MİNGƏÇEVİR - ONU SEVƏNLƏRİN ŞƏHƏRİ

 

Ana Kürün qədim sevdalısımı, yoxsa?

 

Region səhifəsinin bütün yazıları təbii ki, "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsindən istiqamətlənir. Bu dəfə də istisna deyil. Mingəçevir şəhərindən hazırladığımız materialın da əsasını burada görülən işlərin səviyyəsi, şəhərin bütün sahələr üzrə inkişafı və modernləşməsi təşkil edir.

Ancaq bir vacib məqam da var. Mingəçevir deyəndə bu yerlərin tarixi çox vaxt yeni salınan bu şəhər su elektrik stansiyası, eləcə yerlilərin "dəniz" adlandırdığı Mingəçevir su anbarı ilə məhdudlaşdırılır. Keçmişə boylanmaq bugünkü Mingəçevir əzəmətinin gözəlliyinin fonunda bəlkə bir elə maraqlı görünmür. Əslində isə yaxınlarda 60 yaşı qeyd edilən bu əsrarəngiz şəhərin ərazisində eramızdan əvvəl III minlikdən başlayaraq insan məskənlərinin mövcudluğu barədə mənbələr var. Arxeoloji materiallar burda yaşamış insanların yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edir. Qazıntılar zamanı tapılmış yunan, Roma başqa sikkələrin bu yerlərdə ticarətin inkişafını göstərir. Sonralar XVII əsr türk səyyahı Evliya Çələbinin "Səyahətnamə" əsərində Kür çayının sağ sahilində ipək parça emalatxanaları, məscidi, bir çox binaları hamamı olan Mingəçevir adlı yaşayış yeri barədə məlumat verilir. Mingəçevir sözünün etimologiyası haqqında mülahizələr çoxdur. Bu mlahizələrdən bəziləri hətta əfsanələşmiş şəkildə yaddaşlara ötürülsə , bəziləri tarixi faktlarla təsdiqlənmişdir. Akademik Ziya Bünyadovun Xilafət tarixi ilə bağlı əsərlərində Mingəçevir sözü oxşar bir formada xatırlanır, Azərbaycanın bu qədim yaşayış məskəninin əhəmiyyəti vurğulanır. Türk tayfalarınının vətən deyib yaşadıqları yerlərə min illər sonradan qayıdışında milli-bioloji yaddaşın görünür Kür boyu ərazilərimiz üçün istisnası olmayıb.

 

...Yoxsa Tanrı sevgisidir bu şəhər?

 

Mingəçevir şəhəri Böyük Vətən müharibəsindən sonrakı illərdə yaradılmış iri sənaye mərkəzlərindəndir. bu da sirr deyil ki, indiki Mingəçevir əsasən hidrotexniki kompleksin tikintisi ilə əlaqədar salınmışdır. Əvvəllər Mingəçevir su-elektrik stansiyası adlanan sonralar Azərbaycan DRES-i kimi formalaşan nəhəng energetika mərkəzinin birinci növbəsi ulu öndər Heydər Əliyevin respublikaya ilk rəhbərliyi zamanı istifadəyə verilmişdir. Miqyasca Azərbaycanın dördüncü sənaye şəhərinə çevrilən Mingəçevirdə energetika ilə yanaşı digər sahələr sürətlə inkişaf etmişdir. Elektrotextika, kimya neft-kimya, maşınqayırma, yüngül sənaye, yeyinti məhsulları, tikinti materialları başqa sənaye sahələri genişlənərək Mingəçeviri keçmiş SSRİ miqyasında da tanıtmışdır.

...İndi bu şəhər Azərbaycan Dövlətinin, Prezident İlham Əliyevin qayğı diqqəti sayəsində özünün ən yüksək mərhələsinə - arzulanan səviyyəsinə çatmaqdadır. Mingəçevir artıq dünyada tanınan gözəl müasir şəhərə çevrilməkdədir. Daxili xarici turizm marağı digər göstəricilər bunu sübut edir.

Şəhər rəhbərliyi, icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirin bütün istiqamətlərdə inkişafı üçün var qüvvəsini sərf edir. İşgüzarlıq, səmimilik məmur davranışında intelektual münasibət, dövlətçiliyə xalqa xidmətin mühüm prinsipləri bu şəhərin gündəlik həyat ritminə köklənir. Belədə bir sıra anlaşılmazlıqlar da aradan qalxır, hamı ümumi uğurların iştirakçısına çevrilməyi daha çox fayda verməyi özünə borc bilir. Şəhərin ab-havası belədir bütün bunlar son vaxtlar görülən işlərə sərf-nəzər etdikdə aydın görünür.

 

Bugünkü inkişaf fərəhləndirir

 

Mingəçevir şəhərinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr edilmiş müşavirədə söylənildiyi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il aprel ayının 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dövlət başçısı qeyd etmişdir ki, keçən il ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş ötən ilin yekunları bu ilin inkişafına möhkəm zəmin yaratmışdır. Birinci rübdə ölkə üzrə ümumi daxili məhsulun 3,1 faiz artdığını vurğulayan ölkə rəhbəri qeyd etmişdir ki, əldə olunan uğurların əsasını 11,4 faiz artmış qeyri-neft sektoru təşkil etmişdir. İlin birinci rübünün yekunlarına qiymət verən Prezident bildirmişdir ki, birinci rüb ərzində inflyasiya cəmi 1,2 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 6 faiz artmış, kənd təsərrüfatı sahəsində artım 4 faizdən çox olmuşdur.

Azərbaycanın regionlarında müşahidə olunan dinamik inkişaf, regionlara göstərilən yüksək dövlət qayğısı bu gün Mingəçevir şəhərində öz canlı əksini tapmışdır.

Aprel ayının 16-da Mingəçevirdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak etmiş, görülmüş abadlıq quruculuq işləri ilə tanış olmuşdur.

Dövlət başçısı yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş sonra Mərkəzin açılışında iştirak etmişdir. Mərkəzi gəzdikdən sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Ümumi ərazisi 6 hektar olan Müşviq Mirzəyev adına parkda quraşdırılan müasir işıqlandırma sistemi, abadlıq, quruculuq yaşıllaşdırma işləri ilə tanış olduqdan sonra cənab Prezident Gənclər evinin açılışında iştirak etmişdir. Daha sonra dövlət başçısı əsaslı yenidən qurulmuş Sahil parkında aparılmış işlərlə tanış olmuşdur.

Mingəçevirə səfər çərçivəsində cənab Prezident Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxış keçirmiş Mingəçevir su anbarının təhlükəsizlik sistemi ilə tanış olmuşdur.

 

(ardı gələn sayımızda)

 

 

MƏZAHİR ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-2 may.-S.7.