"Maraqlı əsər yazmaq lazımdır, vəssalam!"

Mükafatında hər kəs hesab edir ki, o qalib olmalıdır”

 

Bu xanımın bir müddət əvvəl söylədiyi fikirlər ədəbiyyat cameəsində böyük səs-küyə səbəb olmuşdu. İllərdir yazıçıların "ciddi ədəbiyyat nümunəsi yaradırıq, amma oxuyan yoxdur”,- deyib oxucuları günahlandırmağına bu xanım sərt cavab vermişdi: "Yaxşı əsər , tez satılır”. O, bu fikri ilə yazarların yox, oxucuların tərəfində oldu.

Əslində, tək bu fikri ilə deyil, bir neçə ildir ki, mütəmadi həyata keçirdiyi Milli Kitab Mükafatı da yetərincə səs-küyə səbəb oldu. Söhbət "Əli və Ninokitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlidən gedir. Könül istərdi ki, onunla daha ətraflı söhbət edək, amma bir-birini əvəz edən tədbirlərdə iştirakı söhbətimizi yarıda kəsdi.

-12 ildən çoxdur ki, kitab satışı sahəsində çalışan xanımsınız. Bu gün Azərbaycanda hansı kitablar oxunur, hansılar yox?

-Birmənalı şəkildə deyəcəyəm, bu gün ölkəmizdə xarici müəlliflərin əsərləri yerli yazıçılarımızın əsərlərindən daha çox satılır, oxunur, tələb olunur. Amma mən hesab edirəm ki, bu belə olmamalıdır. Hər bir ölkədə yerli yazarların kitabları daha yaxşı satılmalıdır.

-Bu kifayət qədər ciddi problemdir. Bunun aradan qaldırılması yönümündə siz sizin kimi yayımçılar tərəfindən hansı addımlar atılır?

-Baxın, biz hər il Milli Kitab Mükafatı Müsabiqəsini keçiririk. Məncə, bu bizim həyata keçirdiyimiz ən böyük layihədir. Ümumiyyətlə, mən deyərdim ki, bu layihə ədəbiyyat sahəsində ən böyük layihədir. Hər il ən yaxşı yazarlara pul mükafatları veririk. Ondan başqa yeni yazarlar üçün pulsuz kitab təqdimatları keçiririk. Kitabları yetərincə təbliğ edirik.

-İmza günü kampaniyalarının nəticələri sizi qane edirmi?

-Ayda bir-iki dəfə yazarlarımızın imza gününü keçirir, müxtəlif kitab təqdimatları edirik. Bu gün Bəxtiyar Vahabzadənin yeni kitabları təqdim olunacaq. Mən hesab edirəm ki, bu imza günləri maraqlı layihədir. Bu hər bir yazar hər bir oxucu üçün çox xoşdur. Yəni sevimli yazarlarının kitablarını onun öz imzası ürək sözləri ilə almaq hər bir oxucunu sevindirir.

-Ən çox kimlərin imzası tələb olunub?

-Çingiz Abdullayev Elxan Qaraqan...

- Bunu ilə izah edirsiniz?

- Onların əsərləri yaxşıdır. Kitabları da ona görə satılır. Onların kitabları barədə daim resenziyalar yazılır deyə, kitabları ən yaxşı satılanlar sırasında yüksək mövqedə qərarlaşır.

- Milli Kitab Mükafatı cəmiyyətimizdə birmənalı qarşılanmır. Sizcə, niyə?

- Əgər müsabiqəyə 250 nəfər müraciət edib, əsərini təqdim edibsə, düşünün ki, yalnız biri qalib olur təbii ki, qalan 249 nəfər narazı olmalıdır. narazı da olacaqlar. Bunu həddən artıq təbii hal kimi qarşılayıram. Hətta dəstəkləyirəm.

- Maraqlıdır, narazı təbəqə sizi narahat etmir?

-Bilirsiniz, mən düşünürəm ki, əgər narazılıq varsa, deməli, gördüyümüz işə maraq da var. Maraq olmayan layihələr artıq əvvəldən nəticələri bəlli olan layihələr, müsabiqələrdir. Biləndə ki, filan yazar qalib olacaq, onda heç müsabiqələrə müraciət etmir, müsabiqəyə gözlənilən maraq da olmur. Amma bizim təşkil etdiyimiz Milli Kitab Mükafatı layihəsinə fikir versəniz, görəcəksiniz ki, hər dəfə nəticələr gözlənilməz olur. hər kəs hesab edir ki, o qalib olmalıdır. Əgər hamı narazı qalırsa, deməli, bu şəffaf ədalətli layihədir.

 

-Mükafat təsis olunanda siz belə fikir söyləmişdiniz ki, Milli Kitab Mükafatının qaliblərinin əsərləri dünya dillərinə tərcümə olunub, xaricdə təbliğ olunacaq.

-Xeyr, mən belə bir söz deməmişəm.

-Müsahibələrinizdə bu fikrə rast gəlmişdim...

-Yox. Bunun olmasını çox istərdim, amma həddən artıq məsuliyyətli işdir. Ona görə bu məsuliyyəti boynuma götürə bilmərəm. Əlbəttə, yenə deyirəm, bu arzularımdan biridir. Kim istəməz ki, yazarlarımızın əsərləri xarici dillərə tərcümə olunsun orda da tanınsın.

-Bəs yazarlarımızın şanslarını necə qiymətləndirirsiniz?

-Olsa, çox yaxşı olardı. Amma təəssüflə deyəcəyəm, hələ ki, Azərbaycanda əsəri əcnəbi dilinə tərcümə olunub həmin ölkədə tanınan bir yazar yoxdur. Tərcümə olunan əsərlərə o dildə resenziyalar yazılmalıdır.

-Sizcə, bunun üçün etmək lazımdır? Daha doğrusu, dünyada tanınmağın hansı kriteriyaları var?

-Maraqlı əsər yazmaq lazımdır, vəssalam!

-Maraqlı əsəri necə reklam etmək lazımdır?

-Bunu artıq yazarlardan oxuculardan soruşun. Bunu mən təyin etmirəm. Bununla bağlı oxucu rəy verə bilər.

-Ümumiyyətlə, maraqlı əsərin reklama ehtiyacı var?

-Məncə, yoxdur. Maraqlı əsər onsuz da yaxşı oxunacaq. Əsərin məzmunu onun üçün yaxşı reklamdır, başqa nəyəsə ehtiyac yoxdur.

- Nigar xanım, yazıçının səviyyəsini oxucu müəyyən edir?

-Bəli, mən hesab edirəm ki, əsərin maraqlı maraqsız olmasını yalnız yalnız oxucu müəyyən edir.

-Bəs ədəbi tənqidçilər?

-Söhbət satışdan gedir. Oxucu deyə bilər ki, bu əsər necə əsərdir: oxunaqlıdırsa oxunacaq. Məncə, bu, hər bir yazar üçün əsas meyar olmalıdır. Bizim əksər yazarlarımızın ən böyük problemi odur ki, onlar oxucularını tanımırlar. Oxucuların onlardan istədiklərini başa düşmürlər.

- Bu günün oxucusu istəyir?

-Oxucunu aldatmaq olmaz. İndi deyirlər ki, oxucunun zövqü yoxdur. Tamamilə səhv fikirdir. Oxucunun çox gözəl zövqü var. Oxucu oxumaq üçün istəyir? Maraqlı və səmimi yazılan bir əsər.

-Mütəxəssislər hesab edirlər ki, indi yazılan əsərlərin əksəriyyəti həddindən artıq çox səmimidir. Yəni öz həyat hekayələrini romana çevirəcək qədər səmimi yazarlar var. Bəs niyə onlar uğur qazanmır?

- Onu mən deyə bilmərəm. Ancaq onu deyəcəyəm ki, əgər hər hansısa yazıçının kitabı satılmırsa buna reklam olunmur, dükanda yaxşı yer verilmir, siyasi vəziyyət belədir, yaxud da bayaq dediyim məsələ- oxucu savadsızdır, zövqsüzdür kimi müxtəlif bəhanələr axtarmaq lazım deyil. Satılmırsa, deməli zəifdir, maraqsızdır.

-Bayaq söhbətin əvvəlində dediniz ki, əcnəbi müəlliflərin tərcümə olunmuş əsərləri daha çox satılır, oxunur. Amma bizdə kifayət qədər tərcümə problemi var. Dəfələrlə satılan "Çərpələng uçuran” əsəri həm də yaxşı tərcümə ilə diqqət çəkdi. Pis tərcümə olunmuş kitablara münasibət necədir?

-Münasibət əlbəttə ki, yaxşı deyil. Çünki hamı istəyir yaxşı tərcümə olunmuş əsər oxusun.

-"ƏDV-ə yox deyək, kitaba dəstək verək" kampaniyanızla çox səs küy yaratdınız. Nəticəsi olmadı. Hələ də ümidlisiniz?

-Biz hesab edirik ki, ƏDV ləğv olunmalıdır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da məncə, bu ləğv olunacaq. Ammavaxt olacaq, bunu dəqiq deyə bilmərəm. Biz əlimizdən gələni etmişik, aidiyyatı orqanlara müraciət etmişik. Eləcə də yazarlar bu kampaniyaya dəstək veriblər. Yəni, bir sözlə, biz nə bacardıqsa, onu da etdik. Amma mütləq ƏDV ləğv olunacaq, başqa yol yoxdur.

- Sizinlə söhbət etmək çox xoş idi, amma təəssüf ki, vaxtınız azdır. Hər halda yaxın vaxtlarda mütləq daha ətraflı söhbətləşərik.

- Təşəkkür edirəm. Mənə də xoş idi. Sizə uğurlar arzu edirəm.

 

ədalət.-2013.-5 noyabr.-S.2.