BALAKƏN:
YÜKSƏLİŞİN SON MƏRHƏLƏSİ
(əvvəli
ötən saylarımızda)
Əhaliyə rabitə xidmətlərinin
göstərilməsi sahəsində ilin əvvəlində
inşasına başlanan Qazbinə kəndindəki
elektron stansiya istifadəyə
tam hazır vəziyyətdədir, Qaravəli
elektron stansiyasında isə avadanlıqların
montaj işləri yekunlaşmaq
üzrədir. Rüb ərzində rayon üzrə
56 nəfərə telefon çəkilmişdir
ki, bu da
ötən ilin müvafiq
dövrü ilə müqayisədə 19
nəfər çoxdur. 2013-cü ilin ölkə Prezidenti tərəfindən
"İnformasiya və kommunikasiya
texnologiyaları ili" elan
olunması ilə əlaqədar bu sahədə
daha çox işlərin
görülməsi, bütün
yaşayış məntəqələrinin
telefonlaşması, xətt şəbəkəsinin yenidən
qurulması diqqət mərkəzində olmalıdır.
Əhalinin sosial müdafiəsi tədbirləri
2013-cü ilin
I rübü ərzində məcburi sosial sığorta haqlarının
toplanması proqnozu 100,1 faiz
yerinə yetirilmişdir. 01 aprel 2013-cü il tarixə
pensiyaçıların sayı 12494 nəfər, aylıq pensiya tələbatı 1,6 milyon
manat, orta aylıq pensiya məbləği 133,2 manat
olmuşdur. 01 aprel
tarixə əhalinin rüblük pensiya tələbi
ödənilmişdir. İlin əvvəlindın
3254 nəfərə sosial müavinət,
277 nəfərə təqaüd ödənilmiş, rüb ərzində ünvanlı sosial yardım təyin olunmuş
1314 ailəyə ödəniş aparılması davam etdirilmişdir.
Təhsil, mədəniyyət,
səhiyyə, idman...
Məktəblərdə və məktəbdənkənar uşaq tərbiyə müəssisələrində təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılmasına, xüsusi qabiliyyətli şagirdlərin aşkar edilməsinə və istedad bankının zənginləşdirilməsinə, hərbi vətənpərvərlik işinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin keçirilməsinə nəzarət artırılmışdır. Bu məqsədlə keçirilən respublika miqyaslı yarış və turnirlərdə rayonun əksər ümumtəhsil və məktəbdənkənar müəssisələrinin şagirdlərinin iştirakı təmin olunmuşdur.
Fənn olimpiadalarının respublika turunda iştirak edən 16 nəfər şagirddən 12 nəfəri olimpiadanın qalibi olmuşdur ki, bu da son illərin ən yaxşı göstəricisidir. "İlin məktəbi" respublika müsabiqəsində iştirak edən Nizami adına şəhər 1 saylı tam orta məktəbi müvafiq turları müvəffəqiyyətlə keçərək lazım olan balları toplaya bilmişdir.
Rayonun bütün təhsil və mədəniyyət müəssisələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrinə əsasən rayon mədəniyyət evi 2013-cü ilin əvvəlindən etibarən Mədəniyyət Mərkəzinə çevrilmişdir. Bu da mədəniyyət işçilərinin üzərinə yeni vəzifələr qoyur. Mövcud kadrların ixtisasının artırılması, ixtisaslı kadrların işə cəlb olunması, mədəniyyət müəssisələrinin profilləşməsi istiqamətində ciddi iş aparılmalıdır.
Əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi sahəsində 2013-cü ilin I rübündə əsas göstəricilər üzrə müsbət tendensiya davam etmişdir.
Rayonun idmançıları 16 respublika səviyyəli yarışlarda iştirak etmişlər. Həmin yarışlarda idmançılar 11 dəfə I yeri, 2 dəfə II yeri və 4 dəfə III yeri tutmuşlar. Müvafiq dövr ərzində gənclər arasında müxtəlif növ müsabiqə və görüşlər, idman sahəsi üzrə rayon səviyyəli şahmat, voleybol, basketbol, qol güləşi, karate, həndbol, futbol, stolüstü tennis, gimnastika və s. yarışlar keçirilmişdir. Yunan-roma güləşçisi Rəsul Çunayev respublikanın yığma komandasının tərkibində Türkiyədə keçirilən beynəlxalq turnirdə I yerə, Dünya Kubokunda isə III yerə çıxmışdır.
Ümumilikdə 2013-cü ildə keçirilən
yarışlarda 1057 nəfərdən çox
yeniyetmə və gənc iştirak etmişdir.
Vətəndaş
müraciətlərinə həssaslıqla
yanaşılır
Cari ilin birinci rübündə RİHB aparatına 530 vətəndaş müraciəti daxil olmuş, RİHB tərəfindən 427 nəfər vətəndaş qəbul edilmişdir. Yuxarı orqanlardan 258 ədəd, o cümlədən Respublika Prezidentinin Administrasiyasından 228 (ötən ildən 234 ədəd çox) müraciət daxil olmuşdur. Müraciətlərə həssaslıqla yanaşılması, vətəndaşların qanuni hüquqlarının müdafiəsinə qayğıkeşlik, araşdırılma prosesində vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsi icra hakimiyyətinin bu sahədə işinin əsasını təşkil edir. Müraciətlərin xarakterində müsbət dəyişikliklər davam etmiş, şikayətlərlə müqayisədə ərizələrin xüsusi çəkisi yüksək olmuşdur. Rüb ərzində qeydə alınan 530 müraciətdən 481-ni ərizə və yalnız 47-ni şikayət məktubu təşkil etmişdir. Rayon icra hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətlərinin məzmununa görə təhlilindən görünür ki, zəlzələnin fəsadlarının aradan qaldırılması, iş tələbi, maddi yardım və məişət problemlərinin həllinə köməklik, torpaq məsələləri barədə müraciətlər çoxluq təşkil edir. Xüsusilə qeyd edilməlidir ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı müraciətlər (309 ədəd) ümumi müraciətlərin 58,3 faizini, PA-dan daxil olan müraciətlərin 82,0 faizini təşkil edir.
Rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olan 530 vətəndaş müraciətindən 57-si müsbət həll olunmuş, 28 müraciət əsassız hesab edilmiş, 86 müraciət qismən həll olunmuş, 351 ərizənin baxılması nəticələrinə dair vətəndaşlara müvafiq izahatlar verilmiş, 6 ərizə isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.
RİH başçısının səyyar qəbul-görüşləri qrafik əsasında müntəzəm olaraq keçirilmişdir. Belə görüşlərdə vətəndaşlar tərəfindən irəli sürülən təkliflər, sosial sifarişlər, söylənilən tənqidi fikirlər qeydə alınaraq nəzarətə götürülür və həll olunması üçün tədbirlər görülür. Cari ilin birinci rübündə kəndlərdə 9 səyyar qəbul keçirilmişdir. Həmin səyyar qəbul-görüşlərdə 1055 nəfər vətəndaş iştirak etmiş, 78 nəfər vətəndaş qəbul edilmiş, 52 təklif qeydə alınmışdır.
Son dövrlərdə səyyar
qəbul keçirilən yaşayış məntəqələrinin
əhatə dairəsi xeyli genişləndirilmiş,
7 yaşayış məntəqəsində ilk
dəfə görüşlər keçirilmişdir.
Bu hal əhali tərəfindən
razılıqla qarşılanır.
MƏZAHİR ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun Maliyyə
yardımı ilə
Ədalət.-2013.-16 may.-S.7.