“Zaman və gözəllikdən kənar”
Noyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin işlərindən ibarət sərgi açılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olmuşlar.
"YARAT!"
Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova
sərginin
əhəmiyyətindən
danışmışdır. Bildirmişdir ki, L.Essaydinin
"Zaman və gözəllikdən kənar" (Beyond Time and Beauty) adlı sərgisini təqdim etməkdən şərəf duyuruq. Fikrimizcə, bu tədbir bizim qədim tarixdən də məlum olduğu kimi, vizual ənənələr içində boya-başa çatan
Bakı ictimaiyyətində dərin maraq doğuracaqdır. A.Mahmudova sərginin
təşkilində əməyi olanlara dərin
təşəkkürünü
bildirmişdir.
Sonra incəsənət elmləri namizədi,
şərqşünaslıq
tarixi və nəzəriyyəsi
üzrə
mütəxəssis, Qətərin Doha şəhərində Şərqşünaslıq
Muzeyinin təsisçisi və direktoru Olqa Nefedova rəssam
L.Essaydinin yaradıcılığını,
o cümlədən onun burada nümayiş
etdirilən
əsərlərini yüksək
qiymətləndirmiş və
sərginin
ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etmişdir.
Sonra rəmzi
açılışı bildirən
lent kəsilmiş
və
sərgiyə baxış olmuşdur.
Gələn il yanvarın
14-dək nümayiş etdiriləcək sərginin kuratoru Dina Nasser-Xadividir.
"Zaman və gözəllikdən kənar"
rəssam
L.Essaydinin Azərbaycanda ilk sərgisidir
və
müəllifin
2012-13-cü illərdə Afrika Smitsonian İncəsənət Muzeyindəki sərgisindən sonra növbəti işidir. Rəssamın bütün karyerası boyu yaratdığı əsərləri bir yerə
cəmləyən sərgi "Hərəm", "Güllələr", "Qovuşan ərazilər" və "Mərakeş
qadınları" silsiləsini əhatə edir.
Sərgi Müasir
İncəsənət Muzeyində
"YARAT!"
Müasir İncəsənət Məkanının təşkilatçılığı
ilə
keçirilən
beynəlxalq
müasir incəsənət
sərgilərinin genişlənməkdə olan proqramının bir hissəsidir.
Lalla Essaydi keçən
on illikdə
fotoqrafiya, qarışıq
media və
quraşdırma kimi texnikadan bəhrələnməklə
oriyental motivlərin, İslam ikonaqrafiyası və
Yaxın Şərq qadınına baxışın
orijinal biçimdə yenidən
canlandırılmasına görə şöhrətlənmişdir. Rəssamın formalaşdığı illər
Mərakeşdə və
Səudiyyə Ərəbistanında
keçmiş və o, Avropa və
ABŞ-da təhsil almışdır. L.Essaydi deyir
ki, sənətimdə özümü çoxlu
sayda linzalar vasitəsi
ilə
təqdim
etmək
istərdim
- rəssam
kimi, mərakeşli kimi,
səudiyyəli kimi, ənənəçi, liberal, müsəlman
kimi. Qısası, mən
tamaşaçını stereotiplərə qarşı
çıxmağa dəvət edirəm.
Sərginin kuratoru
Dina Nasser-Xadivinin fikrincə, L.Essaydi çox məşhur
beynəlxalq
rəssamdır,
o, nəsə çox orijinal bir şey yaratmaq
üçün nüfuzedici
mədəni və
estetik dixatomiyaları
irəli
sürür - Şərq və
Qərb,
ənənə və
müasirlik və qadın haqqında dəyişən qavrayışları da məhz
o irəli
sürür.
Mərakeşin hərəm memarlığından tutmuş
ərəb kalliqrafiyasına və oriyentalist rəssamlıq ənənəsinədək sıralanan vizual ənənələri yada salmaqla L.Essaydi
onu formalaşdıran
ikonoqrafiyanı əsaslandırır. Onun "Mərakeş
qadınları" silsiləsindən əsərləri tamamilə İslam kalliqrafiyasına bürünmüşdür. Mətn sanki, qadının
düşdüyü tordur
və
o, eyni zamanda, həm
də
dekorasiya formasıdır,
bu isə İslam
qadınının həyatında ən
mənalı
məqamlardan
sayılmalıdır.
Tam illüstrasiyalı rəngli
kataloq sərgini müşayiət edir və
buraya Qətər
Şərqşünaslıq
Muzeyinin təsisçi-direktoru O.Nefedova tərəfindən yazılmış esse daxildir.
Mərakeşdə boya-başa çatan L.Essaydi ömrünün bir çox ilini Səudiyyə Ərəbistanında keçirmiş və Qərb
təhsili
almasına baxmayaraq, ənənəvi İslam həyatı onun
formalaşmasında əsas rol oynamışdır. L.Essaydinin fotoəsərlərində
İngres, Delakrua və
Gerome kimi on doqquzuncu əsrin
oriyentalist rəssamlarına xas olan ikonoqrafiya
əsaslı
müasir refleksiya dərhal
nəzərə çarpır.
Son vaxtlarda müəllif Mərakeşdə hərəm üslubunda bir sıra əsərlər yaratmışdır.
L.Essaydi Nyu-Yorkda
yaşayır. Onun "Mərakeş
qadınları" silsiləsindən seçmələri 2009-cu ildə
tanınmış kitab evləri tərəfindən
nəşr edilmişdir. Müəllifin
işlərindən ibarət son
sərgi Afrika Smitsonian, Boston İncəsənət muzeylərində, Uilyams
Kollec Muzeyində
və Ohayoda Kolumbus İncəsənət
Muzeyində sərgilənmişdir. Onun əsərləri Parisin Luvr Muzeyində
və
dünyanın bir sıra məşhur muzeylərində nümayiş
etdirilir.
ədalət.-2013.-16
noyabr.-S.12.