"Ömür
dedikləri bir karvan yolu"
Baharın ilk günündə dünyaya gələn ölməz Səməd Vurğun misralarıdır
bunlar. Özündə
çox mətləbləri
əks etdirən bu "karvan yolundan" kimlər keçməyib ki? Dünyanın yaranışından
elə bu ana qədər bu karvan yolunu
keçənlərin sayını
da heç kəs bilmir zatən. Dünyanın yaddaşında qalanlar, insanların xatirəsində
yaşayanlar isə xoşbəxt ömrün
sahibləridir. Bir də xoşbəxt o kəslərdir ki, kişilik, xeyirxahlıq rəmzi kimi ürəklərdə, yaddaşlarda
yaşasın, əzizlənsin. Özündən
sonra gələnlərə
necə yaşamağı,
necə sevməyi, necə sevilməyi əməlləri ilə sübut etsin.
O da bu xalqın
sadə bir nümayəndəsi idi. Ancaq sadə olmayan ömür payını elə yaşadı ki, sadəliyi, gözəlliyi,
ülviyyəti, paklığı
onu zaman-zaman yaşadacaq. Hələ örnək olacaq bir çox ömürlərə. İnsanlar
onun kimi yaşamağa, onun kimi iz qoymağa
çalışacaq. Çalışacaqlar
ki, bu yurdun
ən məşhur insanları ilə bərabər, ən adi sakinləri belə bu insan
haqqında dediklərini
onlar barəsində də desinlər. Onun kimi yaddaşlarda
əbədi yaşasınlar,
təbəssümlə xatırlansınlar.
Ötən əsrin ortalarında
ömür payını
bu dünya ilə bölüşən
İbrahim kişidən
danışmaq istəyirəm.
İbrahim Musa oğlu
Qurbanovdan. İlk gəncliyindən ömrünü
torpağa, zəhmətə,
insanlara həsr edən bu kişinin
qismətində nələr
yox imiş...
Bacarıqlı, işgüzar, təsərrüfat
rəhbəri kimi Salyan, Neftçala, Cəlilabad rayonlarında insanlara xidmət etmək, onlarla dost, sirdaş olmaq, gecə-gündüzün nə
olduğunu bilmədən
yorulmadan çalışaraq
ölkə rəhbərliyinin
etimadını qazanmaq.
Zəhmətinin müqabilində ən
mötəbər məclislərə
dəvət almaq, ictimai-siyasi dünyagörüşünə
görə yüksək
orqanlara üzv olmaq. Əməyin ən yüksək dərəcəsinə "Sosialist
Əməyi Qəhrəmanı"
adına layiq görülmək.
Xeyirxah,
səxavətli insan kimi minlərlə soydaşlarına maddi və mənəvi dayaq durmaq. Yüzlərlə
gəncin əlindən
tutub ərsəyə
gətirmək.
Kökdən, soydan gələn
milli xüsusiyyətlərin
ən gözəl nümunələrini inkişaf
etdirərək nümunəyə
çevrilmək. Ulu Öndər Heydər Əliyev kimi bir dühanın ən yaxın silahdaşı, dostu olmaq.
Gözəl ailə başçısı,
sadiq ömür-gün
yoldaşı olmaqla cəmiyyətə işıqlı,
sağlam övladlar vermək.
Və onu tanıyanların ürəklərində tərtəmiz
sevgi, məhəbbət,
inam qazanmaq,
KİŞİ ömrü yaşamaq.
Elə yalnız bunlar bir ömür payının qismətidirsə,
çox xoşbəxt
insandır İbrahim kişi. Onun ədəbindən, ərkanından,
halallığından, sədaqətindən
yararlananların sayı
daha çox olsaydı, dünyamız nə itirərdi görəsən?..
Dəfələrlə şahidi olmuşam ki, işlədiyi və iz qoyduğu hər hansı bir rayonda, idarə
və təşkilatda
İbrahim kişinin adı xüsusi bir ehtiramla çəkilir.
Ehtiram və məhəbbətlə çəkilir
bir də ona görə ki, İbrahim kişinin tanımadığı
adamlar belə onun qapısından naümid, həyətindən
əliboş qayıtmayıb.
Yox, insanları yaşadan nə onun yüksək
rütbəsi, nə ali mükafatı, nə də ad-sanıdır. İnsanı
hafizələrdə yaşadan
onun torpağına,
el-obasına, insanlara sevgisidir, ehtiramıdır.
Fəaliyyət göstərdiyi bütün
rayonlarda çox sevilən İbrahim Musa oğlu Qurbanova münasibətin Cəlilabad
rayonunda bir dəfə bariz nümunəsini gördüm.
Mötəbər bir ağsaqqalın xatirə gecəsində məclisin
ağsaqqalı belə
dedi: "Yaşadığımız
Cəlilabad rayonunun hər daşında əməyi, nəfəsi
olan İbrahim kişinin də ruhu şad olsun!
Rayonumuzun həyatında
tarix yazan sakinlərimizə rəhbər
və dost olan o kişinin bizim boynumuzda haqqı çoxdur". Bütün
məclis indi həyatda olmayan İbrahim kişiyə bir ağızdan rəhmət oxudu.
Martın
22-də ömrə bənzədilən
karvan yolunu ləyaqətlə, şərəflə
başa vurmuş bu el ağsaqqalının
doğum günüdür.
Doğum
günün mübarək,
İBRAHİM KİŞİ!
Səxavət Məmmədli
Ədalət.-2013.-19 mart.-S.5.