BU
YERLƏR İNDİ DAĞLARA BOY GÖSTƏRİR
Ölkənin
inkişaf strategiyasından
(əvvəli ötən
saylarımızda)
Ali məktəblərə tələbə qəbulunun nəticələrinə görə ötən dərs ilində 166 nəfər tələbə adını qazanmışdırsa (bunlardan 8 nəfəri 600 baldan çox), bu il 170 nəfər tələbə adını qazanmışdır (onlardan 7 nəfəri 600-dən çox bal toplamışdır), 26 nəfər isə 500-700 arası bal toplamışdır. Bu il orta məktəbi 3 nəfər qızıl medalla başa vurmuşdur. Rayonun tədris müəssisələrinin təmiri üçün 82 min manat vəsait ayrılmışdır ki, həmin vəsait hesabına da şəhər 5 nömrəli tam orta məktəbin binası təmir olunmuşdur.
Səhiyyə
Respublikada səhiyyə sahəsində də aparılan məqsədyönlü və ardıcıl işlər, həyata keçirilən layihələr insanların rifahının yüksəlməsi, onların sağlamlığının qorunması, sağlam nəsl yetişdirilməsinə xidmət edir. Rayonumuzun səhiyyə işçiləri də bu sahədə üzərinə düşən vəzifənin məsuliyyətini dərk edir və əhaliyə nümunəvi xidmətlər göstərməyə çalışır. Ötən 9 ay ərzində 115 adda 140 min manatlıq dərman preparatları alınmış və bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. 11 nəfər həkim, 46 nəfər tibb işçisi ixtisasartırma kurslarında iştirak etmişlər.
Mədəniyyət və turizm
Hesabat dövründə mədəni-maarif müəssisələrində tarixi gün və bayramların qeyd edilməsi təmin edilmişdir. Mədəniyyət işçiləri hər il ənənəvi olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Novruz şənliklərində rayonumuzu layiqincə təmsil etmişlər. Respublikanın, o cümlədən rayonun digər müəssisə və təşkilatları ilə yanaşı, mədəni-maarif müəssisələrində də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin illik iş planına müvafiq olaraq rayonun Rəsm Qalereyasında "Xalı və xalçaçılıq" adlı zona sərgisi keçirilmiş, sərgidə 14 rayon iştirak etmiş, 60-dan çox xalça nümayiş etdirilmişdir.
Əhalinin sosial müdafiəsi
Rayon Əhalinin Sosial Müdaiəsi Mərkəzində 2013-cü ilin 9 ayında 556 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Bunlardan 27 məcburi köçkün ailəsi, 128 ümumi səbəbdən əlil olmuş şəxslərin ailəsi, 94-ü isə çoxuşaqlı ailə olmuşdur. Sosial Müdafiə Mərkəzindən sosial müavinət alanların sayı 102 nəfər olmuşdur. Mərkəzin "Əlil, tənha və ahıllara sosial xidmətin təşkili sektoru" tərəfindən 362 nəfər tənha, ahıl və əlil şəxsə sosial xidmət göstərilmişdir. Hesabat dövründə rayon ərazisində 73 cinayət hadisəsi qeydə alınmış, rayon məhkəməsində 46 cinayət işinə, 235 inzibati işə və 380 mülki işə baxılmışdır. Rayon ərazisində 4-ü ölümlə, 5-i isə müxtəlif dərəcəli bədən xəsarəti olmaqla 9 yol nəqliyyat hadisəsi baş vermişdir.
Ötən müddət ərzində rayon Qeydiyyat şöbəsi tərəfindən 695 doğum, 345 ölüm, 342 nikah və 42 nikahın pozulması halları qeydə alınmışdır.
Son tədbirlərin xronikası
Hesabat dövründə əhalisinin sayı 3289 nəfər olan Dəymədağlı, Almalı və Ağçay kəndlərində 571 abonentin evinə qaz çəkilişi aparılmışdır. Bununla da rayon üzrə qaz çəkilişi aparılmış yaşayış məntəqələrinin sayı 12-yə çatdırılmışdır. Rayonda yaşayış məntəqələri üzrə qazlaşma 21 faiz, qazdan istifadə edən əhalinin sayı isə 52 faiz təşkil edir. Hazırda 5424 nəfər əhalisi olan İlisu, Qıpçaq, Cəlayır, Şotavar və İngiloy-Kötüklü kəndlərində qaz çəkilişi aparılır. 9 ay ərzində 605 ədəd qaz sayğacı küçə xətlərinə çıxarılaraq yenisi ilə əvəzlənmişdir.
2013-cü ilin 9 ayı ərzində rayon Elektrik Şəbəkəsi tərəfindən 57ədəd transformator yarımstansiyalarında cari və əsaslı təmir işləri aparılmışdır. 15 ədəd yeni 0,4 kv-luq ayrıcı quraşdırılmış və 25 ədəd dayaq yeni beton dayaqla əvəz edilmişdir. 29,5 km 10 kv-luq, 16,8 km 0.4 kv-luq hava xətti əsaslı və cari təmir olunmuşdur. 254 ədəd sayğac quraşdırılmışdır. Şəhərin Natəvan və S.Qocayev küçələrində 117 ədəd yeni beton-dayaq basdırılaraq yeni xəttin çəkilişi aparılır. 10 kv-luq İlisu hava xəttinin yenidən çəkilişinə başlanılmışdır.
Bu ilin 9 ayı ərzində rayonda internet
istifadəçilərinin sayı 869 nəfər artaraq 2020-ə
çatmışdır. Ümumilikdə isə rayonda internet istifadəçilərinin
sayı (digər operatorlarla birlikdə) 2957 nəfərdir.
Göründüyü
kimi həm təbiət gözəllikləri, həm də
müasirliyi ilə son illərin ən çox diqqət
çəkən rayonlarından biri olaraq Qax daim inkişafda,
daha böyük uğurlar iddiasındadır. Rəğbətlə
yanaşılası iddiadır. Çünki bütün
bunlar təkcə qaxlıların deyil, bütün Azərbaycan
xalqının arzu və istəyidir. Eləcə digər
bölgələrimiz, digər rayonlarımız kimi...
Məzahir ƏHMƏDOĞLU
Ədalət.-2013.-6 noyabr.-S.7.