TARİXDƏ ADIM QALSIN
(PUBLİSİSTİK DÜŞÜNCƏLƏR-1)
Baba Əhmədli,
Texniki elmlər namizədi,
publisist.
Adı it
dəftərində də yoxdur.
Adın
var imiş, təpərin yox.
Atalar
sözü.
İnsana
arxadır onun kamalı,
Ağıldır
hər kəsin dövləti, malı.
Nizami Gəncəvi
Dilçi
alimlərin tarix boyu milli adların və milli dillərin
yaranması prosesinə qəribə baxışları olub.
Anlayıblar ki, dillərin ilkin mənşəyi Daş
Dövründə yaşamış insanların
çıxardığı səslərdən alınıb.
Amma nəzərə almayıblar ki, eradan əvvəl (e.ə.)
3200-ci ildə (5200 il bundan əvvəl) Dəclə və Fərat
çayları vadilərində, Mesopotamiyada
(İkiçayarasında), indiki İraqda yaşamış
Şumer-türklər öz
"şəkil-yazı"larını kəşf
etmişlər. E.ə. 2700-cü ildə (4700 il bundan əvvəl)
"Bilqamıs" dastanını yazmışlar.
Görkəmli
alim, filologiya elmləri doktoru, professor Qara Namazovun
"C.Çorçvodun tarixi kəşfləri" adlı
kitabında göstərilir ki;"
70 000 il öncə ərzin 3-cü dövrəsində
Mu qitəsindən çıxan yüksək elm, mərifət
və mədəniyyət sahibi insanlar 3 müxtəlif yolla hərəkət
edərək Asiya, Avropa, Afrika qitələrinə
yayılmışlar..."
Buna
baxmayaraq, dilimizin və adlarımızın yaranma tarixini
dartıb gətirib, orta əsrlərə, Dədə Qorqud
dövrünə çıxarmışlar.
Belə
çıxır ki, orta əsrlərə qədər
türklər, azərbaycanlılar da daxil olmaqla, dilsiz və
adsız yaşamışlar və ya özgə dillərdən
istifadə etmişlər.
Kobud məntiqsizlikdir.
Halbuki dilimiz də, yazılı ədəbiyyatımız da,
ən azı daş və gil lövhələr üstündəki
yazıları nəzərə alaraq, deyə bilərik ki,
"Bilqamıs" dastanından" gəlir.
Şübhə
yoxdur ki, əvvəlcə farslar (e.ə. VI-V əsrlərdə
Əhəmənilər), yunanlar, sonra romalılar, orta əsrlərdə
isə ərəblər və digər
işğalçılar türk varlığına
qarşı olmazın ziyanını vurmuş, qədim
tariximizi və mədəniyyətimizi də danmışlar,
təhrif etmişlər.
Şükürlər
olsun ki, həqiqəti danmaq mümkün olmamışdır.
Təbiətin
yenilməz dəyişkənlik qanunu dünyada mövcud olan nə
varsa, hamısını dəyişikliyə, təkmilliyə,
yeniləşməyə uğradır.
İnsanlar
da onların dilləri də, adları da illər keçdikcə
öz formasını və məzmununu dəyişir, baza və
kök isə qalır.
Yaxşı
olar ki, həyatdakı bütün obyektlər, proseslər,
xassələr, xasiyyətlər, süfətlər və
onların dəyişilmiş formaları tarix kitablarında
yazılıb qalsın. Onda Tarixbilgi elmi universal və daha zəngin
bir elmə çevrilər.
Tarixin nəliyi,
təbiətdə və ictimai həyatda baş verən və
törədilən mühüm hadisələrin: müharibələrin,
qalibiyyətlərin, məğlubiyyətlərin, kəşflərin,
ixtiraların, təbii fəlakətlərin, iqtisadi nailiyyətlərin
və sairlərin qeydiyyatından və müxtəsər təhlilindən
ibarətdir.
Keçmişdə
bu qeydiyyat birtərəfli də olub, hərtərəfli də;
şişirdilmiş də olub,
ixtisarlaşdırılmış da, doğru da olub,
yanlış da. Kim necə istəyib və ya bacarıb.
Təbiətdə
geoloji dəyişikliklər, suxurların çevrilmələri,
arxeoloji tapıntılar və rəvayətlər
yazılı tarixə xeyli düzəlişlər qatıb.
Öyrəndiyimiz yazılı tarix, yazının kəşfindən
sonra meydana gəlib.
Dünya
tarixindən məlumdur ki, daş və gil lövhə
yazıları (tablolar, daş kitabələr) çox qədim
olsa da, mixi yazı (mıx sözündən) e.ə. III
minilliyin ortalarından İkiçayarasında işlədilməyə
başlanmışdır.
Deyək
ki, indi biz e.ə. IX-VIII əsrlərdə yazılmış
Midiya və Manna (Azərbaycan) sözlərini və
adlarını oxuya bilmiriksə, onda bəs e. ə. III-II
minilliklərin yazılarını və adlarını necə
oxuya bilərik.
Həyatda
hər şey nəsildən-nəslə ciddi dəyişilir
və təzələnir.
"Bilqamıs"
dastanının yazılma tarixini mütəxəssislər e.ə.
2750-ci ildən sonraya aid edirlər ki, bu da şumer-türklərin
yazını kəşf etmələri ilə əlaqədardır.
Yazılı
tariximizin başlanğıcını "Bilqamıs"
dövrünə, 4500 il bundan əvvələ, aparıb
çıxarmaq məntiqli olar.
Şübhə
yoxdur ki, bu minilliklər ərzində yazılar da, adlar,
sözlər, adətlər, mədəniyyətlər, məskunlaşmalar,
qidalar və məişətlər də haradasa qismən,
haradasa tanınmaz qədər dəyişilib,
çağdaşlaşıblar.
Türk qanımız
isə qalıb ki, "Bilqamıs"ı da
unutmamışıq.
Beş min il əvvələ (arxaya)
getməsək, inana bilərik ki, türklər, türk kimi, ərəblər
ərəb kimi, avropalılar da özləri təhər
qalıblar. Hər halda, əsasən, öz aborigen ərazilərini
saxlamaqla davam ediblər.
Ərəblər
Nil çayı vadilərindən çıxıblar,
türklər də Dəclə və Fərat
çayları vadilərindən yayılıblar.
Bu
yazılı tarixdir. Yazılı olmayan tarix isə uzanıb
çox qədim dövrlərə gedir. Bəlkə də
Daş Dövrünə - yüz min illər bundan əvvəllərə.
Çünki hər bir dədənin də dədəsi olub.
Bəşəriyyətin
bu uzun sürən və zəngin tarixində nə istəsən,
nə qədər gözəl ad istəsən tapmaq olar.
Əsasən,
orta əsrlərdən başlamış formalaşan hər
bir millət öz adətlərinə, sözlərinin tələffüzünə,
zövqünə və başqa millətlərdən
asılılığına uyğun olaraq, yeni-yeni şəxsi
adlar qəbul etmişdir. Beləliklə ərəb adları,
türk, çin (cin), hind, yapon və Avropa adları
yaranmış - formalaşmışdır.
"Tarixdə
adım qalsın" deməklə, mən mövcud adlar
siyahısına yeni ad yazmaq, yaxud yazdırmaq arzusunda deyiləm.
Müasir
rəqabət şəraitində, nəyin bahasına
(hesabına) olursa-olsun, ad qazanmaq; imperialistliyə, militaristliyə,
separatistliyə və terroristliyə arxalanıb, hakimiyyətə
can atanlara, adlarını tarixdə saxlamaq istəyənlərə
deməliyik ki, tarixə yeni ad yazdırmağın vaxtı
keçib. İndi tarixdə necə ad istəsən,
hamısı var. Tarixi adlardan birini təxəllüs
götürüb, qürurlanmaq da olar.
Yeri gəlmişkən
deyək ki, "tarixdə ad qoymaq", sözün hərfi mənasında
da belədir: keçmişdə, qoçaqlıq göstərən,
qəhrəmanlıq edən, qalib gələn şəxsə
müvafiq ad verərmişlər ki, tanınsın. Bacarıq
göstərməyənlər, - adsız
yaşayırmışlar.
Dədə
Qorqud vaxtında da belə olub.
Xoşbəxtlikdən,
indi dünyaya göz açan hər bir körpəyə
doğum haqqında şəhadətnamə ilə birlikdə
ad verilir. Deməli, tarixə yeni ad yazılır. Sadəcə
insan özünün, mənsub olduğu millətin (ölkənin)
və Bəşəriyyətin xidmətində
olmalıdır ki, təbiətin bəxş etdiyi həyat tərzi
pozulmasın, sağlamlıq aşağı salınmasın,
insanlıq qələbə çalsın.
Tarix
yazı üstündə, ad və dil əsasında qurulubsa,
mövcud gözəl adlar nəsildən nəslə yorulmadan
təkrarlanaraq keçəcək. Hər halda məktəblərdə,
məscidlərdə, televiziya ilə arası kəsilmədən
dil dərsləri keçmək gərəkdir ki, tarix də
maraqlı olsun, milli adlar da yaddaşlardan silinməsin.
Adlar
çoxluğu, canlı insanların (dünya üzrə
yeddi milyard nəfər) adlarının təkrarsız,
dünyasını dəyişmişlərin yazıda qalan təkrarlanmayan
adlarının, bədii ədəbiyyatda göstərilmiş
uydurma obraz adlarının və heyvan adlarının cəmi
sayından ibarətdir. - Milyardlarla ad.
Etiraf etməliyik
ki, dünyanın müxtəlif ölkələrində
insanlara qoyulan adların müxtəlifliyi də insanlar
arasında mehribanlığı və birliyi soyudan amillərdəndir.
Körpəyə ad qoymağın,
vətəndaş olmaq məqsədindən savayı, bir
orijinallıq, fərqlənmək, xatırlanmaq səbəbləri
də olduğundan, eyni mənalı adlar da müxtəlif
variantlarda işlədilir ki, bu da dilçilikdə əlavə
çətinliklər törədir. Türk dillərində
də belədir, başqa dillərdə də.
Dilçiliklə
əlaqədar iqtisadi biliklərin artırılması, beynəlxalq
təcrübənin öyrənilməsi, dil siyasətinin gücləndirilməsi
və milli-mənəvi dəyərlərin mənimsənilməsi;
ölkəmizin daxilində və Türk Dünyasında
adların sadələşdirilməsi, yaxud eyniləşdirilməsi
sahəsində də istənilən qədər uğurlar
qazandıra bilər.
Türk
dünyasında bütövlükdə eyni mənalı adlar
eyni cür yazıla bilər. Axı, sadəlik-qazancdır.
İnsan
adları, onları daşıyanlar üçün qürur
mənbəyidir, ruhlandırıcı vasitədir, həm də
irsin tanıdıcısıdır.
Qısaca
sadalasaq, dilimizdə belə gözəl oğlan
adlarının olduğunu görərik: Abay, Altay, Akşin,
Asif, Azər, Babək, Bayram, Bəkir, Camal, Cavanşir, Ceyhun,
Çingiz, Çələbi, Çılğın,
Dadaş, Dəmir, Düzgün, Eldar, Faiq, Heydər, Qorxmaz və
b.k. Azərbaycan türkcəsində yüzlərlə belə
milli oğlan adlarından və soyadlarından istifadə etmək
olar ki, bu da dilimizə uyğun olar. Dilin əhəmiyyətli
bir hissəsi müxtəlif adlardan ibarət olduğundan,
onların sadələşdirilməsi, dilin öyrənilməsini
sadələşdirir - asanlaşdırır.
Hər
bir irs, tayfalardan ibarət olduğundan, adlar tayfanın
soyadına uyğun da seçilə bilər.
İnsan
cəmiyyətində: irsiyyətin həlledici yeri; irsilikdə
adların birləşdirici rolu; ailə, qəbilə və
tayfa başçılarına istinad etməyin
rahatlığı: adların və soyadların
yazılışı sadəliyinin təmin edilməsinin zəruriliyi
məlumdur. Həm də hər bir ölkədə, o cümlədən
Azərbaycanda tayfa adları elmin və texnikanın tərəqqisi
ilə əlaqədardır. Bu işdə, hər bir irsin
böyük rolu var.
İrslərin
davamiyyəti, keçmişə (arxaya) doğru:
atanın-atası, dədənin-dədəsi, onun da dədəsi,
beləcə dədələr zəncirinin, ilk insanların
yaşadığı Daş Dövrünə qədər uzanmasından; gələcəyə
(önə) doğru, övladın-övladı, nəvənin-nəvəsi,
onun da nəvəsi, eləcə nəvələr zəncirinin
sonsuzluğa qədər uzanmasından ibarətdir.
Təbiidir
ki, qədimdə, on min il bundan əvvəlki,
ibtidai icma dövründəki, məhdud sayda tayfalardan ibarət
olmuş Bəşəriyyət, artaraq, - obrazlı desək,
budaqlanaraq, zoğlanaraq, şivlənərək, yarpaqlanaraq,
çox sayda irslər yaratmışdır.
(ardı var)
Ədalət.-2013.-12 mart.-S.7.