi...
Yəni, həm keçmiş dost bir ailə kimi (amma heç gediş-gəlişimiz olmasa da) həm də yenidən işə başladığım toplunun ən gözəl yazarları kimi mən sizləri aradım. Sizləri ayaq üstə sağ və salim görəndə, inanmazsan necə sevindim. Çünki mən o uzun bir yuxu illərində bir çox dostu itirmişdim ki, indi o dostlarsız bir savunacaq dalım belə yox və onların mənə sevgisinə hər zaman ehtiyac duyuram.
Sən və ailən də elə dostlardan biriydiniz. Baxmayaraq ki, ədəbiyyat adamı deyildin, qardaşın və gözəl yazarımız Aqşin Babayevlə heç tanışlığımız olmasa da, Nazim Hikmət adlı bir taleylə uzaqdan-uzağa bir-birimizə bağlı idik. Sonradan, çox sonradan mən sənin həmin ailədən olduğunu bildim. Ona qədər sən mənim üçün konservatoriyanın bir gəncəcik tələbəsiydin və bizim topluda yazılar yazmağa da sən xanımın Həcərin aracılığı ilə, vasitəsiylə başlamışdın. Başlamışdın başlamağına, amma həmən də önə keçmişdin. Bax, sonralar da tutduğun məsul vəzifədə də, sən ondan bir az irəli idin, yəni bir zamanlar böyük Üzeyir bəy girən bir qapıdan girir və bu müəssisənin çox məsul bir yönəticisi, yəni prorektoru vəzifəsini yerinə yetirirdin və sənin prorektor olduğunu mən o yuxudan ayılandan sonra eşitsəm də, sənin bir layiqli vəzifədə olmağına qəlbdən sevindim, Elxang
Yox, yəni gözlənilən ölümlər ola bilər, amma mən səni
son dəfə yaxın qohumun,
çox hörmət etdiyim
kaman (skripka)
ifaçısı Zəhra xanımın Quliyevanın solo konsertində kənardan görəndə
və daha sonradan televizyonda yenə də Zəhra xanımla
birlikdə çıxış eləyəndə
mən sənin sir-sifətində bu zəhrimar
ölümün (aman
Allahım, nə qədər dəhşətli səslənir,
sənin üçün bu
söz) heç bir əsər-əlamətini görmədim, amma birisi dedi
ki, qardaşına və ailənə verilən
başsağlıqlarda yazılıb: UZUN SÜRƏN
AĞIR XƏSTƏLİKDƏN
Qardaşım,
uzun sürən xəstəlik nəymiş? Mən səninlə
neçə kərə telefonda danışdım və mən
sənin səsində bu zəhrimar xəstəliyin
gücünü heç görmədim, yox eşitmədim
demirəm, məhz görmədim. Çox mədəni məndən
bir yazının çapını xahiş elədin və mən
də ərklə: "Sən, əmr elə, Elxan", -
dedim və üstəlik də qız balan və mənə
doğma olan qızının kitabı haqqında bir
başqasının yazısı idigbu.
Və
Elxan, bir zaman yuxuda olduğum illərdə
görmüşdüm ki, bəs Qobustan toplusu bir xüsusi
nömrə buraxıb və orda "Qobustan" haqqında
sorğular var, görmüşdüm ki, bəs səndən
başqa bir dost və bir insan mənim adımı
xatırlamamışdı. Halbuki orda yazı yazmağa
başlayanda bir çox insanın həyatında mənim iynə
ucu boyda olsa da əməyim vardı. Heç kəs, heç
kəsg məni xatırlamamışdı səndən
başqag "Gözdən iraq olan könüldən də
iraq olar" ata sözünün
ağırlığını mən o zaman daha açıq
hiss etmişdim. Sənsə məni elə
xatırlamışdın ki, mən indi o sözləri
oxuyanda gözlərim yaşarır. Sən
xatırladığına görə demirəm, bu ad var, amma
sənin ziyalılığın bir daha orda üzə
çıxmışdı. Və ən heyrətamizi sən
MUSİQİŞÜNAS idin, mən yazar, naşir və bir
musiqişünasın bu dərəcədə etirafı mənim
üçün xoş idi, bu "xoşluq" çox idi,
Elxan, çox idig (amma bu yuxu deyildi, həqiqət idi.)
Bilmirəm, vallah bilmirəm, bu nə işdi? Yəni bir
gün yaranan bir gün ölər,
amma bu qədər
ƏDALƏTSİZ ÖLÜMLƏR nədən
bu millətin, bu xalqın içinə dolub. Mən bunu anlaya
bilmirəm, yəni anlamalı da bir şey yoxg
Dedim ki, Allahla Allahlıq
eləmək olmaz, amma nə imiş
canım, bu söz: Allah da yaxşıları tez aparır. O zaman nədən onu yaxşı yaratmışdı?
Yanına aparmaq üçünmü və
nədən məhz bu dünyanı pislərin ixtiyarına buraxmaq istəyir böyük yaradan, nədən?..
İçimizdəki pislikləri təmizləmək
üçün üç-beş
YAXŞI İNSANIN ətrafımızda olmasını nədən
istəmir böyük
Yaradan, nədən?
Heç
zaman bozarmadın, heç zaman, hətta radioda işlədiyin illərdə
də bir az aşağı
bir işdə işləsən də sən necə də hövsələ ilə çalışırdın
və necə də ziyalı bir dənəyimlə öz işini göründün və heç zaman mən sənin bir iddianı eşitmədim.
Bax, MƏN GÖRMƏDİM deyirəm, bəlkə başqaları bunu bilir, bu da
təbii bir şey. (Mən hər zaman tanıdığım insanı
yazıram. Başqaları
üçün, təbii
sən başqa cür də ola bilərsən.)
Amma sən nəinki bir nəzəriyyəçi, həm
də bir ifaçı kimi hər zaman mənim içimi yaxşılıqlarla, gözəlliklərlə
dolduran bir insan oldun bu
vəfasız dünyada
və bu MƏNİM
ÜÇÜN DƏ LİMİTİ TÜKƏNƏN bu amansız dünyadag
Qərib
bir şey: sən şəhər uşağı idin, mən kənd uşağı, amma sənin o musiqi savadın və musiqi dünya görüşün nədən
mənimki ilə (müqayisə üçün
üzr istəyirəm)
üst-üstə düşürdü.
Bunu yalnız bir faktla deyim:
mən də Qara Qarayevi son dərəcə sevirdim,
lap onun əsərlərini
şeir kimi, hekayə kimi başa düşməsəm
də. Sən onun bütün
əsərlərinin cikini-bikini
bilən birisiydin və bir çoxları
da bunun içindən çıxa
bilmirdi. Mən səni
və xanımın Həcəri (hələ
o zaman nişanlı idiniz məncə) radioda çıxışa
aparanda, məhz klassik musiqi tərzində verilişlərdə
sən çox böyük bir mədəniyyətlə mənim
bütün dediklərimə
əməl eləyirdin
və mən də sənin bu ziyalılığının
əsiri olmuşdum.
Sənə heç zaman yad prizmadan
baxa bilmirdim: Yalnız və yalnız GÖZƏLLİK və
YAXŞILIQ prizmasından başqa.
Sənin
yetişdirdiyin musiqiçilər,
heç şübhə
etmirəm, sənin veda günündə məndən daha çox yanıblar və mən o musiqçiləri başa
düşürəm, sənin
bir müəllim olaraq öz yöntəmin,ÖZ
ÜSLÜBÜN olduğunu mən düşünürəm
və mənim üçün o məlumdu
ki, bizdə ziyalı müəllimlər
çox azdır, lap azdır.Yani Qara Qaryev kimi, Cövdət
Hacıyev kimig daha başqa, neçə-neçə müəllimlər
kimi, sən öz tələbələrini
canı-dildən sevən
birisi olmusan.
Sənin ziyalılığın və
insanlığın o televizyon
verilişində daha qabarıq görünürdü,
çünki sən xaricə gedən musiqiçilərimiz haqqında
verilən suala o qədər geniş ürəklə cavab verirdin ki, dinləyicilərin
haqq qazandırmaqdan başqa çarəsi qalmırdı.
İlk cümə axşamında
qardaşın Aqşin
müəllim bir şey dedi: KEÇİNƏNDƏN
SONRA ÜZÜNDƏKİ TƏBƏSSÜM SƏN SON MƏNZİLƏ
APARILANA QƏDƏR ÜZÜNDƏ QALIB.
Sənin
cənazən keçirilən
çadırda bir şəklin asılmışdı:
onda da qəribə
bir təbəssüm
vardı...
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-8
iyun.-S.15.