Yolu zirvələrə olan kişi
Elə yazılar var ki, onları yazmaq istəyəndə birbaşa sözü necə gəldi başlayıram. Çünki o yazını mənə diqtə edən, məni yazmağa həvəsləndirən müəyyən arqumentlər olur. Məsələn, şəxsi tanışlıq və yaxud hansısa bir maraqlı hadisə və yaxud eşitdiyim hansısa bir söhbət... Amma elə yazılar da olur ki, onları yazmaq üçün ya yaşayıram, yəni o yazılar mənim içimdə doğulur, dil açır və başlayır danışmağa. Və yaxud da o yazıları yazmaq üçün mövzunun özündən gələn mənbəni araşdırıram, gözdən keçimrirəm. Yəni bu yolla yazının içərisinə daxil oluram. Artıq burada həm yazı mənim içimdə olur, həm də mən yazının içərisində...
Onun barəsində kifayət qədər yazılar oxumuşam. Çalışdığım "Ədalət" qəzetində onunla bağlı xeyli yazıların çapdan öncə oxunub redaktə edilməsi ilə də məşğul olmuşam. Və nəhayət onun kitablarını da dostlar vasitəsilə əldə edib söz aləminə üz tuta bilmişəm. Bütün bunlar mənə imkan verib ki, ömrünün 80-ci ilini qeyd edən böyük nəslin yaşadanı, ocağının işığını, şöləsini artıran bir kişi haqqında duyğularımı ifadə edə bilim. Bax elə həmin imkandan istifadə edib bu gün Qəmbər Şəmşiroğlu barəsində öz düşüncələrimi ifadə etməyə çalışıram.
Düz 80 il bundan öncə, yəni 1933-cü ilin noyabr ayının 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya bir oğul gəldi. Onsuz da bu kəndin adı bütün Azərbaycanda, xüsusilə sözə, saza qiymət verən həm bir evdə bəlli idi. Çünki bu kənddə Dədə Şəmşir yaşayırdı. Məhz həmin noyabr günü dünyaya gələn oğul payı da Dədə Şəmşirin övladı idi. Sözünün, sazının, səsinin sehri ilə ürəkləri fəth etmiş Dədə Şəmşirin Qənbər adlı bu oğlu orta məktəbi bitirdikdən sonra iki illik Ağdam Müəllimlər İnstitutunda, sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldı. 30 ildən artıq Kəlbəcər və Gədəbəy rayonlarında müxtəlif vəzifələrdə çalışdı.
Ocağına, atasına baş ucalığı gətirən Qənbər Şəmşiroğlu bütün fəaliyyəti boyu məmurluqla şairliyi, yazıçılığı öz içində paralel yaşatdı. Dövlət işində məmur, öz işində, öz dünyasına şair, yazıçı, publisist oldu. Çoxlu sayda kitabların, məqalələrin üzərində onun adı özünü təsdiq etdi. Bu imza oxucuların qapısını ərklə döydü. Çünki əbədi qaynayan bir çeşmədən su içən, bir işıqlı ünvanda cilalanan həmin imza nəfəs yaxınlığı, söz doğmalığı, fikir aydınlığı ilə Dədə Şəmşiri həm xatırlatdı, həm də onun söz yolunu davam etdirdi. Və yazdı:
Səni çağırıram əhdə, ülfətə,
Ümidliyəm İlahidən qismətə.
Deyirlər ki, bir yol gedir cənnətə,
Mənim üçün o yoldan da şirinsən.
Təbii ki, Qənbər Şəmşiroğlu yolların dolanbac olduğunu, çətinliyini öz ömründə, öz həyatında kifayət qədər görmüşdü, yaşamışdı və yolların heç vaxt rəvan olmadığını gözəl bilirdi. Amma o, bir şair kimi həm vəsf etdiyini, həm də onu oxuyanları inandıra bilirdi ki, mübarizə əzmi, sevgi, məhəbbət gücü və bir də ali məqsəd insanı ən çətin yollardan da keçirə bilər. Bax onda yollar da cənnət yoluna çevrilər. Çünki o yol sənə doğru gəlir, o yol səndən keçir. Əgər şair bu gün özünün və hamımızın da birlikdə həsrətini çəkdiyimiz ürəyimizi göynədən Kəlbəcər üçün darıxırsa, dağlar onun yuxusundan çıxmırsa və o bunun üçün, yəni məqsədinə çatmaq üçün təkcə vuruşmaq yox, həm də bütün ağrıları çəkməyə hazır olduğunu ifadə edirsə, o artıq yolların nədən, hardan keçəcəyinin sual doğurmayacağına bir təqdimtadı, bir inamdır.
Yol verin, dağlara gedim yenə
də,
Xınalı kəkliklər sirdaşım olsun!
Elə tüğyan edib
artsın fərəhim,
Sevincdən süzülən
göz yaşım olsun.
Və yaxud:
Məndən bənövşəni soraqlayanlar,
Bənövşə kolların dibində qaldı.
Turşsu
dərəsində, Sarı Güneydə,
Elə öz kefində, dəbində qaldı.
Heyf ki, bu gülün
ömrü çox gödək,
Niyə çox sevilir söyləsin
görək.
Mənim gəncliyimin
nişanəsi
tək,
Pencəyimin qoltuq cibində
qaldı.
Bu gün yurd nisgili, yurd həsrəti təbii ki, söz adamlarımızın
böyük əksəriyyətini bu mövzuya üz tutmağa, bu mövzudan bəhrələnməyə
və
bundan istifadə edərək daha böyük, daha bəşəri mövzulara istiqamət götürməyə bir vasitə
olubdu.
Doğrudur, müəyyən kosmopolit yazarlarımız
qaçqınlarımızın, yurd-yuvasız insanlarımızın
həyatını
görmədən, onu yaşamdan, əksinə, onu rişxənd ünvanı kimi təqdim
etməklə daha böyük mövzuları yalançı
beynəlmiləlçilik prizmasından təqdim edib beynəlxalq
arenaya çıxmağa
cəhd
etsələr də,
onlar nə xalqın
içərisində, nə
də
özlərinin
arzuladıqları ünvanda
heç nə qazana bilmirlər - istər maddi cəhətdən, istər mənəvi. Ancaq Qənbər Şəmşiroğlu
təkcə bənövşənin ünvanına yazdığı
saysız-hesabsız şeirlərin hər
bir misrasında səmimiyyəti, sevgisi, həsrəti, ən
vacibi isə torpağa
bağlılığı açıq-aydın görünür.
müəllifi
tanımayan istənilən oxucu həmin
misraların arxasında
yurd nisgilli, torpaq həsrətli və
həm
də
yurdu, torpağı özü kimi tanıyan, özü kimi bələd olan bir şairin
qələmindən süzüldüyünü dərhal hiss edər.
Bax elə sözün gözəlliyi də,
sözün səmimiyyəti və
istiliyi burdan qaynaqlanır. Əgər şair yazırsa ki,
İstədim dağların vəsfini yazam,
Sözü çətin
qoşam dağlardan ayrı.
İlhamım köklənmir
ürək
deyənə,
Paslanmış bir xışam dağlardan ayrı.
Bu dağlar dərdimi yaman
tərpətdi,
Onlar həmin dağlar, könlüm bərbaddı.
Murovdan
ah çəkdim,
fələyə çatdı,
Perikmiş bir quşam dağlardan ayrı.
.... Kitabım, dəftərim,
hafizəm
dağlar,
Gəldim ki, sinəndən gül üzəm, dağlar.
Qənbərəm, ta sizsiz gülsüzəm, dağlar,
Məsrəfsiz bir daşam dağlardan ayrı.
Qənbər Şəmşiroğlu
öz yaradıcılığında
demək
olar ki, baş qəhrəman torpağı və yurdu seçib. Təbii ki, bu da səbəbsiz deyil. Bunun kökündə
Ağdaban kəndi və
bu kənddə qalanıb istisi bütün Azərbaycana çatan Dədə
Şəmşir
ocağının yanğısı
dayanır, odu-alovu şölələnir. Üstəlik Qənbər Şəmşiroğlu
bir yaradıcı insanın davamçısı
olmaq missiyasını
çiynində
daşıyır.
Yəni o təkcə Dədə Şəmşirin sıradan bir övladı yox, həm
də
onun mənəvi
övladı kimi poeziyasını, söz dünyasını rövnəqləndirir, onu
daha böyük bir miqayasa çıxarır. Təsəvvür edin
ki, öz həyatının
müəyyən hissəsini
Dədə Şəmşirin
dillərdə dolaşan, amma yazıya köçürülməmiş əsərlərini toplayan və
onları kitab şəklində Azərbaycan
oxucusuna çatdıran
Qənbər Şəmşiroğlu
bu məqamda
bir ədəbiyyat araşdırmaçısı,
bir folklor tədqiqatçısı
kimi də fəaliyyət göstərir.
Çünki söhbət
təkcə onun doğma atasından yox, bütövlükdə
Azərbaycana
məxsus
olan bir sənətkarın yaradıcılığının toplu şəkildə
ortaya qoyulmasından gedir. Bunu da Qənbər Şəmşiroğlu
xalq qarşısında
bir missiya kimi gerçəkləşdirir
və
bugünkü Azərbaycan oxucusu Dədə Şəmşir
yaradıcılığını onun təqdimaında
mükəmməl şəkildə əldə edə
bilibdi.
Sözümün bu məqamında hörmətli
şairimiz Məmməd Aslan Qənbər Şəmşiroğlu
ilə
bağlı yazır:
"Bu gün də Qənbər müəllimin
geniş kütlə ilə
birliyi- bərabərliyi
dədəli günlərində fərqsiz
davam eləyir". Zənnimcə, bu ifadənin, bu cümlənin özündə kifayət
qədər böyük bir təqdimat
var.
Sadəcə, şərh
yox, elə göstərmək baxımından
deyə
bilərəm ki, həmin
o "fərqsiz
davam eləyir" ifadəsi Dədə Şəmşirlə Qənbər Şəmşiroğlunun
birlikdə
olduqları və bu gün də ruhən
birlikdə
olmaları həyat fəaliyyətində heç bir erroziyasız öz yolu ilə
getməkdədir. Bax, həm
ocağa, həm saza, həm
sözə
və
nəhayət aid olduğun nəsilə
böyük sevgi, böyük ehtiram nümunəsi
də
budur! Qənbər Şəmşiroğlu
özünün "Bir
də
görüşərik..."
şeirlər
kitabında oxucuya bir-birindən
rəngarəng fikirlər
təqdim
edir. Həmin fikirlərin
sırasında aşıq
şeirimizindən
gələn qoşmanın, gəraylının,
bayatıların və hətta
satirik üslubun imkanlarından çox
gen-bol və yerində istifadə
edilməklə oxucuya yeni mənalar təqdim
edilib.
Qənbər Şəmşiroğlu
yazır:
İstəmirəm kimsə
bilə
sirrimi,
Görüşünə təkcə gəlsəm, yaxşıdı!
Səninlə üz-üzə
dayanıb bir az,
Asta-asta deyib-gülsəm
yaxşıdı.
Və yaxud:
İncimə gözəlim,
dediklərimdən,
Sonalar içində
sən
də
gəlmisən!
Yəqin qiymətini
verəcək ellər,
Qədəm basıb
bizim kəndə
gəlmisən.
Və yaxud:
Demirəm bir kəsə nə
pis, nə acı,
Olmamışam hələ sözün möhtacı.
Qurbanla Şəmşirdi
başımın tacı,
Bəlli olsun bu Qənbərin kimliyi!
Bu gün 80 yaşını
qeyd edən dəyərli şair,
yazıçı- publisist,
ictimai xadim olan Qənbər Şəmşiroğlu
özünün rəhbərlik etdiyi
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" ictimai təşkilatının
gücündən
istifadə
edərək Azərbaycanın
böyük dərdlərinin - Xocalı, Kəlbəcər, Ağdaban, Qaradağlı
və
bütövlükdə
bütün faciələrimizi tanıtmaq,
təbliğ
etmək
yolunda da böyük işlər görür. O həm də
ölkənin
ictimai-siyasi həyatında baş verən bütün
hadisələrə öz obyektiv yanaşması ilə
də
sübut edir ki, yaşının indiki çağına baxmayaraq, qəlbindəki
od-alov, gənclik eşqi
onu bir an
da olsun dayanıb dincəlməyə qoymur.
Çünki o, sinəsində bir şair ürəyi, bir torpaq fədaisi və bir Azərbaycanı sevən, onun iqtidarını dəstəkləyən vətəndaş ürəyi daşıyır. Bütün bunlar isə öz növbəsində sözlərə, şeirlərə, yazılara, romanlara, kitablara çevrilir. Bir oxucu kimi mən də öz növbəmdə Qənbər Şəmşiroğlunu 80 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona Şəmşir ocağında, düşmənin talan etdiyi o müqəddəs ünvanda yenidən coşub-çağlamağı və yaradıcılığını davam etdirməyi arzulayıram. İstəyirəm ki, bu böyük ürəkli insan Ağdabanlı günlərinə qovuşsun və öz şeirində dediyi kimi:
Atamdı, babamdı ulu əcdadım,
Bir ömür can atdım çiyninə çatım.
Onlara borcludu adım, urvatım,
Dağı çətin aşan dağlardan ayrı.
Əbülfət
MƏDƏTOĞLU
ədalət.-2013.-19
noyabr.-S.6.