GƏLƏCƏYİN
ŞƏFƏQİ
(əvvəli
ötən saylarımızda)
Fikri fikrə calayan qubernatorun atı asta və rahat
gedirdi. Firudin bəyin yiyəni bərk tutmaqdan qolları
ağrıyırdı. Tərs kimi atı
da dəlisoy idi. Uryadnik onun dəstəsi
atlarını lap yavaşıtmışdılar. Nə qubernatoru keçə bilirdilər, nə də
"sür" deməyə cəsarət edirdilər.
Firudin bəy atını saxlayıb bir neçə
addım geri qalan Əmirxanı gözlədi.
-Belə
getsək, - dedi, - el yatandan sonra çatarıq, günəş
qüruba enir...g
Qubernator atını mahmızladı, yəhərdə
azca dikəldi.
Dilboz fınxırıb yerişini
artırdı. Atını Firudin bəyin atı ilə
yanaşı sürüb:
-Kimdi, bu
çoban Əfqan? - deyə Firudin bəydən
soruşdu.
-Kim
olacaq, gözünü dünyaya açandan Qıraqkəsəmən
bəylərinin qapısında muzdurluq edən, nökər
duran savadsız ir çoban. Amma di gəl
qoşmaları bütün mahalda dillər əzbəri olub.
Firudin bəy sevindi ki, nə yaxşı oldu şeirdən,
şairdən söhbət saldı. İndi yolu başa
vurmaq asan olar. Xan, - dedi, - bu obada ziyalı
da, rəiyyət də, çoban da şeir yazır. Məsələ şeir yazmaqda deyil. Əlbəttə, çobanın şeir
yazmağı o qədər də möcüzə
sayılmır. Amma bu obanın çobanının
yazdığı şeirə diqqət elə:
Xoşuna
gəlməyir, bu qurğu, büsat,
Çünki qəlbim olub, çoxdan narahat.
Ellərin
üzünə gülməyir həyat,
Əfqan, insan olan heç inciməzmi?
Bir evdə iki hava olmadığı kimi, bir ölkədə
də iki hökumət olmaz. Özünüz
şahidsiniz, rus gəldi, nöyütümüzü
apardı, ingilis gəldi, "zəkat" yığdı,
dar ağacı qurdu. Heç kəs dost kimi, xilaskar kmi gəlmədi
Azərbaycana. Xalq nə qədər savadsız
olsa da, bunları görür, eşidir. Onların
görən gözü, eşidən qulağını
qapamaq mümkün deyil. Hamısı dərviş
kimi boş torbalı gəlib dolu getmək istəyir.
Axı, dost dostun evinə qazanc üçün, qarət
üçün getmir. Xalqa nicat yolu göstərmək əvəzinə
başından vurub dilini lal edirlər. Rusiya fəhləsini, kəndlisini o qədər
ddydülər k, axırda lalı da dil açdı. O
boyda çarın qanlı taxt-tacını vurub
ağıtdı. Üç yüz illik tarix
bir gündə ayrı cür yazıldı.
Atlılar İncə çayını keçib
üzüyuxarı dikləndilər. Sıra dağların
arxasına enmiş günəşin üfüqdə zəif
saraltısı qalmışdı. Qara
kölgələr uzandıqca boz təpələrin
yaxasına şər vaxtının izləri
düşürdü. Kənd
mollasının axşam əzanı geniş vadidə əks-səda
verir, hüzünlü bir səslə göylərə
yüksəlirdi. Bu səs torpaq damlarda
yaşayan bəyin, ağanın, yoxsulun qəlbinə eyni ahənglə
Allah eşqi aşılayırdı. "Allahu əkbər,
əşhədu...". Harın
atların fınxırtısı, zərbli nal səsləri
kəndi vahiməyə saldı. Qara torpaq
damların həyətindəki itlərin səsi kəndi
bürüdü. Əmirxanın sükuta
qərq olmuş qəlbində isə Firudin bəyin "bir
evdə iki hava olmadığı kimi, bir ölkədə də
iki hökumət olmaz" sözləri qaynayırdı.
O, səkili köhlənin nal cingiltisini belə eşitmirdi. Gəldiyinə peşiman olmağa
başlamışdı. Ürəyinə,
qəlbinə dolan vahiməylə fikirləşir,
götür-qoy edirdi ki, axund onu necə qarşılayacaq; məsələni
ona necə açıb deyəcək. Osmanlı,
ya da İran torpağına keçməkdə ona kömək
edə biləcəkmi?
* * *
Nökər atları talvarın altına çəkdi. Hamısının
yəhərləri alınıb üstünə ipək
çul salındı. Hərəsinin
başına arpa dolu borba keçirildi. Axund
özü "xoş gəlmisiniz", - deyə-deyə
qonaqları üst mərtəbəyə
çıxartdı. Mühəccərin yanında
çiyninə ağ dəsmal
salmış əli axtafalı nökər hazır
dayanmışdı. Qonaqlar yuyunub əlvan
xalı döşənmiş geniş, işıqlı
otağa keçdilər. Axund və onun böyük
qardaşından başqa ev adamları
tez-tez girib-çıxırdı. Kimi
zümzüməli samovarı, təndir çörəyi və
motal pendiri, kimi də buğlanan bozartmanı gətirirdi.
Güzəranı, dolanacağı yaxşı
keçən axund evində hər bir qonağa yaxşı
süfrə açılardı. Yeməyin
belə tez ortaya gəlməyiə qubernator təəccüb
elədi.
-Axund,
-dedi, - belə tezliklə? Bəlkə ayrı
qonaq-zad gözləyirdin? Biz mane...
-Xan, sizdən
artıqmı olacaq gələn qonağımız, heç
bir qonaq-qara gözləmirdik. Doğrusu, bizim evdə qara qazan allah verəni həmişə qaynadır. Yaxından, uzaqdan gəlib-gedənimiz çox olur.
Bir də ki, atalar yaxşı deyib,
qonağın özündən qabaq ruzusu gəlir. - Sol əlini
dizinə dayayıb qabağa əyildi, süfrədən fətir
götürdü. Avazla "bismillah" deyib qonaqlara yemək təklif
elədi. - Buyurun, çörək
kəsin, nuş canlıqla yeyin. - Adını eşidib,
özünü ilk dəfə gördüyü Firudin bəyə:
- Rahat əyləşin, - dedi, - axund xoş təbəssümlə
gülümsünüb, - Allah canınızı sağ
eyləsin, Firudin bəy, o qədər
yaxşı-yaxşı sorağınızı
eşitmişəm ki... Dəfələrlə
Tiflisə yolum düşəndə görüşüb
söhbət eləməyi arzulamışam. Qismət olmayıb. Həmişə
əhval-şərifinizi müfti Mirzə Hüseyn əfəndidən
soruşmuşam. İndi Allahın
buyruğuna bax, ona qurban olum, sizin kimi alicənab adamı mənim
evimə qonaq göndərib. İnanın, o qədər
razıyam bu görüşümüzdən ki...
Axundun çörək üstə bu qədər
uzun-uzadı danışmağı xanın xoşuna gəlmədi. Qubernator bu
söhbəti yaltaqlıq kimi qəbul eləsə də,
axundun danışığında bunu hiss etmək
mümkün deyildi. Doğrudan da axund
sidq-ürəklə, təmiz qəlblə sevinirdi ki, Firudin bəy
kimi alimi-mütəbəhhir onun evinə təşrif gətirib.
Çörək yeyə-yeyə fikirləşir,
götür-qoy edir və bircə şeyi anlaya bilmirdi ki,
qubernator hara, Firudin bəy hara, bu nə səfərdi, belə
birgə. Qubernatorun nə kəndxudanın,
nə də adlı-sanlı İbrahim kovxanın evinə
düşməməyi axundun canına getdikcə vicvicə
salırdı. Şəkk-şübhə
onun ürəyində çoxalsa da üzə vurmur, hörmətli
qonaqlarına gah fətir uzadır, ga da xörək qoyurdu.
Qubernator çox gözlədi, diqqət kəsildi, amma
axund onun gəlişini ayrıca qeyd eləmədi. Könülsüz
bir neçə tikə yeyib çəkildi. Uzun,
qalın bığlarını yoğun barmaqları ilə
sığallayıb "əlhəmdürüllah, Allah
artıq eləsin, evin abad olsun", - deyib çərkəzisinin
qoltun cibindən ağ nazik
çöpü çıxarıb dişlərini təmizlədi.
-Firudin bəy,
bir zamanlar eşitdim ki, söhbət var sizi Zaqafqaziyanın
şeyxuislamlıq vəzifəsinə təyin edəcəklər?
- Axundun yenidən Firudin bəyə müraciətini görən
qubernator daha da əsəbiləşdi. İri,
domba gözləri geniş açıldı. Nifrət və qəzəblə ona baxa-baxa
qaldı. Çənəsindəki dərin
çapıq əsəbiliklə səyridi. Ürəyində
"it oğlu, bir ikə çörək verdi,
onu da burnumuzdan tökəcək, yox, bu axund loxmanı
boğma elədi", - deyə fikirləşdi. Qıpqırmızı sifəti qəzəbin təsirindən
get-gedə bozarmağa başladı.
Firudin bəy nəlbəkidəki çayını stəkana
töküb bir qurtum içdi. Bardaş qurub
oturmağa öyrəşmədiyindən yerində
qurcalandı.
-Bəli,
- dedi, elə
söhbət vardı, mənim razılığımı
almadan qəzetdə elan da vermişdilər. Lakin
mən bu vəzifədən imtina elədim.
Təriqəti
bə cüz xidməti xəlq inst
Bə təsbihü səccadəvü dəlq nist.
Təriqət (məslək) təsbehə, səccadəyə,
əbaya bağlı deyil. Əsl məslək -
xalqa xidmət etməkdən ibarətdir. Mən
də xalqıma xidməti ancaq maarif sahəsində
çalışmaqda görürəm.
Doğrudan da 1906-cı ildə Firudin bəy
şeyxülislamlıq vəzifəsinə dəvət
etmişdilər. Ruhaniliyə "müqəddəs
atalara", "bu dünyamız yox isə də, axirətimiz
var" ya da "Məhəmməd ümməti darda
qalmaz" deyənlərə nifrət bəslədiyi
üçün o, bu vəzifədən imtina etmişdi.
Hətta belə din sevərlərə
düşmən olduğunu mətbuatda açıq-aydın
bildirişdi də. Elə buna görə də qəzəblə
yazırdı: "Hamı müsəlman qardaşlar taybynuz
öküzün halında yaşayıb zillət və
üsrət ilə güzəran keçirməkdədirlər...
Allah heç bəndəsini taybuynuz öküzün
gününə salmasın!".
Həmin ili Firudin bəy axund Əbu Turabla da xeyli
"döyüşməli" olmuşdu. Dünyəvi elmlərin
əleyhinə çıxan, onu şeytan əməli hesab edən
axund Əbu Turab din qardaşlarını məhz dini elmləri
öyrənməyə çağırırdı. Axundun bu
gorazehin görüşlərini Firudin bəy və mollanəsrəddinçilər
tənqid atəşinə
tutdular.
İndi Firudin bəy fikirləşirdi ki, yaxşı
ki, üzbəüz oturduğum axund mənim o zaman mətbuatdakı
çıxışımdan bixəbərdir, yoxsa, mənimlə
əyləşməyi özünə təhqir sayardı.
-Bir də
ki, möhtərəm axund, - deyib Firudin bəy təmkinlə
davam etdi. - Hələ ilk gəncliyimdə müqəddəs
dinin təbliği yolunda mən də az
çalışmamışam. Hətta vaxtilə
yazmışam ki, əgər xalq Quranın göstərdiyi həqiqi
yolla getsə, əsl inkişaf yoluna düşə bilər.
Həqiqətdə dinimiz hüsni-məişətimiz
üçün yaranmışdır və hüsni-məişətimiz...
nicat və səadətimiz dini-mübinimiz olan qanuna əməl
etməkdə, şəri-şərif açdığı
yol ilə getməklə bəhəmə gələcəkdir.
Amma həyat
və onun bugünkü inkişafı, bir də yetişən
gəncliyin maraq dairəsi göstərir ki, çox da din, islam deyib onların ətəyindən
yapışmaq məqbul deyil. Çünki xalq
arasında olan bəzi molla, seyid, dərviş, axund dini
özünə bayraq edib savadsız, küt şeylərlə,
cadu-piti ilə xalqı sour, onu quru yerdə qoyur. Vaxtilə
dinə verdiyim ali tərif
üçün bilmirəm, gələcək nəsil məni
alqışlayacaq, yoxsa töhmətləndirəcək. Hər halda yenə deyirəm, bugünkü
inkişaf, gəncliyin maraq dairəsi göstəri ki, mən
xalqın həqiqi inkişaf yolunu məhz dində görməkdə
səhv etmişəm. Vaxtilə şəriət
müəllimi olduğum üçün ruhanilərimizin
bütün xasiyyət və qüsurlarını mənə
də şamil etmək caiz deyil. Əslində
mən bəlkə də mollalara yaxınan bələd
olduğum üçün, bir para "müqəddəs ataların"
bəd əməllərini və tamahkarlığını
daha yaxşı öyrənə bilmişəm. Elə buna görə də onlara daha çox nifrətim
var və belələrinə həmişə düşmən
olmuşam.
(ardı gələn
sayımızda)
Şəmistan Nəzirli
,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.- 19 mart.-S.7.