SƏNƏTKARIN
XOŞBƏXTLİYİ
(Xalq yazıçısı
Elçin Əfəndiyevin 70 yaşı tamam olur)
Xalq yazıçısı Elçin Əfəndiyevin 70 yaşı tamam olur. Doğrusu
bu "yetmiş
söhbəti" onun həmişə javan, heç vaxt bədii təravətini itirməyən
yaradıjılığı ilə müqayisədə bir az qəribə görünür.
Bu
gün çağdaş Azərbayjan ədəbiyyatının
ön sıralarında gedən, bu ədəbiyyatın əsl
mənada SMFƏTİNİ təyin edən şəxsiyyətlərdən
biri də Elçindir. Bu gün Elçinin adı hər bir
azərbayjanlı üçün tanış və
doğmadır. Son dərəjə qürur doğuran odur ki,
milyonlarla oxujuların bu məhəbbət və
ehtiramını illər, onilliklər də təsdiq edə
bilər. Elçin keçmiş SSRİ məkanında Azərbayjanı
layiqinjə təmsil edən, Ümumittifaq ədəbi
prosesində GÖRÜNƏN və SEÇİLƏN
yazıçı-tənqidçi kimi diqqəti jəlb
edirdi. Sonrakı onilliklərdə-90-jı illərdə və
ikimininji illərdə də Elçin
yaradıjılığına maraq və diqqət
azalmadı. Səbəbi odur ki, bir yazıçı kimi
Elçin üçün yaradıjılıq
axtarışları heç vaxt tükənməmişdir.
O, sanki ilk hekayəsinin çap olunduğu 1959-ju ilin iyun
ayından bu günəjən birnəfəsə bu
axtarışları davam etdirir. Təbii ki, istedadlı bir
yazıçı üçün həmişə
axtarışda olmaq kəşflərə və təsdiqə
aparan yoldur .
Elçin və onun çoxjəhətli (canr və mövzuja) yaradıjılığı barədə söhbətə onun atası, ustad sənətkar İlyas Əfəndiyevi xatırlamaqla başlamaq istəyirik.Ata-İlyas Əfəndiyev Elçin üçün janlı klassik idi, janlı SƏS idi. Təsəvvür edin ki, bizim hamımızdan min dəfə, milyon dəfə artıq bu gün bu janlı klassiklə,bu janlı SƏSlə ünsiyyət və təmasda olmaq nə demək idi. Elçin məhz bu ədəbi ojaqda-İlyas Əfəndiyevin ailəsində həyat və sənət dərsi keçmişdir. Bu sənət dərslərini belə ümumiləşdirə bilərik: ""qılınj kimi kəskin həqiqətləri", həyatın sərt üzünü, görünməyən qatlarını qələmə almaq, təsvir olunan obrazlara yalnız yaşadığı dövrün deyil, gələjəyin prizmasından yaqaşmaq, insanın mənəvi dünyasını, hisslər, duyğular aləmini jəmiyyət hadisələri ilə üzvi şəkildə bağlamaq, hətta uzaq və yaxın keçmişin olaylarını da bu günün ijtimai, siyasi, mənəvi mənzərəsi ilə bir araya gətirmək, Azərbayjan dilinin, zəngin folklorumuzun injəliklərinə üz tutmaq, həyatda baş verən ijtimai, mənəvi prosesləri vaxtında duymaqgBütün bu sənət dərslərinə mükəmməl yiyələnən Elçin -gələjəyin böyük sənətkarı -"mən həmişə bu yaradıjılıqdan öyrənirəm" devizinə sadiq qaldı.
Lakin Elçinin bir sənətkar kimi püxtələşməsini təkjə atasının-İlyas Əfəndiyevin sənət dərsləri ilə məhdudlaşlırmaq olmaz. Elçin dünya ədəbiyyatına çox yaxşı bələd olan, mütaliəsi geniş bir yazıçıdır. O, dünya ədəbi prosesində baş verən yenilikləri vaxtında duyur, öz yaradıjılığında da həmin yenilikləri hiss etdirir. Və ən başlıjası, o, müasir həyatın, gerçəkliyin özü ilə təmasda, ünsiyyətdədir.
Elçin Əfəndiyev hər şeydən əvvəl istedadlı bir nasirdir. Bu istedadın nişanələri onun elə ilk hekayələrində diqqəti jəlb edirdi.
1966-jı ildə Elçinin "Gənj yazıçının ilk kitabı" seriyasından "Min gejədən biri" adlı hekayələr kitabı işıq üzü gördü. Burada Elçinin yeddi hekayəsi və "Əsli və Kərəm" adlı lirik-yumoristik kiçik povesti təqdim olunmuşdu. Kitab "Nərdivanın birinji pilləsi" hekayəsi ilə açılırdı və müəyyən mənada bu hekayənin adı rəmzi məna daşıyırdı. Kitabı oxuyub başa çatdırandan sonra doğrudan da belə bir qənaətə gəlmək olurdu ki, "Min gejədən biri" bir yazıçı kimi Elçin üçün böyük ədəbiyyat meydanında ilk nərdivandır, özü də etibarlı, ujalıq üçün, yüksəlmək üçün -sənətdə özünü təsdiq üçün ilk uçuşdur.
Elçinin mənsub olduğu ədəbi nəsil "altmışınjılar" adlanır. Nlçin də Anar, İsi Məlikzadə, Fikrət Sadıq, Yusif Səmədoğlu, Fikrət Qoja, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Sabir Azəri, Fərman Kərimzadə kimi bu ədəbi nəslin nümayəndəsi sayılır. "Yeni Azərbayjan nəsri" ifadəsi daha artıq bu ədəbi nəslin (nasirlər) yaradıjılığı ilə bağlıdır. "Yeni Azərbayjan nəsri"ni səjiyyələndirən müəyyənediji əlamətlər haqqında ədəbi tənqid sonralar öz sözünü dedi. Ən başlıjası o idi ki, nəsrdə bir çox ənənələr, stereotiplər qırılmağa başladı, mövzu-problematika və sənətkarlıq baxımından mühüm dəyişikliklər nəzərə çarpdı. "Qum dənəsində kainatı görmək"ön plana keçdi, monumental, vüsətli "müsbət" qəhrəman xeyli dərəjədə öz mövqeyini itirdi, nəsrdə ədəbi qəhrəmanların bütün mürəkkəbliyi və ziddiyyətliliyi ilə təsvirinə diqqət artdı. Bunun üçün Elçinin 60-70-ji illərdə yazdığı povest və hekayələrə nəzər yetirmək kifayətdi.
Elçinin "Açıq pənjərə" povesti onun 60-jı illər yaradıjılığı üçün səjiyyəvi bir əsər idi. Bu povestdə yazıçı insan mənəviyyatına zidd olan meşşanlığı tənqid edirdi. "SOS" povestində isə həmin mövzu davam etdirilir. "Bu dünyada qatarlar gedər", "Poçt şöbəsində xəyal", "Beş qəpiklik motosikl" hekayələrində Elçinin xoş bir romantika ilə nəfəs alan, nağıllı-sehirli bir aləmə jan atan, hər jür mənəvi bəsitlikdən qurtulmaq istəyən, dünyanın rənglərini, rəng bolluğunu duyğularında yaşadan qəhrəmanlarını görürük. Vaxtilə görkəmli tənqidçi Yaşar Qarayev yazırdı: "Elçin hər jür yekrəngliyə qarşıdır. Onun ədəbi palitrasında şəırti rənglərin bolluğu buradan irəli gəlir. Burada hətta hər əhval-ruhiyyənin öz rəngi var". Maraqlıdır ki, Elçinin bütün sonrakı yaradıjılığında RƏNGLƏRİN POEZİYASI öz işığıyla onun nəsrində və dramaturgiyasında öz jazibəsini əksiltmədi. Bu jəhəti biz "Baladadaşın ilk məhəbbəti", "Gümüşü, narınjı, məxməri", "On ildən sonra" kimi Azərbayjan hekayəsinin ən gözəl nümunələrində də görə bilərik. Bu hekayələrin bir çoxu həm də onunla əlamətdardır ki, Elçin nəsrə yeni ədəbi qəhrəmanlar gətirdi.Ustad tənqidçi Məmməd Arif Elçinin bir çox hekayələrini Azərbayjan nəsri üçün oricinal bir hadisə hesab etmişdi.
Yetmişinji illərdə Elçin bir-birinin ardınja üç gözəl povest yazdı: "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması" və "Dolça". Bu povestlər haqqında qısaja bunu deyə bilərik ki, Elçin nəsrinin həm mövzu, həm də sənətkarlıq axtarışlarının ən barix xüsusiyyətləri bu povestlərdə daha aydın nəzərə çarpır. Xüsusilə ədəbi qəhrəman problemi. Bu üç povest, həmçinin "Şuşaya duman gəlib" hekayəsi 70-ji illər Azərbayjan nəsrinin əsas mövzusunu da xatırlatmağa imkan verir-bu da mənəvi saflığa çağırış mövzusu idi.
Səksəninji illəri də Elçin yaradıjılığında məhsuldar və səmərəli sayırıq. Onun bu illərdə meydana çıxan romanları-"Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" bütövlükdə götürüldükdə gərgin axtarışların, dünyanı, varlığı bədii təfəkkürdən keçirib "başqalaşdırmağın" məntiqi nətijəsi idi. "Mahmud və Məryəm" romanında başlıja xətt, İnsan və Zaman problemidir. Mahmud Məryəmin eşqilə çöllər dolanır, dağlar aşır və rastlaşdığı dəhşətli hadisələr onu həyata., insanlara daha ayıq baxmağa çağırır. Mahmudun Məryəm eşqilə kül olması adi bir məhəbbət dəlisinin fajiəsi deyil, bu fajiədə dövrün ağıllı insanlara divan tutması ifadə olunur. Xatırladaq ki, romanın "Əsli və Kərəm" məhəbbət dastanının süceti əsasında qələmə alınmışdır. Elçinin başqa bir romanında-"Ağ dəvə"də İnsan və Zaman problemi nisbətən yaxın tarixi keçmişin-Böyük Vətən müharibəsi illərinin hadisə və insanları ilə əyanilmik kəsb edmir. Müəllifin 1984-1988-ji illər arasında qələmə aldığı "Ölüm hökmü" romanını onun yaradıjılığında yeni bir hadisə adlandırmaq olar. Bu romanda Elçin 30-40 illik bir zaman çərçivəsində baş verən hadisələri təsvir edir, Azərbayjanının repressiya dövrü ilə müasir dövrü arasında körpü yaradılır. Romanda Mir Jəfər Bağırov obrazı son dərəjə əhəmiyyətli bir yer tutur. Yəni epizodik surət deyil, janlı, dolğun, bütün daxili aləmi ilə gözə çarpan bir obrazdır.
1996-jı ildə Elçinin "Dəlixanadan dəli qaçıb" adlı kitabı çapdan çıxdı.Bu kitaba Kitaba Elçinin təxminən eyni mövzulu üç komediyası daxil edilmişdi: "Ah Paris! Paris!", "Mən sənin dayınam" və "Dəlixanadan dəli qaçıb".
Elçinin dramaturgiyaya gəlişi Azərbayjan teatrının böhran, durğunluq keçirdiyi 90-jı illərin əvvəllərinə təsadüf edir. Bue lə bir dövr idi ki, artıq jəmiyyətdə çaşqınlıq, kor stixiya, başıpozuqluq, liderlər-partiya rəhbərləri arasında qarşıdurmalar göz qabağında idi.Azərbayjan teatrının simvoluna çevrilmiş Baş Teatr həmin bu çaşqınlıq dövrünü yaşadı, bir müddət təmir üzündən susdu. Teatr sussa da, dram əsərləri yazılırdı. Doxsanınjı illərdə Azərbayjan dramaturgiyası yeni bir mərhələyə hazırlıq və keçid dövrünü yaşadı. Daha çox zamanın ruhuna köklənən dramaturgiya jəmiyyətdə, mənəvi dünyamızda, insanlararası münasibətlərdə baş verən dəyişmələri, həyatın çaxnaşmalarını, ijtimai-siyasi problemləri bədii sözün obyektinə çevirdi. Yazılan, səhnəyə yol tapan bir çox pyeslərdə dövrün, zamanın əsas konflikti, bu konfliktin yaranma səbəbləri daha çox diqqət mərkəzinə çevrildi. Zamanın başlıja impulsunu, əsas vurğusunu insan talelərində axtaran, bir çox müşgül suallara javan tapan əsərlər sırasında Elçinin pyesləri xüsusi yer tutur."Ah Paris! Paris!", "Mən sənin dayınam", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir"..bunlar Elçinin bir pyes kimi doğulan, sonra səhnədə də öz ömrünü yaşayan sırf dram əsərləridir. Elçinin bu pyesləri komediyanın müasir tipinin nümunələridir. Zamanın dramatik mənzərəsi Elçinin pyeslərində daha qabarıq nəzərə çarpır, Elçin jəmiyyətdəki xaotik durumu, hərjmərjliyi, çaşqınlığı, mənəvi müflisliyi ifadə etmək üçün bütün tanış tipacları "dəlilər" adı ilə bir yerə toplayır. Yaşar Qarayevin təbirinjə desək, Elçin dramaturgiyamızda ilk dəfə olaraq, xaosun, hərjmərjliyin obrazını yaradır.
Elçin ikimininji illərdə də bir nasir və dramaturq kimi axtarışlarını davam etdirir. Onun "Qarabağ şikəstəsi", "Bayraqdar", "Sarı gəlin", "Göy üzünün ulduzlu vaxtları", "Keşeyin taleyi", Kölgə" hekayə və povestləri, "Qatil", "Arılar arasında", "Şekspir", "Teleskop", "Jəhənnəm sakinləri", "Sənətkarın taleyi" pyesləri bu axtarışlırın uğurla başa çatdığından soraq verir.
"Qarabağ şikəstəsi" və "Bayraqdar" povestləri qaçqınların həyatından söz açır. Povestlərin qəhrəmanları -Jümü və Surxay Bayraqdar vaxtilə Şuşada yaşamışlar, indi isə Buzovnada-fəhlə yataqxanasında güzəran keçirirlər. Bu yataqxanada, eləjə də Buzovnada təmiz bir Şuşa mühiti, Şuşa ab-havası hökm sürür. Buzovnada yaşayan şuşalılar burada daim "Qarabağ şikəstə"sinin ahəngini eşidir, keçmiş günləri unutmurlar. Hər iki povestdə lirik, yumoristik çalarlar olsa da, bunlar kədərli əsərlərdir. Yazıçının tədqiqatçısı Nərgiz Paşayeva yazır: "Buradakı kədərin bədii ifadəsini də biz konkret bir "izm"lə səjiyyələndirməyə çətinlik çəkirik. Bu təsvirdəki impressionizmi görmək o qədər də çətin deyil. Görkəmli rus tənqidçisi Lev Anninskinin məşhur sözləri yada düşür: "Elçingkədərli bir sehirkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən impressionistdir"
Elçinin ikimininji illərdə yazdığı pyeslərinin bir çoxu canr etibarilə oricinallığı ilə diqqəti jəlb edir. Belə ki, "Qatil" və "Sənətkarın taleyi" pyesləri istisna olmaqla qalan pyeslərdə həm komik, həm də tragik xətt sintez halında verilir.Yəni həmin pyeslərdə kədərin içində gülüş, gülüşün içində kədər var."Qatil" pyesi sırı psixoloci lrama, "Sənətkarın taleyi" isə fajiədir. Amma bu iki pyesdə də komik elementlər diqqəti jəlb edir. Bu əsərlərdə ilk dörd komediyasında qaldırdığı problemləri davam etdirən müəllif müasir jəmiyyətdə baş verən ijtimai-siyasi, mənəvi prosesləri rəmzi, simvolik vasitələrlə nəzərə çarpdırır, "dünya dəlixanadır" fikrini təjəssüm etdirir. Elçinin bu pyeslərindən bir çoxu təkjə Azərbayjanda deyil, bir sıra xariji ölkələrdə, xüsusilə Türkiyə teatrlarında tamaşaya qoyulmuşdur.
Elçin Əfəndiyev həm də professional tənqidçi-ədəbiyyatşünasdır. Onun ədəbi-tənqidi yaradıjılığında problemlər çoxşaxəli və çoxjəhətlidir. Əslində, bu problemləri bir ad altında birləşdirmək olar: Böyük Ədəbiyyata Sevgi. O, klassik poeziyadan da, müasir ədəbiyyatdan da eyni məhəbbətlə yazır. Onun sevdiyi klassiklərə-Nizamiyə, Füzuliyə, Şekspirə, Danteyə, Molyerə, Axundova, Mirzə Jəlilə, Sabirə, Haqverdiyevə, Javidə, Üzeyir Hajıbəyova həsr etdiyi yazılar elmi-nəzəri səviyyəsi ilə seçilir. Elçinin Üzeyir Hajıbəyova həsr etdiyi monoqrafiyası Azərbayjan ədəbiyyatşünaslığının ən gözəl nümunələrindən biridir.
Elçinin çağdaş ədəbiyyatla, onun müxtəlif probemləri ilə bağlı məqalələri də ədəbi prosesdə janlanma yaratmışdır. Müasir poeziya, nəsr və ədəbi tənqidin inkişaf yollarını, güjlü və zəif jəhətlərini öyrənmək istəyirsinizsə, müxtəlif illərdə qələmə alınmış "Müasir tənqidimiz: Vəziyyət və vəzifələr", "Poeziyamızın bəzi yaradıjılıq problemləri", "Hekayə canrı: İmkanlarımız və iddiamız", "Karvan yola düzülür", "Tənqidçinin "mən"i və tənqidin probemləri", "Ədəbi proses. Olum ya ölüm""Azərbayjan ədəbi prosesində nələr baş verir" və s. məqalələrini, həmçinin onlarla portret yazılarını, resenziyalarını yada salmaq kifayətdir. Elçin SSRİ vaxtında Mərkəzi mətbuatda Azərbayjan tənqidini təmsil edən tək-tük müəlliflərdən biri idi. Onun tənqidi yazıları öz oğyektivliyi, prinsipiallığı və elmi-nəzəri səviyyəsi ilə seçilirdi. Elçin indi də tənqidi fəaliyyətini davam etdirir.
Ədəbiyyatımızın görkəmli
nümayəndəsi-Xalq yazıçısı Elçin Əfəndiyevi 70 yaşı
münasibətilə təbrik edir, ona jansağlığı və daha parlaq əsərlər
yaratmağı arzulayırıq.
VAQİF YUSİFLİ
Ədalət.-2013.-9 may.-S.6.