Nə çəkir?
Od-ocaq sahibi olmayan bilməz
Qazan qaynayınca qapaq nə çəkir,
Qanqala baxma ki, tutub
dünyanı,
Bir gül bitirincə torpaq nə çəkir?
Ürəyin sirrini dodaqdan soruş,
Şölənin dərdini çıraqdan
soruş,
Gövdədən xəbər al, budaqdan
soruş-
Xəzələ dönüncə yarpaq nə çəkir?
Nağılçı nağıla uyurmu görən,
Yağış günahları yuyurmu
görən,
Qaragül quzular duyurmu görən
Qeyrətsiz başlarda papaq nə çəkir?
GƏTİR SAPANDINI...
Bu əzab nə ruha, nə cana sığdı,
Gətir
sapandını, Qaraca
çoban,
Çox
da ki top-tüfəng zəmanəsidir,
Gətir sapandını, Qaraca çoban.
Azan harayıdır mənim harayım,
Ozan harayıdır mənim harayım,
Qazan harayıdır mənim harayım,
Gətir sapandını, Qaraca çoban.
Qolun on pəhləvan qoludur, qopar,
Ürəyin dərdimdən halıdır,
qopar,
Palıda
bağlısan, palıdı
qopar,
Gətir sapandını, Qaraca çoban.
Həngamə çoxalıb, oyun
artıbdı,
Tənədən qızaran boyun artıbdı,
İnsan
aləmində qoyun artıbdı,
Gətir sapandını, Qaraca çoban.
Kimə
atdığımı duyub
ataram,
Qəlbimin kinini yuyub ataram,
Dərdimi-sərimi qoyub ataram,
Gətir sapandını, Qaraca çoban.
Onda ki vuran əl
qeyrətli olur,
Daha qətiyyətli, qüvvətli
olur -
Sapand tüfəngdən də qüdrətli olur,
Gətir sapandını, Qaraca çoban.
Sən ki zülmətdə də yolu tapardın,
Harda yağı görsən, ora çapardın,
Mənim
saf andımdır sənin sapandın,
Gətir sapandını, Qaraca çoban.
Sapandın sürünü qoruyurdumu,
İndi
o sapandla qoru yurdumu,
Qoru Qorqudumun goru-yurdumu,
Gətir sapandını, Qaraca çoban.
Aşıraq təpəni, dağı
üstünə,
Nağıl danışmayaq nağıl
üstünə,
Gətir,
daş yağdıraq
yağı üstünə,
Gətir sapandını, Qaraca çoban.
Düşünmə yenərəm, daşın tükənsə,
Ya qəfil sönərəm,
daşın tükənsə,
Mən daşa dönərəm,
daşın tükənsə,
Gətir
sapandını, Qaraca
çoban,
Gətir
sapandını, Qaraca
çoban!
Məmməd Arazın ölümünə
Doğum
yeri Nurs kəndidi,
Ölüm yeri - Azərbaycan.
Hər bağda bir tufan qoparan fələk
Çiçəkli yazı da çox gördü
bizə,
Cabiri, Nüsrəti aparan fələk
Məmməd Arazı da çox
gördü bizə.
Zirvəyə ölümün nəfəsi
dəydi,
Yüz qartal şığıdı
bir qıya sarı,
Vaxtında "Salamat qal"
deməsəydi,
Dağlar yeriyərdi Bakıya sarı.
Ağızlar tanıdı, baldı
hər sətri,
Dillər
axtaracaq Məmməd Arazı,
Qeybə
çəkiləndə bağların
ətri,
Güllər axtaracaq Məmməd Arazı.
Yoxdur bu dünyada keçilməyən sədd-
İstər dərə olsun,
istər dağ olsun,
Bu sənin yasındı, anam təbiət,
Sənin
matəmindi, başın
sağ olsun!
Bahar çiçəkləri, qış çiçəkləri
Təbiət hər zaman təzədi, tərdi,
Pozulan deyildir ənənələri,
Yazın
çiçəkləri bənövşələrdi,
Qışın çiçəkləri qar
dənələri.
Hökmünü gözləyən ilk bahar kimi,
Hələ yuxudadı dağ
çiçəkləri,
Yağır başımıza ulduzlar
kimi,
Yağır qış gününün
ağ çiçəkləri.
Gündüzlər sehrli, axşamlar
sirli,
Gecələr nə parlaq, nə şəffafdılar,
Yazın
çiçəkləri necə
ətirli,
Qışın çiçəkləri necə
safdılar.
Hərdən mürgüləyir, hərdən boylanır,
Canıma
sızıltı meydən
düşmədi,
Yazın
çiçəkləri yerdən
boylanır,
Qışın çiçəkləri göydən
düşmədi.
Ürəklər qızğındı, havalar soyuq,
Könül möhür vurur
sevgi deyənə
Mən bu qartopunu qar
topası yox,
Çiçək topası tək atıram sənə.
Kaman sızıltısı gəlir
uzaqdan,
Fələk ot yoldurur, külək ot yolur,
Yazın
çiçəkləri soyuq-sazaqdan,
Qışın çiçəkləri istidən
solur.
Gül kimi açılsın ömründə hər gün,
İlin
hər fəslində
çiçək var
olsun,
Sevilənlər üçün, sevənlər
üçün,
Baharda bənövşə,
qışda qar olsun.
Kökünün üstə
Yel vursun, əyil ot kimi,
Avara-veyil
ot kimi,
Xarüqə deyil ot
kimi
Bitəsən kökünün üstə.
Şərəfdən-şandan dolayı,
Çəkib gedəsən halayı,
Ucalıb,
günəşi, ayı
Ötəsən kökünün üstə.
Oyan yuxudan, ay nadan,
Tufan var, ərzi oynadan,
Kişilik odur, dünyadan,
Gedəsən kökünün üstə.
Təzad
Könül sərvətinə qiymət
verənlər,
Verir qiymətini sözümə
tez-tez,
Amma üst-başımı nimdaş
görənlər
İkrahla baxırlar üzümə
tez-tez.
Palıd
ağacı da ram olur selə,
Mən necə deyim ki, söz adamıyam,
Sizin xoşunuza gəlməsəm
belə,
Sözü duyanların öz adamıyam.
Dillənə bilmirəm...elə
yaşımdı,
Hər yolda durana tən
deyiləm ki-
Nimdaş
gördüyünüz əyin-başımdır,
Nimdaş
gördüyünüz mən
deyiləm ki!
Neçə yol ucadan çəkildi adım,
Eşidən olmadı...düşün
halımı:
Geyimimə görə qarşılanmadım,
Ağlıma görə də yola salınım.
Şairlər
Dünya
bənd olandan şairlər üzü
Sevincə tərəf yox,
qəmə sarıldı,
El üçün ağlayır,
kor olmur gözü,
Şairlər tanrının qonşularıdı.
Qar qışla öyünər,
çiçək baharla,
İsmət var almanın yanaqlarında
Tanrının özüdü şah
misralarla
Dinən şairlərin dodaqlarında.
Qanadlı misralar yetişər
dada,
Qılınclar sıyrılıb çıxınca
qından
Şairlər Qurandan yazmayanda
da
Yazırlar Quranın tən
ortasından!
Cığır var səmaya yer kürəsindən,
Düzülər qoynuna söz qtar-qatar,
Tanrı
dərgahına şah
nərəsindən
Şair pıçıltısı daha
tez çatar.
Elə ki tərpənər qəlbinin simi,
Titrədər doğmanı, əsdirər
yadı,
Şairin
də yeri peyğəmbər kimi
Tanrıyla bəndələr arasındadı.
Sözdən qanad alıb göylərə ucal,
Çıxarma yadından nəsihətimi:
Şeir
oxunanda susmağı bacar,
Quran oxunanda susduğun
kimi.
Kiri, bülbülüm!
El dəyib bir-birinə,
Kiri bülbülüm, kiri,
Qan axır su yerinə,
Kiri bülbülüm,
kiri.
Düşmən talayan yerdə,
Meydan sulayan yerdə,
Bayquş
ulayan yerdə
Kiri bülbülüm,
kiri.
Uçan
uca taxtımdı,
Saralan gül baxtımdı,
Qanıqara vaxtımdı,
Kiri bülbülüm,
kiri.
İnləyən torpağımda
Tökülür yarpağım da,
Gül açmır yar bağında,
Kiri bülbülüm,
kiri.
Yolum-yolağam yağır,
Elim-elatım fağır,
Görmürsənmi, daş yağır,
Kiri bülbülüm,
kiri.
Yağı ölənə kimi,
Üzüm gülənə kimi,
Yazım
gələnə kimi,
Lazım
gələnə kimi,
Kiri bülbülüm,
kiri.
Samovarım, yeri bəlli
Çəlləyinə su tökdülər,
Odluğuna od atdılar,
Qardaşımın balaları
Samovarı qaynatdılar.
Sonra gəlib söylədilər,
Qardaşımın balaları:
Əmi,
bizə yer göstər,
Hara qoyaq samovarı?
- Fərq etməz, ay əzizlərim,
Fərq
etməz qoysanız hara:
Təki
haqdan bəri düşsün,
Səsi çatsın qulaqlara.
Zibil maşınları
Dağıdıb şerimin hecalarını,
Hürküdüb mürgülü gecələrimi,
Dolaşar şəhərin küçələrini
Zibil maşınları.
Yoxlayar hər yeri biz oyanınca,
Yığar zibilləri biz oyanınca,
Tərk edər şəhəri biz oyanınca
Zibil maşınları.
Düzəldər pozulmuş keflərimizi,
Siqaret kötüyü-səhvlərimizi,
Süpürüb aparar şəhərimizi
Zibil maşınları.
Dönər yük daşıyan kəhərimizə,
Ləkə götürməyən gövhərimizə,
Təmizlik gətirər evlərimizə,
Zibil maşınları.
Çoxalıb "mikroblar" dalanda,
tində,
Daraşır canına bu millətin də!
Olaydı,
deyirəm, cəmiyyətin
də
Zibil maşınları.
Mirdamət ƏZİZ
Ədalət.-2013.-13
iyun.-S.7.