TOVUZ: BİZ
UĞURLU YOLDAYIQ
(əvvəli
ötən sayımızda)
Tovuzda iqtisadi həyatın yüksəlməsi üçün torpaqdan səmərəli şəkildə istifadə olunur. Demək olar ki, burada hər qarış torpağın qədri bilinir. Ona görə də bu gün tovuzlular ötən ildəki uğurlarla kifayətlənmir. Onlar indi qarşılarına 40-50 sentner taxıl toplamaq vəsifəsini qoyublar. Bunun üçün də taxılçılığa xüsusi diqqət ayrılıb, sahibkarlar zəruri dərman preparatları ilə təmin edilibdi.
Ötən ilin rəqəmləri onu da göstərir ki, tovuzlular 217399 ton kartof istehsal etməklə yüksək nəticəyə nail olmuşdular. Bəllidir ki, bu rayonda kartofçuluğa ayrıca diqqət yetirilir və respublikanın demək olar ki, əksər bölgələrinə Tovuzda istehsal edilmiş bostan-tərəvəz məhsulları göndərilir. Əgər faktlara istisna etsək, onda görərik ki, ötən il tovuzlular 27536 ton tərəvəz,1518 ton bostan məhsulu istehsal etmişdilər. Bu işdə əkinçiliyin bütün qaydalarına düzgün əməl etməklə aqro-texniki tədbirləri vaxtında həyata keçirməklə, onlar öz sözlərinə sahib çıxa bilmişdilər.
Bizə təqdim olunan rəqəmlər göstərir ki, Tovuz rayonunda 2012-ci ildə lizinq yolu ilə 20150 hektar şum aparılmış, fermerlərə 90 ton azot, 33 ton super fosfat gübrələri satılmışdı. Məlum olduğu kimi, torpağı gücləndirib, məhsuldarlığı artıran bu gübrələr hər bir kənd təsərrüfatı ilə məşğul olan insanın zaman-zaman qarşılaşdığı problemdir. Çox yaxşı haldır ki, Tovuzda bu problemin çözümü ən yüksək qurumların iştirakı ilə gerçəkləşmişdir.
Bu gün Tovuz rayonunda bağçılığın, üzümçülüyün genişləndirilməsi üçün də müəyyən addımlar atılır. Rəqəmlər göstərir ki, ötən il Tovuzda 62 hektar sahədə bağ salınaraq rayon üzrə bu rəqəmin 600 hektara çatdırılmasına nail olunmuşdu. Məhz mövcud sahələrin hesabına bağlardan 7850 ton məhsul toplanmışdı. Ancaq tovzlular bu nəticə ilə razılaşmırlar. Onlar öz tarixi təcrübələrinə güvənərək məsuldarlığı daha da artırmaq əzmindədirlər.
Tovuz rayonunda kənd təsərrüfatının bir sahəsi olan heyvandarlığın inkişafına da böyük diqqət ayrılır. Məhz heyvandarlığın inkişafı üçün atılan müvafiq addımların nəticəsində 1912-ci ildə rayon üzrə ət istehsalı 14,2 faiz, süd istehsalı 4,6 faiz yüksəlmişdir. Məhsuldarlığın artırılması ilə paralel olaraq mal-qaranın, qoyun və keçilərin də sayını artırmaq mümkün olmuşdu. Bu da əhalinin sosial rifah halının yüksəldilməsi üçün öz müsbət təsirini göstərmişdir.
İndi Tovuza yolu düşən hər kəs rayonda qaz, su, işıq problemlərinin sürətlə aradan qaldırılmasının şahidi ola bilər. Son illərdə rayonda Dövlət Proqramına uyğun olaraq, yaşayış məntəqələrinin qaz təchizatını yaxşılaşdırmaq üçün böyük işlər görülüb. İri diametrli borular vasitəsilə ayrı-ayrı yaşayış məntəqələrinə qaz xətləri çəkilib. Həmçinin əvvəllər çəkilmiş, bu gün isə istifadəyə yaramayan xeyli sayda qaz xətti dəyişdirilmişdir.
Rayonda aparılan qazlaşdırma ilə yanaşı, əhalinin içməli suya, elektrik enerjisinə olan tələbatını da ödəmək üçün xeyli işlər görülmüşdü. Mövcud elektrik xətləri yenilənmiş, yeni yaşayış massivlərinə elektrik xətləri çəkilmiş, transformatorlar quraşdırılmışdı. Bu rayonda 2500 kub/metr su tutumu olan iki su anbarı, sutəmizləyici qurğular, nasoslar, laboratoriyalar tikilib istifadəyə verilmişdi. Əgər rəqəmlərə müraciət etsək, onda görərik ki, ötən il 100 km.-dən artıq şəhərdaxili su şəbəkəsi, həmçinin bir o qədər də kanalizasiya xətti çəkilərək əhalinin istifadəsinə verilib.
Bu gün Tovuzda səhiyyə, təhsil, mədəniyyət, idman, gənclərlə iş və digər məsələlər də diqqət mərkəzindədi. Rayonun təhsil şöbəsinin açıqlamlarından bəlli olur ki, hər il Tovuzda orta məktəbi bitirən insanların böyük əksəriyyəti müxtəlif orta və ali ixtisasa məktəblərinə qəbul olunur. Əgər faktlara müraciət etsək, onda görərik ki, təkcə 79 nəfər məzun respublikanın hərbi məktəblərinə qəbul olunmuşdu. Bu rəqəm özü-özlüyündə Tovuzda hərbi vətənpərvərlik işinin yüksək səviyyədə qurulduğundan xəbər verir. Amma bir vaxtlar Tovuzda cəmi iki nəfər hərbi məktəbə qəbul ola bilirdi. Ümumiyyətlə, Tovuzda aparılan uğurlu işlərin nəticəsində rayonun həm coğrafi mənzərəsi, həm ekoloji durumu, həm də sosial-mənəvi mühiti inkişafdan xəbər verir. Aydınca görünür ki, bu bölgədə həyat qanunauyğun şəkildə öz axarı ilə davam edir, insanlar dövlətin yaratdığı şəraitdən səmərəli faydalanaraq öz vəziyyətlərini günbəgün yaxşılaşdırırlar. Bu deyilənlərin bir göstəricisi də rabitə, informasiya, kompüter sahəsində əldə olunan nailiyyətlərdir.
Bəli,
bu gün rayonda mövcud olan problemlər də az
deyil. Ancaq rayon icra hakimiyyətinin
başçısı Tofiq
Zeynalovun bildirdiyi kimi, ictimaiyyəti narahat edən əhaliyə xidmətlə
bağlı olan problemlərin həlli üçün bütün
məsuliyyət rəhbərliyin
üzərinə düşür.
Tovuz
rayon rəhbərliyi də
bu məsuliyyəti dərk edir və onun həlli
üçün zəruri
və ciddi addımlar atır. Atılan addımlar isə tovuzluların uğurlu yolda olduğundan xəbər verir.
Bəhlul Rzayev
Ədalət.-2013.-14 iyun.-S.7.