Mətləb Ağayev

 

***

Sənə bir söz deyəcəm;

bir az keçsin aradan...

bir qış gəlsin, üşüyək,

bir yaz keçsin aradan...

 

bir payız da darıxaq,

tərləyək bir yayı da...

onsuz da çoxdan keçib

ömrümüzün hayı da...

 

bircə vayımız qalıb

oturub ağlamağa;

bir gün salam-əleyküm,

buyur öl, Mətləb Ağa...

 

bilsən, bir kənara yaz,

bu həyat nəyin nəsi?

daha nəyinə lazım

o qızın xatirəsi...

 

budur, bu da illərin

qırışları üzündə...

hər güzgüyə baxanda

yorulursan özündən..

 

...sənə bir söz deyərdim,

bir baxdım, unutmuşam...

mən o sözü sən demə,

nə vaxtdı unutmuşam...

 

***

 

Ömrüm boyu bəsdi mənə

bu sevginin hüzünü...

onda səni aldadırdım,

indi özüm özümü...

 

əzab verib gözlərinə

tapma məni, gizlənirəm...

örtdüm, görmək istəmirəm

güzgülərin üzünü...

 

necəydin, düşmür yadıma,

şəklin yox, çatsın dadıma...

yenə min şükür adına,

dodaqlarım qızınır...

 

***

 

var mənim üzümdə

ah çəkmə baxıb-baxıb.

İndi ki, ayrılırıq,

neyləməliyəm axı...

 

 

Bir az danış, eybi yox,

vaxt özü haqlayacaqg

Otur bir xatirə yaz,

hərdən varaqlayacam.

 

Sən ki, ağıllı qızsan,

daha desəm, yalan.

Yolumuz buracanmış,

salamat qal, vəssəlam.

 

***

Biri var bu şəhərdə;

desəm, sən tanıyarsan...

üzündən, nəfəsindən,

səsindən tanıyarsan...

 

səhər-axşam etsən,

onun üçün edərsən...

hara getsən hər dəfə,

o get deyər, gedərsən...

 

onun üçün sevmisən,

onun üçün nifrətin...

onun dediyi olur,

yalanın, həqiqətin...

 

gizlədərsən özündən,

onu tanıdığını;

ona yedirtsən belə

gözlərinin yağını...

 

...bir gecələr yatanda

tək arzuna çatarsan;

keçib güzgü önündə

ona baxıb yatarsan...

 

***

 

Bəsdi, yalan danışdın,

sözünü qaraya tut...

kiri, yalançı yaşdı,

gözünü qaraya tut...

 

get, artırma dərdimi,

bilirsənmiş hər dili...

al o qara pərdəni,

üzünü qaraya tut...

 

bilməyən bilməz daha,

sevgi hər şeydən baha...

geri dönməyəsən ha;

izini qaraya tut...

 

***

Darıxıram deyəsən,

hava da bulanıqdı...

yorulmuşam, sən Allah,

durub qarğıma baxtı...

 

Eyni nöqtəyə baxmaq

səni yəqin yorub...

ikimiz günahkarıq,

neynək, olub, olub...

 

Niyə sən bircə şeyi

başa düşmürsən açıq:

daha bitib bizimki,

çıçək açmayacağıq...

 

Nolar, salam versəm al,

mənə gülümsə, görsən.

çox deyilmiş sözsə ,

çox xoşuma gəlirsən.

 

Səndən ötrü ölürəm,

açıq yazdım, bağışla.

əlbət, səni görməyə

gəlirdim o yağışda.

 

Bir gün gəlib qarşıma

çıxacaqdın, demişdim.

şəklindən tanıyırdım,

özünü görməmişdim.

 

Eh, mənim günahlarım

yüzdü, mindi, bağışlag

Çox xoşuma gəlirdin,

amma, indi bağışla,,,

 

Ədalət.-2013.- 7 noyabr.-S.5.