HƏRBİ TƏHSİL DALINCA
(Əvvəli ötən saylarımızda)
General Mehmandarov əsirliyə
yolu düşdüg o, vicdanına and içib "evə"
gedənlərin
ən
qəddar
düşməni
olacağını bildirdi.Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-söhbət - qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi".Səhifə 752-də (3-16 yanvar):
"Hakimiyyətin ələ keçirilməsi" haqqında müxtəlif fikirlər söylənirdi. Məsələn: həmişə döyüş mövqelərinin sağ cinahında olan F.
və Ş.
qeyd etdilər ki, güya mövqelərdə olarkən necə olubsa, onların yanında polkovnik
(indi general) Mehmandarov da söhbət əsasında bu mövzu haqda
öz fikrini birdirmişdi: - "Hakimiyyəti ələ keçirmək" nə deməkdir? Mən bunu başa
düşmürəm.
Əgər mən komendant olsaydım və vəzifəmin öhdəsindən az da
olma gələ bilsəydim, mənim qanuni hakimiyyətimi görüm əlimdən kim ala bilərdi?!... Əgər elə adam tapılsaydı mən deyərdim: Əlahəzrət, nə qədər ki, kimin əsl komendant olduğunu
ayırd etməmişik, bu yerdən heç yana tərpənən deyilikg Bu ilin sonu nə qədər axmaq nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir şey döndərə bilməzdi".Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur
döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun
müasiri olan rus jurnalistləri
Səməd bəyin döyüş
fəaliyyətini qələmə
almışlar.Jurnalist E.K. Nojin Port-Arturda çıxan
"Novıy kray" qəzetinin
xüsusi müxbiri olmuşdur. Odlu cəbhələri
gəzən jurnalist maraqlı
gündəliklər müəllifidir. Qeydlərindən aydın olur ki, o,
general eloğlumuz Səməd bəy Mehmandarovla həmişə ön xətdə görüşərmiş. Rus
jurnalisti azərbaycanlı
sərkərdənin vətəni Qafqaz
üçün darıxmasının da şahidi olub."gBlindaja
girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah
rəisi Stepanov
yorğundur. Burada bir neçə zabit var. Polkovnik
Mehmandarov da buradadır. Biz həmişəki kimi çox səmimi
görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı yad edirdi:- Qafqaz çox yaxşıdır, çox
gözəldir! - deyirdi. - Təbiət hər şeyin keyfiyyətinə zəmanət verərək ona öz möhrünü
vurmuşdur. Amma bədbəxtlik ondadır ki, bəzən daş lazım olan yerdə bir dənə də
daş tapmazsan, lazım olmayan yerdə
isə
sayı-hesabı yoxdur. Su lazım olan yerdə su olmur, ehtiyac
olmayan yerdə dərya qədərdir. - Ani olaraq dayanan
Mehmandarov sözünə davam etdi: - Bəs İslam? Yaxşı nə varsa - onu sonrakı həyatın verəcəyini vəd
edir. Hər
şey çox yaxşıdır, amma bizə cənnətlə yeddi mələk boyun olublar,
yeddincisinin də
gözü girdə,
Sizcə bu nə olan işdir? Peşmançılıq deyilmi? Bilirsinizmi, mən
indi heç nə
istəmirəm - nə cənnəti,
nə də mələkləri. Mən
yalnız azca istirahət
istəyirəm.Ətrafda hər
yanda mərmilər partlayırdı.
Onların ikisi blindajın tavanına
düşdü. Zabitlər qorxu hisii ilə ayağa durdular. İgid polkovnik Mehmandarov isə
heç tövrünü belə
pozmazdı. Onun iri, ağıllı
gözlərində zərrəcə qorxu hissi yox
idi".Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü
itirmədiyini
şahidi olan onun silahdaşı Əli ağa Şıxlinski yazır ki, oktyabrın on
dördündə
qala topa tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən
on bir düyməli
topdan, otuz yeddi millimetrlik xırda dəniz
topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdur.
Həm
də, bü
mövqe yaponların tüfəng
və pulemyot atəşi altında idi.
Bu zaman Mehmandarovun yaxınlığında altı düyməlik mərmi partladı və yerdən qalxan qara palçıq
onun üstünü buladı, amma yaralanmadı.Mehandarov buna əsla əhəmiyyət verməyərək, böyük
soyuqqanlıqla cibindən ağ dəsmalını
çıxarıb, gözəl təzə paltosunun üzərinə sıçrayan
palçığı silməyə başladı.
* * *
Dekabrın ilk günlərində qalaya iki ağır zərbə vurdular. Rusların
inadlı müqavimətinə baxmayaraq, onlar
qalanın bir neçə
mühüm fortlarını tutdular. İkinci
ağır zərbə isə dekabrın ikisində oldu. Komandan general Roman Kondratenko qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general Fok komandan təyin edildi. On altı gün sonra
yaponlar qalanın taleyini həll
edən Drakonovıy
Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və
istedadsız komendantı general Stessel qalanı dərhal düşmənə təslim
etmək
üçün hərbi
şuranın iclasını çağırdı. Şurada iştirak edən
bəzi komandirlər general Stesselin təklifinə şərik oldular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik
Semyonov və bir qrup
mərd zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən
zabitlər inad edirdilər ki, güclü
yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General
Mehmandarov başda olmaqla onlar deyirdilər
ki, qala hələ özünü
saxlamağa qadirdir, nə
qədər ki, mərmi var, toplardan atəş
yağdıracağıq. Nə qədər
ki, patron var, tüfənglərdən atəş
açacağıq. Mərmi və
patron qurtardıqda isə
süngü ilə
döyüşəcəyik.Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı
qarnizona əmr etdi.
Sonralar Rusiyaya qayıdanda general Stessel qala
müdafiəçilərinin tələbi ilə
Port-Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə
verildi. General-mayor Mehmandarov və onun zabit dostları
qala təslim edildikdən sonra da hərbi anda sadiq qalaraq
başqa əsgər və zabitlər üçün
nümunə
göstərdilər. Yaponların şərtlərinə görə əsgərlər hərbi əsir alınır,
zabitlər isə Yaponiyaya
qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. General Stesselin ətrafındakı
mürtəce fikirli
bir qrup zabit dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy
Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qaçırdı. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə görə general-mayor Səməd bəy
Mehmandarov əsir
alınıb Yaponiyanın Naqoya şəhərinə göndərildi. O, 1905-ci il avqustun 23-də Amerikanın Portsmut şəhərində sülh müqaviləsi bağlanandan sonra Rusiyaya
qayıda bildi.
Üç yüz otuz iki günlük məşhur Port-Artur
qalasının müdafiəsi general Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu.
* * *Aleksandr
Stepanovun "Port-Artur", P. Lorenkonun "Port-Arturun əzablı günləri" və Trofim Borisovun
"Portarturçular" romanlarında bir azərbaycanlı soyadına da rast
gəldik -
poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı
döyüş yolu yazıçılar tərəfindən maraqla izlənnilir. Hətta P.
Larenkonun 1906-cı ildə
Peterburqda nəşr
olunmuş "Port-Arturun əzablı
günləri" sənədli əsərində (II cilddə) yaralanmış
poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli
də dərc olunub. Döyüşlərdə mətanət
və mərdliklə vuruşan
poruçik Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?
Bu barədə "Kommunist" qəzetinin doqquz sentyabr 1984-cü
il tarixli sayında dərc edilən yazımdan sonra
respublikanın ayrı-ayrı bölgələrindən çoxlu məktub aldım. Xeyli adam poruçik Sadıqovun onun qohumu olduğunu
yazırdı. Lakin Sabirabadlı
Böyükağa Sadıqovun gətirdiyi
faktlar, sənədlər və
fotoşəkillər sübət elədiki, poruçik
Ağababa Hacıbaba oğlu Sadıqov onun əmisidir. Poruçik
Ağabab Sadıqov 1875-ci ildə
Şamaxının Ərdəbilli
məhəlləsində
ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək
dükanı varmış. 1903-cü ilin əvvəllərində igid poruçik
Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci
ilin əvvələrində
igid poruçik Ağababa Sadıqovun həlak
olması haqqında qara kağız da alınıb.
Port-Artur döyüşçüləri haqqında inqilaba qədər onlarla əsərlər yazılıb. Kabardin və çeçen igidlərinin Port-Arturdakı
döyüş fəaliyyəti haqqında Əhmədxan Naloyevin "Dan üzünün atlıları"
tarixi romanı, Vikenti Veresayevin "Yapon müharibəsi haqqında hekayətlər" silsiləsi, yazıçının
irihəcmoi
gündəlik və yol qeydləri, Sergey Senskinin "Susima" N.A. Levitskinin
"1904-1905-ci illərdə rus-yapon müharibəsi" maraqla oxunan əsərlərdəndir. Bunların hamısında eloğullarımızın
qəhrəmanlığı
haqqında az-çox məlumat
verilir.
"Niva"
jurnalının 1905-ci il iyirmi beşinci
sayında 496-cı səhifəsində bir həmyerlimizin də adına və fotoşəklinə rast gəldim. Onun haqqında ancaq bu sözlər yazılırdı:
"Otuz üçüncü Şərqi-Sibir atıcı alayının
poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu".
Adından, atasının adından və soyadından poruçik
Zülfüqar Bağırbəyovun azərbaycanlı olması
şübhəsizdir. Düşünürdüm. Görəsən, Uzaq Şərq
sərhədləri uğrunda igidliklə vuruşan
poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaşından sağ
qalanı varmı? Doxsan ildən çoxdü bu tərlan
baxışlı igid həmyerlimizin
fotoşəkli
"Niva" jurnalının səhifəsində saralıb solur.
Taleyin
qismətinə min şükür ki,
axtarışlarım bəhrə verdi. Sevindim ki, uzun illərdən sonra igid həmyerlimizin
unudulmuş adı, xidməti
xalqımıza bəlli
oldu.
1987-ci ildə İçəri şəhərdə yaşayan səksən iki yaşlı bir ağsaqqalla görüşdüm. Məhəmməd
Cavad oğlu Bağırov bildirdi ki, "Niva"
jurnalından şəklini
götürdüyümüz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma əmimdir. Əmim Zülfüqar 1874-cü ildə Şuşada anadan olub. Port-Artur
döyüşlərindən sağ-salamat
qayıdan əmim
Novobəyazid
süvari alayında ştabs-kapitan rütbəsində
xidmət edib. 1912-ci ildən
1914-cü ilə qədək Bakı şəhərində hərbi komendant işləyib, rütbəsi mayor idi, Birinci
Dünya müharibəsi
illərində Avstriya və Rumuniya cəbhəsində
döyüşlərdə iştirak edib.
Zülfüqar
bəyin
müasiri, Azərbaycan Cumhuriyyətinin liderlərindən biri Nağı bəy Şeyxzamanlı Türkiyədə nəşr etdirdiyi "Xatirələrim" kitabında yazır
ki, Zülfüqar bəy Bağıbəylinin Birinci Dünyaa müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər verdilər. Sonralar məlum oldu ki,
Zülfüqar bəy
bir erməni tərəfindən
vurulmuşdur. Ancaq rus
komandanlığı tərəfindən qatil
axtarılmış və
cinayət "məchul güllə ilə törədilmiş" - deyə ört-basdır
edilmişdir.
***
Böyük türk dünyasının nüfuzlu
orqanı "Tərcuman" qəzeti Port-Artur müharibəsinin gedişatını müntəzəm izləmiş və öz səhifələrində orduda qəhramanlıqla
döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir.
Qəzet 11 iyun 1904-cü ildə "Müxtəlif xəbərlər" rubrikasında
yazırdı: "İstehkamçı - kapitan İlyas bəy Ağalarov yeni podpolkovnik
rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur bəy
nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi
təhsil almaqla
elektrotexnika sahəsində də görkəmli
mütəxəssis olmuşdur.
Onun orduda keçən
hərbi xidməti, həyatı və rütbəsi Rusiyada yaşayan
hər bir müsəlman əhlində iftixar hissi
doğurur".
Gürcüstan Mərkəzi Dövlət arxivində İlyas bəy Allahyar oğlu Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur
döyüşlərindən sağ-salamat qayıtmışdır. Sonralar ikinci Qafqaz
istehkamçı batalyonun komandiri olan polkovnik İlyas bəy Ağalarov 1860-ci il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib.
Sənədlər göstərir ki, İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il
aprelin 26-da başlayıb. 1887-ci il avqustun
8-də
podporuçik, 1885-ci il avqustun 8-də poruçik, 1894-cü il
avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun
26-da podpolkovnik, 1910-cüu il dekabrın 6-da isə polkovnik rütbəsi ilə təltif olunub.
Polkovnik
İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav", 1905-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", yenə həmin ili
dördüncü dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə ordenlərinə layiq
görülmüşdür.
1913-cü
il martın on səkkizində polkovnik ilyas bəy qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdə
eloğlumuzun məzarı
hazırda Gəncədə İmamzadə
məscidinin həyətindədir.
Məzarın
mərmər
başdaşından solmaqda olan "Qvardiya polkovniki İlyas bəy Ağalarov"
sözlərini
oxuyanda unudulmuş igidin xatirəsi
qəlbimi göynətdi. İllərin tufanı mərmər qəbir daşından onun sonuncu
izini də silib aparırg Sərkərdəlik fəaliyyəti lazımınca öyrənilməmiş və hərb tariximizin heç bir səhifəsində indiyədək adı çəkilməyən belə igidlərimizi düşünəndə: "Hər bir insanın içərisində onunla birgə doğulan və ölən kainat var. Hər bir başdaşı
altında bütöv bir dünya tarixi yatır" - deyimini
xatırlamaya bilmirsən.
İstər-istəməz dahi Nizami Gəncəvinin:
Gəl, gör kiminkidir bu çökmüş məzar?
Yıxılmış baş daşı, göyərmiş otlar.
Mən torpaqda yatan bir mirvariyəm.
Qaldırsan görəsən sən tək diriyəm.
Batıb
gedən bilmə sən hər gedəni,
Məni görməsən də, görürəm səni.
- misları yada düşür.
"Tərcuman" qəzeti 5 noyabr 1904-cü ildə "Müsəlmanlar Port-Arturda" adlı xəbərində yazırdı: "Mancuriya ordusunun sıralarında və həmçinin Port-Artur döyüşlərinin qəhrəman müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə vuruşurlar. Redaksiyanın aldığı məktubundan aydın olur ki, yeddinci Şərqi-Sibir artilleriya divizionunun rəisi, general-mayor Səməd bəy Muxranskidir. Şimali Qafqazdan olan artilleriya poruçiki Y.İ. Dudarov isə avqust hücumlarının birində mərd zabit kimi şərəflə vuruşaraq həlak olmuşdur. Allah ona rəhmət eləsin. Amin!".
(ardı var)
Şəmistan
Nəzirli,
İstefada olan
olan polkovnik-leytenant
Ədalət.-2013.-5
noyabr.-S.7