XXI əsrin 20 ən
yaxşı romanı
"The
Million” saytı jurnalist, yazıçı və tənqidçilərdən
ibarət 57 nəfər ekspert qrupu vasitəsilə XXI əsrin
20 romanını müəyyənləşdirib. Adalet.az
Kulis.Az-a istinadən siyahını təqdim edir.
1.
"Orta cins” Ceffri Evqenidis
Bir hermafroditin
həyatından bəhs edən açıq və səmimi
etiraflar. Onun gözü ilə bir ailənin bir neçə nəslinin
tarixçəsi danışılır. Əsər birinci
şəxsin dilindən yunan əsilli Amerikan tərəfindən
Berlində yazılıb. "Orta cins” 2003-cü ildə
Plutser mükafatına layiq görülüb.
2.
"Oskar Uonun qısa və təəccüblü həyatı”
Juno Dias
Yarı
avtobioqrafik roman 2007-ci ildə Dominikan əsilli Amerikalı tərəfindən
yazılıb. Əsər gombul və bədbəxt bir yeniyetmənin
həyatından bəhs edir. Əsər qəhrəmanın
ölümü ilə bitir. Hadisələr Nyu-Cersidə
baş verir.
Roman
2008-ci ildə Plutser mükafatına layiq görülüb. Əsərin
əsas xüsusiyyətlərindən biri də odur ki, ingilis
və ispan dillərinin qarışığından ibarət
dialektdə yazılıb.
3.
"2666” Roberto Bolano
Roman Çilili yazıçı
Roberto Bolanonun (1953-2003) ölümündən
sonra nəşr olunub. "2666” beş hissədən ibarətdir.
Müəllif öləndən
sonra uşaqlarının
gələcəyini təmin
etmək məqsədilə
əsəri beş
ayrı kitab kimi çap etdirmək istəsə də bu ona
nəsib olmur. Bolanonun ölümündən sonra
varisləri bu əsərlərin vahid təşkil etdiyini nəzərə alaraq bir kitabda çap
ediblər.
4. "Buludlu atlas” Devid Mitçell
"Buludlu atlas” güzgülü
labirint üslubunda yazılıb. Altı hissədən ibarətdir.
Əsərdə hadisələr XIX əsrdə, günümüzdə
və gələcəkdə
baş verir. Hissələr müstəqil olsalar
da bir-birləri ilə qarşılıqlı
əlaqədədirlər.
Müəllif deyir ki, əsərin
quruluşunu İtalio
Kalvinonun "Bir qış gecəsi səyyah” romanından götürüb. Əsərin adını isə
yapon bəstəkarının
eyni adlı əsərindən götürmüşdür.
5. "Yol” Kormak Makkarti
Makkartinin "Yol” romanı sərt realizmi ilə seçilir. Yazıçı əsərdə insanlığın
mahiyyətini bütün
gerçəkliliyi ilə
amansızca vermişdir.
Ata və oğul dəhşətli katastrofdan
sonra ölkəni gəzməyə çıxırlar
və baş verən hadisələr zamanı insanlıqlarını
qorumağa can atırlar.
6. "Kəffarət” ("Günahları
yumaq”) İen Makyuen
Roman stil və məzmunu ilə yazıçınını əvvəlki
əsərlərindən fərqlənir. Əsərdə hadisələr Dörd zaman kəsiyində baş verir. Əsər üç hissədən
ibarətdir.
7. "Kavaler və Kleyin macərası” Maykl Çabon
Əsər İkinici Dünya Müharibəsi zamanı Amerikada yaşayan iki gənc yəhudi
komiks yazarlarından bəhs edir. Bir anda ulduza çevrilən gənclər məşhurluqlarını
faşizmə qarşı
mübarizə sərf
edirlər. Bununla da
lagerlərdə qalan qohumlarının qisasını
almağa çalışırlar.
8. "Düzəliş” Conatan Frenzen
Roman ənənəvi atalar və oğullar probleminə yeni baxışdır. Əsərdə orta sinif bir
amerikalının həyatından
bəhs olunur. Bəzi ədəbiyyat adamları
müəllifi Tosltoyla
müqayisə edirlər.
"Düzəliş” XXI əsrin ilk ən böyük romanı hesab olunur.
9.
"Gilead” Merilin Robinson
Əsərdə hadisələr 1956-cı ildə
Ayova ştatınını
Gilead şəhərciyində baş verir. Əsər 76 yaşlı keşişin
7 yaşlı oğluna
məktubları şəklində
yazılıb.
10. "Ağ dişlər” Zedi Smit
Son illər Britaniya
ədəbiyyatında uğur
qazanmış ən parlaq debüt romanlardandır. Əsərdə üç müxtəlif
mədəniyyətli ailənin
üç nəslinin
həyatı komik dillə təsvir olunur. "Ağ
dişlər”də müharibə,
sevgi, dostluq, zəlzələ kimi mövzulara toxunulub.
11.
"Kafka sahildə” Haruki
Murakami
Tamura adlı gənc
atasınını Edip
kompleksinə bənzəyən
"qara” öncəgörmələrindən
(guya o atasını öldürərək anası
və bacısı ilə birgə yaşayacaq) canını qurtarmaq üçün evdən qaçır. Adını dəyişib
Kafka qoyur və bu cür yaşamağa
başlayır. Əsər Azərbaycan
dilinə tərcümə
olunub.
12. "Çərpələng uçuran”
Xalid Hüseyni
Əsərdə Əmir adlı varlı əfqan gənc ilə onların xidmətçilərinin
oğlu Həsən arasındakı dostluqdan bəhs olunur. Həsən hər
yerdə Əmiri qoruduğu halda Əmir bir dəfə
davaların birində
Həsəni qoruya bilmir (cəhd də etmir) və gözünün qabağında dostunu zorlayırlar. Əsərin ikinci hissəsində Əmir Həsənin onun qardaşı olduğunu öyrənir və borcunu ödəmək üçün
onun oğlunu talibançılardan xilas
edir.
Əsər Azərbaycan dilində nəşr olunub.
13. "Məni tərk etmə” Kadzuo İsiquro
Yapon əsilli
ingilis yazıçısının
bu əsəri 2005-ci ildə Buker mükafatına layiq görtülürb. "Tayms”
jurnalına görə
isə ilin ən yaxşı romanı olmuşdur.
Romanda hadisələr
XX əsrin sonunun antiutopik Britaniyasında baş verir. Roman Ket
Ş. Adlı otuz yaşlarında bir qadının xatirələri
üzərində qurulub.
14. "Austerlis” V. Q. Zebald.
Bütün ömrü boyu
qalaların, qəsrlərin,
sarayların memarlığını
öyrənən Jak Austerlis bir gün
dərk edir ki, o 1941-ci ildə beş yaşı
olanda İngiltərəyə
gətirilməsindən başqa
özü haqda heç nə bilmir. Bax beləcə qəhrəman
illər sonra Avropanın arxivlərini dolaşaraq öz itirilmiş keçmişinin
axtarışına çıxır.
1943-cü ildə anadan
olmuş alman yazıçı 2001-cü ildə
avtomobil qəzasında
vəfat edib.
15. "İmperiyanın çöküşü”
Riçard Russo
Müəllifin komediya janrında yazdığı əsər
Men ştatının kiçik
şəhərində yaşayan
"mavi yaxalıqlar”ın
həyatından bəhs
edir. Əsərin baş
qəhrəmanı isə
bir bar sahibidir.
Riçard Russo 1949-cu ildə ABŞ-da anadan olub. O həm
də, kinossenarilər
yazır. "İmperiyanın çöküşü”
əsəri 2002-ci ildə
Plutser mükafatına
sahib olub.
16. "Qaçaq” Elis Munro
Yazıçı 1931-ci ildə Kanadada anadan olub. Buker mükafatı
laureatıdır, bir neçə dəfə isə Nobel mükafatına
namizədi olub. Onun "Qaçaq” əsəri isə 2004-cü ildə Qiller mükafatına layiq görülüb.
Əsər hekayələr toplusundan
ibarətdir.
17. "Ustad” Kolm Toibin
Roman Amerikalı yazıçı
Henri Ceymsin həyatından
bəhs edir. Müəllif 1955-ci ildə İrlandiyada anadan olub. "Ustad” romanı 2006-cı ildə
İmpak Dublin ədəbiyyat mükafatını
layiq görülüb.
18. "Sarı günəşin yarısı” Nqozi Adiçi Çimamanda
Gərgin dramatizmi ilə fərqlənən əsər
bir neçə qəhrəmanın həyatından
bəhs edir. Bəziləri əsəri Afrikanın
"Çərpələnguçuran”ı
hesab edirlər. Əsər qadın yazarlara verilən "Oranc” mükafatına layiq görülüb.
Çimamanda 1977-ci ildə Nigeriyada anadan olub.
19. "Qeyri-adi Yer” Cumpa Lairi
Hind əsilli ABŞ qadın
yazıçısının əvvəlki əsərində
olduğu kimi "Qeyri-adi Yer” romanında da hind emiqrantlarının ağır
həyatından bəhs
olunur.
20. "Conatan Strenc və mister Norrell” Syuzan Klark
2004-cü ildə nəşr
olunmuş roman müəllifin
ilk əsəridir. Fentezi janrında
yazılmış əsərdə
hadisələr XIX əsrdə
Napoleonun dəhşətli
müharibələrlə dünyanı
sarsıtdığı dövrdə
baş verir. Britaniya krallığı təhlükədədir.
Magiya isə krallığa yardım etməli, onu qara qüvvələrdən
xilas etməlidir.
Ədalət.-2013.-17 may.-S.8.