ONLAR VƏ
MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM
ÇİNGİZ
CANDAR
Dağlıq Qarabağ və münaqişəli Qafqaz Üçlüyü
(2)
Öncələr qəzetimizdə gedən "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə və xüsusilə qardaş Türkiyədə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Müxtəlif illərdə yazılan və arxivdən aldığımız bu yazılardan görünən bu ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
Qafqazın özünə məxsus bir məftunluğu var. İnsanın içini titrədir. Ovsunlayır. Bir əsanələr məskənidir.
Zal oğlu Rüstəmdən Leyli Məcnunadək bir çox əfsanələrin məhz buralı olmasının əlbəttə bir anlamı var demək və bunların da heç şübhəsiz o məftunedicə qüvvə ilə bir əlaqəsi olmamış olmaz. Ömrünü Tiflisdə keçirmiş bir erməni əsilli olan, sovet dövrünün tanınmış kinorejissoru Sergey Paracanovun "Aşıq Qərib" adlı filmi "Əfsanəvi Qafqazın və ya Qafqazın əfsanəsinin" bir nümunəsi ola bilər.
Gürcüstan torpaqlarından yol alıb Tiflisə doğru gedərkən, Tiflisdən Azərbaycan və ya Ermənistan sərhədlərini aşarkən, Gəncədən Bakıya tərəf səfər edərkən bu istiqamətdə Azərbaycanın şor torpaqlarını üzünə baxarkən və yenə də Azərbaycanın Qobustan adlı tarixi bir yerindəki mağaralarla tanış olarkən, üstəlik də Xəzər dənizinin petrol və ikra zənginlikləri haqqında eşidərkən bu əfsanəyi görürüsən və bu məftunluğun əsiri olmaya bilmirsən.
Erənistandan da keçən Arazın həmən yanı-başıda, sahilində dayanıb bir az aralıda duran Türkiyə torpaqlarında yüksələn Ağrı tanınmamış mistik bir görümlə Qərb torpaqlarında qarşınızda çanlanırkən Qarabağ, yəni, Azərbaycan istiqamətində Şərqə doğru uzanan bitməz və tükənməz dağlıq torpaqlara və Qarabağın özünə də bir məftunluq qüvəsi hopmuş kimidir.
İstər adı Gürcüstan, istər Eermənistan, istər Azərbaycan olsun, bura Qafqazdır. Bir bütünlük var bu ərazidə. Zatən Güncüstanda da azərilər və ermənilər yaşayır. Dağlıq Qarabağ münaqişəsi və Sovetlər İttifaqı dağılmağa üz tutmazdan qabaqlar Ermənistanda Azərilər yaşayırdı (Qorbaçovun Ali Sovetin sessiyasında bir erməni millət vəkilinə dediyi sözləri bura əlavə eləyək, çünki bu sözlərdən hörmətli Çingiz Candarın xəbəri yoxdur bəlkə də. Qorbaçov dedi: bir zamanlar təkcə Yerevanda 1 milyon azəri yaşayıb, indi onlar hardadır. Daşnaq millət vəkilinin dili tutuldu.T.A.) Qarabağda isə çoxunluğu azərilər təşkil eləməklə və Azərbaycanın paytaxtı Bakıda, Azərbaycanın müxtəlif yerlərində ermənilər yaşayırdı (hörmətli Çingiz Candarın xəbəri varmı, yoxmu bilmirəm. Bəzi məlumatlara görə indi də Bakıda ermənilər var - T.A.) Qafqaz bu üç millətin ortaq evlərinin adı. Bu üç millətin xarici görümünü və adət-ənənələrini belə bir-birindən ayırmaq çox çətin. Qafqazlı olmamaq qətiyyən mümkünsüz, demək haradansa gəlmisiniz...
Dağlıq Qarabağ münaqişəsi Qafqazın bu kimliyinə, ortaq varlığına bir "xəyanəti" xatırladır. Çünki, bu münaqişə bəhanəsiylə Ermənistanda və Azərbaycanda ağılalmaz bir etnik təmizlik aparıldı və bu gün Dağlıq Qarabağın içində aparılan ikinci etnik təmizlik Qafqazın o məftunedici gözəlliyini pozdu və yeni bir "siyasi gerçəklik" ortaya çıxdı.
Dağlıq Qarabağda (müstəqil) Dağlıq Qarabağ Cümhuriyyətinin başqanı Arkadi Qukasyan və Xarici İşlər naziri Bayan Nauri Melkumyan ilə söhbətimiz uzanıb gedir, hava qaralır, helikopterlə, yəni, vertolyotla Yerevana qayıtmaq imkansız bir hala gəldiyindən gecəni Xankəndidə (Stepanakert) keçirmək ortaya çıxdıqda: yaxşı, dedim, beləcə Şuşaya gedərik, bir qəhvə içərik, sadəcə Şuşanı vertolyotdan görmək kifayət deyil, yaxından da görərik" ...düşünürkən, erməni ev sahibələri gülümsədilər. Və göyə dırmanır kimi bir yer olan Şuşanın yollarını buz bağladığını və oralara getməyin imkansız olduğunu söyləyib, 7-8 km aralıdakı Şuşaya bizi aparmadılar. "Qadağan sahəsimi, yoxsa əskəri sahəmi" - deyə soruşdum. "Yox", - dedilər Şuşada 20 minə yaxın insan yaşayırdı, 2 mini erməni idi. Sadəcə ERMƏNİLƏR qaldı. Şuşa boşdur. BOŞŞŞ. (ikinci "BOŞŞŞ" ifadəsi bizimdir. İnanın bir hayqrış kimi qopub kompüterin ekranına girdi. Üzr istəyirik müəllifdən - T.A.). Bu saatda ora gedib oturacağınız bir yer yox.
Azərbaycanın musiqi və mədəniyyət mərkəzi sayılan Qafqazın konservatoriyası sifətini almış Üzeyir Hacıbəyovun Şuşası (xahiş edirəm bu çox tanınmış Türk yazarın ifadəsinə fikir verin: Üzeyir Hacıbəyovun Şuşası) bu gün mütrük (metrük) vəziyyətdə. Şuşaya getmək olar, amma kim çıxacaq qabağına? Gediləcək yer yox.
Amma Dağlıq Qarabağın ətrafında və Qarabağla Ermənistan arsında zorla və bir çox başqa qüvvələrin də gücünə işğal edilən Azərbaycan torpaqlarına-Kəlbəcərə, Zəngilana, Füzuliyə, Qubadlıya, Cəbrayıla sadəcə getmək belə mümkünsüz, çünki oralar ermənilərin əlində və əskəri bölgə. Laçın və Ağdam da belədirmi, bilmirəm.
Bildiyim: oralarda başdan-ayağa bir etnik təmizlik aparıldığı və oralarla bağlı, bir az da həqiqətə uymayan anlamsız əfsanələrə inanıldığı. Məsələn, oraları ələ keçirən erməni ordusu deyil, "Dağlıq Qarabağ ordusu" imiş, oraları idarə eləyənlər Ermənistandakı şəxslər yox, Dağlıq Qarabağ hökuməti imiş...
"Dağlıq Qarabağ Cümhuriyyəti" özünün rəsmi qəbul olnmasını istəyir. Bunun sonu isə müstəqillik. Xüsusilə də Ermənistandan asılı olmayan bir vəziyyətdə öz kimliyini ortaya qoymaq istəyir. 4000 km bir sahəsi, 80-90 min nəfər əhalisi olan və Ermənistandan başqa heç kəsin tanımadığı (Ermənistan və Dağlıq Qarabağ arasında Türkiyə ilə QQTC arasındakı kimi qarışılıqlı səfirliklər yox, Dağlıq Qarabağın Ermənistanda təmsilçiliyi var) "müstəqil" dövlət.
İndi işə bax, BM təşkilatının Güvənlik konseyinin 31 iyul tarixli və 853 sayılı qərarı Dağlıq Qarabağın Azərbaycana aid olduğunu və "Erməni güclərinin" işğal etdikləri Azərbaycan torpaqlrını dərhal tərketmələri gərəkliyini ortaya qoyur və Dağlıq Qarabağ adlı bir yerin bütün haqlarını ortadan qaldırır.
Bununla belə Minsk Qrupunun bu günə qədər əsaslı iş görməməsi Amerika və Rusiyanın "əl altından" Azərbaycana "əsgəri məğlubiyyəti" qəbul elətdirməsi fikrini yeritməsi qulağımıza gəlib çatır.
Bu vəziyyət 11 sentyabr hadisəsindən sonra istər-istəməz dəyişməyə məcbur. Bu dəyişikliyin ən bariz nümunəsi Amerikanın erməni lobbisinin təsiri ilə Azərbaycana qoyduğu 907 sayılı embarqonun qaldırılmasına doğru gedən yol və erməni lobbisinin bu işdə oyundan kənarda qalması. Eyni şəkildə Amerika Naxçıvan ilə Azərbaycan arasında Ermənistanın Zəngəzur torpaqlarından (? Sual bizimdir) keçən dəmiryolunun yenidən işə düşməsi üçün girişir. 11 sentyabrdan sonra Əfqanıstan və Orta Asiyaya Qafqaz üzərindən yolların açılması və çalışması gərəkliyi.
Və eynən bunun kimi Türkiyə-Ermənistan sərhəd qapılarının açılması və hətta Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərə mane olan soyqırım həngaməsini də keçmişdə buraxıb bu münasibətlrin qurulmasını Amerikanın gündəmində saxlamaq və eşitdimizə görə bu məsələ də Bəyaz Sarayda Bülent Ecevitə deyilmiş.
Dağlıq Qarabağ və onunla Ermənistan arasında qalan işğal altındakı torpaqlar məsələsi necə olacaq?
Budur, məsələnin çətin yeri. Ancaq zaman 11 sentyabrdan sonra Azərbaycanın xeyrinə işləməyə başladı. Ayrıca Azərbaycan ordusu Türkiyə tərəfindən qurulur və təlimlənir. 1973-CÜ İL ƏRƏB-İSRAYIL SAVAŞINDAKI KİMİ HƏQİQƏTƏN ORDU HALINA GƏLMİŞ AZƏRBAYCAN ORDUSUNUN BİR SÜRPRİZ HÜCUMLA DAĞLIQ QARABAĞ VƏ ƏTRAFINDAKI YERLƏRİ ƏLƏ KEÇİRMƏSİ EHTİMALI DA VAR ORTADA. HEYDƏR ƏLİYEV BU SƏBİRDƏ VƏ QIVRAQLIQDA BİR DÖVLƏT ADAMI. MƏN BÜTÜN BUNLARI O YERLƏRİ ÇILPAQ BİR BAXIMLA GÖRDÜKDƏN SONRA BİR NƏTİCƏYƏ GƏLİB SÖYLƏYİRƏM.
Əbülfəz Elçibəy isə bu məsələ barədə bunları demişdi: "Əgər dünya olub bitənləri qəbul edəcəksə Qarabağ məsələsinə belə baxa bilərik. Deyək ki, Azərbaycan Qarabağı müstəqil bir dövlət və hətta Ermənistanın bir parçası olaraq tanıyıb qəbul elədi. Çox gözəl. Eləsə bütün var-dövlətimizi böyük bir ordu yaratmağa və bir gün sadəcə Qarabağı deyil, Ermənistanı da əzərək (çeynəyərək) öz varlığımızı isbat edəcəyimiz günü gözləməyə məcburuq. Şayət məsələ güclə olacaqsa, gözləyəcəyik və hazır olduğumuz zaman cavabı verəcəyik".
Bu gün ortada olan vəziyyət də elə bu.
Türkiyə mövqeyindən baxıldıqda isə: ya zamana oynayaraq petrol və təbii qaz sərvətlərinin sahibi qardaş Azərbaycanla eyni tərəf kimi gözləyəcək, ya da Ermənistanla sərhəd qapılarını açaraq və diplomatik əlaləqlər yaradacaq, Ermənistan ilə yaxınlaşmağa çalışacaq, bu yaxınlaşmanı və bütün imkanlarını Dağlıq Qarabağ və işğal edilmiş torpaqların Azərbaycana geri verilməsinə sərf edəsək.
Bir başqa "senaryo" isə bir zamanlar Turqut Ozalın "ikili koridor" adıyla ağlından keçən Qafqazda qarışılıqlı vizaya dayanan torpaq alış-verişləriylə sərhədlərin yenidən qurulması. (hop balaƏCƏB TƏKLİFDİR - T.A.) Yəni Dağlıq Qarabağın böyük bir bölümünün aradakı (Laçın koridoru və ya Kəlbəcər koridoru) bölgəylə Ermənistana verilməsi (Çingiz bəy bağlanması deyir - T.A.), qarşılığında Azərbaycan ilə Naxçıvan arasındakı yolun açılması, Zəngəzurun Azərbaycana verilməsi, Ermənistanın ortaq sərhəddinin qalxmasıyla birləşməsi.
Qəbul olunmayacaq tək şey-Qafqazda ikinci Erməni
dövlətinə: yəni müstəqil Dağlıq Qarabağ Cümhuriyyətinə yer verilməsi. Bir başqa cür desək, bugünkü statusun
davamı...
Və bu da Türkiyənin qəbul eləməsi mümkün olmayan bir şey.
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-9 noyabr.-S.15.