Yarpaq tökümüyaxud...

 

Düşüncələrim

 

İmamverdi İsmayılov

 

 

Atın yəhəri, günün səhəri - yolun urvatlı, yolçu qardaş!..

***

İnsanın ölümündən qabaqkı Etirafları - Günah Dualarıdır...

***

Əlində çəkic olanda, hər adamı mismar yerinə qoyma, yoxsa qayıdıb səni də yaralayar...

***

Başa qaxılan Yaxşılıq-şişin ucunda verilən çörək kimidir...

***

Şahın da Şah yükü boyda qayğısı var...

***

Əsl dostun saatı həm də sənin Vaxtını və Zamanını ölçər...

***

Bu gün aldadıcı görünən, sabah düşündürücü ola bilər...

***

Bacınızı təkcə bir səbəbə - tabutunun üstündə dil deyib ağlamasına, ağı deməsinə görə sevməyə dəyər...

***

Dərd - onu içində çəkmək üçündür, başqasına göstərmək və yükləmək üçün yox...

***

Haqq sənindirsə, Haqqın da Sənindir. Haqqı da qoru, haqqını da...

***

İçində Qəflət gəzdirən düşmən - səngərdəkindən daha qorxuludur...

***

Gözəl qadının bəzəyi aldadıcı, qəzəbi yandırıcı, xəyanəti öldürücü olur...

***

İnsanın ən böyük qələbəsi - tamahınadır, ən böyük məğlubiyyəti də tamahınadır...

***

Həyatın axarını pozma! Pozub xeyrinə dəyişməyə cəhd etmə - ziyan görərsən. Zamanı qabaqlamağa tələssən, zaman səni daha tez qabaqlayar...

***

İçdiyin su, oturduğun kölgə - sanma ki, dədəndən qalıb, özünə və kölgənə baxıb qürrələnmə ki, bu da mənimdir...

***

Ağıllı başa zərbə çox dəyər, amma sarsıtmaz...

***

Qabağında gedən - əl tutanın, dalınca gələn isə ətək tutanındır...

***

Daş üzlü insan - dərdi yaşamaq üçün yox, aşırmaq üçün yaşayır...

***

Qeybət və Nifrət - həsəd və paxıllıqdan doğar...

***

Dili sözlünün əli qələmli olur, gözü sözlünün əməli qorxulu...

***

İnsani münasibətlərdə ikrah doğuran hərəkətlərdən ən asanı və ən ucuzu həyasızlıqdır...

 

***

Qapını da, qəlbini də açıq saxla, bağlama Allahın xeyir-bərəkət qapısını, Şeytana da daş at! Qismətin yetişəcək!..

***

Barmaqlarını özün bilərsən, özünü gözə soxma...

***

Rəqibinin zəifləməsini gözləmək, yenicə açmış çiçəyin nə vaxtsa afat vuracağını gözləmək kimi bir şeydir.

***

Bərk yağış yağır... Göydən tökülən damlalar elə bil yerin, torpağın sinəsini çimdikləyir...

***

İstedadlı adamın "düşmənlərindən" biri-istedadsız dostudur, gec-tez çəkib, dartıb öz səmtinə yıxacaq...

***

İlk təəssürat bəzən aldadıcı olur... Odur ki, rəy söyləməyə tələsmə!

***

Daşlaş yaşa, Başla yaşa!..

***

Beli əyməyən yükü bəhanə etmə!

Beli əyən yük ağır sayılar...

***

İnsanın gözü həm görəndir, həm də görünən...

***

Görəsən, insanın göz yaşları niyə dupduru olur? Hansısa könül bulağının gözündən və közündən mayalandığındanmı?..

***

Sənin Taleyinə damğa vuran da elə Tale özüdür...

***

Hər münasibətdə sövdələşmədə sətiraltı məna axtarma, səmimi ol səmimiyyət axtar - axırda udan özün olacaqsan!..

***

Ya qabaqda get, ya arxada - ortada dolaşmaq bir ömür deyil...

***

Ağlı olanın Tamahı artıq olmaz, Tamahı olanın Ağlı...

***

Xəyallara, nostalji hisslərə uyub özünü təcrid etmə, yorma özünü - " Allah kərimdir" deyib, - Ümidlə yaşa, İnamlı ol, Ümid İnam yaşadacaq səni!..

***

Təlaşın əsəbin düşməni - Təmkindir.

***

Yatdığın yataq, durduğun otaq, udduğun hava, üzünə çilədiyin bir ovuc su - sənin müqəddəs həyat tərzin, "ömür-gün" yoldaşındır - qədrini bil!..

***

Xoş sifətin, xoş qılığın, diqqətin yanımcıllığın yoxdursa - bəs nəyin var sənin, İnsan oğlu?!

***

Yalnız ölüm ayağında can ver! Danışanda, yeriyəndə, bir sözlə gündəlik həyatında can verib üzmə başqasını, yorma kimsəni...

***

Nadanlıq insanlığı gəmirir, çeynəyir udur...

***

Bəxtindən gileylənmə, taleyindən şikayətlənmə, - Allah verəndir...

Sən yalnız öz yazını poza bilərsən, Allah bəndəsi!?

 

***

Qaldıranı qaldır, yıxanı yıx!..

***

Həyat - güzgüdür: səni , başqasını da olduğu kimi göstərir... Səhvin - yaxşı görə bilməməyindir...

***

Məclisdə oldun - doğuşu tərsinə gətirmə - yeyənlə ye, gülənlə gül, duranla dur...

***

Səndən qaçan, qaçıran da özünsən...

***

Sən özünsənsə, gözündə gizlətmə özünü...

***

Hamı Toy edir, hamı dəvətnamə paylayır, hamı da deyinir...

***

Yüyənsiz atı hərə bir cür çapar...

***

Əzəl gərək Ürəyin səxavətli ola, sonra cibin...

***

Təkəbbür Təmkin - üz-üzə yatan iki düşməndir...

***

Ucalıq - boyla deyil, qəlblədir ...

***

Hər xırdalıq xırdaçılıq ailəni , dostluğu da içindən yeyən qurd kimidir...

***

Şöhrət Dövlət - barama qurdu kimi bir şeydir, - aldadıb içəri salar, toxuyar geri qaytarmaz... Arxaya qayıdan yolunu fikirləşmisənmi?!

***

Külqabı da təmiz olanda gözəl görünür...

***

Hirsli adamı Şeytan idarə edir...

***

Əncir yeganə ağacdır ki, çiçək açmadan bar verir...

***

Satqınlar məlunlar hər dövrdə olub onlar həmişə öz zamanlarına oxşayıblar...

***

Əli ətəkdə olanın öz ətəyi olmasa, axırda da urvatsız qalacaq...

***

Oğru adam doğru danışmaz.

***

Hamı qəbiristanlıqda Mələk olur, çıxıb gedəndən sonra - yolu da, fikirləri əfi ilanın dili kimi haçalanır...

***

Ölü Yiyəsi ilə Qiymətə minir...

***

Məsuliyyətli Adam yatanda da özünə hesabat verir...

***

Çəpgöz adam yolunun axarını, dayaz adam sözünün axırını düz gətirməz...

***

Ayağının altını görmürsənsə, göyə əl uzadıb dua etməyin faydası!?.

 

***

Dünyanı fani bilib yaşamaqdansa, əbədi dünyaya getmək daha yaxşıdır...

***

Gözləri görməyən Allah bəndəsinin qəlbində gözəllik dünyası barədə öz dünyası var... Əl uzatmasan, toxunmasan yaxşıdır...

***

Göydən Yarpaq Yağışı yağır - PAYIZDI - hər qopan yarpaq isə bir insanın ömrü həm bir insanın ölümüdür...

***

Kasıb suda olur, varlı quruda. Su abrını bir paltarda da örtə bilər, ancaq abır örtmək üçün çox şey gərəkdir.

***

Ən qorxulu şey - insanın içindəkini düşündüyünü deməməsi, dilə gətirməməsidir...

***

İnsan doğulduğu kimi ölür: çılpaq gəlib, çılpaq da gedir...

***

Mədə niyyəti başqadır, Mədəniyyət başqa...

***

Heç bir insan istəyinə, arzusuna iradəsinə görə əlil, şikəst ya dəli doğulmur, - özünü bir anlıq onun yerində gör, - mərhəmətli ol, mərhəmət göstər!..

***

Sabah olacağını tək Allah bilir, Onun da yerdəki bəndələriylə peyk rabitəsi yoxdur...

***

İnsan səmimi olanda güclüdür...

***

Məhəbbət qısqanclıq - Allah şeytandır...

***

Əmim bir qonşusuna deyərdi: "Mən qaravuşam, sən qızıl quş... Mən yaxında oturub uzağı gözləyirəm, sənsə, özünü qara mıxa pərçimləyib məhv edirsən, ay bədbəxt!.."

***

İnsanın insanlığın ən böyük faciəsi budur: ölüb yenidən dirilə bilir, itirdiyi günləri geri qaytarıb istədiyi kimi yaşaya bilir...

***

Yaxşıların yaxşılıq edənlərin vəzifəsi, rütbəsi bölgüsü olmur: yaxşı elə yaxşıdır!..

***

Uşağı ata-anadan ya baba-nənədən - hər hansı birindən kənar saxlayırsansa, təcrid edirsənsə - böyük günaha batmış olursan; vaxtsa bunun cəzasını alacaqsan...

***

... Şöhrət iki üzlüdür: ya işdə, ya da evdə-ailədə... hər ikisi birdən və bir yerdə ola bilməz - biri açılanda biri bağlanar...

***

Quzğunlara yem olmaq - riyakarlara qucaq açmaqdan yaxşıdır, çünki birincilər ölüləri didir, ikincilər diriləri...

***

VƏZİFƏYƏ kənardan baxmaq - həsəd və paxıllıqdır, içəridən baxmaq - şərəf və məmnunluq...

***

Tənə vuran, büdrəyəcəyin halda, Pinə də vuracaq...

***

Ərk səndədirsə, Savab da səndədir...

***

Allah bütün çətinlikləri insanları sınamaq üçün yaradıb...

 

***

İnsanı çaşdıran - kölgəsinin boyundan artıq görünməsidir...

***

Allahın Adını döyənək edincə, öz Adını yüyənək elə!..

***

ATAM bir tanışına deyərdi ki, sənin kişi olmağına nə inamın çatar, nə də ömrün yetər...

***

İrad bildirəndə inad göstərmə...

***

Sağlam Can yoxdur, Nikbin Həyat var...

***

Mən səninəm, sən mənim - düz bəndəyiksə, hər ikimiz Allahın!..

 

Ədalət.-2013.-14 iyun.-S.5.