HƏRBİ TƏHSİL DALINCA
(Əvvəli
ötən saylarımızda)
Ümumi məzmunu vətənpərvəlik ruhi ilə dolu olan Səməd bəy Mehmandarovun nitqi bugünkü ağrı-acılarmızla tam səsləşir:
"Cəbhədə bulunmuş bütün zabitan ordu tərəfindən onlara verilmiş əşya, yer və başqa ləvazimati hərbiyə deyil, kəndi əşyalarını dəxi tamamən qeyb etmişlər. Bu qism şeyləri yenidən düzəltmək üçün bir manatlıq nəsnəyə 30-dan 100 manata qədər pul verilməlidir".
Parlamentdə mülahizələrini sərt şəkildə bildirən nazir bahalığın tüğyan etdiyi ölkədə ordu quruculuğuna mane olanları cəzalandırmağı tələb edir. Axı, əlli ilə yaxın nizami orduya qulluq edən Mehmandarov heç vaxt görməmişdi ki, zabit əsgərin yeməyini, paltar və silahını satıb cib xərcliyi eləsin. İliyinə qədər təmiz adam olan Səməd bəy indi gördüklərinə heyrət edir və dəhşətə gəlirdi. O, zabit adını, zabit şərəfini qorumağı hər şeydən üstün tuturdu. Ona görə də Məclisi-Məbusandakı nitqində xüsusi vurğuyla qeyd edilir ki, əsgəri təlim və ölümə kimi varmağa hazırlıq tərbiyəsi üçün dəvət olunmuş zabitan əsgər nəzərində sahibi-nüfuz və şərəf olmalıdır. Bunun üçün zabitan yalnız mərifət çəhətincə deyil, zahiri dəxi əsgərə hüsni-təsir bəxş olmalıdır. Onun geyiminin daimi təmiz və faxir olması vacibdir.
Səməd bəy Mehmandarov Azərbaycana müharibə şəraitində gəlmişdi. Hələ imperiya dağılmamış ölkədə anarxiya, başıpozuluq hökm sürürdü. Ayrı-ayrı qəzalarda qaçaq-quldur dəstələri yaranmışdı. Bakıda bolşevizm hökmranlıq iddiasında idi. İrandan və Qafqaz cəbhəsindən qayıdan rus əsgərləri, erməni-daşnak dəstələri ilə birləşib "Şura bayrağı" altında təkcə Bakıda on iki min nəfərə yaxın azərbaycanlını qanına qəltan eləmişdi.
Bu talan və qırğınlar yalnız Bakıda deyil, Quba, Şamaxı, Gəncə, Qarabağ, Muğan bölgələrində də olmuşdu. İrəvan və Zəngəzurda dağılan kəndlərin, öldürülən soydaşlarımızın sayı yüz mini keçmişdi.
Azərbaycan hökumətini tanımaq istəməyən əldəqayırma Muğan respublikası, ingilis qoşunlarının gəlişi, ağqvardiyaçı general Denikin təhlükəsi, müxtəlif siyasi "Hümmət", bitərəf sosialist, daşnak partiyaları, parfelsiz nazirlər elə hey çoxalırdı. Sərhəd bölgələrində erməni hücumları, məhəlli toqquşmaları yeni yaranan orduya dirçəlməyə imkan vermirdi. Belə şəraitdə hərb naziri və onun tabeliyində olanlar gərgin işləməli olurdu. Əsgəri qışlaları gəzib yoxlayan Səməd bəy Mehmandarov hələ ki, könülaçan heç nə görmürdü. Nə nizam-intizam, nə geyim və silahlanma nə də hərbi hazırlıq peşəkar hərbiçi olan naziri qane etmirdi.
Parlamentdə "Türklər külli miqdarda ərzaq şeyləri qoyub getmişlərdir. Onlardan külli miqdarda taxıl, heyvan və s. məkulat qalmışdır" - deyən hərb naziri din və dil qardaşımızın xeyirxahlığı ilə yanaşı qüsurlarını da söyləməkdən çəkinməmişdir.
"Əlbəttə, heç kəs inkar etməz ki, türklər bizim millətimizə nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası onların hərəkətini tənqid etməyimizə də mane olmaz. Hərbiyyə nəzarəti Gəncəyə köçənədək bizə xəbər verdilər ki, əsgəri işlərmiz yaxşıdır və çoxlu yığılır, lazım olan kimi məşq verilir və ilaxır. Hər yeri gəzdim, qətaəti-əsgəriyyəmizə baxdım. Fəqət iş heç də yaxşı deyildi. Əsgərlərimiz əzgin, düşgün bir halda, yeməkləri pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu xəstə idi. Xəstə əsgərlərin həpsini sağlamları ilə dəyişməyə məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər və moqif komandaları öz vəzifələrindən sui istifadə edirlərdi. Çox bir külfətin yeganə çörək gətirəni əsgərə alırdılar. Bu iş də camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi. Nuru paşa Azərbaycandan gedərkən özü mənim yanıma gəldikdə boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir halda qoyulmuşdur".
1918-ci il dekabrın 25-də Azərbaycan Respublikasının hərbi naziri general Səməd bəy Mehmandarov öz xalqına yanıqlı bəyanətlə müraciət etmişdir.
Bəyanatın əsas mövzusu o vaxtlar milli orduda yaranan hərcmərclik və özbaşınalıq idi. Həmin illərdə nazir Səməd bəy Mehmandarovun müavinləri Əli ağa Şıxlinski, Məmməd bəy Sulkeviç və Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov kimi məşhur generallar olsalar da, yenə də orduda fərarilik və xoşagəlməz hallar baş verirdi. Lakin onlar zəngin hərbi təcrübələrinin, biliklərinin və əsil hərbçi dəyanətlərinin sayəsində tam nizami ordu yaratmağa nail olmuşlar.
Zaman, dövr dəyişib. Səksən beş ildən sonra tarix təkrar olunur. O vaxtkı ümumi vəziyyət bu gün yeni yaranan ordumuzda qismən də olsa var: bəzi nadanların fərariliyi və min bir bəhanə ilə Vətənin müdafiəsindən yayınmaqg
Bəs o vaxtkı məşhur sərkərdələrimiz, xüsusilə nazir Səməd bəy Mehmandarov fərariliyin qarşısını necə almışdır? Məhz tələbkarlığı və sərt bəyanatı ilə 1918-ci ildə Səməd bəy Mehmandarov orduda yaranan çatışmazlığın qarşısına keçilməz bir sədd çəkmişdir.
Xalqımızın dar günündə hərbi nazir Səməd bəy Mehmanadrovun on səkkizinci ildə yazdığı "Azərbaycan vətəndaşları" adları müraciəti bu günümüzlə tam səsələşir. Onu da xatırladım ki, aşkarlığın işığı ilə açılan "tamamilə məxfidir" qrifli sənəd oxuculara ilk dəfə təqdim olunur. Bu maraqlı əlyazmasını Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində araşdırmalar apararkən əldə etdik.
"Cari ilin yazından etibarən Azərbaycan müstəqil dövlət oldu. Bu müddət ərzində cəmi hökumət adamlarının bütün səyləri ölkədə anarxiyanın qarşısını almaq oldu və qanunçuluq pozulan yerlərdə onun bərpasına yönəldilmişdir. Bu məqsədə nail olmaqdan ötürü hökumətin başqa tədbirlərinin arasında özümüzə məxsus hərbi qüvvələrin yaradılması, yəni Azərbaycan qoşunlarının təşkili haqqında qərar qəbul olunmuşdur
,,, Hal-hazırda qoşunlarımızın təşkilini öz öhdəmə götürmüşəm.
İndi ölkəmizin bütün vətəndaşları, istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluğu çəkəcəklər. Və əgər haçansa, kimsə dövlətliləri hərbi qulluqdan azad etsə gunahkarlar ağır cəzalanacaqlar.
Hərbi hissələrdə əsgərlər yaxşı geyinəcək, onların ərzaqlarının keyfiyyətcə yaxşı olmasına xüsusi fikir verib, bu barədə ciddi elan etmişəm. Göstəriş verilib ki, otaqlar təmir olunsun, qızdırılsın, bütün əsgərlərin fərdi yorğan-döşəyi olacaqdır.
Mən tədbir görmüşəm ki, əsgərlərə qarşı bütün qeyri-qanuni hərəkətlər ciddi töhmətlənsin və xüsüsi ilə əsgərlərin döyülməsi halları ciddi cəzalandırılsın.
,,, Bütün bu tədbirləri həyata keçirib, üzümü ilk növbədə sizə, hərbi hissələri tərk etmiş Azərbaycan vətəndaşlarına tuturam və bəyan edirəm ki, sizin böyük xətanızı, əsgərlikdən qaçmağınızı bağışlayıb öz hissələrinizə köhnə təqvimlə yanvar ayının birindən gec olmayaraq qayıtmağa çağırıram. Lakin, əlavə edirəm ki, bu müddət üçün kim öz bölüyünə qayıtmasa o hərbi dövrün qanunlarına görə ağır cəza alacaq.
Bundan sonra, ölkəmizin bütün əhalisinə əziz Vətənimiz adından müraciət edərək xahiş edirəm ki, gözəl Vətənimiz Azərbaycan eşqinə, yüksək vətənpərvərlik hissimiz naminə mənə bizim qoşunumuzun təşkili işində yardım göstərəsiniz, bu qoşun bizə ölkəmizdə qanunçuluğu qorumaqdan ötrü vacibdir və yenə də xahiş edirəm ki, bütün o şəxslər ki, çağırış yaşları çatıb, əsgərlik etməlidirlər. Torpaqlarımızı qorumaq üçün özlərini çatdırsınlar. Qoy Vətən qarşısında borcunu unudan hər kəs Vətən qarşısında böyük günah işlətdiyi üçün qohum-qardaş qınağı altına düşsün və əlbəttə, qanun üzrə cəzalandırılsın.
Mənim bu bəyanatım ölkənin hər yerində yayılacaq və qoy savadlılar onu oxuyub mənasını savadsızlara çatdırsınlar".
SƏNƏDLƏRİN İZİLƏ
Yalnız azərbaycanlılırdan təşkil olunmuş hərbi qüvvələrimiz, dünya tarixinə yazılmış və bütün Avropa xalqlarının bizə nisbətən daha çox bildikləri, danışdıqları qəhrəmanlıqlardan ibarət şanlı hərb tariximizi bilməlidir. Yüz illik rus hakimiyyətindən azad olmuş türk xalqına xatırlatmaq lazımdır ki, biz həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa və Asiyaya öz tələblərimizi etmişik.
...Belə zənn edirəm ki, türk tarixini yaxşı bilən kiməsə, bu günkü mühüm hadisələr də daxil olmaqla bizim xalqın tarixinə dair əsər yazmağı tapşırmaq lazımdır .Bu əsərdə xalqımızın keçmiş şöhrəti və yad hakimiyyəti dövründəki əzabları güzgüdə olduğu kimi öz əksini tapmalıdır.
Səməd bəy
Mehmandarov,
2 aprel 1919-cu il
İndiyənədək arxivdə
generalın imzaladığı
yüzlərlə sənədə, raporta və
müraciətə rast gəlmişəm. Onların hamısı
makinada yazılıb,
ya da mətbəədə
nəşr
olunub. Yalnız bu yaxınlarda
əlyazması
olan bir sənəd tapdım. O, hərb naziri Mehmandarovun öz dəst-xəttilə Azərbaycan
hökumətinin
ünvanına yazılıb.
1919-cu il aprelin ikisində yazılan
iki səhifəlik
məruzə mənim
üçün qeyri
adi tapıntı oldu. Nə gizlədim,
bu tapıntıma hədsiz
dərəcədə
sevindim. Ona görə sevindim ki, müharibə aparan ölkənin generalının
xalqının hərb tarixini yazdırmaq təşəbbüsünü
vətənpərvərliyin
zirvəsi
kimi qiymətlən-dirdim.
Yuxarıda epiqraf kimi istifadə etdiyimiz cümlələr də həmin
məruzədəndir. Belə tarixi sənədlərdən bixəbər olduğumuza görə bəzi
"sapı özümüzdən" olan nadanlar keçmiş
sərkərdələrimiz
barədə artıq-əskik
danışırlar. Onlar hətta "hücuma" keçərək yazırlar
ki, niyə Mehmandarovun,
Şıxlinskinin və başqa sərkərdələrimizin Napoleon, Kutuzov, Suvorov kimi müdrik fikirləri,
hərbi
elmi əsərləri qalmayıb. Bir sözlə,
özümüzünkülərə
qeyri-vətənpərvər
damğası vururlar.
Onda belələrinə cavab vermək
çox ağır və
əzablı
olur. Bu müasir
"vətənpərvərlərə "
başa salmaq lazımdır ki, totalitar rejim yetmiş ildən çoxdu
onların 1918-20-ci illərdək fəaliyyətinə "tamamilə
məxfidir"
möhürünü vurub.
İndi, budur, aşkarlığın sayəsində səkəsn beş ildən sonra belələrinə Səməd bəy
Mehmandarovun yazdığı
tarixi sənəd
cavab verir:
"Düşmənə qarşı mübarizə tədbirlərindən biri də
xalq içərisində sağlam milli hisslərin
yaradılmasıdır. Bu vəziyyət Azərbaycan
Respublikasının yaranmaqda
olan gənc ordusu üçün xüsusilə zəruridir.
Yuxudan yenicə
oyanmış xalqda sağlam, milli hiss oyatmalıyıq. Biz müsəlmanlar ancaq indi şüurlu
həyat
və
milli yaradıcılıq
dövrünə
ayaq basmışıq...
Xalq arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq
üçün xalqı,
qoşunlarımızı onun
tarixi keçimşi ilə
tanış etməliyik.
Yazılacaq məşhur
tarixi əsərlər xalq içərisində və
qoşunlarda geniş yayılmalı, hər bir kənd
müəllimi
və
hər
bir azərbaycənlı
zabiti ondan istifadə
etməlidir.
Gələcəkdə hökumətin
köməkliyi
ilə
türk xalqının
dahi xadim və
rəhbərləri üçün
müvafiq abidələr qoymaqla,
onların xatirələri əbədiləşdirilməlidir ".
Zənnimizcə, general Səməd bəy
Mehmandarov belə sağlam, milli düşüncəsi
ilə
heç bir publisistdən
geri qalmır. Sənətini, dövrünü nəzərə alsaq, bəlkə də
o, müasiri olan ən
yaxşı yazıçı-publisisti
bir neçə addım ötüb keçir.
Azərbaycan Dövlət Arxivində
saxlanılan iki nömrəli
qovluqda general Səməd bəy Mehmandarovun daha bir vətənpərvərliyinin,
milli qürurunun şahidi oluruq. Orada yazılır
ki, 1918-ci ildə ingilis qoşunlarının
Azərbaycanda
öz ərazilərində olduqları kimi etinasız ağalığı
hərb
naziri Səməd
bəy
Mehmandarovu qəzəbləndirmişdir.
Nazir onların istilaçı hərəkətlərinə etiraz əlaməti olaraq, vaxtilə
(Birinci dünya müharibəsi
illərində - Ş.N.) ingilis komandanlığı
tərəfindən təltif
olunmuş ordenləri geri qaytararaq qəzəblə demişdir:
-Torpağımı, xalqımı
fəth
edən
ikiüzlü bir ölkənin
ordeni mənə
lazım deyil. Xalqıma silah qaldıran bir ordunun ordenini
gəzdirmək mənim
üçün ən böyük təhqirdir.
Azərbaycandan çıxan ingilis qoşunlarının komandanı
general Tomson şayiələr yayırdı
ki, Azərbaycan bundan
sonra özünü idarə
edə
bilməyəcək.
Azərbaycan ordusu yox dərəcəsindədir. Orada qayda-qanun da yoxdur. Guya Azərbaycanı yağılardan qoruyan, onu idarə edən Tomsonun min ingilis və səkkiz yüz nəfərlik balağıaçıq hind əsgəri olmuşdur. Bu şayiələrdən sonra Azərbaycanda olan ingilis hərbi jurnalisti Skotlend-Liddel İngiltərə qəzetləri üçün hazırladığı xəbərlərdə yazırdı ki, Transqafqaz şayiələr ocağıdır. Burada şayiələr külək təpələr arasında yayılan kimi yayılır. Bir çox şayiələr Moskvada quraşdırılır və dövriyyəyə buraxılır. Bakıda ingilis ordusuna ehtiyac yoxdur. Azərbaycan özü-özünə qayğı göstərə bilər. Mən bura iki gün əvvəl gəlmişəm və açığını deyim ki, bütün gördüklərim məndə dərin təəssürat yaradıb. Mənim şəhərdə olmadığım dörd həftə ərzində burada çox təəccüblü dəyişikliklər olub. Mən buraya gəldim ki, hamının mənə dediyi qarışıqlığı görüm, lakin onu tapa bilmədim. Tam qayda-qanun var. Mənə dedilər ki, mən ordu əvəzinə pozğunlaşmış kütlə görəcəyəm, lakin mən yaxşı, nümunəvi, güclü, odlu-alovlu gənclər gördüm.
Doğrudan da mən indi Bakıda elə qayda-qanun gördüm ki, müharibə başlayan vaxtdan bu günədək Bakıda olmamışdım... Qayda-qanun ancaq Bakıda hökm sürmür, son dəyişikliklər bütün respublikada vəziyyəti aydınlaşdırmışdır. Qarabağ şuluqluğunu sülh əvəz etmişdir. Ermənilər və azərbaycanlılar sazişə gəlmişlər. Lənkəranda bolşeviklər Azərbaycan ordusu tərəfindən məğlubiyyətə uğradıldılar. Onlar bütün silah və sursatlarını Azərbaycan hökumətinə təhvil verdilər, adamlar isə xahiş etdilər ki, onları Azərbaycan hökumətinin tabeliyinə götürsünlər... Bütün bunlar şübhəsiz sübut edir ki, Azərbaycan qarmaqarışıqlıqdan qorxmur və bolşeviklərdən çəkinmir. Azərbaycan dövləti indi Transqafqazın bütün qalan xalqları üçün nümunəyə çevrilmişdir .
(ardı
var)
Şəmistan Nəzirli,
İstefada olan olan polkovnik-leytenant
Ədalət.-2013.-14
noyabr.-S.7.