Litvada Azərbaycan yazarının əsərləri
çap edilib
Mahir Həmzəyev
Litva azərbaycanlıları cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü
Tanınmış yazıçı və dramaturq, ədəbiyyat üzrə nüfuzlu ödüllərin sahibi Elçin Hüseynbəylinin
dörd hekayəsi bu ilin fevral
– aprel aylarında Litvanın ədəbiyyat
və incəsənət
nəşrlərində litva
dilində işıq
üzü görüb.
Vilnüsdə buraxılan “North Atenai”
(“Şimal Afinası”)
ədəbiyyat və
incəsənət həftəlik
qəzetinin 1 fevral
2013-cü il tarixli 5-ci sayında yazıçının “Nənəm,
babam və kommunizm” adlı hekayəsi çap edilib.
Nasirin yaradıcılığından edilmiş digər tərcümələr isə
Litva Yazıçılar
Birliyinin ədəbi-bədii nəşrlərində
yer alıb. Belə ki, “Literatura ir Menas”
(“Ədəbiyyat və
İncəsənət”) həftəlik
mədəniyyət jurnalının
1 mart 2013-cü il tarixli 9-cu sayında onun “Sular günəşə
nəğmə oxuyanda”
əsəri nəşr
olunub. “Nemunas” (“Neman”) ədəbiyyat
və incəsənət
həftəliyinin 2013-cü ilin mart ayında çıxmış 10-cu sayında
E.Hüseynbəylinin “Məzar
gəlini” hekayəsi dərc edilib. “Metai” (“İlin fəsilləri”) adlı ədəbi-bədii jurnalın
2013-cü ilin aprelində
işıq üzü
görmüş 4-cü sayında
Azərbaycan yazarının
“Gözünə gün
düşür” hekayəsi
Litva oxucularına təqdim olunub.
Sözügedən hekayələrdən ikisi
– “Məzar gəlini” və “Gözünə gün düşür” – Qarabağ olayları mövzusunda yazılmış
əsərlərdir.
“Gözünə gün düşür” adlı hekayə ilə bağlı vurğulamaq istərdik ki, yazıçı E.Hüseynbəyli
onun 2010-cu ilin fevral ayında yazılmış bu əsərinin ideya və süjetinin erməni kinoçuları
tərəfindən plagiat
olunaraq götürüldüyünü
və bunun əsasında onların Qarabağ müharibəsi
barədə “Əgər
hamı...” adlı
film çəkdiyini iddia
edir. Ermənistan “müəllifləri” çəkdikləri həmin
filmi 2012-ci ildə hətta “Oskar mükafatına
təqdim etmişdilər
və Hollivudda keçirilən “Arpa” kinofestifalında lentin premyerası da keçirilmişdi.
Amma buna baxmayaraq bir sıra xarici ölkələrdə bu filmin başlıca məfkurəsinin və süjet olaraq seçilmiş olayların
məzmun vektorunun Azərbaycan müəllifinə
məxsus olmasını
təsdiq edən konkret tədbirlərin həyata keçirilməsinə
başlandı. Həmin tədbirlər çərçivəsində
“Gözünə gün
düşür” hekayəsi
rus, gürcü, türk, fars,
ərəb və ingilis dillərinə çevrildi. Beləliklə,
bu dillərdə yaradan və ünsiyyət saxlayan xalqların geniş ictimai dairələri tərcümə vasitəsilə
əsərlə tanış oldular və həqiqətin kimin tərəfində olduğunu bildilər.
İndi
isə bu hekayənin Vilnüsdə
işıq üzü
görməsi sayəsində
litvalı oxucular və ədəbiyyatşünaslar
da əsərdən bədii zövq almaqla yanaşı, həm də onun qayəsi və leytmotivi, cərəyan edən hadisələrin ana xətti timsalında Ermənistan kinoçuları
tərəfindən Azərbaycan
mədəniyyətindən növbəti dəfə ədəbi oğurluq edilməklə bağlı
deyilmiş iddiaların
əsaslı olub-olmamasına
ana dillərində əmin olmaq imkanı əldə ediblər.
Yuxarıda göstərilən Litva
ədəbi-bədii nəşrlərində
E.Hüseynbəylinin hekayələri
ilə bərabər,
həmçinin onun həyat və yaradıcılığı haqqında
bioqrafik bilgilər də yer alıb.
Əsərləri
orijinaldan Litva dilinə tanınmış türkoloq alim və
diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvü, mütərcim Halina Kobetskayte və Litva azərbaycanlıları
cəmiyyətinin sədri, Azərbaycanın əməkdar
jurnalisti Mahir Həmzəyev tərcümə edib.
Qeyd
etmək lazımdır ki, E.Hüseynbəyli Litva mədəniyyəti
üçün heç də yad şəxsiyyət deyil. O,
yaxın keçmişdə bir neçə dəfə
Litvada olub, Druskininkay və Vilnüs şəhərlərində
keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan
ziyalılarını təmsil edib. Litva ziyalıları –
yazıçılar, jurnalistlər, rəssamlar, muzey
işçiləri və digər sənət adamlarıyla əlaqələr
yaradıb. 2006-cı ildə Vilnüsdə Prezident Sarayında
keçirilmiş beynəlxalq
konfransda E.Hüseynbəyli Litvanın dövlət
başçısı Valdas Adamkusla görüşərək
onunla maraqlı fikir mübadiləsi aparıb.
Həmin
səfərlər zamanı Litva jurnalistlərinin Vilnüsdə
E.Hüseynbəyli ilə apardığı müsahibələr
nüfuzlu kütləvi məlumat vasitələrində yer
alıb. O, Litvada keçirdiyi çoxsaylı
görüşlərdən, həmçinin ölkənin
ictimai-siyasi, mədəni və dini həyatından
aldığı təəssüratları publisistik
yazılarında ifadə edib. Bu minvalla Azərbaycan
yazarının yaradıcılığında Litva mövzusu
yer alıb.
E.Hüseynbəyli
hər dəfə Litva azərbaycanlıları cəmiyyətini
də ziyarət edir və diasporun fəaliyyətilə
yaxından maraqlanır. O, öz kitablarından Cəmiyyətin
kitabxanasına hədiyyələr edib. Yazıçı bu
gün də Litva azərbaycanlıları cəmiyyətinin xəttilə
Litva mədəniyyət xadimləri və buradakı qələm
qardaşları ilə yaradıcılıq əlaqələri
saxlayır, dostluq münasibətlərini davam etdirir.
Onun
hekayələrinin Litva dilində nəşr edilməsi,
litvalı oxucuları müasir Azərbaycan nəsrinin önəmli
nümunələrilə tanış etmək, həmçinin
Qarabağ müharibəsilə bağlı həqiqətləri
və onun indiki ağrı-acılarını bədii vasitələrlə
onlara çatdırmaqla bərabər, yüz illərlə
tarixi olan Litva – Azərbaycan ədəbi əlaqələrinin
genişləndirilməsi, xalqlarımızın mədəniyyətlərarası
dialoqunun gücləndirilməsi və
qarşılıqlı anlaşma ənənələrinin zənginləşdirilməsi
işinə xidmət edir.
Ədalət.-2013.-21 may.-S.6.