HƏZİN XƏYAL
ƏDƏBİ
HƏYAT
(NİGAR RƏFİBƏYLİ-100)
Bizim bu
keşməkeşli, tikanı gülündən, qəmi
sevinjindən ağrısı laylasından, qarı
çiçəyindən bol olan dünyamızda bir şairə
yaşayırdı.Əsilli-nəsilli bu şairə 68 illik
ömründə çox ayrılıqlar gördü; Gəngədə
məşhur bir cərrah kimi tanınan atası Xudadat bəy
Rəfibəyli-Müsavat hakimiyyəti dövründə
şəhər valisi idi- ermənilər Nargin adasında
öldürdülər, yeddi yaşında anasını
itirmiş qızcığaz taleyin ümidində qaldı.
Amma həyata, insanlara inamı sönmədi.1927-ci ildə, on dörd yaşındaykən Bakıya gəldi. Buranın ədəbi-mədəni mühitinə qoşuldu, kinostudiyada tərcüməçi işlədi, ilk şeirləriylə mətbuatda çıxış etdi. Taleyi onun üzünə gülürdü, amma 1930-cu ildə, respublika qəzetlərində o zamanın bolşevik liderlərindən olan Əliheydər Qarayevin bir məqaləsi çap edilir. Və həmin böhtançı, başdan-ayağa yalan və iftira ilə dolu yazıda Nigar Rəfibəyli-haqqında söz açdığımız şairə- kəskin ittihamlarva məruz qalırdı.Budur, diqqət edin: "Mademauzel Nigar xanım günəşin Şərqdən doğmasını (ağ atlı ingilis müdaxiləçilərini) gözləyənlərdən biridir. Mülkədar və kapitalist dövlətinin bərpasını arzulayanlardan biridir. İngilis kapitalının hamisi, mülkədar Xudadat bəyin qızı əsrlərdən bəri Şərq xalqlarının daşa dönmüş ürəklərini hərəkətə gətirən Günəşin parlaq şəfəqlərinə dözə bilmir, onunla barışmaq istəmir".
Əslində, məqalədə tənqid olunan şeir Nigar Rəfibəylinin deyildi, bir başqasınındı (M.Razaquluzadənindi). Şairəyə qarşı hücum kompaniyası başlandı; kollektiv çıxışlar, imzalarg Və bu tənqidi məqalələrin birisinin altında başqa müəlliflərlə bərabər, Rəsul Rza adlı bir şairin də imzası vardı. Sonralar, gələcəyin böyük şairi Rəsul Rza yazacaq: "Qəribə görünsə də, bu hadisə bizi yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim ədəbiyyata münasibətlərimizdə ümumi nöqtələr çoxdur. Bilmirəm, mən ona necə təsir bağışladım, ancaq o mənim çox xoşuma gəldi.
Görünür, onun da mənə münasibəti pis deyilmiş, çünki sonralar bizim yollarımız ayrılmadı. İlk vaxtlar biz onunla hər şeydən danışır, yalnız məhəbbətdən danışmazdıq. Saatlarla mübahisə edər, istirahət, yemək, içmək yadımızdan çıxardı. Əlbəttə, sevgidən, məhəbbətdən də danışardıq, lakin bu məhəbbət ədəbi əsərlərə, musiqiyə və sənət əsərlərinə olan məhəbbət idi. Çox zaman mübahisələrimiz amansız olur,axırda isə, əlbəttə, barışırdıq. Deyirlər ki, insan münasibətləri sapa bənzəyir. Bu sap qırıldıqca, təzədən düyünlənir və insanlar bir-birinə daha yaxın olurlar. Bizim münasibətimiz get-gedə yaxınlaşır, lakin düyünsüz olurdu.
1937-ci il fevralın 11-də evləndik".
Beləliklə, 45 illik birgə ömrün təməli qoyuldu.Çox-çox sonralar Nigar xanım, Rəsul Rza dünyada olmayacaq, onların oğlu Anar yazacaq ki, heç bir şey, "nə qubernator qızının xofu", nə də 30-cu illərin ədəbi döyüşləri, nə 37-ci il, nə də Moskvadakı təhsil illəri, nə müharibə, nə sonrakı dövrün ağlı-qaralı günləri Rəsul Rzayla Nigar Rəfibəylini bir-birindən ayıra bilmədigOnları ölümlərindən sonra ayırdılar:
Mən ki doymamışdım heç vüsalından,
Mənə zülm eylədi yaman ayrılıq.
Nə olaydı, bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Nigar Rəfibəyli "Nizami ünvanlı, Füzuli
imzalı" millətinin şairi idi. O, mənsub olduğu
xalqın böyük dahilərindən tutmuş kiçik
yarpağını dav hərarətlə
sevirdi.Bəlkə də bu sevgi idi həyatındakı
bütün niskilləri, ağrı-acıları, mənəvi
repressiyaları ona unutduran.
Onun poeziyasında Azərbaycan torpağının, Azərbaycan
təbiətinin səsləri, rəngləri, fəsillərinin
ətri əks olunurdu. Lakin o, Xəzər istisna olmaqla konkret bir
dağdan, çaydan, meşədən, çeşmədən
danışmağı sevməzdi. Bəzən pəncərə
önündəki bir ağac, qar kimi tökülən ağ çiçəklər, ay
işığı könlünə dolur, şairlik
duyğularına məlhəm kəsilirdi. Belə anda Nigar
xanım dağlardan daha möhtəşəm, çiçəklərdən
daha zərif, ay işığından daha füsunkar bir
varlıq haqqında düşünərdi:
Mən sənin
torpağından
Boy
atmışam, Vətənim,
Dirçəlmişəm,
qalxmışam,
Dənli sünbül olmuşam.
Bəli,
"Qubernator qızı" Nigar Rəfibəyli artıq
sinfi mənsubiyyətini unutmuşdu və bəzən hərarətlə,
vəcdlə "ağ günləri", "çiçəkli
gündüzləri", hərdən isə
"dünyanın düşünən beyni" Moskvanı
tərənnüm edirdi. Ancaq bütün bunlar
təbii idi, bəy qızı da, proletar oğlu da 2Bir bayraq
altında" birləşmişdilər. Azərbaycan əsrlər boyu qazandığı
yaxşı nə varsa, itirməyə doğru baş
alırdı. Amma bu da həqiqətdir ki, o ənənələr
heç də itmədi, hətta ömrünün on
qışını, on bir baharını sərf edib
"Lenin" poemasını qələmə alan
Rəsul Rzanın da, "Zamanın bayraqdarı"nı vəsf
edən Səməd Vurğunun da, poeziyasının doxsan
beş faizini Lenin ideyalarının "ölməzliyinə"
qurban verən Süleyman Rüstəmin də şeirlərində
əsl poeziya boy atırdı, sünbüllənirdi. Nigar xanəmın bir şair kimi xoşbəxtliyi
onda idi ki, o, hardasa öz poeziyasının
saflığını qoruya bildi, yəni
"şıdırğı" mövzulara o qədər də
meyl eləmədi. O, çox zaman dünyanı
şeirimizdə həmişə dar, məhdud çərçivədə
anlaşılan kiçik mətbəxdən seyr elədi, beləcə,
"Mətbəx şeirləri" yarandı:
Ürək
geniş olarsa,
xəyal
dərin olarsa
Nə
arzular ölər,
nə
fikir sönər.
Könüldə
bir işıq
bir atəş
varsa,
Balaca bir
mətbəxdən də
böyük bir dünya
Görünər.
Ancaq bu "Mətbəx şeirləri" həm də
qəlbi ilə baş-başa qalmağa macal tapmaq istəyən
bir ananın, həzin xəyallı şairin
duyğularını ifadə edirdi. Sonralar Anar "Sənsiz" əsərində
yazacaq: "Əlli illik ədəbi fəaliyyəti ərzində
anamın çox az kitabı çıxıb. Bunun bir sıra səbəbləri var. Birinci səbəbi,
əlbəttə, odur ki, anam yaza biləcəklərinin
yüzdə birini də yaza bilmədi. Ailə
borcu, analıq vəzifəsi, böyük evin
qayğıları onun yaradıcılığına mane
olurdu. Biz mane olurduq, biz-hamımız.
Biz hamımız və əlbəttə,
çox böyük dərəcədə mən özüm
onun vaxtını talayırdıq, qarət edirdik, onu yazı
masasından ayırırdıq, hisslərini,
duyğularını, fikirlərini dağıdır, pərən-pərən
edirdik. Yaradıcılığına həsr
olunası günlərini, saatlarını ərinə, ailəsinə,
nəvələrinə paylayırdı. Həmişə
yanındaydıq, həmişə böyründəydik, həmişə
onunlaydıq, öz-özüylə tək qalmağa imkan
vermirdik, qəlbi ilə baş-başa qalmağa macal
tapmırdı. O isə, atamdan fərqli olaraq tənhalığı
sevirdi".
Bəli,
Nigar xanım tənhalığı sevirdi..Ancaq
çox qəribədir ki, biz onun həzin ruhlu şeirlərində
tamam başqa bir mənzərə ilə
qarşılaşırıq: təkliyə, tənhalığa
təşnəlik yox, bundan imtina var. Bunu daha artıq
Bakıdan bir az aralı düşən
şairənin həsrət duyğuları da bariz ifadə
edir:
Xizəkdə
gəzə bilmirəm,
Şaxtaya
dözə bilmirəm
Cənubda
Xəzər sahilində qalıb
Bakının
iliklərimə işləyən
Fikrim, xəyalım,
Əsəbi küləklərini istəyirəm.
Qız qalası üçün darıxıram.
Dənizin
həzin
və kövrək laylası üçün
darıxıram.
Nigar xanımın səyahət şeirlərində
onun Vətənlə, torpaqla bağlılığı daha
qabarıq nəzərə çarpır. O, bu şeirlərində ənənəvi
poetik düşüncənin sərhədlərini keçir,
ağ-qara, işıq-zülmət, xeyir-şər
anlayışlarına yeni poetik mənalar aşılamağa
çalışırdı. "Şirindir Vətəndə
hər acı tüstü"-bu misranı yazmaqla Nigar
xanım təkcə öz Vətənini yada salıb qürbətdən
şikayətlənmirdi. Onu Hollandiyadan
xaricə daşınan şux çiçəklərin
solması da, Bosfor sahillərində "İstanbulun
üstündə yanan duman pərdələri" də kədərləndirirdi.
O, ərəb qızı cəmiləni Günəşə
boylanan bir çiçək sanırdı. Nazim
Hikməti dünyaya işıq paylayan şair kimi dərk
edirdi. Amma bu kədər onun şeirlərindəki
işığa qarışmışdı. Xümusilə
son şeirlərində ("İşıqlı şeirlər"
silsiləsində) biz "fikri ən işıqlı yollarla
gedən", "könlünə işıqdan ilham
tökülən" bir şairin könül
duyğuları ilə qarşılaşırıq:
Bu
dünya mənimdir,
həyat
mənimdir.
Onu zalımlara verə bilmərəm.
Mən
işıq övladı, işıq qızıyam,
Dünyanı qaranlıq görə bilmərəm.
Nigar xanımın şeirlərində hər şeydən
əvvəl məzmun və poetik gözəlliyi ilə diqqəti
cəlb edirdi.
O, fikir söyləmək xatirinə fikir
quraşdırmırdı, hər bir fikri emosiyalarla
çatdırırdı. Həyəcan, qəm-qüssə,
sevinc çalarları, ürəklə bağlı nə
varsa, o fikirlərə hopurdu. Və burada
o, poetik fikrin, şeirin hansı qalıbına-sərbəstəmi,
hecayamı, əruzamı
sığışdığının fərqinə
varmırdı.
Ürəyim
şumlanmış
qara
torpaq kimidir.
Bahar ətirli küləkləri gözləyir.
Sərbəst şeirdir. Fikir də gözəldir,
ifadə tərzi də.
Ömrümün
bəzəyi oldu həmişə
Gah dağ çiçəkləri, gah aran gülü.
Ağladım,
üşüsə nazlı bənövşə,
Ağladım görəndə nigaran gülü.
Təsirlidir, hamının sevdiyi hecadır.
Çıxdım
gecələr seyrinə ahəstə o mahın,
Gördüm ürəyim tək alışan narə
tapılmaz.
Əruzdur. Oynaq, musiqili, ritmik.
Mətbuatda
onun ara-sıra, təkəmseyrək publisistik yazıları
da çap olunurdu və bu yazıları oxuduqca bir həqiqətin
şahidi olursan: poeziyasında yüksək amallardan, insanlara hədsiz
məhəbbətdən, Vətənə ülvi duyğudan
söz açan şairə həyatda da belə idi: aqil vətəndaş,
övladlarını sevən ana, mərd
qadın.
Nigar
xanımın müharibə illərindəki təlaşını
ifadə edən aşağıdakı sətirlərə
diqqət edin: "1942-ci ilin mart ayı idi, alman faşistləri
Krımda hücuma keçmişdilər.Sovet qoşunları
geri çəkilirdi. Sovet məlumat bürosunun
xəbərlərini ürək döyüntüsü ilə
dimnləyirdik. Həmin günlərdə
mən başılovlu evdən çıxıb birbaş
Yazıçılar İttifaqına gəldim. İttifaqın birinci katibi Səməd Vurğunun
yanına qalxdım. Səməd öz
otağında tək idi.
-Səməd,
mən cəbhəyə getmək istəyirəm,-dedim. Mərkəzi Komitədə danış, məni hərbi
müxbir kimi göndərsinlər. Burdav
qala bilmirəm.
Səməd
Vurğun həssas adam idi. Əhvalımı
görüb başa düşdü. Vəziyyətdən
zarafatla çıxmaq istədi. Üzünü mənə
tutub tamamilə ciddi ahəngdə dedi:
-Mən
iki batalyonu hardan alım, səni cəbhəyə yola
salsın? Bilirsən, indi Krımda kurort-murort yoxdur, get,
şeirini yaz, uşağını saxla.
Mənim etirazlarım kömək eləmədi. Mən narazı halda
çı
Xıb
gedəndə o, hərbi adam kimi dilləndi:
Axşam pedoqoci institutda şeir gecəmiz olacaq, ora gələrsən.
Saat yeddidə. Yadından
çıxmasın".
...Və
bu yazıda Nigar xanımın tərcüməçilik fəaliyyətindən
də qısaca söz açmaq istərdim. Nizaminin bir
sıra qəzəllərini, Məhsətinin rübailərini
dilimizə çox səlis və rəvan tərcümə
edən Nigar xanım Dante, Nəvai, Lermontov, Petefi,
A.Mitskeviç, Şelli, R.Bern, V.Nezval, A.Axmatova, M.Svetayeva kimi
nəhəng, qüdrətli sənətkarların
qapısını da Azərbaycan oxucularının
üzünə açdı.
Toxunma könlünə
biçarə gülün,
İncitmə qəlbini avarə gülün.
Sabahın
eşqilə olmuşdur ey dost,
O
qanlı köynəyi sədparə gülün.
Məhsətinin bu rübaisini inanmıram ki, kimsə belə
sonsuz eşqlə tərcümə edə bilsin.
Nigar
xanım şeirlərinin birində yazırdı:
Demirəm
dünyadan köçüb gedəndə,
Vətəndə şöhrətli bir adım
qalsın.
İstəyirəm
bircə həzin xəyalım,
Bir də
uçmaq istəyən
İki qanadım qalsın.
Bu şeirdə məni özünə cəlb edən
yazımın başlığına seçdiyim "Həzin
xəyal" ifadəsidir. Ömrümdə bircə
dəfə unudulmaz şairimiz Rəsul Rza ilə müsahibə
aparanda Nigar xanımı görmüşəm. Qapını açdı, Rəsul müəllimi
soruşdum. "Evdədir" deyib, məni
içəri dəvət etdi və həzin bir xəyal kimi
harasa, hansı otağasa çəkildi. Onda
1980-ci ilin yanvarıydı. Bir il keçəcək,
81-ci ilin 1 aprel günündə Rəsul müəllim, 10
iyulda isə Nigar xanım daha bu dünyada olmayacaqlar. Sevincli, əzablı, narahat, qayğılı iki
ömür başa çatacaq.
Ölümündən
on il əvvəl Nigar xanım şeirlərinin
birində yazmışdı:
Bir
ömrü yüz ömrə calasam belə,
İnsanlara borcum qurtarmaz mənim.
Amma Nigar
xanım öz borcunu ləyaqətlə ödədi: şair
kimi,vətəndaş kimi, ana kimi! Və
indi onun həzin xəyalı şeirlərində,
oxucuların yaddaşında yaşayır!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-15 iyun.-S.13.