HƏRBİ TƏHSİL DALINCA
Şəmistan
Nəzirli,
İstefada olan olan polkovnik-leytenant
(Əvvəli ötən
saylarımızda)
ƏLİ AĞA
ŞIXLİNSKİ PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ
Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında yaponlarla qarşı-qarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən döyüşlərdə fərqlənmiş məşhur topçü Əli ağa Şıxlinskinin adını çəkə bilərəm. Bu ad rus hərbi elmi taixində şöhrət qazanmışdır.
Səməd Vurğun, Xalq şairi.
Port-Artur döyüşlərinin qala müdafiəsi zamanı düşmən həmlərinin dənə-dənə dəf edilməsində top artilleriyasının mahir ustası Əli ağa Şıxlinskinin döyüş xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdır. Qəhrəmanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq "Xatirələrmi"də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-də "Tərcuman" qəzetinin "Müxtəlif xəbərlər" rubrikasında oxuyuruq:
"Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əli ağa Şıxlinski oktyabrın yeddisindən noyabrın on doqquzunadək Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi üçün Ali ehtiramla "İgidliyə görə" medalı və üstü yazılı Qızıl qılıncla təltif olunub".
Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə "Port-Arturun əzablı günləri" adlı ikicildlik monumental əsərin müəllifi P. Larenko yazır ki, Laperov dağında batareya komandiri kapitan Əli ağa İsmayıl ağa oğlu Şıxlinski ağır yaralanmışdır. Bütün qafqazlılar kimi cəsur olan komandir Kinjo döyüşlərində, "Zelyonnı" və "Bolçye" dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. Avqustun əvvəllərində öz batareyası ilə "Vısokaya qora"da, avqustun onundan isə daima Laperov dağında döyüşlərdə olmuşdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kalonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.
Port-Artur qalası təslim olandan sonra müharibədə iştirak etməmək şərtilə yaponlar podpolkovnik Əli ağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar.
Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək istədiyini Əli ağa Şıxlinski "Xatirələrim" hərbi memuarında daha dəqiq təsvir edir. O, yazır: "Mayın ikinci yarısında mən Peterburqa gedib böyük knyaza təqdim olundum və Mancuriya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən soruşdu:
- Siz oraya necə gedə bilərsiniz?
Onda mən hospitalımızdan aldığım şəhadətnaməni ona göstərdim. Şəhadətnamədə yazılmışdır ki, yapon tibb komissiyası məni hərbi qulluğa yararsız hesab edərək dilimdən iltizam almadan vətənimə qayıtmağa icazə vermişdir. Beləliklə, - dedim - hazırki müharibədə iştirak etməyə tam ixtiyarım var. Rusiyaya qayıtmağımın səbəbi ancaq budur, yoxsa müdafiədə iştirak etmiş o biri əsgərlərin taleyinə şərik olardım.
Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yaponlarla vuruşmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan zabitlərə qarşı bir ittiham kimi düşünülə bilər, odur ki, əlavə edib dedim:
- Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, bizim böyük təcrübəmiz var, buna görə də vətənə gedib orada Mancuriya ordusuna göndərilmək üçün yeni qüvvələr hazırlamaqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən mən) başqa cür düşünürdük. Bu zabitlərin fikrincə ordu ancaq qismən səfərbəyliyə alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada bizim köməyimizə heç bir ehtiyac yoxdur. Buna görə də, əsgərlirin taleyinə şərik olmaq lazımdır. Belə ki, dilimdən yaponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi Sizdən xahiş edirəm ki, məni müharibəyə göndərəsiniz.
Sergey Mixayloviç əlilə işarə edərək dedi:
- Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram".
1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir:
"Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Şıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərb xidmətə yararlı olmadığı (Əli ağa Şıxlinski sol qıçından yaralandığı üçün yapon həkimi arayışı belə yazmışdı - Ş.N.) müəyyənləşdirilib. O, Rusiyaya buraxılır".
Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab etməsinə baxmayaraq, dilindən yazılı iltizam verməyən Əli ağa Şıxlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla döyüşmək üçün Mancuriya müharibəsində iştirak etmək arzusunda olduğunu bildirir. Lakin topçu general-müfəttişi knyaz Sergey Mixayloviç "Port-Arturda çəkdiyiniz yetər, buraxmaram" - deyir və onun yenidən cəbhəyə qayıtmasına qıymır.
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri "İgidliyə görə" sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli "Müqəddəs Anna" ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı "Müqəddəs Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl silah və məşhur "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Tarixi muzeyində generalın şəxsi əşyaları arasında 1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş "Port-Artur qalasının müdafiəçisi döş nişanı" saxlanılır. Onu Əli ağa Şıxlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-Artur şəhər sovetinin sədri podpolkovnik İ.A. Verşinin göndərib:
"Çox
möhtərəm və əziz Port-Artur silahdaşım
Əli ağa Şıxlinskiyə
Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə komissarı və keçmiş Port-Artur
şəhər sovetinin sədri A. Verşinindən.
ORDU VƏ DONANMAYA ƏMR
Qarnizonun mərdliyi və mətinliyi ilə bütün dünyanın təəccübünə səbəb olmuş Port-Arturun qəhrəmancasına müdafiəsi, qalanın qəflətən rusvayçılıqla təslim edilməsi ilə kəsildi.
Ali məhkəmə qalanın verilməsinin müqəssirini yerindəcə cəzalandıraraq, igid qarnizonun unudulmaz hünərlərinin doğruluğunu tam əzaməti ilə bərpa etdi.
Port-Arturun
cəsur müdafiəçiləri.! Uzaq Şərqdə bizim
istinadgahımızın müdafiəsi
zamanı göstərdiyiniz
fədakarcasına qəhrəmanlıq və
anda sədaqətinizlə Siz ölməz şöhrət qazandınız və rus ordusunun hünər səlnaməsinə yeni parlaq səhifələr yazdınız.
Qədirbilən Rusiya Sizin ilə fəxr edir və Siz onun qarşısında
borcunuzu unutmadığınız kimi, o da Sizin
hünərinizi yaddan çıxarmayacaq.
Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır:
II Nikolay,
Çarskoe Selo şəhəri.
***
Port-artur
döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun "Port-Artur"
və
"Zvonaryovlar ailəsi" romanları tarixi əsər kimi ədəbiyyatın qızıl
fonduna daxil olmuşdur. İndiyədək on doqquz dəfə nəşr olunan romanın tirajı
milyonu keçmişdir. İngilis,
fransız, macar, yapon və
başqa dillərə də tərcümə olunan belə bir məşhur əsərin səhifələrində
(271, 350, 353 və
s.) kapitan Əli ağa Şıxlinskinin qəhrəmanlıq
fəaliyyəti öz əksini
tapmışdır.
"gİrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. Diviziya
rəisinin
yanından çıxandan sonra irman cəl
xəstəlik haqqında raport
və komandan
Kondratenkoya müfəssəl məktub yazdı.
Sonra isə məktubu Əli ağa Şıxlinskiyə verdi və dərhal generalın yanına getməsini əmr etdi. İrman kapitana
xeyir-dua verib dedi:
- Sizdən çox şey
asılıdır, Əli ağa.
- Narahat
olmayın, Vladimir Aleksandroviç. Əli ağa hələ indiyə kimi heç kəsin etimadını yerə salmayıb, ömründə satqınlıq eləməyib. Əgər general Fok yeddinci diviziyanın
yaponların zərbəsi altına salmaq istəyirsə o, buna nail ola bilməyəcək. Onun kələyini kəsmək və general Kondratenkoya
kömək etmək üçün
bütün qüvvəmi
əsirgəməyəcəyəm.
Bunu deyib,
Əli ağa Şıxlinski sıçrayıb ata mindi və dördnala çaparaq ordan
uzaqlaşdı..."
Keçmiş SSRİ xalqlarının bir neçə dilinə tərcümə olunan bu qiymətli roman təəssüf ki, hələ də Azərbaycan mütərcimini gözləyir. Romanda təkcə kapitan Əli ağa Şıxlinskinin yox, həm də general Səməd bəy
Mehmandarovun, poruçik Sadıqovun fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.
"...Praporşik
çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə tərəf getdi. Yolda Əli ağa
Şıxlinskidə
ona qoşuldu. İrmanın
tapşırığı ilə
o, batareyaya baş çəkməli və indiki mövqelərindən getmək üçün
onları xəbərdar etməli idi.
- Necə, artilleriya da bu sahəni tərk edir? - deyə Zvonaryov təəcübləndi.
- Fok əmr verib ki, bütün
topları yığışdırmalı, mühəndislər isə səngərdən sipərləri söküb,
materiallarından başqa sahələrində istifadə etməlidir.
-
Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən əvvəl yeni istehkam düzəltsin.
- Ehtimal
ki, yaponlar istehkamları sökdüyümüzü
görüb bizdən qabaq hücuma keçsinlər.
- Bu barədə təcili generalı xəbərdar etmək lazımdır, - Zvonaryov qərara gəldi və geri - Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əli ağa
Şıxlinski təklif etdi ki, ora şəxsən özü getsin.
-
Çox da narahat olmayın. Mənim briqada komandirim polkovnik İrman
qərara gəlib ki, sağ
cinahdakı batareyaları Fokun əmrinin
əksinə olaraq hələlik yerində
saxlamaq lazımdır. Mən şəxsən polkovnik Mehmandarovla
görüşəcəm. Biz onunla köhnə
dostlarıq, bir-birimizi yek gəlmədən başa düşərik. Fok necə
əmr verirsə versin, mənim zabiti olduğum
podpolkovnik Laperovun batareyası Kondratenkonun diviziyasının
polkunu köməksiz
qoyub getməyəcək, - deyə
Şıxlinski çoşğun halda dilləndi. - Romanovskinin
sağdakı batareyasından iyirmi altıncı polkun qərargahınadək cəmi üç-dörd
verstdir, mən yarım saata ora çatıb lazım olan hər şeyi deyərəm. Siz isə birbaşa
Yençeyevskinin yanına gedin".
Əli ağa Şıxlinskinin döyüş məharətini gözləri ilə körən ikinci rus
yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından
maraqlı, elmi və
bədii əsərlər
yazan T. Borisov sonu faciə
ilə bitən rus-yapon müharibəsi haqqında 1959-cu
ildə Vladivostokda
"Portarturçular" adlı sanballı bir roman nəşr etdirmişdir.
Müəllif
sıravi əsgərlərin və
zabitlərin
döyüş yolunu özünəməxsus ustalıqla
ön plana çəkir.
Böyük hərarətlə, məhəbbətlə
xalqımızın mərd
oğulları Əli ağa Şıxlinski və
Səməd bəy Mehmandarov
haqqında söhbət
açır. İlk gündən Şıxlinskinin
batareyasında döyüşən
podporuçik Trofim Borisov onun qəhrəmanlığını,
xarakter və xəsiyyətini daha dəqiq
işıqlandırmışdır.
"Səhər saat onda batareyanın baş zabiti kapitan Əli ağa
Şıxlinski kazarmaya gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi,
başının tükləri
qabaqdan azca seyrəlmişdir.
Çatma qaşları bir qədər
yuxarı dartılmışdır. Qonur
gözlərində sevinc
işığı vardı. Balaca ağ
əllərinin ağ barmaqlarını
arxasında tutmuşdu. Əli ağa Şıxlinski hamı ilə görüşəndən sonra orduya təzəcə
çağırılmışların adlarını oxudu:
-Antonov
Valentin Pavloviç.
- Mən, - deyə o, cavab verdi.
- Sən az
savadlısan?
Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan, Morozovu
çağırdı.
- Sənin də savadın yoxdur, bu necə olur? Böyük
şəhərdən gəlibsən, amma heç bir təhsilin yoxdur. -
Sonra üzünü divizionun əsgərlərinə tutub: - Siz niyə oxumayıbsınız?
Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı
çökdü.
Kapitan Əli ağa Şıxlinski sıranın önündən keçib, əlində yeni
çağırılmışların siyahısı olsa
da, gülümsəyə-gülümsəyə, bir-bir onların soyadını, adını,
atasının adını çəkdi.
- Ancaq biz
izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı
doğruldacaqlarg Pribaltika quberniyalarındakı və Mərkəzi Rusiyadakı
savadsızlıq orada da hökm sürür. Yaxşı
deyil, artilleriyaçı yaxşı biliyə malik olmalıdır. - Kapitan
Şıxlinskinin sifətinə bir ciddilik çökdü. Gicgahı
tarıma çəkildi,
ancaq gözlərində bayaqkı təbəssüm işartısı
qalırdı. Təzə çağırılanlarla söhbət edə-edə onlara göstəriş verirdi: -
Başını düz tut, sağ çiynini əymə, - deyə kapitan, Pudovnikə mürəciət etdi. Sən məhkəmə
palatasında çoxmü işləyibsən? İki il? Bəs
ona kimi harada işləyibsən?
- Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.
- Sənin xəttin yaxşıdırmı?
- Mirzəliyi istəmirəm, zati-ailələrig
- Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarımızı yazmağa mirzə də lazımdırg Abramoviç Moisey İosifoviç! Sən usta-çilingərsən?...
- Yaddaşa bax, yaddaş belə olar, siyahını bircə dəfə oxuyan kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadında saxladı, - deyə Pudovkin fikrə getdi".
Port-Arturdakı oktyabr döyüşlərində Əli ağa Şıxlinskinin qəhrəmanlığını əyani əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap olunmuş "Yaponlarla müharibənin səlnaməsi" almanaxının səksən birinci nömrəsinin mir beş yüz yetmiş yeddinci səhifəsində bu barədə oxuyuruq:
"Müqəddəs Georgi" ordenli süvari dumasının təqdimatına əsasən Əlahəzrət imperator - 1905-ci il oktyabrın 3-də böyük hörmət göstərərək, Port-arturun müdafiəsindən şücaəti ilə fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı istehkamı və bu istehkamın digər qurğularını artilleriya briqadasının podpolkovniki Əli ağa Şıxlinskini dördüncü dərəcəli şəhid və müzəffər Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik Əli ağa Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbatareyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adı çəkilən istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə keri oturtmuşdur..."
(ardı var)
Ədalət.-2013.-6
noyabr.-S.7.