QORİDƏN GƏLƏN
QATAR
(əvvəli
ötən saylarımızda)
Firudin bəy
Köçərli - 150
Aya,yaxşı yadıma saldın, a bala, o vaxt seminariyada oxuyanda mənim də təxəllüsüm vardı: "Qəyyur",mənası bilirsən nə idi ? El dərdi çəkən.Seminariyanın divar qəzetində təbiət təsvirləri haqqında və aşiqanə qoşmalarımla çıxış edərdim.O vaxtlar Vaqifi, Vidadini, Zakiri məşhur türk şairlərindən Tofiq Fikrəti, Əbdülhəq Hamidi daha çox sevər, şeirlərini hər gün əzbər oxumaqdan xüsusi zövq alardım. Vaqifin, Vidadinin ruhu, şeir dili iliyimə,qanıma hopur, məni yaradıcılığa ruhlandırırdı. Birinci, ikinci sinifdə oxuyanda mənim riyazi elmlərə həvəsim daha çox idi. Riyazi terminləri şeirə gətirməkdən ləzzət alırdım. Bu xususiyyət Səməddə də vardı. Çünki, riyaziyyat müəllimimiz Alay bəy Şıxlinski dərsi poetik pafosda keçirdi.Ona görə çoxumuz Alay bəyə oxşamağa çalışırdıq.
-Osman müəllim, kənddən ,ata-anadan ayrılmış on iki-on üç yaşlı uşaqlar kimi yəqin ki, ev, ailə üçün darıxan vaxtınız da olub?
-Açığını deyim
,darıxmağa vaxt yox idi. Seminariya pansion tipli məktəb idi. Yəni qapalı. Biz səhər
tezdən durardıq, əl-üzümüzü yuyub məktəbin
həyətində gəzinə-gəzinə dərslərimizi
hazırlardıq. Seminariyada çox ciddi
qayda-qanun vardı. Yalnız cümə günü həftədə
bir dəfə şəhərdə gəzməyə, ya da evə getməyə
icazə verilirdi. Dərsə davamiyyəti pis olan seminarist bu gəzintidən,
bu hüquqdan məhrum olunurdu.Seminariyada şagirdlərdən ibarət gözəl
teatr və musiqi kollektivi yaranmışdı. Yaxın
kəndlərə - Qarapapağa, Xanlıqlara, Daş
Salahlıya gedib teatr verərdik. Səməd skripkada, Əsgər Xasməmmədov
klarnetdə, mən də sazda
çalıb-oxuyardım. Dərnəkələrdə,
xorda iştirak edərdim. Bütün fənlər üzrə çox
güclü müəllimlərimiz var idi. Mirzə Mehdi Vəlizadənin,
Əhməd ağa Mustafayevin, Alay bəy Şıxlinskinin,
İbrahim əfəndi Qayıbovun, Əli əfəndi
Hüseynovun, Yusif Qasımovun fədəkarlığı ilə
Qazaxda misilsiz təhsil ocağı fəaliyyət göstərirdi.
Açıq fikirli, vətənpərvər müəllimlərimiz
tez-tez yazıçı və şairlərlə
görüşlər keçirir, ədəbi söhbətlər, müsamirələr
təşkil edirdilər.
1948-ci ildə ictimaiyyət Qazax seminariyasının otuz illik
yubileyini keçirirdi. Yubileyə keçmiş şagird və
müəllimlərlə yanaşı Şəkidən
Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım da dəvət olunmuşdu.
Həmin illərdə (1937-ci ildə) totalitar sovet rejimi seminariyanın adını dəyişib
S.M.Kirov adına Pedaqoji Məktəb eləmişdi. Badisəba xanım
çıxışında kədər hissi ilə bildirdi
ki, gərək Azərbaycanda nəyi
dəyişsəniz də seminariyanın adını dəyişməyəydiniz.
Çünki Qazax seminariyası Azərbaycanda açılan
ilk müəllimlər seminariyası idi. Mənə
ağır təsir edən bir də seminariyanın
kitabxanasının məhv edilməsidir. Zəngin bilik xəzinəsinin
necə böyük bir çətinliklə toplanmasının mən
şahidiyəm. Firudin
bəy kitabların üstündə övlad məhəbbəti
ilə əsim-əsim əsirdi. Orda xalqımızın
tarixinə və ədəbiyyatına aid hansı kitblar yox idi. Hamısı da qədimi. Onlardan indi əsər-əlamət
qalmayıb, deyirəm
ürəyim ağrıyır.
Xalq
şairi Osman Sarıvəlli ədəbi aləmdə
mühüm və danılmaz rolu olan Qazax seminariyasının yubileyi münasibəti ilə göndərdiyi
təbrik məktubunda yazmışdır: "Qazax Pedoqoji məktəbi
bir çox ziyalının, eləcə
də mənim tərbiyə
beşiyim olmuşdur. Əynimdən döşləri
çarpazlı boz arxalığı, ayaqlarımdan
çırıq çarıqları,başımdan
yunlu papağı ilk dəfə bu məktəbdə çıxarmışam. Yeni, təmiz və səliqəli tələbə
libasını orada geymişəm. Əlifbanı ilk dəfə
orda öyrənmişəm... Sağlam tələbə
mühitini, geniş ictimai tələbə
yığıncaqlarını, komsomol özəklərini ilk dəfə
orda görmüşəm. Elmlərin əsasını
o məktəbdə öyrənmiş, ədəbiyyatı,
incəsənəti orada sevməyə başlamış,
onlarca odlu, aşiqanə gənclik şeirlərimi ilk dəfə
orada yazmışam".
- Osman müəllim, - dedim - Səməd
Vurğunun
sonrakı gənclik illərindən hansı epizodu tez-tez
xatırlayırsınız?
- Eh -
dedi, - ay oğul, birdimi, beşdimi... 1929-cu ildə Səməd
Vurğun, Əkrəm Cəfər, Süleyman Rüstəm,Əbdülbağı
Fevzi, bir də mən Moskvaya
Maksim Qorki adına "Ali Ədəbiyyat Kursları"nda oxumağa getdik.
Bizi - Azərbaycan proletar
yazıçılarını çox böyük hörmət
və izzətlə qəbul elədilər. Yataqxanada yer paylananda Səmədi itirdim. Axşam el yatanda gəlib çıxdı. Komendantdan yer-zad ala bilmədi. "Osman,
bu axşam baş-ayaq yataq, sabaha özümə yer
alacam". Bu minvalla ay yarıma yaxın mənimlə
baş-ayaq yatan Səməd özünə yer almadı.
Axırda da nə desə yaxşıdır: "Əyə,
Osman, vallah, sənə elə öyrəşmişəm,
heç ayrılmaq istəmirəm".
- Sən
atanın goru - dedim, məndən əl çək, səhərə
qədər bir böyrü üstə yatmaqdan
qabırğalarım əzilib.
Gördüm Səməd öz kefindədi, mənim
isti, yumşaq, halalca çarpayımdan getmək istəmir. Onda məcbur
olub özümə gün ağladım, köhnə bir
çarpayı tapıb, sınıq-salxaq yerini təmir elədim.
Səmədin "çarpayısı" ilə
yanaşı qoydum.
-Moskvadan
danışdıq, oğul, yadıma bir əhvalat da
düşdü. Onu da deyim ki, Qazax
seminariyasında da, Moskvada da mən Səmədlə birgə
oxumuşam.
Moskvada oxuyanda ikimiz də İvan Turgenevin
yaradıcılığından kurs işi yazıb, imtahan
verməli idik.
Mən günümü kitabxanalarda keçirir
və Turgenevin əsərlərini oxuyurdum. Ən çox da yazıçı haqqında olan tədqiqatları
mütaliə edir, yaradıcılığını öyrənirdim.
Amma Səmed adlı adam nə kitabxanaya gəlir,
nə də kurs işi yazırdı. Bütün
günü şəhərdə gəzməkdə, öz
kefində idi. Axşamlar da uşaqları
başına yığıb skripka çalardı. Bəzi hallarda məndən kitabxanada nə oxuyub
öyrəndiyimi soruşardı, danışdıqlarıma
diqqətlə qulaq asardı. Özünün dediyinə
görə, Turgenevin iki əsərini oxumuşdu:
"Asya" və "Bahar suları".
İmtahan günü gəlib çatdı. Mənim
danışdıqlarımdan Turgenevin
yaradıcılığını öyrənən Səməd
"Əla" qiymət aldı. Mən
isə "Kafi". O zaman da ikicə qiymət vardı:
"Kafi" və "Əla".
- Ay
oğul, Səmədlə belə günlərimiz çox
olub, lap çox. Mənim indi huşum qalmayıb - deyib, əlini
ağ saçlarında gəzdirdi.
"Bax, ağrının hamısı burdadır, beyin də
ki, ağrıdı, heç nə... düşünməyin,
fikrin motoru, mühərriki budu, bu...
Xeyli sükutla dayandı. Dostum Seyfəddin ona
yaxınlaşıb:
- Osman
müəllim, -
dedi,- yorğunluqdandır, işləməyi bir az azaldın,
nə qədər işləmək olar? Sizin
indi istirahət vaxtınızdır. Allah
canınızı sağ eləsin, onsuz da Siz xalqımız
üçün çox iş görmüsünüz.
O, Seyfəddinə
təfərünclə baxıb:
-
Oğul, - dedi. - İstər şair olsun, istərsə yazıçı. Gecə də, gündüz də işləməlidir.
Atalar deyir ki, at ölüncə otlayar. Demək şair, yazıçı da son nəfəsinə
qədər yazmalıdır.
Seyfəddin
masanın üstündən götürdüyü "Səməd
Vurğun" foto-albomunu ona göstərib soruşdu:
- Bu kitabı tez-tezmi oxuyursunuz?
- Burda oxumağa bir şey yoxdu. Rəhmətlik
Səmədin, mənim, bizim dostlarımızın
yaxşı şəkilləri var burda. Darıxanda
vərəqləyib Səmədlə keçirdiyim günlərin
azlığına heyfsilənirəm.
Osman əmi kitabı vərəqləyəndə Seyfəddin
onun müxtəlif rakuslardan şəklini çəkdi. Biz getmək
üçün yığışdıq. Osman müəllim də ayağa durdu. Asta
addımlarla yaxınlaşıb mənimlə uzbəüz
dayandı, sağ əlini ərklə çiynimə qoyub:
-
Yaxşı, - dedi. - a Körpülü
balası, bayaqdan sən sual döşəyirsən, mən də
cavabını verirəm. İndi sən mənim
bircə sualıma cavab ver görüm. Sizin kənddə
körpü varmı?
-
Yox-dedim.
- Bə,
niyə kəndinizin adı Körpülüdür?
- Deyirlər,
XVIII əsrdə Sınıq körpünün bir qolu
uçub dağılıbmış, bizim kəndin də
qoçaq kişiləri onun tikintisində fəal iştirak ediblər. Onda
Şıxlı varıymış, Körpülü yox.
Vaxtılə körpünün tikintisində
işləyənlər 1841-ci ildə Şıxlıdan
ayrılıb gəlib indiki Körpülüdə məskən
salıblar. Kəndimizin adını da
Körpülü qoyublar.
Osman
müəllim mənalı-mənalı
gülümsünüb:
- Hə,
- dedi,- yəqin ki, elədi. İndi sən
mənə de görüm bunları hardan bilirsən, axı sənin
nə yaşın var ki?....
- Bu barədə
- dedim- Tiflis Dövlət Arxivində olan sənədlərdən.
Qocalarımızdan Şıxı oğlu Vəkilin, Nəzir
oğlu Məmişin yaxşı məlumatları var...
- Amma mənim
yaxşı yadımdadır ki, bizim ağsaqqallar sizin kəndçiləri
görəndə zarafatla deyərdilər:
Körpülünün
yoxdu körpüsü,
Dəysin ona Tanrı törpüsü.
Sonralar görüşəndə də Osman əmi bu
iki misranı təkrar-təkrar deməyi xoşlardı.
Ayrılanda, elə qapının ağzında Osman əmi
Səməd Vurğundan yenə bir əhvalat
danışdı.
- 1952-ci
ildə Səməd Akademiyada vitse-prezident idi. Mən də
bilmirəm nəyə
görəsə yanında idim. Bu
vaxt Mehdixan və Yusif Yusifov da gəldi. Telefon
tez-tez zəng eləyirdi. Yadımdadır,
Səməd iki nəfərə məsləhət verib yol
göstərdi, üçüncüyə isə kömək
elədi.
Səmədin
xətrini çox istədiyi, zarafatla "yetim Yusif"
çağırdığı professor Yusif Yusifov dedi:
-
Hamıya iş düzəldib, kömək edirsən, bəs bizə keçmiş
seminarist dostlarına nə vaxt arxa, dayaq olacaqsan?
- A yetim,
nə sənə, nə də qardaşım Mehdixana karyera
dalınca qaçmağı məsləhət bilmirəm. Siz Əli əfəndi (xalq yazıçısı
Mehdi Hüseynin atası Ş.N.), Firudin bəy Köçərli,
Əhmədağa Mustafayev kimi kişilərdən, görkəmli
maarifçilərdən bilik almısınız. İllərin ağır sınağından
çıxmış adamlarsınız. Sizin
hər ikinizi müəllim, maarifçi kimi el-oba yaxşı
tanıyır. Gedin, peşənizdən bərk
yapışın. Elm dalınca gedin.
Vəzifə, rəyasət boş şeydir,
qardaşlarım. Səməd Vurğunun məsləhəti ilə
hər ikisi elmin çətin
yollarından keçib elmlər doktoru, professor və əməkdar
elm xadimi kimi yüksək ada layiq görüldülər.
Şəmistan Nəzirli,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.-7 mart.-S.7.