"HEYDƏR ƏLİYEV: ŞƏXSİYYƏT VƏ ZAMAN"

Elmira Axundova: "Mənə dünyaları bağışlayan, Vətənimi bəxş edən Heydər Əliyev olmuşdur..."

Tanınmış Azərbaycan yazıçısı, poublisisti, ictimai xadimi Elmira Axundova "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı çoxcildlik roman - tədqiqatını ömrünün ən mühüm layihəsi sayır. Əsər müəllifin on ilə yaxın gərgin zəhmətinin bəhrəsidir.

Ulu öndərin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq cəhdi olan bu romanın unukal sənədli əsasını qəhrəmanın uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr,

DTK arxivində Prezidentin şəxsi arxivində təşkil edir.

"Heydər Əliyev. Şəxsiyyət və zaman" çox cildlik zamanın birinci hissəsi Azərbaycan xalqının ümummilli həyat və fəaliyyətinin 1990-cı ilin iyunundan 1993-cü ilin iyununadək olan dövrünə həsr edilmişdir.

Kitabın Masallı şəhərində Heydər Əliyev Mərkəzində keçirilən təqdimatında rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, roman haqqında ürək sözlərini söyləmiş, onu yüksək tarixi əsər kimi dəyərləndirmiş, bildirmişlər ki, hadisələri əhatə edən illər ölkənin ən müxtəlif guşələrində Azərbaycanın suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxmış geniş xalq kütlələrinin o vaxta qədər görünməmiş fəallığı ilə əlamətdardır.

Tədbir Heydər Əliyev parkında Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulması ilə başlanmışdır.

Ulu öndər Elmira Axundovanı həmişə dəyərli insan, gözəl qələm sahibi kimi qiymətləndirmiş, demişdir:

"Elmira Axundova çox dəyərli bir insandır". Təqdimat zamanı bu dəyərli insan haqqında göstərilən film E. Axundovanın siyasi fəaliyyətinə, Mİllət vəkili kimi xidmərlərinə, jurnalist, yazıçı, ictimai xadim kimi apardığı ə həsr olunurdu.

Öz yazıları ilə Rusiyanın və xarici dövlətlərin nüfuzlu mətbu orqanlarında çıxşlarında, işlədiyi "Literaturnaya qazeta" və Azadlıq radiosunda daim vətəndaşlıq mövqeyi göstərən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran publisistin fədakarlığı, cəsurluğu hadisələrin üzərinə getmək məharəti onun imicini daim artırmış, şöhrət gətirmişdir. Gətirdiyi aydın, konkret dəlil, sübutlarla, ağıllı mühakimələrlə dəfələrlə ayrı-ayrı ictimai xadimləri (bu siyahıya Ermənistanın keçmiş rəhbərləri də daxildir) ilə polemikaya girmiş, qalib gəlmişdir.

O, xüsusilə Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda inanılmaz səylər göstərmiş, ölkəmizin üzərinə salınmış informasiyasızlıq pərdəsini dağıtmışdır. "Azadlıq" radiosunun müxbiri olanda Azərbaycan həyatını şərəfləndirən və qürurlandıran materialların bu informasiya vasitəsində geniş şərhinə nail olmuşdur.

E. Axundova bir jurnalist kimi dəfələrlə ümummilli liderimiz Heydər Əliyevi müşayiət etmişdir.

Heydər Əliyevin "Yaz, Elmira yaz, bu səndə pis alınmır" sözləri onun ilhamına qanad vermişdir.

Yeni əsəri dövlət rəhbərinin bioqrafiyası, bədii obrazı, portretidir. Elmira istənilən sözlərdən, istənilən mənadan məharətlə istifadə edir.

Əsər barədə giriş sözü deyən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev onu Azərbaycan Əliyevşünaslığının zirvə nöqtəsi adlandırdı. Yazıçını təbrik edib ona uğurlar arzuladı.

Əsər haqqında məruzə edən Əməkdar əllim Musarza Mirzəyev əllifi 60 illik yubileyi münasibətilə təbrik etdi.

O, əllifin "Heydər Əliyev: Şəxsiyyət və zaman" əsərini yüksək qiymətləndirb göstərdi ki, bu kitabla E. Axundova roman-tədqiqat janrının əsasını qoymuşdur. Əsərin dili sadədir, xalqın böyük oğluna xalq məhəbbəti, xalq dilində ifadə edilib. Sözçü Heydər Əliyev şəxsiyyətinə dünyanın tanınmış siyasətçilərinin verdiyi qiyməti E. Şeverdnadzenin sözləri ilə ifadə edib dedi: iyirminci əsr liderlər əsridir, Heydər Əliyev əsrin lideridir. Ən çətin anlarda müdriklik, təmkin, dahilərə xas məharət nümayiş etdirən Heydər Əliyev xalq sevgisindən qaynaqlanan "Dədə Qorqud, Koroğlu təsiri bağışlayır".

Ulu öndər deyirdi: "Naxçıvan fırtınalı dənizdə tənha bir ada idi. Həmin vaxtlar Azərbaycan ziyalıları Naxçıvana Huhun gəmisi kimi baxırdılar..."

Məruzədən sonra Ulu öndər haqqında film nümayiş etdirilir. Ürəyi əmişə xalqın ürəyi ilə həmahəng döyünən ulu öndərin dilində "Alagöz" mahnısı səslənir. Bir azdan mahnı ekrandan səhnəyə düşür elə bil. Mahnını gənc müğənni Miriş Hüseynov ifa edir, zaldakıların ovqatı Ulu öndərin ovqatına qatılır sanki.

Kitab barədə Prezident təqaüdçüsü Şirvan Əbilov ürək sözlərini deyir, əsəri dəyərləndirir. YAP- ilk təsis konfransını xatırlayır.

... Naxçıvanda çöldə 19 dərəcə şaxta olmasına baxmayaraq konfrans zalı isti idi, - deyir.

Bizi isidən xalqın öz liderinə məhəbbəti, Heydər Əliyevin bizə sayğısı idi. E. Axundovanın əsəri də xalqın bu məhəbbətindən qaynaqlanır.

Dövlət qulluğu veteranı Ələşrəf Niftiyev "CBS" nəşriyyatının işçisi Cəsarət Qasımov, Təzə Alvadı kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova, Masallı şəhər 3 saylı orta məktəbinin əllimi Sədəf Aqilzadə çıxış edib əsərin məziyyətlərindən danışıb onu qəhrəmanlıq mövzusu, gənclərin həyatında müstəsna əhəmiyyəti olduğunu bildirdilər.

Millət vəkili Nəriman Əliyev kitabın əllifin on illik zəhmətinin bəhrəsi olduğunu bildirdi.

Dedi ki, kitabın ayrı-ayrı cildlərinin Bakıda təqdimatları uğurlu olmuş, geniş oxucu kütləsini cəlb etmişdir. Həmkarının romanını yüksək dəyərləndirən sözçü onu təbrik edib yaradıcılıq uğurları arzuladı.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu HÜSEYNOV dedi:

- Bu il ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan çoxsaylı tədbirlər keçirilib və keçirilir.

E. Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının beşinci cildinin təqdimatı da belə tədbirlərdəndir, Ulu öndərin 90 illiyinə hədiyyədir.

Bu bir tarixi əsərdir. Belə əsərin bir səhifəsini yazmaq üçün Elmira xanım bəlkə də minlərlə sənədi araşdırb.

Qəzet qovluqlarını vərəqləyib. Əsər müasir Azərbaycan tarixinin ən dəqiq mənzərəsidir.

Kitabda hadisələr olduğu kimi təsvir olunub. Elmira xanımın imkanı olub ki, hadisələrin şahidi insanlarla görüşüb, olaylara münasibətini, fikirlərini öyrənib. Kitabda bu fikir ən gözəl ştrixlərlə verilib ki, Heydər Əliyevə Allah Azərbaycana xilaskar kimi bə edib.

Kitabı Heydər Əliyev barədə yazılan əsərlərin ən dəyərlisi kimi qiymətləndirən sözçü onların məktəblərə verilməsini tövsiyə etdi ki, tarix əllimləri əyani vəsait kimi istifadə etsinlər...

Kitabın əllifi E. Axundova tədbiri hazırlayanlara minnətdarlıq edib dedi ki, yazıçı üçün bundan əziz məqam yoxdur. Rayonda görülən quruculuq işlərinə münasibət bildirən millət vəkili son illər Masallıda müasir arxitekturanın tələblərinə cavab verən binalar tikildiyini, tədbirin keçirildiyi möhtəşəm Heydər Əliyev Mərkəızi, bu işıqlı iclaz zalı timsalında bildirdi.

əllif dedi ki, kitabın beş cildini yazınca 400-ə yaxın insanla həmsöhbət olmuşam.

Heydər Əliyev biz jurnalistlərə həmişə tövsiyə edirdi ki, "həqiqəti yazın!" Mən öz kitabımda bu qaydaya əməl etmişəm. Nə dərəcədə nail olduğumu isə siz oxucular deyə bilərsiniz.

Sözçü dedi: Bəzən məndən soruşurlar "Siz Heydər Əliyev haqqında nə qədər yazacaqsınız?"

Mən səmimi etiraf edirəm "Yəqin ki, bütün ömrüm boyu".

"Heydər Əliyev: Şəxsiyyət və zaman" çoxcildliyinin 6 və 7-ci hissələrini də yazacağam.

Tədbirdə əllif oxuculara avtoqraflarla kitablar hədiyyə etrmişdir...

 

RƏSUL RZAYEV

ƏLİHÜSEYN ŞÜKÜROV.

Masallı rayonu.

Ədalət.-2013.-22 noyabr.-S.5.