"ŞUMERNAMƏ"

Yeni nəşirlər

Hər xalqın tarixi keçmişini və mədəni sərvətlərini bütün dolğunluğu ilə əks etdirən qaynaqları, onun doğruçu güzgüsü adlandırıla bilər. Bu yönümdən bəşər mədəniyyəti tarixində silinməz iz qoyan Azərbaycan xalqının rolu və xidməti əvəzsizdir. Xalqımız çox qədim dövlətçilik ənənələrinə, zəngin qaynaqlara və möhtəşəm ədəbi irsə malikdir. Ulu əcdadlarımız əsrlər boyu dünyanın hər yerində və tarixin bütün dövrlərində milli dəyərlər yarada bilmişlər. Bizə miras qalmış mənəvi sərvətlərimizdə xalqın ən qədim yaşayış səviyyəsi, uzaq minilliklərdən xəbər verən qayda-qanunları, ibtidai dini təsəvvürləri, müvafiq düşüncə tərzi və çox çalarlı dili öz əksini tapmışdır.

Dünyanın ən qədim sakinlərindən biri olan "Az" qəbilə birləşməsinin söykökündən olmağımıza baxmayaraq hələ lap qədim dövrlərdən bu günlərə kimi milli mənliyimiz, mənsubiyyətimiz, ərazimiz, dinimiz və dilimiz haqqında müxtəlif, bir-birinə zidd, qərəzli fikirlər söylənilmiş, müəyyən səpkili yazılar dərc edilmişdir.

Şükürlər olsun ki, bədxahlarımızın qara niyyətləri ayaq tutub yerimədi. İndi elm aləminə yaxşı bəllidir ki, bütün türk dünyasının fövqündə Azərbaycan türklərinin mənşəyi, qədim mədəniyyəti və qaynaqları dayanır.

Oljas Süleymenov Qazax türklərinin əcdadlarının Azərbaycandan getdiyini "Az-Ya" kitabında belə vurğulayır: "Qazax türklərinin ulu babaları Qərbdən, yəni Xəzərin Qafqaz sahillərindən köçüb gəlmişlər və ona görədir ki, Qazax türkləri dünyasını dəyişən mərhumlarını bu gün də üzü Qərbə - Azərbaycana sarı dəfn edirlər".

Türk xalqları min illər boyu dünyanın hər yerində və tarixin bütün dövrlərində iz qoymuşlar. Türklər tarix yaratmışlar. Ancaq bu tarixi izləri özündə əks etdirən elmi və ədəbi nümunələrdən xəbər tutmaq uzun müddət bizə, o cümlədən digər türkdilli xalqlarının bir çoxuna çətin olmuşdur.

Fədakar alim Tofiq Əhməd Nizammülkün tarixi kökümüzə gur işıq salan fundomental tədqiqat əsəri - "Şumernamə" elmi araşdırması bu boşluğu dodurmaq üçün atılan cəsarətli və uğurlu addımdır.

Əsərdən göründüyü kimi, necə deyərlər, ta bineyi qədimdən, yəni cəmiyyətin ilkin təşəkkül və inkişaf dövründən türk birləşmələri çox uzun, eyni zamanda maraqlı bir yol keçmişlər. Bu yolda acı da yemiş, şirin də dadmışlar. Fəqət heç zaman öz ali məqsədlərindən - cahana hürriyyət, bəşəriyyətə istiqlal, insanlara sülh və əmin-amanlıq məramından dönməmişlər.

Günümüzün ən ali idealı sayılan həmin duyğuları ulu əcdadlarımızdan qiymətli miras kimi qəbul edən indiki nəsil onu iyirmi birinci yüzilliyə çatdırmaq üçün bütün qüvvə və bacarığını əsirgəmir.

Ömrünü-gününü azəri türklərinin söykökünün araşdırılmasına həsr etmiş Tofiq Əhməd Nizammülkün bu əsəri min illərin qaranlıqlarında itib batmış tarixi faktlara işıq salır. Müəllifin bu dərin elmi-tarixi əsəri əzri türklərinin soy kökünün araşdırılması baxımından çox qiymətlidir.

Əsərin müstəqil respublikamızın dövlət bayrağına ithaf edilməsi də təsadüfi deyil. Axı ən qədim Şumer mənbələrində belə, dövlət bayrağımızın üçrəngli olması göstərilir. Bu bir daha sübut edir ki, azərbaycanlıların soy kökü tarixin özü qədər qədim və uludur. Azəri türkləri həmişə bu bayraq altında yaşamış, yaratmış, öz dövlətini, azadlığını, torpağını qorumuş, öz milli adət-ənənələrini gələcək nəsillərə çatdırmışlar.

Görkəmli xalq şairi Bəxtiyar Vahabzadə də çox gözəl demişdir:

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq nəmliyimdir, bayraq kimliyim,

Bayraq- öz yurduma öz hakimliyim.

Əsər boyu azəri türklərinin həyat yolları, onların azadlıq, müstəqil dövlətlərini yaşatmaq istəyi müxtəlif vasitələrdən, qədim qaynaq və mənbələrdən hərtərəfli istifadə edilməklə geniş surətdə təbliğ olunur. Hələ çox qədim minilliklərdə yaşamış Azəri xalqının mərd hökmdarəsi Tomris deyirdi:

Azadlıq! Öz böyüklüyünə və qüdrətliyinə inam! Budur mənim xalqıma əmanətim!

Azadlığı olmayan bu xalqın dərdlərdən, təhqirlərdən, əzablardan başqa nəyi ola bilər?! Siz də ömrünüzün ən ağır zamanlarında, ən xoşbəxt zirvələrində azadlığınızı unutmayın! Çünki öz xalqın, öz vətənin azad olmasa, ən uca hökmranlıq və şöhrət zirvəsində xoşbəxt ola bilməyəcəksiz! Xəyanatə və qılınc zərbələrinə qarşı od kimi ayrılmaz, su kimi bölünməz olmaq gərəkdir! O zaman yalnız bu əbədi göylərin altında var olacaqg Və azadlığınızı əlinizdən almaq istəyənlərə diz çökdürüb, baş əydirmək mümkün olacaqdırg

İnanırıq ki, Tofiq Əhməd Nizammülkün bu möhtəşəm "Şumernamə" əsəri hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək və nəsildən nəsilə keçəcəkdir.

Bu işdə fədakar alim, istedadlı qələm sahibi Tofiq Əhməd Nizammülkə yeni-yeni yaradıcılıq uğurları diləyirik.

"ÖLÜM, SƏBR ELƏ BİR AZ!"

Sizə təqdmi etdiyim bu kitabın müəllifi Səttar Pənahlı Yevlax rayonunun Nemətabad kəndinldə yaşayar. O, pedaqoji fəaliyyəti ilə yanaşı, jurnalistikaya da könül verib. Ona görə də imzası təkcə Yevlax rayon qəzetində deyil, həm də ölkə mətbuatında oxucularla görüşüb, tanışlıq əlaqələri yaradıb. Təbii ki, həmin imza öz sözünün, öz duyğularını ifadəçisi kimi diqqəti çəkibdir.

Bu günlərdə redaksiyamıza təşrif buyuran Səttar Pənah Türkel özünün yeni kitabını bizə hədiyyə etdi. Kitab "Ölüm, səbr elə bir az!" adlanır. Bir neçə bölümdən ibarət olan bu kitabda şairin poetik dünyası ifadə olunub. Onu da qeyd edim ki, Səttar Pənah Türkel klassik şeir üslubuna daha çox könül verdiyindən onun qəzəlləri də diqqəti çəkir. Məsələn, şair yazır:

Səttarı sevmirsənsə bəs bu yaxınlığın nədir

Mənimlə xoş rəftarın, rəğbətin öldürdü məni.

Və yaxud:

Səttaram, çox acizəm Əzrailin qarşısında,

Onunla bacarmaram, axı nə danım, köçürəm.

Daha çox öz düşüncələrini, istəklərini ifadə edən şair bütün qələmdaşları kimi həyatla, dünyayla, insanlarla, eləcə də böyük Yaradanla bağlı ifadə etdiyi fikirlərində özünəməxsusluğu, təbiiliyi qoruyub saxlamağa çalışır. O da əksər qələm adamları kimi, dünyanı, ölümü ittiham edir, qınayır. O da həyatı, sevgini tərənnüm edir, onun gözəlliklərini diqqətə çatdırır. Bütün bunların içərisində yaşını da, istəklərini də yaddan çıxarmır və yazır:

Mənlə vidalaşmağa

Gülüm, hələ tələsmə!

"Mən ölürəm" deməyə

Dilim, hələ tələsmə!

Və yaxud:

El dərdini çəkən şair,

Söylə, deyib gülərmi heç?

Hey ağlayar, hey sızlayar

Göz yaşını silərmi heç?

Bəli, Səttar Pənah Türkel özünün bu kitabı ilə oxucularını sevindirməklə yanaşı, həm də böyük söz dünyamıza öz nəfəsini də qatmağa çalışır. Onun ifadə üslubundan, sözə bağlılığından aydınca duyulur ki, o, bu yolda inadla, inamla yazıb-yaratmaqda qərarlıdır. Uğurlar olsun!

"YAXŞI SÖZ MƏLHƏMDİR"

Bu günlərdə tanınmış söz adamı, pedaqoq, alim, şair və necə deyərlər, hər kəsin sevimlisi olan Oqtay Rza mənə bir kitab bağışladı və bildirdi ki, bu kitabın müəllifi onun eloğlusudur. Başqa bir sənətin, peşənin sahibi olmasına baxmayaraq, müəllif həm də sözün, poeziyanın vurğunu, bu yolun istəklilərindən biridir. Elə bu kitab da onun oxucularla daha ətraflı təmasıdır. Bu kitaba qədər müəllif müxtəlif mətbu orqanlarda öz sözünü, öz poeziyasını oxuculara təqdmi edibdir.

Təbii ki, hörmətli Oqtay Rzanın bu kiçik təqdimatından sonra vaxt tapan kimi Manafağa Feyzullayevin şeirlərini gözdən keçirdim. İlk öncə gəldiyim nəticə bu oldu ki, müəllif mövzu baxımından rəngarəngliyə, ətrafında baş verən hadisələrin fonunuda yanaşmağa çalışır. Onun mövzuları həyatın öz çevrəsini, xüsusilə yaşadığı, duyğudu, hiss etdiyi hisslərin misralanmış formasıdır. Bir az da dəqiq ifadə etsəm, müəllif öz duyğusunu, öz fikirlərini, hətta arzu və xəyallarını da yaşadığı kimi, gördüyü kimi qələm alır. Məsələn:

Bacım ana olub sən işə bir bax,

Gülür gözlərində dünya sevinci.

Hərdən təbəssümlə körpəsi sayaq-

Baxır - sanki tapıb böyük bir inci.

Və yaxud:

Bağışla ürəyim, bağışla məni

Deyəsən incidib yormuşam səni.

Və yaxud:

Evin ağbirçəyi, böyüyü kimi

Həmişə hörmətlə dinər nənələr.

Kişilər səfərə gedən zamanlar

Evin kişisinə dönər nənələr.

Təqdim etdiyimiz bu şeir parçalarından da gördüyü kimi, burada poetik fikir, oxucu ilə təmas qurmaq istəyi şairin öz tərzində, öz imkanları daxilində ortaya qoyulub. Yəni müəllif hamının həmişə dediyi fikirləri özünəməxsus şəkildə ifadə edib. Ona görə də onun şeirlərindəki təbiilik, səmimiyyət təqdirəlayiqdir.

Uzaqdan öyrənib halımı sorma,

Sorğuyla bilinən hala nə var ki..?

Bəhanə axtarıb qəlbimi qırma,

Nahaqdan törənən qala nə var ki..?

Və yaxud:

Dünya əbədilik deyildi, dostum,

Onu əlimizdən alandı ölüm.

Həyatla yoxluğun astanasında

Ovunu gözləyən bir andı ölüm.

Bu şeir parçalarında da insan duyğuları öz ifadəsini oxucuya çatdırır. Yəni müəllif indiki psixoloji, siyasi gərginlik içərisində çapalayan insanların heç olmasa bir-birinə diqqət göstərməsini, ən xırda məqamları qalmaqala çevirməməsini və dünyanın heç kimə qalmayacağını öz üslubunda şeirə çevirir. Hiss olunur ki, həyata baxışı, ətrafı duymaq imkanları onun öz oxucusuna sadəcə nəyisə diqtə etmək yox, həm də tövsiyə vermək, xatırlatmaq arzusuna yol açır. O, öz yaşamını şeirin dili ilə poetik şəkildə oxucu ilə bölüşür.

Bütün mövzulara eyni prizmadan baxan müəllif sevgi-məhəbbət mövzularından da yan keçmir. Onun sevgi şeirlərinidə də bir səmimiyyət özünü ifadə edir. Şair yazır:

Mən qəlbi kövrəyəm, tez inciyənəm,

Mənim ürəyimi sındırma gülüm.

Bir az kədərliyəm, bir az qəmliyəm,

Mənim ürəyimi sındırma gülüm.

Manafağa Feyzullayevin oxuculara hədiyyə etdiyi "Yaxşı söz məlhəmdir" kitabında təkcə torpaq, vətən, yurd-yuva, sevgi, doğmalar barəsində maraqlı şeirlər öz əksini tapmayıb. Burada həm də uşaqlar aləmi, təmsillər, həmçinin qəzəllərə də yer ayrılıbdı. İxtisasca həkim olan müəllif özünün bu kitabı ilə oxuculara sanki bir şəfa diləyir. Axı həkimin əli də, sözü də bir şəfa mənbəyidi. Uğurlar olsun!

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2013.-8 may.-S.6.

"ŞUMERNAMƏ"

Yeni nəşirlər

2013-05-08 00:32   |   135 dəfə oxunub Şriftin ölçüsü: 