"Topal Teymur"un "Əmir Teymur" kimi qayıdışı

Mehriban Ələkbərzadənin fikrincə, teatr hadisələrdən sonra hansı izlərin qaldığını göstərməlidir

 

"Topal Teymur" asta-asta səhnəyə doğru addımlayır. Özü "Əmir Teymur" kimi. Düzdü, hələlik onun meydanı bir balaca darısqaldı. Dördüncü mərtəbədəki kiçik səhnə ilə kifayətlənir. Amma yaxın günlərdə Akademik Milli Dram Teatrının əsas səhnəsi "Əmir Teymur"un ixtiyarında olacaq.

İstedadlı rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ölməz dramaturqumuz Hüseyn Cavidin "Topal Teymur" pyesinə quruluş verir. Akademik Milli Dram Teatrında Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa "Əmir Teymur" adı ilə tamaşaçılara təqdim olunacaq.

 

"Tanrı qulu Əmir Teymurdan..."

 

Hüseyn Cavidin "Topal Teymur" pyesi əsasında hazırlanan "Əmir Teymur" tamaşası üzərindəki yaradıcılıq işinə bir neçə aydır ki, start verilib. Məşqlər Akademik Mili Dram Teatrının kiçik səhnəsində aparılır. Biz növbəti məşqlərdən birini izləyəndə Əmir Teymurla görüşə bilməsək , Yıldırım Bəyazidlə qarşılaşdıq. Bəyazidin sarayında baş verən hadisələrlə bağlı hissə məşq edilirdi.

Nazimağa Şeyx Buxarinin gəldiyini Bəyazidə xəbər verir.

Şeyx Buxari: - Əfv edərsiz, əfəndim. Cəsarət edirəm, bu köylü qadını qəbul edin. Anadolunun yoxsul anasına qulaq verin görün nələr söyləyir.

Köylü qadın: - Yetişmiş bir qızım vardı, adı Lalə idi. ... Azğın yeniçərlər, sənin o sərxoş əsgərlərin. Sərxoşlar, canavarlar...

Şeyx Buxari: - Sərxoş bir Əmirin məmurları da...

Quruluşçu rejissor Mehriban Ələkbərzadə razı qalmadığı məqamlarda məşqi saxlayır, mizanları qurur. Növbəti epizodda Qasid Əmir Teymurun məktubunu gətirir.

Yıldırım Bəyazid: - Məktub nerdə yazılmış?

Qasid: - Azərbaycanda. Qarabağ yaylasında.

Yıldırım Bəyazid: - Əli Paşa, al oxu. yazır, indi yazır?

Əli Paşa: - Tanrı qulu Əmir Teymurdan Sultani-Rum Yıldırım Bəyazidə...

Yıldırım Bəyazid: - Uzun laf istəməm, məktubun məramını söylə.

Əli Paşa: - Yazır ki, mən sizi bir Türk xaqanı kimi sayar, zatınıza hörmət bəslərəm. Siz məni saymasanız, aramız soyuyar bu soyuqluğun nəticəsi ağır olar. Bu mənim sizə son məktubumdur...

Yıldırım Bəyazid: - Müharibəmi? Gör bizi ilə qorxudur. Zavallı topal...

Mehriban xanım bu epizodda məşğul olan ifaçıların hər biri ilə fərdi söhbətlər apardıqdan sonra növbəti məşqin vaxtını elan edir. Bizimlə fikirlərini bölüşməyə zaman ayırır.

 

köynəkdə qan ləkələri

 

Məlum olduğu kimi, Hüseyn Cavid 5 pərdəli bu pyesi 1925-ci ildə qələmə alıb. Bir il sonra əsər çap olunub elə həmin ildə pyes ilk dəfə səhnəyə qoyulub. Lakin müxtəlif səbəblərdən "Topal Teymur" uzun teatrların repertuarından uzaq düşüb. Yalnız 80-ci illərin əvvəllərində əməkdar incəsənət xadimi Baba Rzayev Lənkəran Dövlət Dram Teatrında bu əsərə quruluş verib. "Topal Teymur" çox uzun sürən ayrılıqdan sonra yenidən paytaxt səhnəsinə qayıdır. Özü də fərqli adla.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyir ki, Hüseyn Cavidin bu əsərinə quruluş vermək onun çoxdankı arzusu olub. Mehriban xanımın görmək istədiyi "Əmir Teymur" illər imiş ki, yol gəlirmiş: "Cavidin bu pyesi ən çox sevdiyim əsərdi. Pyes üzərində çoxdan işləyirdim. 5 əvvəl bu fikrimi teatr rəhbərliyinə bildirmişdim. Tamaşa barədə düşünərkən tarixi mənbələrə əsaslanaraq müəyyən manevrlər etmişəm. Bu Cavidin mətninə xələl gətirməyəcək, amma sözsüzolsa əlavələr olacaq. Bugünkü dünyada türk birliyindən, Turandan danışmaq bəlkə də o qədər də aktual deyil. Bəlkə də... Amma mən düşünürəm dünyanın bu ikili, hətta dördlü, beşli standartlarının qarşısında bizim də münasibətlərdə standartlar fərqi var. Bu, yanlış gələn yolun bəlkə də güzəşt olunmuş variantıdır. Bizim bir olmamağımıza çalışan. Bir səsə, bir gücə çevrilməməyimizə mane olan Qərb, bu günAvropa Şurası və bu kimi digər qurumlarla, demokratiya çağırışları ilə eyni məqsədə xidmət edir. Məqsəd isə eynidir-irq, din ayrı-seçkiliyi salmaq, tərəfkeşlik etməklə səlib yürüşlərinə haqq qazandırmaq. Özübu dəfə bunu daha "mədəni" şəklidə həyata keçirmək. Avropa bu işi həmişə yaxşı bacarıb. Ütülü, kraxmallı köynəklərin altına qan ləkələri hələ də qalmaqdadı.

Hüseyn Cavidonu demək istəyir ki, bir ola bilməyən bu iki qardaşın faciəsi davam edir. Çünki yenə də, dövlət maraqları adı altında cılız iddialar birliyə mane olur, İslam aləmində parçalanmanı dərinləşdirir. Biz bu gün qatı düşmənə qarşı vuruşmaq istəyində israrlıyıqsa, öz içimizdə birliyə nail olmalıyıq. Düşməzdən əlavə öz aramızda da savaş aparırıq. Buna isə heç bir ehtiyac yoxdu. Mən bunu tamaşaçıya çatdırmaq istəyirəm. Bu gün müasir dövr elədir ki, teatr "Gəlin belə olaq, belə edək" - deyə bilmir. İndi heç kimə öz düşündüyünü bir qırağa at, mənim kimi düşün deyə bilməzsən. Mənim düşüncəmə görə. Bu gün tarixi əsərlərə müraciət edən teatr hadisələrdən sonra hansı izin qaldığını göstərməlidir".

Quruluşçu rejissor "Əmir Teymur"da rol alan aktyorların adlarını demək istəmədi. Mehriban xanım dedi ki, müəyyən planlarım var.

Bizisrar etməyib premyeranı gözləməyi üstün tutduq. Dekabrın sonlarında "Əmir Teymur" səhnəyə çıxınca hər şey bəlli olacaq.

 

Etibar

CƏBRAYILOĞLU

Ədalət.-2013.-9 noyabr.-S.5.