HƏRBİ TƏHSİL DALINCA
Şəmistan Nəzirli, İstefada olan olan polkovnik-leytenant
(Əvvəli ötən saylarımızda)
Şahzadə Bəhmən Mirzə Qacarın 1905-ci ildə Port-Artur döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu Mirzə hərbdə və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra Vladiqafqazda və Oryol şəhərində yerləşən əlli birinci Çerniqov alayında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski alayına dəyişdirilmişdir. Port-Artur döyüşlərində həlak olan podpolkovnik Əliqulu Mirzə Qacar döyüş xidmətlərinə görə "Müqəddəs Stanislav" ordenilə təltif olunmuşdur. Bu barədə "Tərcuman" qəzeti 18 fevral 1905-ci il tarixli sayında yazırdı: "Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə imperator Mariya Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasını lazım bilmişdir". Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu. Onların hamasına öz doğma torpağında uyumaq qismət olmadı. Vətəninə, Bərdənin İmamzadə qəbristanlığındakı məqbərədə dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, Şahzadə nəslindən idi. Səksən ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu nəsillərə belə ehtiram göstərirdi.Şəhzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qarabağın Şuşa şəhərində anadan olmuşdur.İllər keçir, eloğullarımızın Rus-yapon müharibəsindəki hünərlərini əks etdirən sənədlər müxtəlif arxivlərdə tədqiq olunmamış qalır. Açılmayan qovluqlar öz yazıçısını, tədqiqatçısını gözləyir.Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə "Artilleriyanın allahı" syılan alim-general Əli ağa Şıxlinski fəxrlə yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm.Dost sözü: - Əziz Şəmistan, "Port-Arturun azərbaycanlı qəhrəmanları" oçerkini birnəfəsə oxudum. Sənin yazıçı-jurnalist qeyrətinə heyrət etdim. Arxivlərin kəsif qoxulu tozunu udaraq belə gözəl tədqiqatı ərsəyə gətirdiyinə görə sənə "sağ ol" deyri və ürəyimdə təsis etdiyim qeyrət ordeni ilə təltif edirəm.
Öpürəm, bağrıma basıram. Sən xalqımızı nə qədər böyük məhəbbətlə sevirsən.
yazıçı qardaşın Əmir Mustafayev,
"Azərbaycan" qəzetinin Baş redaktoru,
20 dekabr 2001-ci il
GENERAL SƏMƏD BƏY MEHMANDAROV BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ
Əsgər komandirinə, zabit generalına oxşamalıdır. Komandir
döyüşkəndirsə, əsgəri
də ona
oxşayır, zabit zəifdirsə, əsgəri
də əfəldir.
SƏMƏD BƏY MEHMANDAROV,
Tam
artilleriya generalı
Sərkərdə kimi ümumxalq şöhrəti qazanmış Səməd bəy Mehmandarov və Əli ağa
Şıxlinskidən danışanda talelərində oxşarlıq olan iki məşhur musiqi xadimlərimizi də yada salmamaq olmur. Üzeyir bəy Hacıbəyli və Müslüm
Maqomayev. Onların hər ikisi bir ildə anadan olublar, eyni seminariyanı
bitiriblər. Müəllim
işləyiblər, musiqi yazıblar.
Tale Üzeyir bəyə övlad qismət eləməyib. Üzeyir bəylə Müslümün taleyindəki
oxşarlıqları hər
iki görkəmli hərb xadmlərinin həyatında da görmək olar. Əli ağa Şıxlinski də övlad həsrəti ilə dünyadan
köçdü. Mehmandarova və Müslüm Maqomayevə tale övlad da verdi,
şöhrət də. Amma Əli ağa və
Üzeyir bəyə nisbətən onlar dünyadan tez
köçdülər.Hər ikisi on səkkiz yaşından əsgər çəkməsi geyindi, Peterburqda
oxudu, Port-Arturda, Birinci Dünya Müharibəsində
vuruşdu. 1918-ci ildə ilk milli Azərbaycan ordusu yaratmaq kimi şərəfli iş də hər iki şöhrətli generala qismət oldu. Tam artilleriya
generalı ali rütbəsi aldılar.Azərbaycanın dörd
qartalı XIX əsrin sonlarından ötən əsrin ilk illərinədək daima xalqına sidq-ürəklə xidmət etdi.Birinci Dünya
Müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən 21-ci piyada
diviziyasının komandanı idi. Bu vaxta kimi həyatında çox
hadisələr olmuşdu. Əsirlikdən qayıdan kimi yeddinci Şərqi-Sibir artilleriya
briqadasının komandanı təyin edildi, az
sonra ona daha məsul vəzifə verildi - üçüncü Sibir ordusunun korpusunda
artilleriya rəisi oldu. 1908-ci il Səməd bəyə bu yüksək vəzifədən başqa daha iki
böyük sevinc bəxş etdi. Həmin il iyulun on üçündə ona general-leytenant rütbəsi verildi. İkinci,
ən çox yadda
qalan sevinc isə
İrkutsk şəhərində noyabrın 18-də qismət oldu. Tale uzun intizardan sonra ona oğul payı göndərdi. Səməd bəy ona Pir adı verdi. Sonralar İqor adını
daşıyan Mehmandarov otuzuncu illərdə general ataya görə çox
ağrılar, əzablar
çəkdi.
1988-ci ildə
Bakıda görüşdüyüm İqor Mehmandarovun
danışdığı bir epizodu heç vaxt unuda bilmirəm. - Atamdan sonra
tez-tez anamı və məni ÇK-ya çağırardılar. Min
cür hədələyici suallar verirdilər. Suallara
düzgün cavab versək
də, verməsək də
bizi döyüb incidirdilər.
Bir dəfə lap cana doyub soruşdurm ki, axı, məni niyə incidirsiniz, niyə döyürsünüz? Bu sualların cavablarını mən həqiqətən də
bilmirəm, yalandan nə deyim? Mənə əzab vermək,
ağa qara demək
kimi bir şeydir. Mənim günahım nədir?- Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideyin
seçməmisiniz.Qəribə məntiqdir, nə vaxtdan övlad özünə valideyn seçib
ki?..Amansız təqiblərdən, yersiz sorğu-suallardan xilas olmaq üçün 1930-
cu ildə, keçmiş Azərbaycan Demokratik Respublikasının Hərbi Naziri olmuş general
atanın ölümündən sonra ana Yelizaveta Nikolayevna və oğul İqor Azərbaycandan Sankt-Peterburqa
köçməyə məcbur olurlar. Lakin Sovet ÇK-sı burda da
onları təqib
edirdi. "...1937-ci ildə Mehmandarovlar ailəsi Peterburqdan Saratova
sürgün edilir. Lakin İqor Mehmandarov burda də təqiblərdən yaxa qurtara bilmir.
Adi yaşayış şəraitinin olmaması, ağır
maliyyə çətinlikləri,
günaşırı XDİK-ə
çağırış onların həyatını
burda katorqadan da dözülməz
edir. Lakin bütün bunlarla kifayətlənməyən cəlladlar Mehmandarovlar
ailəsindən yenə də əl
çəkmirlər. 1941-ci ildə
Y.N.Mehmandarovanı oğlu ilə
birgə yenidən Sibirə sürgün edirlər. Bu dəfə o, alman faşistləri tərəfindən
partladılan qatarda həlak
olur. Oğlu isə
sürgündən
sonra uzun illər
Kalininqradda yaşayır. 1977-ci ildə isə Azərbaycanın hökumət rəhbəri onu Bakı şəhərinə
dəvət edir.Azərbaycan Respublikası
Baş Prokurorluğunun vəsatətinə əsasən
vaxtilə
Mehmandarovların yaşadığı Sankt-Peterburq və Saratov vilayət prokurorluqlarına
sorğu göndərildi.
Həmin
işlər öyrənildi və nəhayət,
İqor Səməd bəy oğlu Mehmandarova,
anası Yelizaveta Nikolayevna Mehmandarovaya rəsmi sənəd aldıq. Gec də
olsa xalqımızın tarixindən
qara ləkələrin biri də
silindi" (E.Hacıyev, "Bir qara ləkə də silindi" məqaləsi,
"Xalq qəzeti",
8 iyun, 1993-cü il).
* * *
1910-cu
ilin ilıq may günlərindən birində uzun ayrılıqdan sonra doğma Qafqaz Səməd bəyi qəhrəman oğul kimi qoynuna
aldı. O, mayın 24-də Tiflisdə yerləşən birinci Qafqaz ordusunun korpusunda artilleriya rəisi təyin edildi. İyulun 31-də həmin korpusda artilleriya müfəttişi, 1913-cü il
dekabrın 31-də isə iyirmi birinci süvari diviziyasının rəisi oldu.Birinci Dünya
Müharibəsinin ilk günlərindən Səməd bəy Mehmandarovun diviziyası üçüncü Qafqaz ordu
korpusunun sıralarında döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə rus ordusu heyətində böyük şöhrət qazandı. Bu
döyüşlərdə onun rəhbərlik etdiyi səksən birinci Abşeron və səksən üçüncü Samur süvari alayları
xüsusilə fərqləndi.1914-cü il dekabrın on birində İkinci Qafqaz ordu korpusunun
komandiri təyin olunan Səməd bəy Mehmandarov Sane çayı sahillərində, Prasnışa, Xolma və Vilno yaşayış məntəqələri uğrunda alman
qoşunları ilə ağır və müvəffəqiyyətli döyüşlər apardı. Bütün müharibə boyu onun rəhbərlik etdiyi korpus düşmənə bir ədəd də olsa top itkisi vermədi.Səməd bəyi yaxından tanıyan mayor
Hacıağa İbrahimbəyli 1946-cı ildə çap etdirdiyi "Səməd bəy Mehmandarov" adlı
kitabçasında iftixarla yazır:"Rəsmən hərbi akademiya təhsili almayan bir zabit yalnız
böyük bacarığı sayəsində, hərbi xidməti çox sevdiyinə, döyüşlərdə misilsiz qoçaqlıq və hərbi məharət göstərdiyinə, işinə can
yandırdığına və son dərəcə təmiz adam olduğuna görə bu qədər böyük rütbə sahibi ola bilərdi. Səməd bəy Mehmandarov da belə bir zabit idi.Əla səviyyəli topçu olan Səməd bəy Mehmandarova rəsmən topçu akademiya təhsili olan bir artillerist, həmçinin görkəmli qoşun generalı olan hər bir ərkani zabiti həsəd apara bilərdi".Birinci Dünya
Müharibəsi illərində general Səməd bəy Mehmandarov alman diviziyalarını bir neçə dəfə ciddi surətdə məğlub edən istedadlı sərkərdə kimi ad-san
qazanmışdı.1914-cü il sentyabrın on beşində keçirilən Lodz döyüş əməliyyatında general Mehmandarov
xüsusilə şöhrət qazandı. Alman generalı Makenzenin
qoşunları güclü hücumla İvanqorod şəhərini alıb sürətlə Lodz şəhəri uğrunda əməliyyata başladı. Güclü təzyiqlə geri çəkilən rus qoşunları
çox ağır vəziyyətdə idi. Bütün mövqelərdə hücuma keçən almanlar dayanmadan irəliləyərək geri çəkilən rus qoşunlarının
bir hissəsinin qarşısını kəsib mühasirəyə almağa
çalışırdı.Səməd bəy Mehmandarovun iyirmi birinci piyada
diviziyası səksən birinci Abşeron, səksən ikinci Dağıstan, səksən üçüncü Samur
və səksən dördüncü
Şirvan polklarından təşkil olunmuşdu. Bu polkların hərəsinin özünəməxsus
döyüş ənənəsi vardı.Korpus komandanı öz
bölmələrinin müqəddəratı üçün təşvişə düşərək Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğunu telefonla
ondan xəbər aldı. Səməd bəyin telefonda komandirlərə məxsus mərd, qısa cavabı belə oldu: "Vəziyyət ağırdır. Hücuma keçirəm!"İki
rus diviziyasının geri çəkildiyi
belə bir
ağır vaxtda Mehmandarovun diviziyası böyük bir
iştahla irəliləyən düşmənə
ağır zərbələr vurub onu geri oturtdu. Üç günlük ağır
döyüşlərdən sonra İvanqorod
şəhərinin
hüdudlarına çatıb onu həmləyə aldı. Birinci
Dünya Müharibəsi
tarixində Səməd bəy
Mehmandarovun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin
sürətli
planlarını puça çıxartdı. Geri çəkilən iki rus
diviziyasını isə
mühasirəyə düşmək
rüsvayçılığından xilas etdi.Həmin əməliyyat zamanı general Əli ağa
Şıxlinski Ali Baş komandan tərəfindən səhra toplarının
baş müfəttişi
yanında xüsusi tapşırıq generalı vəzifəsini
daşıyırdı. Sonralar o yazırdı:"O
zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının vəziyyətini yoxlamaq və bu sahədə fəaliyyətə istiqamət vermək üçün Qərb cəbhəsinə çağırıldım.
Mən
yeddi korpusu gəzdim
və müəyyən etdim ki, yalnız Səməd bəy
Mehmandarovun korpusunda ağır topların vəzifəsi
düzgün başa düşülmüş və bu toplar həmin vəzifələrə
uyğun yerləşdirilmişdir.
Bu iş korpus top müfəttişinin yox, məhz mahir topçu olan Mehmandarovun şəxsi təşəbbüsünün nəticəsi idi". Bu müharibədə misilsiz qələbələrə görə Səməd bəy Sadıq bəy oğlu Mehmandarova 1915-ci il martın 22-də tam artilleriya generalı rütbəsi verildi. Onun qəhrəmanlığı 1914-cü il sentyabrın 27-29-da apardığı müvəffəqiyyətli döyüşlərə görə üçüncü dərəcəli "Müqəddəs Georgi", 1915-ci il
yanvarın 2-də ikinci dərəcəli "Müqəddəs Vladimir" (qılıncla birgə) ordenlərinə və 1915-ci il sentyabrın 9-10-da
İvanqorod şəhəri uğrunda apardığı döyüşlərə görə brilyantla bəzədilmiş "Georgi
Silahı" ilə təltif olunub. General Səməd bəy Mehmandarovun
döyüşlərdə göstərdiyi igidliyi və əsgərlərlə xoş rəftarı
haqqında onun müasirləri
iftixarla söhbət
açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki, general Mehmandarov Birinci Dünya Müharibəsi zamanı olduqca çox
şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində
onun misilsiz soyuqqanlığı və
hədsiz
qoçaqlığı rus ordusunda məşhur
olmuşdu. Mehmandarov ədalətli,
namuslu, düz danışan adamları sevir, onlara kömək göstərir, ürəyi düz olmayanlara qarşı
isə
amansızlıq edirdi. Mehmandarovu şəxsən görənlərin hamısı təsdiq edir ki, ona tabe
olanların hamısı ondan oddan qorxan kimi qorxar, lakin onu sevər, ona inanardılar.
Səməd bəy Mehmandarov həmişə əsgərlərlə xoş rəftar
edərdi və daim onların
qayğısına qalardı. "Mehmandarov
nadir artilleriyaçıdır". Bu
üç kəlmə söz
Qırmızı Bayraqlı Qafqaz Ordusunun komandanı
İ.E.Yakirə məxsusdur. Onu 1925-ci ildə
"Birləşmiş
Azərbaycan Hərbi Məktəbi"ndə
müəllim
işləyən Səməd bəyin
şəxsi işinə komandan İona Yakir
öz dəst-xəttilə yazıb. İnqilab illərində Mehmandarovun həyatı çox təlatümlü
keçib. Nə
yeni hökumət, nə də onun adamları ona inam gətirməyiblər. Hər yerdə "Çar
generalı", "Müsavat naziri" kəlmələri sərt şillə kimi onun və
silahdaşlarının üzünə
çırpılırdı. Həmin o narahat illərdən - 1920-ci il
iyunun 4-də Səməd bəy Mehmandarovun öz əli ilə doldurduğu iki vərəq kağız qalıb. Bolşeviklərin tələbi ilə
doldurduğu "Həbs
vərəqləri" Milli Təhlükəsizlik
Nazirliyinin arxivində
saxlanılır.
GENERAL SƏMƏD BƏY MEHMANDAROVUN ANKETİ
Həyatda o, boyca balaca, iki yerə daranıb ayrılmış ağsaqqallı bir adam idi. Həmişə kiçik ayaqlarına görə xüsusi dəridən tikilmiş yüngül çəkmə geyərdi.
Deyirlər ki, 1923-cü ildə ağsaqqallı generalıg əlində süpürgə Bakıda görüblər. Altmış yeddi yaşlı general, Müsavat hökumətinin hərbi naziri kimi iki il keçdiyi həmin bu küçəni süpürüb adamlardan utanaraq, Azərbaycan Fövqəladə Komissiyasına qeyd olunmağa tələsirdi. Özü də həmin gün. Qoy görsünlər ki, o yerindədir, heç hara getməyib, heç yana qaçmayıb.
Deyirlər ki, belə olub. Hər ehtimala qarşı, bizim əlimiz çatan nəşrlərdə bu yoxdur, ancaq adamların yaddaşında bu qalıb. Uzun müddət belə hesab edirlər ki, öz tariximizi, onun bütün keçidlərində bilmək bizə o qədər də lazım deyil, əgər biz onu bütün ziddiyyətləri ilə - lap həqiqət olsa belə - yazsaq "düz başa düşmərik". Lakin oxşarlığın şüası, çəkilmələr zamanı sualtı daşlar təmizlənən kimi, həqiqəti üzə çıxardaraq bütün qaranlıq künclərə işıq saçır.
(ardı var)
Ədalət.-2013.-7
noyabr.-S.7.