ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN ƏLİ BƏY HÜSEYNZADƏYƏ YAZDIĞI MƏKTUBLAR

 

Turan ülküsünə möhürünü vurmuş, XX əsrin əvvəllərində Azərbaycanın siyasi, ictimai və mədəni həyatında mühüm rol oynamış, Azərbaycanın İstiqlal Bayrağında əks olunmuş "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək!" şüarını ilk dəfə önə sürmüş Əli bəy Hüseynzadənin şəxsi arxivi 2006-cı ildə qızı Feyzavər xanım Alpsar tərəfindən Eğey universiteti ədəbiyyat fakültəsi Tütk dili və ədəbiyyatı bölümünə bağışlanmışdır.

Bu arxivin təsnif və tədqiqi ilə məşğul olan, Azərbaycan ədəbiyyatının Türkiyədə yorulmaz tədqiqatçısı və təbliğatçısı, dəyərli dostum professor Əli Yavuz Akpınarın bildirdiyinə görə, Əli bəy Hüseynzadənin arxivində onun əsərlərinin əlyazma və ya çap nüsxələri; tərcümələri; ən əskisi 1905-ci illərə aid iyirmiyə yaxın qeyd dəftərləri (bunların bir neçəsi 1926-cı il Bakı Türkoloji Qurultayına aiddir); özünün müxtəlif qəzət və jurnallarda çap olunmuş yazılarının kəsikləri; ailəsi ilə və Azərbaycan mədəni həyatı ilə bağlı sənədlər; özünə, ailəsinə, ətrafındakılara və dönəminə aid bir çox fotoşəkil; Türkiyə, Azərbaycan fikir və ədəbiyyat həyatına aid az sayda kitablar; Azərbaycanda və ya Türkiyədə çap olunmuş müxtəlif qəzet və dərgi nüsxələri; özünün bilavasitə yayınladığı "Həyat" qəzeti və "Füyuzat" dərgisinin tam kolleksiyası; yazılarının çıxdığı "İrşad" və "Tərəqqi" qəzetlərinin bəzi nömrələri; ona yazılan yüzdən çox məktub (bunlar içində Abdullah Cevdət, Əli Heydar Midhat, Əhməd Ağaoğlu, Y. Akçura, H. S. Ayvazov, Əhməd Kamal, Əhməd Raik, İsmayıl Haqqı, A. Talıbov, Fərhad Ağazadə, Muallim Fevzi və s. kimi dönəmlərində Türkiyə, Azərbaycan və ya digər Türk ölkələrinin taleyində müəyyən rol oynamış ziyalılarının məktubları) və daha bir çox rəsmi sənəd var.

Bir neçə il əvvəl Əli Yavuz bəy arxivdəki bəzi rusca məktubları Türkiyə türkçəsinə çevirmək üçün mənə göndərmişdi. Bu çevrilər Türkiyədə nəşr olunmaq üçün sırasını gözləyır. Bunlardan ikisi Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuş, bu il 150 illiyini qeyd etdiyimiz Əlimərdan bəy Topçubaşovun Əli bəy Hüseynzadəyə yazdığı məktublardır. Məktublardan biri Balkan müharibələri dönəmində və Birinci Dünya Müharibəsi ərəfəsində Bakıda yazılmış və o illərdə Azərbaycan ziyalılarının Türkiyənin içinə düşdüyü faciəvi vəziyyət qarşısında yaşamış olduqları xəyal qırıqlıqlarını və dərin əndişəni təsirli bir şəkildə əks etdirməkdədir. İkinci məktub isə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan iki ay keçməmiş Parisdən göndərilmişdir.

Bu məktubların öz türkcəmizə çevirilərini qəzetiniz vasitəsi ilə Azərbaycan oxucularına təqdim edərkən, professor Əli Yavuz Akpınara da təşəkkür etməyi özümə borc bilirəm.

Hacali Nəcəfoğlu

Qars, Türkiyə

4 aprel 913, Bakı

***

Əziz Əli bəy!

Sənə ətraflı məktub yazmaq və bununla sənin açıqcalardakı qısa, amma xoş yazılarına və Dadaşev vasitəsi ilə göndərilmiş məktubuna cavab vermək düşüncəsini daim içimdə bəsləyirəm.

Amma etiraf etməliyəm: [yazmağa] cəsarətim çatmır!g Hər şey tamamən iyrənc, axmaqca, ümidsizcə gedir... Nəhəng Türk [dövlətinin] oyuncaq dövlətlərlə mübarizəsinin bu cür sonlanacağını təsəvvur edə bilməzdim... Əlbəttə, ruhdan düşməmək, enerjigücü qorumaq lazımdır, amma açıqca söyləsək, indi heç bir şey belə tövsiyəyə əməl etməkdən çətin deyil. Hər şey gözümdə tamamən cığırından çıxmış kimi görünür! İslam dünyası üçün keçmiş tarixdə buna bənzər ümidsizcə ağır bir anı tapmaq çətindir.

"Avropa" adlanan o satqın fahişəxanada nələr baş verir? Ya İstanbulda, bu ümumi həsəd və nifrət mərkəzində, Osmanlı imperiyasının bu xırçın dəhasında [nələr baş verir]? Bütün bu şəhərin Aya Sofyası ilə birlikdə cəhənnəmə vasil olduğu xəbəri alınsaydı bütün əzablarımdan və ruhi iztirablarımdan ötrü [bilirsənmi] necə mükafatlanmış olardım.

Gerçəkdən, sizin oralarda nələr baş verir?!.

Burada heç bir şey bilmiriz ki: [eşitdiklərimizin ] hamısı iyrənc primitiv diplomatların yalan hoqqabazlıqları... Bütün bu sözlə ifadə edilə bilməyəcək qədər iztirablı aylar boyunca rus qəzetləri rus teleqraf agentliyi üzərimizə qəsdən tədəvülə buraxılmış iyrənc yalanlar yağdırdı...g

Biz indi hər tərəfdən üstünə hürülən Türkiyədəki işlərin vəziyyəti haqqında az-çox gerçək məlumatın acı təşnəsiyik. yalnız müsəlmanlar deyil, hər kəs belədir, zira yerli qəzetlərin yazdıqlarına heç inanmaq istənməyir...g Bu qəzetləri ələ almaq belə mədə bulandırır.

Başqa heç bir şey haqqında sənə yazmıram yaza bilmirəm, zira bütün fikirlərim bir məsələyə cəmlənmiş: sonu necə olacaq?.. Buna görə tək xahişim: oradakı vəziyyət haqqında bir şeylər yaz. əlbəttə, çeşidli mülahizələri diqqətə alaraq qədər mümkünsə [o qədər yaz].

Bu məktubu Abug(oxuna bilmədi -H.N.) aparır. Təəssüf ki, onu burada az gördüm, onun üçün büyük yığıncaq təşkil etmək istədim, amma alınmadı: çox hayf, zira yaxşı təsir bağışlayır...g Onunla bəzi şeylər haqqında danışdıq, çoxu maarif mədəniyyət mövzularında. İndi bütün qüvvələri bu cür mövzulara səfərbər etmək lazımdır.

Özüm haqqında heç yazmıram, zira özümü çox pis hiss edirəm...g Uşaqlar sağlamdırlar böyüyürlər: Ələkbər bu il kursu bitirir, Sara 5-ci sinfə keçir, Rəşid 3-cü sinfə, Sevər oxumağa başlamaq istəyir, Ənvər isə 3 yaşındadır. Onların hamısı, şəxsən mən sənə salam göndəririk. Salamat qal.

Səni sevənləri unutma. Əlimərdan.

***

37, RYE DECAMPS

(AVENUE HENRI-MARTIN)

TEL.: PASSY 47-25

23.6.20

Paris

Əziz Əli bəy,

Əgər dünyanın bütün iblisləri Şərq əleyhinə yönəlik cəhənnəm planı hazırlamaq istəsəydilər, bu an kainatın bu hissəsində talehin cilvəsiylə tətbiq edilən yıxım tərzindən daha yaxşısını düşünə bilməzdilər. Amma digər tərəfdən bütün böyük hadisələr, hər cür dirçəlişlər; sonradan gözəl çiçəklər bol məhsul əldə edə bilmək üçün mütləq qurbanlar qanlar tələb edirsə, yaşadığımız günlər bütün dəhşətləri ilə qədər faciəvi olsalar da [aramızda] bədbinliyə, ümidsizliyə yer olmamalıdır...

Xüsusilə, ölçülə bilməz ağırlıqda vəzifə qəbul etmiş bizlər, indiki vəziyyət qədər çətin olsa belə, ümidsizliyə qapılmamalıyıq. mən, əzizim, bəlkə qüvvədən xaricdir, bunu etməyə, necə olarsa olsun ruh yüksəkliyimi saxlamağa çalışıram. Eyni şeyi, dostum, sənə tövsiyə edirəm. Çünki, Uca Tanrı, hər cür məhrumiyyətlərə həyatın məşəqqətlərinə dözmən üçün səbri səndən əsirgəməmişdir.

Artıq iki aydır ki, kimlərin hökm sürdüyünü bilmədiyim ölkə[m] necə yaşadıqlarını ilə dolandıqlarını bilmədiyim ailə[m] ilə əlaqələrim büsbütün kəsilmişdir...g Əgər belə davam edərsə, yaxında mən bütün nümayəndə heyətimiz burada möhtac vəziyyətiə düşəcəyik!.. Bəs 78 Azərb[aycanlı] tələbə burada, Almanya İtaliyada edəcəklər - düşünmək belə qorxuncdur...g Fəqət, rədd olsun bədbinlik gəlin daha yaxşı gələcək ümidləriylə bəslənək...g Eynı şeyi zavallı dostumuz Əhmədə demək istəyərdim...g Heyhat, o bunlardan uzaqdır...g Ən başlıcası, o mənimlə səndən az səbrlidir. Buna görə hələlik onun işindən müsbət bir şey çıxana qədər ona nəsə yazmaq istəmirəm. Hələ ki bir şey çıxmır. O, mənə məktub yazaraq güya yardım edə biləcək bir şəxsi işarə etdi. Mən nəinki o şəxsə, başqalarına da müraciət etdim, yenə bir nəticə hasil olmadı. Əlbəttə, bu haqda ona yazmağa gərək yox: tamamən məyus olacaq ruhdan düşəcək. Amma sən bil ki, indi kimsə yardım etmək vəziyyətində deyil, həm kimsə ayrılıqda yardıma ümid edə bilməz. [Bu] ümumi işdir, hər kəsə aiddir buna görə jurnalist, göz həkimi, general hatta nazir belə olsalar, onların taleyi ilə bağlı qərar da ümumi olacaqdır. Yeri gəlmişkən, Abxaz bir nazir indi Londondadır. , əzizim, məktublaşırsansa, dostumuza narahat olmamasını bilavasitə yazmanı (əğər məktublaşmırsansa, arvadı vasitəsi ilə [çatdırmanı]) səndən rica edirəm, zira indi mümkün lazım olan hər şey edilir yaxında [məsələnin] mübət mənada həll ediləcəyinə ümid var. Müvəffəq olduğuma tam inandığım zaman mən özüm ona yazacam. Heç narahat olmasın və əgər əlinin altında materiaallar varsa son 5-6 ildə şahid olduğu hadisələr haqqında məqalələr seriyası yazmağa başlasın. Sonra hamımız təəssürat və məlumatlarımızı mübadilə edərik. Ümid edirəm ki, sən Sitarə xanımla görüşüb, onauşaqlara mənim salamlarımı çatdırarsan: heç kimi unutmamışam və yardım etmək istədiklərimə qarşı borcumu yerinə yetirmək üçün qüvvəmin zəifliyinə məyus oluram. Biz Rəşid ilə tez-tez sənin ailəni, uşaqlarını (hələ görmədiyimiz uşağını da) xatırlayırıq. İnanıram ki, hamınız sağ salamatsınız, uşaqlar böyüyürlər və həm də gümrahdırlar. Bəhramdan sadəcə bir məktub gəldi. Sən, əlbəttə, bilirsən. O, Darmstadtda oxuyur, daha doğrusu, Texnik universitetə daxil olmaq üçün hazırlanır. Onun adresi: Darmstadt, Dieburger Str. 10I. Rəşid tətildədir, mənimlə bərabər yaşayır, sizinkilərə salam göndərir, tez-tez sənin nəzm əsərlərini xatırlayır. İnanıram ki, mənim adımdan dostlarımı salamlamağı unutmayacaqsan. Amma, kimə - sorarsan...g Hər halda heç olmasa faktiki olaraq T[ürkiyə]ni Gürc[istan] ilə bağlayan şairdoktor kalmıştır. Bu yaxınlarda onun hərbçi qaynı buradan ayrıldı, möhtəmələn onunla görüşərsən. Bir daha səni və uşaqlarını öpürəm, xanımına salam [söyləyirəm]. Sağlıqla qal, özünügücünü gələcək üçün qoru, hər cür materialı topla - lazım olar. Hər zaman səni səvən, Əlimərdan.

 

 

Hacalı Nəcəfoğlu

 

Ədalət.-2013.-2 may.-S.5.