TOVUZ: BİZ UĞURLU YOLDAYIQ

 

Regionların inkişafı ilə bağlı məlum Dövlət Proqramına uyğun olaraq biz də ardıcıl bölgələrimizə üz tutur, kənd və qəsəbələrimizdə, əyalətlərimizdə baş verənləri öz gözlərimizdə görüb sakinləri yerindəcə dinləyib sonda ümumi düşüncələrimizi oxucularımıza çatdırmağa çalışırıq. Bax elə son səfərlərimizin birində Tovuza baş çəkdik. Çoxdandı yolumuz bu tərəfə düşmədiyindən elə şəhərin girişində bizi yeni bir Tovuz qarşıladı. Hiss olunurdu ki, rayonda əməlli-başlı quruculuq işləri gedir. Odur ki, ünvan seçməkdə, Tovuza üz tutmaqda yanılmadığımıza daxilən inandıq və bu səfərimizin yaddaqalan olacağına heç bir şübhəmiz qalmadı. Necə deyərlər, elə şəhərin girişindən gördüklərimizi yaddaşımıza köçürdık. Diktafonumuzu işlək vəziyyətə gətirdik...

Bu gün Tovuz rayonu özünün iqtisadi inkişaf səviyyəsinə görə, ölkəmizin qabaqcıl bölgələri ilə bir növ yanaşı addımlayır. Rayonda kənd təsərrüfatının, iqtisadiyyatın müxtəlif sahələrinin, təhsilin, səhiyyənin, mədəniyyətin, bütövlükdə sosial həyatın ayrı-ayrı sahələrinin sürətli inkişafı üçün yaxşı zəmin yaradılıb. Sakinlərlə etdiyiimz söhbətlər zamanı öyrəndik ki, bu gün rayona rəhbərlik edən Tofiq Zeynalovun şəxsi təşəbbüsü və icra hakimiyyətinin nəzdindəki şura üzlərinin əlbir fəaliyyəti nəticəsində nöqsanların aradan qaldırılmasında, həyatımın öz axarına düşməsində gərəkli addımlar atılır.

Diqqətimizi çəkən məqamlardan birio oldu ki, rayon icra hakimiyyəti cari ilin yanvar ayının 15-də ötən iln sosial-iqtisadi inkişafına və bu ilin vəzifələrinə dair Nazirlər Kabinetinin məlum iclasında Azərbaycan prezidenti İlham Əliyev cənablarının çıxışlarından irəli gələn məqamları tovuzlular geniş müzakirə etmiş və həmin müzakirələrin nəticələrinə uyğun olaraq özləri üçün fəaliyyət proqramı müəyyənləşdirmişdilər. Təbii ki, dövlətbaşçısının tələb və tapşırıqları birmənalı olaraq hər bir azərbaycanlı vətəndaşının sosial rifah halının yaxşılaşdırılması, yeri ilə təmin olunması, hüquq və azadlıqlarının qorunmasından ibarətdir. Çünki möhtərəm prezidentimiz açıq şəkildə bəyan edib ki, o hər bir Azərbaycan vətəndaşının prezidentidir. Bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı öz prezidentinin qayğısını, diqqətini həmişə öz üzərində hiss edir. Bu məsələdə icra strukturlarının konkret vəzifəsi yerli, yəni aydiyyəti bölgələrlə paytaxtın əlaqəsini möhkəmlətmək, hər iki tərəfin yaxşı, uğurlu məqamlarını qarşılıqlı şəkildə həyata keçirib faydalanmaqdan ibarətdir.

Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun hesab məruzəsində göstərilir ki, rayonun ötən ilin yekunlarına dair strateji yekunları rəqəmlərdə öz əksini tapıbdır. Bu rəqəmlər isə əvvəlki illərlə müqayisədə müsbətə doğru irəliləyişi ifadə edir. Çünki rayonda görülən işlərin ətraflı təhlili, rəhbərliyi və sakinləri gözləyən yeni vəzifələr hər kəsin qətiyyətli və məsuliyyətli olmasını, görülən işlərin kəmiyyət və keyfiyyətinə uğurlu olmasını qarşıya məqsəd kimi qoyur. Bu məsqsəd isə hər bir tovuzlu üçün ancaqancaq yaxşı həyat, xoş güzəran vəd etmək deməkdir.

Tovuz rayon rəhbərliyinin açıqlamalarından məlum olur ki, həyata keçirilən böyük abadlıq-quruculuq proqramı özü-özlüyündə göstərir ki, tovuzlular uğurlara imza atanlar arasındadı. Əgər bu fikrə statistikanı da əlavə etsək, onda bəlli olar ki, ötən ilin aprel ayında Tovuza səfər edən Azərbaycan prezidenti buruda xeyli sayda yeni obyektlərin açılışına qatılmış, tovuzlularla həmsöhbət olmuşdur. Məhz həmin günlərdə Tovuz rayonunun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr barəsində də ölkə prezidenti necə deyərlər, yerindəcə göstərişlərini, tapşırıqlarını vermişdir.

Azərbaycan prezidentinin Tovuzun sosial-iqtisadi inkişafı məsələləri ilə yerində maraqlanması nəticəsində bəlli olmuşdur ki, o, bu rayonun inzibati ərazi vahidlərində müəyyən qarışıqlıqlar var. Məhz cənab İlham Əliyevin göstərişi ilə qısa bir zamanda "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" "Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında", Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi ilə bağlı verilən sərəncamları əməli fəaliyyət proqramına çevrildi. Bu gün Tovuz şəhərində prezidentin sərəncamı ilə 85 mənzillik iki binanın tikintisinə ayrılmış vəsait mənzil gözləyənlər üçün böyük müjdə oldu. İndi bu binanın sakinləri öz mənzillərində ömürlərinin xoş anlarını yaşayırlar.

Tovuz rayonunda regionların inkişafına dair Dövlət Prqramına uyğun olaraq ötən il taxılçılıq, üzümçülük, şərabçılıq, kartofçuluq, heyvandarlıq və digər kənd təsərrüfatı sahələri uğurla inkişaf etdirilir. Bu məhsulların istehsalı və emalı ilbəil geniş vüsət alır, sahələrə müvafiq vəsaitlərin ayrılması, sahibkarlara dəstək verilməsi sonda uğurlu nəticələrə gətirib çıxıraıb. Təkcə ötən ilin rəqəmlərinə diqqət yetirəndə bəlli olur ki, tovuzlular buğda əkilmiş sahələrin hər hektarından 28.5 sentner məhsul toplaya bilmişdilər. Bu da ki, ölkə üzrə ümumi orta yuvarlaq rəqəm olan 27 sentnerdən xeyli yüksək nəticə deməkdir. Ümumiyyətlə, tovuzlu taxılçılar son illərdə daha səmərəli işləmiş və bir neçə fermer taxılçılıq təsərrüfatları yaradılaraq ümumi işə əsl töhfə verilmişdir.

 

(Ardı var)

 

Bəhlul Rzayev

 

Ədalət.-2013.-13 iyun.-S.8.