NƏSRİMİZİN
ƏN MÜTEVAZİ YAZARI
TANIYIRSINIZMI ONU?
Bir Zamanlar yaman dəb idi: "yemək dadsız olanda bu altmışıncılar belə gəldi... belə getdi..., qutab duzsuz olanda bu altmışıncılar belə gəldi..., belə getdi..." deyə tutdurub gedirdilər. Və mən bu daşın həmən kimə atıldığını da o məqam hiss eləyirəm. Amma dəfələrlə desəm də ki, balam mənim bu altmışıncılar deyilən ədəbi sıraya heç bir dəxlim yoxdur, adam yenə də dediyini deyir. Bax, bu yazar Əli Həsənov da altmışıncılar sırasına layiq olsa da Ədəbiyyatımızda daşlaşmış 60-CILAR deyilən qrupa heç bir dəxli yoxdur. Olsaydı mənim "Əli Həsənovu" tanıyırsınızmı sualıma: O KİMDİ deyə sorğu ilə yanaşmazdılar.
Yazıram yuxarıdakı başlığı və özüm özümdən az qala hürkürəm: nə qədər türklər demiş, aptal bir sualdır bu sual ki, mən bunu araşdırmağa qalxıram, bunu düşünürəm? Axı nədən bu qədər aptalcasına və sadəlövhlüklə yanaşıram bu məsələyə? Yazar Əli Həsənov neyçin yazır? Bəli, bu sualın ağrısını başa düşdüyüm üçün deyil və onun yazdıqları haqqında illərdir tənqidin KOR və KAR qaldığını bu ədəbi camiəyə göstərmək üçün deyil, ümumiyyətlə mənim düşüncəmcə yazı yazan bir yazarın unudulduğu ədəbi camiədə onun nələr çəkdiklərini ifadə eləmək üçün yazmağa başladım bu yazınıg
Altmışıncılar deyilən bir nəslin içindən çıxan və heç zaman onun içinə buraxılmayan və hətta altmışıncılardan sonra da heç zaman heç bir nəslin içinə alınmayan bu YAZAR nədən yazır və neyçin yazır?
Bu yazmaq zəhrimarın bir şirinliyi, bir acılığı varsa o zaman nədən bu yazara bu DADI dadızdıran yoxdur və doğurdanmı bunu eləyən kimsə olmalıdırmı, yoxsa yox!
Çox sakit təbitəli və hətta heyrətli dərəcədə öz içinə qapanan bu YAZAR taleyin cilvəsiylə belə mərkəzdən uzağa düşdü və telə elə gətirdi ki, o Bakının bir qəsəbəsinə sığınmalı oldu. Və mən İstanbuldan qayıdanda Əlinin harda olduğunu yazar və ən etibarlı dostu Azər Abdulladan soruşdum və o bir az sıxıntı içində özünəməxsus qımışaraq bir şeylər dedi. İnanın ki, başımda İstanbul havası: mən də gülümsündüm və düşündüm: burada heyrətli heç bir şey yox kig çünki İstanbul boyda bir dünyada, İstanbul boyda bazar iqtisadiyyatlı şəhərdə hər şeyin alınıb-satıldığı bir ortamda hər hansı bir yazıçını da haradasa başqa bir işlə, amma namuslu bir işlə (bu da şərti bir deyimdir) məşğul olması heç də mənim üçün ağır gəlmirdi, amma heç şübhəsiz, hələlik bizim buna alışmağımız bir xeyli zaman tələb elədiyindən, burada bu məsələnin bir az daha irəli getməsini gözləməliyik və hətta düşünürəm ki, bizim ortaq dostumuz Yazar Azər Abdulla da buna etiraz səsini ucalda bilər və mən bu sətirləri yazdığım anlarda belə onun səsini eşidirəm. (yəni bunu niyə yazırsang kimi bir şeyg)
Əli Həsənov maraqlı bir yazar kimi gəncliyindən bizə tanışdır və o zaman da onun işləri daşdan çıxdığı kimi indi də həm şəxsi işləri daşdan çıxır, həm də yazıları daşa toxunurg Amma yazar Əli Həsənova heç zaman ən adi diqqət belə olmayıb. Bu onu incidirmi, incitmirmi bunu mən dəqiq bilmirəm, amma inciməyə daha çox haqqı olduğunu bilirəmg
Bir həqiqəti deməliyəm ki, Azər Abdulla ağlına və ədəbi zövqünə inandığım adam olduğu üçün, hətta Əlinin oxumadığım əsərlərini də mənə hər zaman tərifləyib (tərifə layiqsə tərifləyib) və elə tərifləyib ki, bəs bir çox zaman mən onun daha çox ifrata vardığını da ona xatırlatmışam, amma Azər çox ciddi deyir dediklərini. Buna görə də Əlinin bir yazar olaraq bir çox hekayələrini Folknerin hekayələri ilə müqayisə eləməsi bəzən məni sevindirsə də, yenə də düşünmüşəm ki, bəlkə Azər şişirdir bəzi şeyləri, bəlkə hissə qıpılır, amma Azər dediyində inad eləyib və Əli Həsənovun nəsr dilinin mürəkkəbliyi və leksikon çətinliyi bunu hardasa həqiqət olduğunu ortaya qoyur.
Əli Həsənovla uzun bir zamanın tanışı olsaq da bu sətirləri yazdığım anda onun neçə kitabının və ya ümumiyyətlə kitabının çıxdığından xəbərim yox idi. (indi maşallah qalın bir kitabı da çıxıb). Bunu mən özümə bir günah hesab eləsəm də, bir az təskinlik tapmaq üçün bəhanə arayıram, amma heç bir bəhanə tapa bilmirəm. Bircə mənə təsəlli budur ki, zövqünə və tərbiyəsinə inandığım, amma yenə də bir çox şeylərdə barışmadığım Azər Abdulla Əli Həsənovu özündən çox sevir və bu sevgisində də bir az onu anlamağa çalışıram ki, Azər Abdulla da yazar Əli Həsənov kimi bu yazar camiəmizdə bir çox zaman təklənmiş bir varlıqdır (amma yenə də Əli Həsənov kimi yox) və bu təklənmiş varlıq dediyim zamanda onu da düşünürəm ki, şəxsən mən bu cəmiyyətin içində olub nə qazanmışam? Və nəsə qazanmalıydımmı?
Bax, bu NƏSƏ QAZANMAQ ağrısı altında daha irəli gedəndə, yenə də içimi bir sual didir: bax bu yazar Əli Həsənov neyçin yazır, tamam yazır yazmağına və aradabir çap da olunur, amma ona bir quruş da olsun qonorar vermirlər çap olduğu qəzetdə (son zamanlar yenə də Azər Abudlla aracılığı ilə çap olunurdu, bu bazar iqtisadiyyatı dediyimiz amansız ortamda mən demirəm ki, onun yaradıcı haqqını kimsə yeyir, görünən budur ki, o, yalnız məncə mənəvi qida alır bu yazılardan. O yazılardan ki, ədəbi tənqid heç zaman ona sahib çıxmayıb və bəlkə də belə olması daha ədalətlidir. Və düşünəndə ki, Əli Həsənovun yeganə yaşamaq imkanı elə bu yazarlığından çıxırdı Sovetlər zamanında (o bir zamanlar "ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT", "OĞUZ ELİ" qəzetlərində çalışıb) o halda məni qəhər boğur: yaşın elə çağıdı ki, artıq Əli Həsənov bu yazılarıyla yeni sevdaya tuş gələn deyil, bir yazısıyla gedib kiminsə qapısını döyüb, lovğalanıb rüşvət alan deyil və o bunu heç zaman da eləmədi. Bütün bunlar olmadığı halda, bəs o zaman Əli Həsənov neyçin yazırg neyçin yazır? Və neyçin çap olunur, onu yazmağa bir instinktmi zorlayır, yoxsa yenə nəsə varmı bu yazı yazmanın arxa qatında ki, onu mən görmürəm.
Yox, bundan sonra daha şöhrət yazar Əli Həsənovun Bakının bir qəsəbəsindəki evinin qapısını döyən deyil və bundan sonra kimsə qalxıb Əli Həsənovu BÖYÜK YAZAR və ya GÖZƏL YAZAR, TANINMIŞ YAZAR elan etməyəcək və heç bir tənqidçi də onun ardınca düşüb, onun hekayələrində nəsə axtarıb tapmayacaq və onu dəyərləndirməyəcəkg
Bəlkə Əli Həsənov başqa bir zaman və başqa bir cəmiyyət üçün yazır?
Düşünürəm: o ZAMAN OLACAQMI?
Düşünürəm: o CƏMİYYƏT OLACAQMI?
Bu sualların ağırlığı altında yenə də düşünürəm:
O zaman, Allahım, bu yazar Əli Həsənov nədən yazır və neyçin yazır?
Anlamaqda zorluq çəkirəmg
Bəlkə sən izah edəsən, Azər Abdulla?
MƏNİM DEDİKLƏRİMƏ
ŞÜBHƏ ETDİNİZSƏ,
BUYURUN ONUN HAQQINDA FİKİRLƏRƏ BAXIN
Yazar Azər Abdulla "O zaman, Allahım, bu yazar Əli Həsənov nədən yazır və neyçin yazır? Anlamaqda zorluq çəkirəmg" sualına cavab verir :
- Tofiq bəy, nə qədər jurnalistlik etmək, qəzetçilik yapmaq olar! Bir vaxtlar - gəncliyində sənətçilərə verdiyin qəribə-gözlənilməz suallarla adamları çaşdırar, heyrətləndirərdin. Hər şeyin bir sonu olduğu kimi, görünür sənin maraqlı sorğularının da sonu çatıb. Sən məndən soruşsaydın "Əli Həsənli niyə az-az yazır?" - bu sualına əməlli-başlı cavab verərdim. Bir də ki, bu sualı Əli Həsənlinin özündən soruşsaydın, bəlkə daha düzgün cavab alardın.
Tofiq bəy, deyəsən, bu yanaşmanın özündə də bir bənzərsizlik - orijinallıq duyulmaqdadır. Başqaları bu sualı Əli bəyin özünə verərdi, ancaq səng
Bildiyin kimi Əli şoumen yazıçı deyil. Qırx bir ildi onu tanıyıram, bu illər ərzində bircə dəfə də olsun onu istər birbaşa, istərsə də dolayı yolla olsun özünü təbliğ etməyə, tanıtmağa can atan görmədim. Əli Həsənli səndən də, məndən də insaflı, ədalətli, imanlı olsa da, bizdən çox insanları sevsə də (!) adamların arasında, tünlükdə özünü çox rahatsız hiss edir, sıxılır. Əli bəydə, şoumen yazıçıları, şairləri demirəm, ən azı səninlə və mənimlə müqayisədə şöhrət hissi son dərəcə azdır.
Tofiq bəy, Yazıçılar Birliyinin qarşısındakı bağda çinarların altında bir balaca alça ağacı var, yazın bu vaxtı bəmbəyaz çiçəyə bürünüb. Ərinib eləmədən get o alça ağacından soruş - Sən niyə çiçəkləyirsən?...
Zalım çinarlar yarpaqlayandan sonra, kölgəsi hər yanı bürüyəndən sonra həvəslə, sevinə-sevinə çiçəkləyən o alça ağacı çox vaxt öz barını verə bilmir.
O alça ağacından ala biləcəyin cavab Əli Həsənlinin cavabı olacaq.
Tofiq bəy, sənin bu sualın məni ona görə əsəbiləşdirdi ki, sən Əlinin bir hekayəsini belə sonacan oxumamısan. Bu qovhaqov, bu qaçaqaç günlərin bir günü qurtaracaq, bir adam, bir tənqidçi, bir namuslu ədəbiyyatşünas, ədəbiyyat adamının qarşısına Əli Həsənlinin "Qayıq", yaxud "Ağ yol", yaxud "Pencək"g hekayələri çıxacaq. O adam çağımızdakı tənqidçilərin sayğısızlığına, zövqsüzlüyünə, diqqətsizliyinə daha nə bilim nələrinə güləcək.
Əli Həsənlinin neçə oxucusu var deyə bilmərəm, onu dəqiq bilirəm ki, Əli Həsənli həm də ona görə yazır ki, hər şer misrasını, hər cümləsini sevə-sevə, diqqətlə oxuyan oxucusu - Azər Abdulla var.
3 may 2003
Xalq şairi Qabil : "gGözəl hekayədir, nəsə elə olmalıdı. Namusla yazılıb. O hekayədə böyük güc, enerji tələb olunur. Əli onu krujeva kimi toxuyub". Söhbətlərin birində yazar Azər Abdullaya dediklərindən.
Jurnalist Sabir
Məmmədli: "Əli bircə bu
hekayəsi ilə ("Qayıq" hekayəsi) ədəbiyyatda
qalacaq. O hekayədə şişirtmə
olmasın, Dostoyevski ilə Heminquyeyin sintezi var. Zalım oğlu səbət
kimi hörüb".
"Xalq Cəbhəsi" qəzeti 19 fevral 2002.
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-4 may.-S.15.