BÖYÜK DOĞUDAN BAŞLANAN YOL
ALTMIŞINCILARA QISA BİR ARA
Bu il may, Necib
Fazıl ayı olacaq desək yeridir. Ustad, ölümünün 30-cu ilində bir çox şəhərdə
fərqli fəaliyyətlərlə
xatırlanacaq. 9 May cümə
axşamı günü
İstanbulda, Sefaköy
Cənnət Mədəniyyət
Mərkəzində reallaşacaq
simpoziumda, onun adıyla xatırlanan
"BÖYÜK ŞƏRQ" jurnalının
qapaqlarındakı düşüncənin
izləri anılacaq. "Böyük Şərq
Qapaqları" sərgisi
isə eyni məkanda bir həftə açıq qalacaq. Sefaköy Cənnət Mədəniyyət
Mərkəzində 9 Mayda
təşkil ediləcək
simpoziumda bütün
bu qapaqlar mübahisə ediləcək:
"Böyük Şərq,
düşüncə və
ədəbiyyat həyatımızın
əhəmiyyətli nəşr
orqanlarından biri. Təxminən 35 illik nəşr həyatında
nəsillərin yerli düşüncəyə və
sənətə oyanışında,
bu oyanışın ocağını canlandıran
İslami həyəcan
və əzmin meydana gəlməsində
Mehmet Akifin "Sıratı Müstakim və Sebilü:::r-Reşad"ından sonra təsirli olmuş ən əhəmiyyətli jurnaldır.
Yaydığı fikirlər
və yaratdığı
birlik düşüncəsiylə
Türk dünyasının
və Türk elinin yetişdirdiyi nadir münəvvərlərdən biri
Necib Fazil Kısakürək sadəcə
əsərləriylə deyil,
yaşam tərziylə,
həyatı anlayışlarıyla
və anlatdıqlarıyla
da bir MƏKTƏBDİ.
Fikirdə hər zaman
ruhcu, sirr idrakına bağlı, müşahidəçi, vəhdəti
təsdiq edən yaradıcı idi. Necib Fazil Qərb mədəniyyətinin içindən
yetişib çıxmasına
baxmayaraq, İslamın
əmrlərindən gələn
bütün ayinləri
yerinə yetirərək
bir yaşam tərziylə həmişə
diqqətlərdə oldu.
Türk
qəzetlərindən
Maraqlı bir soydan gələn
Nəcib Fazilin uşaqlığı məhkəmə
rəisliyindən əməkli
olan (təqaüdə
çıxan) dədəsinin
Çəmbərlidaşdakı evində keçdi. İlk təhsilini
Amerikan və Fransız kollecləriylə
Bahariyyə məktəbində
tamamladı. Liseydə oxuduğu
illərdə Yahya Kamal, Əhməd Həmdi, İbrahim Aşqı kimi tanınmış ədəbiyyatçılardan
dərslər aldı.
Universitetdə öyrəndiyi fəlsəfə
elminin ardından Fransada Sarbona universitetində fəlsəfə
bölümündə oxudu.
Parisdə keçirdiyi dərbədər
günlərindən sonra
Türkiyəyə qayıdanda
Hollanda, Osmanlı və İş Banglərində müfəttiş
və mühasibə müdiri olaraq çalışdı. Bir fransız məktəbində,
Rober kolleci, İstanbul Gözəl Sənətlər Akademisi,
Ankara Dövlət Konservatoriyası,
Ankara Universiteti dil, tarix və coğrafiya
fakültəsində müəllim
işlədi. Sonrakı illərində
fikir və sənət çalışmaları
xaric heç bir işlə məşğul olmadı.
Şeiriylə fikirləri arasında
bir bağ vardı
İlk şeirini
milli mücadilə illərində on yeddi yaşında yazdı.
Şairliyim necə başladı
Şairliyim on iki yaşımda başladı.
Bəhanəsi bir az
gülməlidir.
Anam xəstəxanada
yatırdı. Ziyarətinə
getmişdim... Bəyaz bir
yorğan vardı üstündə, yanında
qara üzlü kiçik bir dəftər. Onunla yatan vərəmli bir qızın şeirləri varmış
dəftərdə... Bunu
göstərən anam,
bir an gözlərimin
içini darayıb:
- Sənin, - dedi şair olmanı nə qədər istərdim.
Gözlərim xəstəxana otağının
pəncərəsində, çöldəki
çovğuna və
ulayan ruzigara qarşı içimdəki
qərarımı verdim:
- Şair olacağam!
Və oldum.
Və ilk şeri
"Yeni Məcmuə"
adlı bir dərgidə yayınlandı. Sonra "Kaldırımlar"
(Səkilər) adında
bir kitabı çıxdı və bu kitab çox
böyük rezonansa səbəb oldu o illərdə.
"Təkkə" şeirinin verimliliyini Fransız şeirinin modern
ənənələriylə bağlayan və dəyərləndirən şeirlərində
insanın dünyamızdakı
yerini araşdıran cismanə və ruh problemləriylə düşünən bir şair olaraq tanındı. İnsanın iç aləminin gizli duyğularını dilə gətirdi. Şeirlərində çox sağlam
bir dil, sağlam bir texnika istifadə eləyən Nəcib Fazil bir çox
pyeslərin və hekayələrin də müəllifidir. Bir çox
mükafatların sahibi
olan Nəcib Fazil Qısakürək Türk ədəbiyyatı
vaqfınca 1980-ci ildə
verilən "Sultani-Üs-Şüara" (Şairlər
Sultanı) adını
da almış. Şöhrətinin zirvəsində içindəki
fikirlərlə baş-başa
qala bilməyən və fikirlərinin ağrılarına dözə
bilməyən şair
bu fikirləri başqaları ilə bölüşmək üçün
yeni bir dönəmə başladı.
Bu 1934-cü ilə təsadüf edir. Qara bir böhran
yaşadığı günlərdə
Bəyoğlu Ağa camisində vaaz verməkdə olan Abdulhakim Arvasi ilə tanış
olar və ömrünün sonuna qədər ondan ayrıla bilməz.
"Böyük Doğu" dərgisiylə BİR NƏSİL yaratdı
1943-cü ilə çıxmağa
başlayan və ölkənin ən uzun ömürlü dərgisi olan "Böyük Doğu" Nəcib Fazilin adıyla bağlı bir dərgi olaraq tarixə keçmişdir. Bu dərginin adı şairin daha əvvəllər yazdığı və
"tanrının alnından öpdüyü
millət,
günəşdən başın
göylərə yüksəlt"
misraları yer aldığı bir şeirdən götürülmüşdür.
Dərgi 35 il
müddətdə müxtəlif
boyutlarda və aradabir çıxmayaraq yayınlanmışdır.
Türk
mətbuat tarixində
polemik tutumuyla, müxtəlif alandakı yazılarıyla, dəyişik
ölkələrdən yazarların
da yer aldığı
və hətta Türkiyədə çox
ağır vaxtlarda -
1950-ci il öncələrində belə
gənclərin dinlə
tanış olmasında
"BÖYÜK DOĞU" əvəzsiz
rol oynamışdır.
Dərginin son sayı 1978-ci ildə çıxmışdır.
Ömrünün son günlərini Ərəngöydəki
evində yazıları,
dostları, notlarıyla
baş-başa keçirən
və "HEÇ GÖZƏL OLMASAYDI
ÖLƏRDİMİ PEYĞƏMBƏR" deyən
Nəcib Fazil uzun sürən bir rahatsızlığın
ardından 25 may 1983-cü ildə
vəfat etmişdir. Məzarı
Əyub səmtindəki
məzarlıqdadır.
İştə, mənim həyatım
budur!
Təbii, Nəcib Fazil haqında deyilənlər
hamısı bihudə. O öz
həyatını ən
seçkin kəlmələrlə
belə anladır:
"Həyatım başından
bəri muazzam bir şeyi tapmaq
cərəyanı içində
axırdı. Bu və bu miskin vəsilənin
duyğusallığı içində
birini axtarardım... Birini...
O kim idi soruşursunuz? Allahın Sevgilisi...
Sonsuzluq
iqliminin batmayan günəşi və əbədilik sarayının
paslanmaz tacı...
Tək dua onu tapmaq, tampaqda
kömək edəni tapmaq.
"Mənim həyatım budur"!
NECİB FAZIL
KISAKÜRƏKDƏN
Qürbət
Dağda
dolaşırkən yaxma
qəndili
Fərsiz gözlərimi dağlama,
qürbət.
Nə söyləməz axan suların dili
Səssizlik içində çağlama,
qürbət.
Titrək
barmağınla tutub tığını
Alnıma yazma sən qırışığını.
Divarda əmərək şam işığını
Bir vərəmli
rəngi bağlama, qürbət.
Gülü bəsləyənə məxsus həvəslə
Rəng-rəng dərdlərimi gözümdə
bəslə.
Yalnız
anam kimi o ilıq səslə
İçimdə döyünüb ağlama,
qürbət.
Üzqarası
Məni
şəfəq vaxtı
bir əl dürtüklər,
Ay edam gözləyən ,çağırır savcı.
Zindandan
o yanda çalar düdüklər,
Bir günəş
doğar ki, zəqqumdan acı.
İpdən düşərsəm də, inan ki,
qorxmam,
Bəla...
Bəla məndə yanan bir şəhvət.
Bir olur atəşi görməmlə yanmam
Dibsiz uçurumda
qaçılmaz dəvət.
Bax, necə silinir bu üzqarası
Əlimdə ölümü öldürən
silah,
Alnımda tozpəmbə səcdə
yarası
Lüğət kitabımda tək
isim: Allah...
(1972)
Zəhər
Uşaqkən həftələr mənə
əsrdi
Sonra saat oldu, sonra
saniyə
İlk düşüncə: məni
yoxluq gəmirdi
Sonum bir yoxluqsa, bu varlıq
niyə?
Yoxluq, sən də yoxsan,
bir var, bir yoxsan
İnsan oğlu öz malından çox yoxsul.
Gəlsin
məni yoxluq əqrəbi çalsın
Bir zəhər
ki, bu həyatdan
çox yoxsul.
(1983)
Mövsüm dönərkən
Üfüqdə dayandı birdən-birə
yaz
Gün yaman tez keçdi, axşam tez oldu.
Toz qaldırdı qarşı
yollardan poyraz
Qopan yol ucları bitişməz oldu.
Axşam,
sanki boşluq içimə dolar
Dağların cilası getdikcə
solar
Rüzgarda bir qadın saçını yolar
Artıq bu yollar da
gözlənməz oldu.
(1922)
Həsrət
O ki, qadını var, qadına həsrət
Həsrət kəlməyə də
kəlimələrdə
Bir damcı bal dadsa,
dadına həsrət
O gedir üfüqə, üfüq göylərdə.
Allahım əşyanın həyasındasan
Sənsən suda, quşda, teldə səs verən
Neçə həsrət varsa
onunçün varsan
Aynalarda sənsən səni göstərən.
Və gəlir
Bu yurda hər bəla içindən gəlir
Elə nə gəlirsə heçin heçindən
gəlir
Gəlməz bir yabançı
malı bu ağıl
Qafdağından, Çindən, Maçindən
gəlir
Dünənə dost, bu gün söyüş sahibi
Bütün dərdi fəsdən,
lap çindən gəlir
Allah var deyəndə sorulur: neyçin
Sonra təpik, sillə "neyçin"dən gəlir
Mənim
saf mayama pislik atanlar
Şeytan,
sənin böyük elçindən gəlir
Tək bir salamat yol
tariximizdə
"Sormayın, görməyin,
keçin"dən gəlir
Gənc
Osmanı əlçim-əlçim
yolanlar
Qəhbə satqınların bicindən
gəlir
Bu gün bu gedişlə
çatlarsa ürək
Dilə
vurduqları pərçimdən
gəlir...
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-11 may.-S.15.