HƏRBİ TƏHSİL DALINCA
(Əvvəli ötən saylarımızda)
1999-cu ilin oktyabr ayında tədqiqatçı axtarışı məni çekistlərin arxivinə gətirib çıxartdı. Burda "keçmiş adamlar"ın anketləri arasında illərin soldurduğu və Mehmandarovun xırda hərflərlə yazdığı ikiqat bir vərəq saxlanılır. O illərin qoxusunu verən bir vərəq Səməd bəy Sadıq bəy oğlu Mehmandarov xidmət illərini necə və harada keçirib, anketdən bunu müəyyən etmək olmur. Ancaq anketin "təltiflər" sütununa görə mühakimə yürütsək, məlum olur ki, o üçüncü və dördüncü dərəcəli Georgi ordeni, brilyantla bəzədilmiş qızıl silah, birinci, ikinci və dördüncü dərəcəli Stanislav ordeni, birinci, ikinci və üçüncü dərəcəli Anna ordeni, ikinci, üçüncü, dördüncü dərəcəli Vladimir ordeni, "Ağ qartal" , "Aleksandr Nevski" ordeni və s. təltif olunub. Burda sütunda yer qurtarıb, aşağıda yazılıb "və başqalarıg". Aydın məsələdir ki, ordenlər də əla hərbi xidmətə və qəhrəmanlığa görə verilirdi.Sonra isə anketdə bir yığın sual var. Köhnə orduda sonuncu rütbəniz və vəzifəniz? Tam artilleriya generalı, ikinci Qafqaz korpusunun komandiri. 1917-ci il fevral inqilabı zamanı harda olmusunuz? Alman cəbhəsində. Bəs oktyabr inqilabı zamanı? Petroqradda, 1917-ci ilin mayında üzv seçildiyim yaralıların Aleksandrovsk komitəsində. 1918-ci ildə altmış iki yaşlı generala Azərbaycan Demokratik Respublikasının müsavatçılar kabinetində hərbi nazir vəzifəsini təklif eləyirlər və Mehmandarov bu təklifi qəbul eləyir. 1920-ci il iyunun dördündə onu həbs eləyib iki aydan sonra general Əli ağa Şıxlinski ilə birgə Moskvaya göndərirlər. Moskvaya çatan kimi hər ikisini həbs edib Butursk həbsxanasına salırlar. Qatarı qarşılayan Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəsi Behbud bəy Cavanşir, Nəriman Nərimanova təcili teleqram vurur ki, sizin dediyiniz qatar gəldi, lakin generallar yoxdur. Stalinlə telefon əlaqəsi saxlayan N.Nərimanov onları tapdırır.Hazırda bizim Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanan Stalinin məktubu (surəti) generalları xilas edir. Stalin o vaxtkı Ümumittifaq Fövqəladə Komissiyasının birinci müavini H.Q.Yaqodaya 1920-ci il 12 noyabr tarixli məktubunda yazır:"Yoldaş Yaqoda! Hərtərəfli yoxlamadan sonra məlum oldu ki, Azərbaycan generalları S.Mehmandarov və Ə.Şıxlinski heç nədə günahkar deyillər. Xahiş edirik onların həbsxanadan buraxılmasına nail olasınız. İ.Stalin"Ad gününü həbsdə "qeyd eləyir". Yeddi gündən sonra azad edilib Daimi Artilleriya Komissiyasının üzvü kimi səhra qərargahına göndərilir. Burda Səməd bəy Mehmandarovun əliylə yazılıb:"Bir dəfə də istintaq aparmadılar, heç bir ittiham irəli sürmədilər". Bəs nəyə görə?! Rus qanı tökməyib, bolşeviklərə qarşı çıxış eləməyib, hərbi andı qəbul eləyib. Əsgərdən generala kimi yüksəlib. Sədaqətlə xidmət edib. 1921-ci il noyabrın on səkkizində Səməd bəy Sadıq bəy oğlu və Əli ağa Şıxlinski Nərimanov və Qarayevin xahişi ilə Bakıya - Hərbi Dəniz Xalq Komissarlığına qaytarılır.
1923-cü
ildə
yazılmış anketində göstərir: "İndiki vaxtdan
tapşırıqçı və pul
kağızlarının bölgüsü üzrə komissiyanın sədriyəm".
Bildiyimiz kimi, pul isə hər adama etibar edilmirdi. Deməli, təmiz adam olub.
Əgər Oktyabr inqilabına rəğbət bəsləmişsinizsə, bunun səbəbi nə olub? (Həmin dövrdə sizin
etiqadınız?).
C a v a b:
- Bu suala ən yaxşı cavab - aprelin iyirmi səkkizində, yəni çevriliş
günündə mənim Azərbaycan ordusuna verdiyim əmrdir. Bu əmr və eyni dərəcədə hərbi hissə
rəislərinə göndərilmiş teleqramlar Qərargah arxivində qorunur və onlar mənim Sovet hakimiyyətinə münasibətimi müəyyənləşdirə bilər.
Otuz doqquz
nömrəli sual: - Hansı səpgili fəaliyyətə daha çox meyl edirsiniz?
C a v a b:
- Mənim
yaşımda sakit və dinc fəaliyyətəg
Bəli, əsrin əvvəllərindən başlayan müharibələr, inqilab turanları ağsaqqal
generalı yormuşdu. Üstəlik
də ölkəmizə varvarcasına
soxulan istilaçı bolşeviklərin
poqonunu daşımaq istəmirdi.
TƏLATÜMLÜ GÜNLƏRDƏ
"1923-cü ildə ağ saqqallı general Səməd bəy Mehmandarovu əlində süpürgə Bakıda görüblər". Anketdən bu sözləri oxuyanda istər-istəməz adamın ürəyi ağrıyır. Orduda minlərlə əsgərə, zabitə silah tutmağı
öyrədən igid bir sərkərdəni
bu qədər alçaldan kimlər idi?
Şöhrəti Rusiyanın sərhədlərini aşan Port-Artur, Birinci Dünya Müharibəsinin qəhrəmanı ilə ömrünün
ağsaqqal çağında belə "ciddi zarafat" edən şəxsdə vicdandan əsər-əlamət vardımı?1920-ci ildən şahid qalmış bir sənədlə bu sualların
cavabını tapmaq olur. Orada oxuyuruq:"Qızıl Ordu demək olar ki, bütünlüklə döyüş qabiliyyətindən məhrum və daşnak zabitlərinin komandası altında
olan erməni könüllülərindən ibarət idi. Bu dəstələr ətraf kəndləri qarət edir, bununla müsəlman kəndlərinin qəzəbinə səbəb olurdular".-
Bax, bu "könüllülər" Bakıya varid olandan sonra cəmi il yarım Azərbaycan Demokratik
Respublikasının hərbi naziri olmuş Səməd bəy Mehmandarovu xalqın gözündən salmaq üçün əlinə süpürgə verib küçə
süpürtdürmüşlər. Bu "könüllü"
düşmənlərimiz yaxşı bilirdilər ki, Səməd bəy Mehmandarovu xalq sevir və inanırdılar ki,
onları "azadlıq gətirən könüllülərin" zülmündən məhz Səməd bəy Mehmandarov kimi generallar
qurtara bilər. Bu ümidlə də hələ 1919-cu il iyunun altısında Qusar,
Quba, Xaçmaz, Dəvəçi əhalisinin keçirdikləri mitinqin qətnaməsində deyilirdi:"Biz əminik ki, hökumətimiz (Azərbaycan Demokratik Respublikası
- Ş.N.) döyüş meydanında özünün son
üzvünü itirənədək ona etibar etdiyimiz qadın və qızlarımızı
qara generalların əlinə verməyəcək. Nikolayın mənafeyi naminə Port-Artur civarlarında fərqlənmiş şücaətli hərbi nazirimiz Mehmandarov bizim
mahalda olduğu vaxt gözündə yaş damlaları
süzüldüyü halda, vətən, qadın və qızlarımızın,
ana və bacılarımızın namusunun müdafiəsi yolunda canından belə keçməyə hazır olduğunu
bildirmişdi".Lakin işlər elə dəyişdi ki, dünyanın çərxi sanki tərsinə fırlandı. Dindarla dinsizin müharibəsi
başlandı. Bu döyüşlərdə biz çoxlu tələfat
verdik. Azərbaycanı
içəridən "yeyən" S.Şaumyan,
T.Amirov, S.Lalayev, Avakyan kimi daşnaklar quzu cildində qurd olmuşdular.
Onların quldur dəstələri gecələr müsəlman evlərinə hücum edir, kəndlilərin silahını əlindən alır, vəhşicəsinə döyürdülər. "Azərbaycan" qəzeti (30 17 mart
1919, №67) yazırdı ki, Qafqaz cəbhəsindən türk orduları geri
çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşdilər və birlikdə həmin hissələrə qarşı hücuma keçərək, onlara zərbə vurmağa başladılar. Bir tərəfdən Andronikin, digər tərəfdən isə
erməni
generalları Dro, Keri, Muradın dəstələri hərəkət edirdilər.
Tərk
edilmiş bütün müsəlman
kəndləri qarət olunmuş və yerlə yeksən edilmişdi. Məhz bu
vaxt Şaumyanın və
Avakyanın fitnəkarlığı
sayəsində Şamaxı hadisələri başlandı. Şaumyan tərəfindən bu hadisələrlə
əlaqədar
yazılmış məktub
Gəncə komendantının əlinə düşdü.
Bu məktubdan
Şaumyan və
Avakyanın daşnak olduqları açıq-aydın
görünürdüg Bu faciələrin hamısı on səkkiz-on doqquzuncu illərdə olmuşdu. 1920-ci ilin aprelində isə qırx minlik milli Azərbaycan Ordusu yetmiş iki
minlik XI Ordunun qarşısında tab gətirə bilmədi. Ona görə ki, otuz minlik
piyadası, on min süvari qoşunu olan milli Azərbaycan Ordusu Zəngəzurda, Qarabağda, Qazax və başqa qəzalarda daşnak
quldurları Hamazaspın və
Andronikin dəstələrinə
qarşı vuruşurdu. On birinci ordu ilə Azərbaycana gələn marşal S.A.Krasovski "Jizni
v aviasii" kitabının (1960-cı il nəşri) yetmişinci səhifəsində bu barədə yazır: "XI 0rdu hissələri Azərbaycan sərhədinə, Yalama stansiyasına
yaxınlaşanda Bakıda müsavat hökumətinin iclası gedirdi. Bu
iclasda hərbi nazir general Səməd bəy Mehmandarovdan hökumət başçısı Nəsib bəy Yusifbəyov soruşur: "Müsavat
ordusu düşmənin hücumunun qarşısını ala biləcəkmi?" Nazir də sualı sualla
qarşıladı: "Hansı düşməni nəzərdə tutursunuz? Daşnakları
yaxud menşevikləri?
Menşevikləri
deyirsinizsə
ümid var. Hərgah
XI Ordunu nəzərdə tutursunuzsa, onda bizim
gücümüz yalnız bir dəqiqəliyə kifayətdir, cənab nazir".
General S.Mehmandarovun "Gücümüz bir dəqiqəliyə kifayətdir" - deməkdə haqlı idi. Yeni
gələn bolşevik
hökuməti Azərbaycana hücum edən ordusunun
sayının 72 min olduğunu elan etmişdi. Lakin 1921-ci ilin fevral ayında məlum olmuşdur ki, Azərbaycana hücum edən
bolşevik-daşnak ordusunun sayı 300 min nəfərdir.
Bu da o zamankı Azərbaycan əhalisinin hər beş, yaxud altı nəfərindən birinə iki nəfər əlisilahlı rus əsgəri düşürdü.
Leninin rəhbərlik etdiyi Sovet imperiyası beynəlxalq hüquq
normalarını kobud şəklində pozduğunu başa düşərəkdən Azərbaycana hücum edən ordunun sayını gizlətmişdir.Şübhəsiz ki, hərbi nazir general Səməd bəy Mehmandarov gələn istilaçı ordunun
sayının 72 min yox, 300 min olduğunu kəşfiyyat vasitəsilə öyrənmişdir.Sual olunur, hələ sayı 40 minə çatmayan, üstəlik də həmin vaxtlarda Qarabağ,
Naxçıvan, Qazax və başqa bölgələrdə erməni-daşnak ordusu ilə döyüşlər aparan Azərbaycan ordusu, həm də 300 minlik istilaçı bolşevik-daşnak ordusu
qarşısında tab gətirə bilərdimi? Əlbəttə yox! "Sovet tərəfinin xahişi ilə xüsusi olaraq Bakıya dəvət olunmuş türk hərbi generalı Xəlil Paşanın (1882 - 1957)
da daxil olduğu XI Qızıl Ordu 1920-ci il
aprelin 28-də döyüşsüz Bakıya daxil oldu. Xəlil Paşa Dərbənddən
bu tərəfə yol boyu bütün dayanacaqlarda
çıxış edib əhalini
Sovet hakimiyyətini
müdafiə etməyə çağırırdı.
İstanbul hərbi
muzeyində Xəlil Paşanın
RSFSR, MİK tərəfindən təltif olunduğu
gümüş xəncər
saxlanılır" (Z.Bünyadov "Elm və həyat"
jurnalı, 1988-ci il, №10).Bu yaxınlarda Türkiyədə səfərdə olmuş oyma işləri üzrə sənətkar
dostumuz Firidun Seyfəddinoğlu
1976-cı ildə
İstanbulda çap olunmuş "Azərbaycan"
adlı bir kitab da gətirmişdi.
Kitabın müəllifi
Kərim Odər
xalqımızın ədəbiyyatından,
tarixindən,
iqtisadiyyatından və
Azərbaycan
Demokratik Hökumətinin
fəaliyyətindən məhəbbətlə söhbət açır.
Kitab həm
də
xalqımızın görkəmli
oğullarının nadir fotoşəkilləri ilə bəzədilib.
Orda Səməd bəyin on səkkiz-iyirminci illərdəki fəaliyyəti haqqında məlumat və bizə məlum olmayan fotoşəkli də verilib. Kərim Odər yazır:"Cümhuriyyət hökuməti əsgəri işlərə əhəmiyyət vermişdir. Hərbiyyə nəzarətə general Səməd bəy
Mehmandarov təyin
olunmuşdu. Onun müavini rus
artilleriyasının "Allahı", general-leytenant Əli ağa
Şıxlinski, baş qərargah
rəisi isə Məmməd
bəy Sulkeviç
idi. İyirmi dörd min piyada, süvari,
topçu və digər siniflərdən ibarət
hər cür silahla
yaraqlanmış bir ordu qurulmuş və
Xəzər dənizində kiçik bir flot
hazırlanmışdır. Bakıda, Lənkəranda və
Qarabağda milli hökuməti
tanımaq istəməyənlərdən acı bir vəziyyət
yaranmışdır. Rus və digər düşmən qüvvələri itaət və nizam altına
alınmışdır".İyirminci illərdə general Səməd bəy Mehmandarovun təlatümlü keçən günlərini o vaxtlar on iki yaşı
olan oğlu Pir daha yaxşı xatırlayırdı: "Atam
aprelin iyirmi yeddisində parlaman iclasından qayıdıb özümüzlə aparmaq üçün
anamın hazırladığı çamadanları
gördükdə dedi ki, bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki, səni güllələyəcəklər?Atam
cavab verdi ki, parlamanın son iclası qurtaranda "Hümmət" fraksiyası lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, getmə, qal! Heç
yerə getmə. Söz verirəm
ki, başınızdan bir dənə də tük əskik
olmayacaq. Qal bizimlə işləgAnam isə etiraz edib dedi: Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?..Atam
qəti səslə: Heç yerə getməyəcəyik, - dedi. Anam inadla: Axı, qatar Biləcəridə gözləyirg Atam: bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur, -
cabvabını verdiDoğrudan da Biləcəridə müsavat hökumətinin
başçılarını Tiflisə aparacaq qatar
atama görə saat yarım gözləmişdi".Tədqiqatçılar Səməd bəy Mehmandarovun tərcümeyi-halından
danışanda iyirmi birinci ildən iyirmi dördüncü ilə kimi olan fəaliyyətindən demək olar ki, sükutla
keçirlər. 1920-ci ilin avqustun birindən Səməd bəy Mehmandarov Əli ağa
Şıxlinski ilə
birlikdə baş qərargahda işləmək üçün Moskvaya göndərilir. Şıxlinski Ali Artilleriya məktəbində gələcəyin marşalı
L.A.Qovorova, N.D.Yakovlevə,
M.N.Çistyakova, baş artilleriya marşalı N.N.Voronova və başqalarına dərs deyir. Səməd bəy Mehmandarov da
Artilleriya Nizamnaməsi
hazırlayan komissiyanın tərkibinə daxil edilir, həm də Hərbi Akademiyada taktikadan dərs deyir. İyirmi birinci ilin payızında Azərbaycana qayıdan hər iki general Respublika
Hərbi
Komissarlığının sərəncamında
saxlanılır. Əli ağa Şıxlinski bu barədə daha dəqiq məlumat verir: "İyulun on səkkizində biz ikimiz də Bakıya yola
düşüb, iyulun iyirmi ikisində gəlib Bakıya çatdıq. Bakıda biz Azərbaycan
Sovet Qoşunları Qərargahına
daxil edildik. Bundan başqa hər ikimiz Azərbaycan Komandirlər məktəbində
topçuluqdan - Mehmandarov rus, mən
isə Azərbaycan dilində dərs deməyə başladıq.
Qarnizon rəisi öz sədarəti altında olaraq, "Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətinin təşkili haqqında" əmr verdi. Mən sədr müavini təyin edildim. Qarnizon rəisi
özü sədrlik
etmirdi, adətən iclasları mən aparırdım.
Mehmandarov isə
bu cəmiyyətin
üzvlüyünə
təyin
edilmişdi".
Bəs iyirmi üçüncü ildə general Səməd bəy Mehmandarovun əlinə süpürgə verib küçə süpürtdürən kimlər idi? Mərkəzdə
oturan Stalin əmr
vermişdi ki, müsəlman
ziyalıları arasında təmizlənmə aparılsın. Bakıda
solların mövqeyini möhkəmlədən, Nərimanovun məsləkdaşlarına qarşı
mübarizəni gücləndirən AK(b)P Bakı Komitəsinin katibi L.Mirzoyan, S.Orconokidze, A.Mikoyan, A.Qutin onun əlaltıları və içərimizi qurd kimi gəmirən bir qrup keçmiş
daşnak havadarları Stalinin əmrini canla-başla yerinə yetirirdilər. Həmin ildə onlar Nərimanovu da Bakıdan
perik salmışdılar. Onlar
yaxşı bilirdilər
ki, Nərimanov
general Səməd bəy Mehmandarovu sərkərdə
kimi çox yüksək
qiymətləndirir.
Mərhum general-mayor Akim Əli oğlu Abbasov:
- Mənim bəxtim gətirib ki, üç il məşhur sərkərdə, Rus-yapon və Birinci dünya müharibələrinin qəhrəmanları Mehmandarovun və Şıxlinskinin tələbəsi olmuşam. Onların mühazirələri o qədər maraqlı olurdu ki, diqqət kəsilirdin, çalışırdın ki, bir sözü də buraxmayasan. Hərb işinə dərindən bələd olmaları heyrətə gətirirdi adamı. Artilleriya və riyaziyyat biz kursantların ən çox sevdiyi fənlər idi. Niyə? Əlbəttə, ona görə ki, bu fənlərdən mülahizələri sevimli müəllimlərimiz general Səməd bəy Mehmandarov və general Əli ağa Şıxlinski oxuyurdu. Onların erudisiyası, hərbi işin, xüsusilə də artilleriyanın nəzəriyyə və praktikasının ən mürəkkəb məsələlərini son dərəcə aydın və hərtərəfli başa salmaq qabiliyyətləri dinləyiciləri heyrətləndirir, vəcdə gətirirdi. Elə bir kursant tapılmazdı ki, döyüşlərdə dəqiq komandir əmrləri, igidliyi ilə hər bir əsgəri və zabiti qəhrəmanlığa ruhlandıran bu şanlı sərkərdələrin həyat və fəaliyyətini dərindən öyrənməsin.
Bu qoca generallar ağlasığmaz dərəcədə zəhmətsevər idilər, özlərinin ağır peşələrini ürəkdən sevirdilər, sadiq idilər sənətlərinə və qibtə ediləcək bir səbrlə hisslərini gələcəyin gənc zabitlərinə aşılamağa çalışırdılar.
(ardı var)
Şəmistan Nəzirli,
İstefada olan olan polkovnik-leytenant
ədalət.-2013.-8 noyabr.-S.7.