POEZİYA -
2011-2012
ƏDƏBİ
HƏYAT
(əvvəli ötən şənbə
saylarımızda)
Bir
daha təkrar edirik: XXI əsrin qoşması, gəraylısı,
heca şeiri heç də XVIII ya XIX əsrin qoşmasına,
gəraylısına bənzəmir. Forma, struktur dəyişməyib,
amma bədii təfəkkürdə yeniləşmələr
baş verir.
Gəldinsə,
deməli, getməyin də var,
Dünyayla
qalmağa əmr yoxuymuş.
Burda
su xəmiri aparıb gedir, -
Suyu çox aparan xəmir yoxuymuş.
De, kimin yanına qolu düşməyib?!
Kimin komasına dolu düşməyib?!
Elə
bil şahların yolu düşməyib,
Elə
bil Teymurtək Əmir yoxuymuş!
Qaldıqca
üst-üstə qalandı hər şey,
Dünyanın
özünə qalandı hər şey,
Sən
demə, quruca yalandı hər şey,
Səndən
sonra bir səs-səmir yoxuymuş!
Deyirəm,
yoluna, izinə heyif,
Vaxtın yoxuşuna, düzünə heyif.
Zirəddin,
özünə, özünə heyif,
Ölümdən
o yana ömür yoxuymuş!
Zirəddin Qafarlının bu qoşması öz forma
mükəmməlliyinə görə klassik sənətkarların
qoşmalarına çox bənzəyir. Professor Məhərrəm
Qasımlının belə bir fikrinə mən də şərikəm:
"Zirəddin gidi dünyanın olub-olacaqlarını
ozancasına ümumiləşdirməyi bacarır". Göründüyü kimi, baba qoşmamız formaca
dəyişməyib, necə deyərlər, geyimi-gecimi,
yarı-yaraşığı, ululuğu-qədimliyi hifz
olunub, amma bu qədimlikdə təzəlik gözə dəyir,
XXI əsr şairinin poetik təfəkkürü diqqəti cəlb
edir. Eyni fikri onun gəraylıları haqqında da
söyləyə bilərik:
Bir
körpəcə uşaq idim,
Saçlarımda dən qayıtdım.
Əcələ
yoldaş olmadım,
Əcəl getdi, mən qayıtdım.
Bu Yer nədi, bu Göy nədi?
Ömür gündə bir öynədi.
Burnumun
ucu göynədi,
Gözlərimdə çən qayıtdım.
Ay Zirəddin,
qəm keyimiş,
Sevinc
ayıq, qəm key imiş,
Ölüm
nə ucuz şey imiş,
Öldüm, ölümdən qayıtdım.
Tahir
Talıblının, Balayar Sadiqin, Nazir Rüstəmin,
İslam Sadığın, Sabir Yusifoğlunun, Baloğlan Cəlilin,
Anar Aminin də 2011-2012-ci illərdə çap olunan gəraylılarını
oxudum və sevindim ki, necə deyərlər, qədim
havalarımızı təzə səslə oxuya bilirik.
VII
Hər bir ədəbi mərhələdə yaranan əsərlərin
xarakterik qəhrəmanı olur. Poeziyanı götürək:
keçən əsrin iyirminci-otuzuncu illərinin qəhrəmanı
"ələmdən nəşəyə" addımlayan,
yeni quruluşu ürəkdən alqışlayıb
bolşevik platforması mövqeyində dayanan sırf ideoloji
bir qəhrəman idi. Qırxıncı illərin
poeziyasında isə döyüşçü obrazı
aparıcı idi və müharibə bitdikdən sonra da bu
obraz qəhrəmanlıq, igidlik nümunəsi kimi bir
çox şeirlərin, poemaların qəhrəmanı oldu.
Sonra əllinci illərin döşü ulduzlu əməkçi
qəhrəmanları və sadə, sıravi zəhmət
adamları gəlir. Hələlik birincilər
üstün idi və yazılan əsərlərin əksəriyyətində
o qəhrəmanların ordenləri, medalları daha çox
görsənirdi, nəinki hissləri, duyğuları.
Altmışıncı illərdə isə mənzərə
dəyişir: nəsrdə olduğu kimi, poeziyada da sadə,
sıravi, adi insanların həyatı, hiss və həyəcanları,
gündəlik qayğıları ön plana keçdi. Ancaq altmışıncı illərin poeziyasında
başqa bir qəhrəman tipi də diqqəti cəlb edirdi,
bu da dünyada gedən ictimai-siyasi hadisələrə
münasibətini gizlətməyən, mənsub olduğu
xalqın milli-mənəvi dəyərlərinə,
şanlı tarixi keçmişinə ürəkdən
bağlanan soydaşımız idi. Yetmişinci-səksəninci
illərdə də poeziyamızın qəhrəmanları (həm
lirik, həm də epik səpgili) daha çox milli mentaliteti ilə
seçilən qəhrəmanlar idi. Doğrudur, səksəninci
illərin sonlarına qədər sosializm realizmi
konsepsiyasını ifadə edən "müsbət qəhrəman"g
bu obrazların da ideya yönümünü müəyyənləşdirirdi,
amma get-gedə "müsbət qəhrəman" konsepsiyası
deformasiyaya uğramağa başladı, çünki hər
bir insan təbiəti, xarakteri etibarilə mürəkkəbdir,
onu "boyaların qatışığında" - müsbət
və mənfi xasiyyətlərinin birgəliyində əks
etdirmək lazımdır.
Doxsanıncı illərin ictimai-siyasi hadisələri ədəbiyyata,
o cümlədən, poeziyaya da təsirsiz qalmadı. Azərbaycanın müstəqilliyi
uğrunda gedən savaşlar, 20 Yanvar, Xocalı faciələri,
yeni-müstəqil Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni
sahələrdə, ordu quruculuğunda çətinliklərdən
keçə-keçə bir çox uğurlara imza
atması, beynəlxalq aləmdə özünü
tanıtmasıgEyni zamanda, həyatda, cəmiyyətdə
baş verən mürəkkəb, təzadlı hadisələr,
neqativ halların, korrupsiyanın, rüşvətxorluğun,
regionçuluğun yeni dalğasıgziyalıların maddi, mənəvi
durumunun pisləşməsi, pulun, bazar əxlaqının
şüurlara hakim kəsilməsi... bütün bunlar ədəbiyyatda
əks olunmalı idi və etiraf edək ki, müəyyən
dərəcədə öz əksini tapdı da. Lakin ədəbiyyat, o cümlədən, poeziya
dövrün qəhrəmanını yaratmaqda, onu bir nümunə
kimi nəsillərə tanıtmaqda bir o qədər də fərqlənmədi.
Passiv hərəkət etdi. Gözləyirdik
ki, həmişə gerçəkliyi qabaqlamağa
çalışan və buna çox zaman nail olan ədəbiyyat
müstəqillik dövrünün özünün qəhrəmanlarını
meydana gətirəcək. Elə bir ədəbi
qəhrəman ki, heç olmasa, iyirmi-otuz ildən sonra onun
timsalında geriyə-keçən əsrin doxsanıncı
illərinə-ikimininci illərin əvvəllərinə
boylanmaq, bu dövrü "oxumaq" mümkün olsun.
Amma gözlədiyimiz ədəbi qəhrəman
meydana çıxmadı. Bunun səbəblərini
necə izah etmək olar? Mürəkkəb
idi 90-cı illər, məmləkətdə baş verən
hadisələr sürətlə bir-birini əvəz edirdi,
onlardan baş çıxarmaq çətin idi. Məsələn, dünən qəhrəman kimi
alqışlanan insan bu gün ifşa hədəfinə
çevrilirdi. Müxalifət-İqtidar münasibətlərinin
gərginliyi, onları təmsil edən siyasi partiyaların
çəkişmələri və doxsanıncı illərin
ictimai-siyasi həyatındakı şoular gərək ki,
unudulmasın.g
Bəli, DÖVRÜN QƏHRƏMANI (burada N.Dobrolyubovun
"Zəmanəmizin qəhrəmanı nə zaman
yaranacaqdır?" məqaləsi yada düşür)
yaranmadı. Amma ədəbiyyat, poeziya dövrün nümunəvi
ədəbi qəhrəmanını yarada bilmədisə,
dövrün özünün xarakteri, onun mürəkkəb
səciyyəsi özünün inikasını
ayrı-ayrı əsərlərdə tapa bildi. Gəlin, 2011-2012-ci illərdə çap olunan
poeziya nümunələrinə diqqət yetirək.
Bugünkü
poeziyada əsas motivlər bunlardır: Öz Vətənini
sevən insanın (Azərbaycanlının) torpaq, yurd həsrəti,
necə deyim: Vətəndən Vətənə boylanan sətirlərgAzərbaycançılığın
və türkçülüyün tərənnümügQarabağ
mövzusu...gYeni dövrün, yeni quruluşun mahiyyəti ilə
heç cür barışmayan və yaxud onu çətinliklə
qəbul edən insanın sərt, yaxud mütərəddid
mövqeyi...gÖz ürəyiylə tənha qalmış
lirik qəhrəmanın etirafları...gHəyat, ölüm,
vaxt, zaman, keçmiş və gələcək barədə
poetik düşüncələri əks etdirən fəlsəfi
motivlər...g Və əlbəttə, sevgi motivləri... Göründüyü kimi, poeziyada əks olunan
motivlər rəngarəngdir və bunların sayını bir
qədər də artırmaq olar. Bu motivləri
əks etdirən şeirlər təkcə şair
ilhamının diktəsi yox, həm də zamanın diqtəsidir.
Yeri gəlmişkən bir məqamı da qeyd edim: bu motivlər
arasında sinxron əlaqə də diqqətdən
yayınmır.
VIII
Qarabağ mövzusunda olduqca çox (deyərdik ki, qədərindən
də artıq) şeirlər qələmə alınıb. Və həqiqi,
əsl poeziya nümunələri ilə yanaşı, gizlətməyək
ki, saysız-hesabsız zəif və bəsit şeirlər də
çap olundu, auditoriyalara yol tapdı. Əlbəttə,
istər zəif, istər ortabab, istərsə də həqiqi
olsun, Qarabağdan söz açan şeirlərin Qarabağa məhəbbətdən
doğduğuna heç bir şübhə ola
bilməz. Ancaq poeziya təkcə məhəbbət
üstündə qurulmur, poeziyanın öz qanunları var və
bu qanunlar mövcud olmasaydı dahi Füzuli ilə onun
yaşadığı əsrdə bir nəzmkarın, Mirzə
Ələkbər Sabirlə adi bir həcv yazanın fərqi
bilinməzdi. Bu mənada Qarabağa,
itirilmiş torpaqlara həsr olunan, yurd həsrətini ifadə
edən və əsl sənət nümunəsi hesab olunan
şeirləri və olsun ki, bir neçə poemanı iki
cildlik bir kitaba sığışdırmaq
mümkündür.
Qarabağ
həsrətini öz içində yaşadan,
yazdıqları şeirlərin kəmiyyətinə görə
deyil, o həsrətin yüksək poetik ifadəsinə
görə seçilən şairlər də var. Camal
Yusifzadənin "Hara gedim?" şeiri dostu Seyran Səxavətə
ünvanlanıb və o şeirdə çağdaş Azərbaycan
şairinin təkcə arzuları ifadə olunmayıb, həm
də "Şair və Qarabağ" problemi öz əksini
tapır. Bakıda havası çatmayan Camal
Yusifzadə Seyran Səxavətə üz tutub deyir ki, hara
gedim, hayana, Turanamı, İranamı, Londonamı, Parisəmi,
Dubayamı? Yox, heç birinə..
Bəlkə?.. Bəlkə Qarabağa?
Silahla, tək!
Kim öləcək biz getməsək?
Payızdı
dag
Qabaqdan da
qış gəlirg
Gedək
görək
Qar düşübmü Qarabağa?
Yaz əkini,
payız şumug
Gübrə gərək torpağa.
Bəlkə gedək?
Çətin
olmaz orda ölmək!
Başqa
bir şair - Adil Cəmil "Qarabağ" şeirində
yazır: "Qarabağ-qiyamətə qalan qisas. Sulanan sulux, Qurumayan göz yaşı, Bütün dərdlərimizin
başı, Yaxud, ümidimizə başdaşı. Könülsüz müharibə, məcburi
seçim. Doğanaqdan keçməyən
örkən, ya da uzanan sicim". Ancaq
poeziya və şairlərimizin Qarabağa münasibəti
heç də bu iki nümunə ilə məhdudlaşmır.
Deyək ki, Ramiz Duyğunun qələbəyə səsləyən
şeirləri də var, Nazir Rüstəmin Şuşa
həsrətini ifadə edən şeirləri də (Havam də
əsirdi, suyum da əsir - Şuşa dağlarını duman
bürüyür. Axtarma günahkar, günah bizdədi- Şuşa dağlarını duman
bürüyür). Başqa bir şair - Əli Nəcəfxanlı
bu həsrəti zilə qaldırır:
Şuşanı
görmədim gözümdolusu,
Şehli çiçəklərin gözü
yaşardı.
Turşsuyun
suları ilğıma döndü,
Daşların altında qaldı Daşaltı.
Şuşanı
görmədim gözümdolusu,
Gileyə dağların maralı gəldi.
Mənə
yaylıq verin, başıma örtüm,
Natəvan Bakıya yaralı gəldi.
Şuşanı
görmədim gözümdolusu,
Mənəm innən belə boynubükülü.
Ölüncə
yaramın qanı dayanmaz,
Üstünə qoymasan xarı bülbülü.
Öncə qeyd edildi ki, Qarabağ mövzusunda yazılan
şeirlərin sayı olduqca çoxdur. Amma bu fikri
2011-2012-ci illərin poeziyasına aid edə bilmirik. Çoxluqdan və bədii səviyyədən
şikayətlənməyə əsas var idi, amma indi
azlıqdan narazılıq etmək olar. Təbii
ki, indi şeir, ümumiyyətlə, bədii əsər
"propiska" yolu ilə, göstərişlə
yazılmır. Ancaq bu, elə
ağrıdır ki, onu unutmaq olmaz.
(ardı olacaq)
Vaqif YUSİFLİ
Ədalət.-2013.-4 may.-S.13.