GƏLƏCƏYİN
ŞƏFƏQİ
(əvvəli
ötən saylarımızda)
-Əstəğfürullah de, Firudin bəy, - deyib axund başıaşağı təsbehini bir neçə dənəsini cütləyib ötürdü. Sizdə nə günah var, siz qəlbinizin hökmü ilə o kişinin gözəgörünməz qurban olduğumun - təsbehli əlini yuxarı qaldırıb üzünü tavana tutdu - göstərişlərini yerinə yetirmisiniz. Xudaya - xudavəndə hər halda sizi mükafatsız qoymaz, cənnəti məkan edər.
Firudin bəy gördü ki, axundun xeyir-duası, tərifləri qubernatorun içəridə bağırsaqlarını doğrayır. Qubernator qan sağılmış bulanıq gözlərini düz ona zilləmişdi. Özünü elə göstərirdi ki, guya uşaq marağı ilə onları dinləyir. Əslində fikri-zikri ayrı yerdəydi, xəyalı bir azdan təklikdə qalanda axundun ona verəcəyi "hə", "yox" cavabı ilə əlləşirdi. Qapı ağır bir cırıltı ilə açıldı. Yarıqaranlıqda zorla görünən nökərə axund əli ilə "süfrəni yığışdır" işarəsi verdi. Üzünü Firudin bəyə tutub:
-Firudin bəy, - bircə şeyi bilirəm ki, hər kəsin başının üstündə bir allahmı deyim, yaradıcı və ya idaredici qüvvəmi deyim, bilmirəm amma inandığı nəsə var. Hələ yer üzündə elə bir millət, xalq yoxdu ki, o dinsiz olsun. Kəsəsi, insan olan kəs nəyəsə, kiməsə inanıb sitayiş, etiqad etməlidir.
Firudin bəy axundun söhbətlərindən, onun qabaqcıl fikirlərini tuta bilmişdi. O, hiss eləmişdi ki, axund din xadimi olsa da, təkcə dinin ətəyindən yapışmayıb. Odur ki, ağlına gələn bir fikri deməkdən çəkinmədi. Bu dəfə isə necə deyərlər, baltanı lap kökündən vurdu.
-Axund, - dedi. - Hər halda gəl sənli-mənli etiraf edək ki, din insanın qəflət yuxusunda qoyur. Onun başı alına elə bir yastıq verir ki, bədbəxt müsəlman xorna çəkə-çəkə şirin yuxuya gedir. Bir də qiyamətəcən ayılmır. Ayılandasa susuz bir səhrada tək-tənha qaldığına yanıb-yaxılır. Sonra dizinə-başına ha döyürsə, əli bir yana çatmır ki, çatmır... İndi Allaha şükür, müqəddəs din yolunda çalışan fədailərimiz o qədər də az deyil. Mən Firudin bəy olmasam da, şeyxülislamlıq vəzifəsini icra dən onlarca alimnüma tapılar. Balalarımızın təhsili, inkişafı naminə çalışan müəllimlərimiz isə tamamilə azlıq edir.
Əslində Firudin bəyin dinin tənqidi haqqında oan söhbəti axundun ürəyincə idi. Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qaibzadənin yaxın dostu olan axund da, dinə müqəddəs ayin kimi baxmırdı. "Mən heç bir vaxt ruhani olmamışam və heç bir vaxt dini ayin icra etməmişəm və bundan sonra da etməyəcəyəm, lakin mənə təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman edirəm."
Bu sözləri Mirzə Hüseyn Əfəndi 1881-ci ildə Qoridəki maarif seminariyasının Şərq dilləri müəllimliyindən Zaqafqaziya müftisi vəzifəsinə seçilərkən demişdi. Həmin sözlər axund üçün dünyada ən qiymətli kəlamlar idi. Bu sözləri o, Firdovsinin, Sədinin, Nizaminin, Hafizin qiyməti hikmətlərinə bərabər tuturdu, irili-xırdalı hər məclisdə əzbər deyirdi. Açıq fikirli, cəsarətli sözləri üçün axundun özünün din xadimləri arasında çox da hörməti yox idi. "Din mənə çörək ağacıdır. Onu tiryək kimi çəkirəm", - deyən axund dünyəvi elmlərdən xəbərdar idi.
Qubernator Əmirxan isə gözləyirdi ki, indi bunların mübahisəsi qızışacaq və o zaman bir-birindən incik düşəcəklər. O, hiss edirdi ki, Firudin bəyin söhbətində dinsizlik var. Axundu qatı dindar hesab edən qubernator sevinir, aranı qızışdırmaq üçün bir söz də ata bilmədiyinə yanıb-yaxılırdı.
Axundun böyük oğlunun qapıda görünməyi söhbətin yönünü dəyişdi. Oğlan utancaq bir vəziyyətdə, çəkinə-çəkinə atasına yaxınlaşıb qulağına nəsə dedi. Axund geri qanrılıb qapıya boylandı, çiyni üstdən:
-Qoy gəlsin, - dedi, - içəri dəvət elə. Üzünü qonaqlara tutub, - Həmid bəydi, - dedi, - kəndimizin müəllimidi. Çox gözəl də uşaqlara təhsil ikmal eləyir. Yəqin Firudin bəyin gəlməyini eşidib.
Cavan ədəb-ərkanla salam verib, hamı ilə görüşdükdən sonra axundun göstərdiyi yerdə əyləşdi. Fəxri əsgər kimi düz yeriyən sıx qara saqqallı, balacaboy Həmid bəy bu kəndə seminariyanı qurtarandan sonra könüllü gəlmişdi. Ən çox tarix və etnoqrafiyaya maraq göstərən cavan müəllim arabir mətbuatda maraqlı yazılarla çıxış edərdi. Görünür, tarixlə çox maraylandığından istər danışmağında, istərsə də davranışında yaşına yaraşmayan bir müdriklik, ağıllılıq vardı. Məhz bu keyfiyyətlərinə görə kənd əhli arasında böyük hörmət və nüfuz sahibi idi. O, da axund kimi, demək olar, Firudin bəyi qiyabi tanıyırdı. Tək bircə dəfə birinci klassik Tiflis gimnaziyasında oxuyanda Firudin bəyi görmüşdü. O zaman Firudin bəy Tiflisdəki Sərdarlıq dəftərxanasının Zaqafqaziya Maarif şöbəsi tərəfindən bir neçə nəfərlə gimnaziyada təhsil lan azərbaycanlı uşaqların maddi ətinliklərini və təlim-tədris müvəffəqiyyətlərin yoxlamağa göndərilmişdi.
Müəllimin gəlməyi Firudin bəyin eynini açdı. Geniş işıqlı otaq ona quyu kimi dərin və cansıxıcı görünürdü. O, hər axşam öz otağına çəkilib bütün varlığı ilə sevdiyi tədqiqat işi ilə saatlarla məşğul olurdu. Heç zaman söhbətə bu qədər vaxt səfr etməmişdi. İndi isə harın qubernatorun yekəxana oturuşu ürəyini bulandırıb, xəyalını küsdürürdü. Qubernator axundu sorğu-suala tutmuşdu. Yaylağa köçmək, arana qayıtma, iki millət arasında olan ixtişaşlar haqqında söhbətlər baş alıb gedirdi.
Mübahisəyə ara verən qubernator əsnəyə-əsnəyə əlini ağzına aparıb, "of" elədi. yaxasından frencinin cibinə sallanan saatını çıxarıb düyməsini basdı. Qurbağa kimi ağzı açıla qalan cihazı lampa işığına tutdu.
-Oho, - dedi, - saat on ikini keçib, yatmaq vaxtıdır.
Hamı komandi verilmiş kimi birdən ayağa durdu. Eyvana çıxan
Firudin bəy çayın hər iki sahili boyu
salınmış kəndə,
onun aylı-ulduzlu gecəsinə baxıb məftun oldu. Üzünü Həmid bəyə tutub:
-Əgər vaxtın müsaidə edərsə,
bir az
çay kənarında
gəzişmək bəd
olmazdı. Səni bilmirəm, mən
çox gec yatanam.
Onlarla yanaşı dayanan axund söhbətə qarışdı:
-Elə bizim müəllim də çox gec yatandı. Nə vaxt oyanırsan,
görürsən Həmid
bəyin işığı
yanır. Birisini camaat
arasında özünü
oda-közə vuran görəndə deyirlər
ki, Həmid bəyin işığı
kimi elə hey yanırsan.
Firudin bəy yarızarafat, yarıciddi:
-Bu kənd qaranlıqdan Həmid bəyin işığı ilə
çıxacaq. Onunla
da tarixə düşəcək...
***
Gəzintidən qayıdan Firudin bəy qubernatoru bərk dilxor gördü. Hər ikisi lampaya yaxın oturmuşdu.
Axund ayağa durub Firudin bəyi arxadakı otağa dəvət elədi.
Üstünə ağ yorğan-döşək
salınmış taxta
çarpayını göstərdi.
-Bəy, - dedi, - burda rahatca istirahət
edə bilərsiniz. Bu otaqda sizdən
başqa heç kəs qalmayacaq.
Firudin bəy razılığını bildirdi. Əl işarəsilə
hələ də yatmayan, o biri otaqda tüstü-duman içində fikri-fikrə
calayan qubernatorun niyə kefsiz olduğunu soruşdu.
Müdrik
axund ikibaşlı cavab verdi.
-Deyəsən, burda insan arasında yaşamaq sərfəli olmayıb. Könlünə meşə düşüb.
Məni də özü ilə aparmaq fikri var. Deyir ki, "qırmızılar"
Dərbəndə yaxınlaşır.
Sən də iranlısan, dədə-baban iranlı olub. Gəl, birgə qaçıb
gedək, bu dağların yolunu sən bilərsən.
Dedim ki, mən hara, İran hara. Xətrinə dəydi. Guya
iki yüz il bundan
əvvəl babamın
babası İrandan gəlib, onu da dəqiq bilən
yoxdu. Mən gözümü açıb babamı da, atamı da bu torpağın
suyunu içib, çörəyini yeyən
görmüşəm. Bu torpağa
xor baxa bilmərəm. O mənim anamdır. Əzəlim burdan başlayıb,
sonum da burda olacaq. "Qırmızılar" gəlmir, istər al yaşıllar gəlsin.
Məgər o gələn "qırmızılar"ın dini-məzhəbi
yoxdumu? Firudin bəy, bayaq
özünüz təsdiq
etdiniz ki, yer üzündə elə bir xalq,
elə bir millət yoxdur ki, dini, etiqadı
olmasın. - Axund
bərk əsəbiləşmişdi.
Əl-ayağı ilə canfəşanlıqla.
Tələşla elə şikayətlənirdi
kit, sanki onu kimsə indicə evindən-eşiyindən qovub
çıxaracaqdı. - O boyda Osmanlı gəldi məni yerimdən tərpədə
bilmədi, indi bunun qara-qorxusu, - deyib xanın tənha oturduğu otağa işarə vurdu. - Mən Qazaxlıyam, vəssalam! Ölsəm də burda öləcəm.
Sinnimin bu vaxtı kimin
qapısına pənah
apara bilərəm.
Bəs ailəm, bəs ev-eşiyim...g
Firudin bəy axunda təsəlli verib sakitləşdirdi. Soyunub yerinə
uzandı. Bərk yorğun
olmasına baxmayaraq, bir müddət yuxuya gedə bilmədi. Onu nə axundun,
nə də qubernatorun keçirdiyi qorxu hissi təşvişə
salmırdı, narahat
etmirdi. Fikri-zikri bircə şeydə
cəmlənmişdi, narahatçılığı
da ondan idi. - Seminariya necə olacaq? Min bir əziyyətlə
topladığı uşaq
təhsilini tamam edib, xalqının, Vətəninin ucqar kəndlərinə maarif işığı apara biləcəkmi?
Pəncərə bərkdən titrədi. Uzaqlarda göy
guruldayıb şimşək
çaxdı. Çöldə leysan yağışının
şırıltısı eşidildi. İri damcılar ağacların
yarpağını, şüşələri
döyəclədi. Axşamdan çəpər
dibində, divar küncündə ağız-ağıza
verən böcəklərin,
qarafatmaların hüznlü
səsi xırp kəsildi. Bir-birinin ardınca çaxan
şimşəkdən xalxaldakı
inəklər oxranıb
qalxdı, talvarın altındakı atlar dartınıb kişnədi,
kəndin yuxarı başında kəsik-kəsik
it ulaşması eşidildi.
Pencəyini çiyninə salıb
pəncərə ağzında
fikrə gedən Firudin bəy tənha qalan Badisəbanı düşündükcə
övladsızlıq onun
içini göynədirdi.
Hər dəfə çöldə göy guruldayıb şimşək
çaxanda qızıl
dilli alovun işığında ağ saçlı, qüssəli üzlü Badisəba daha aydın görünürdü.
Qohumu, həm də yeznəsi Mənsur ağanın ölümündən
sonra Dürətnisa ilə Badisəba elə bil hər
saat, hər gün qocalırdılar.
Firudin bəy yanıb-yaxılırdı
ki, seminariyanın Qazaxda bina tutmasının
səbəbkarı Mənsur
ağaya ilk buraxılış
təntənəsində iştirak
etmək qismət olmadı. O, xəyalən
uşaqların ədəbi
gecələrdəki çıxardığı
oyunları, xüsusilə
Krılovun "Sazandalar"
təmsilində "dəcəl
meymun" rolunun ifaçısı Səməd
Vəkilovun məharətli
çıxışından uğunub gedən şən, oynaq çöhrəli seminaristləri
xatırlayır, xatırladıqca
da qeyri-ixtiyari kədərlə gülümsünürdü.
Kəlağayısının ucunu gülməkdən yaşarmış gözlərinə
tutan Badisəba da tamaşaçı - seminaristlər arasında idi. "Firudin bəy,
sən allah,
bircə ona diqqət elə, gör necə də məharətlə,
ustalıqla oynayır.
Hələ sən onu seminariyaya götürmək
istərmirdin".
Uşaqların müvəffəqiyyətlərindən
sevinən Firudin bəy xəyalında deyirdi:
- Sizə baxarkən mən Azərbaycan xalqının günəşli
gələcəyini təmin
edəcək xoşbəxtlər
nəslini görürəm.
Oxuyun, balalarım, xalqın nicat yollarında ona dayaq durun!
Şəmistan Nəzirli,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.-28 mart.-S.6.